Xalidə Quliyeva
Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycan kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019).
Xalidə Quliyeva | |
---|---|
Xalidə Camal qızı Quliyeva | |
Doğum tarixi | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Eldəniz Quliyev |
Uşaqları | Nəcəf Quliyev Afaq Quliyeva |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1972-ci ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID 0441045 |
Həyatı
Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olmuşdur. Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1973-1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışmışdır. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.
Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında şəkilmişdir. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
- Ssenari müəllifi Eldəniz Quliyevin həyat yoldaşıdır.
Filmoqrafiya
- Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Sona
- Asif, Vasif, Ağasif (film, 1983)
- Bağlı qapı (film, 1981)
- Bakıda küləklər əsir (film, 1974) - rol: Solmaz
- Bəylik dərsi (film, 2007)
- Bir ailəlik bağ evi (film, 1978)
- Çətirimiz buludlardır (film, 1976)
- Dörd bazar günü (film, 1975)
- Əlavə təsir (film, 2010)
- Gedərgəlməz (film, 1984)
- Həyat çiçəyi (serial, 2013)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- Köhnə bərə (film, 1984) - rol: Xalidə
- Kuklalar (film, 2009)
- Qızıl qaz (film, 1972)
- Qoca palıdın nağılı (film, 1984)
- Qocalar, qocalar... (film, 1982)
- Nəsimi (film, 1973)
- Səhərə inan... (film, 2011)
- Səkkizinci səma
- Süd dişinin ağrısı (film, 1987)
- Şahid qız (film, 1990)
- Tütək səsi (film, 1975)
- Sübhün səfiri (film, 2012)
- Qanun naminə (serial, 2013)
- Cehizsiz gəlinlər (serial, 2016)
İstinadlar
- Nərmin M. “Nə çəkildimsə, gənc vaxtlarımda çəkildim”: [Xalidə Quliyeva ilə söhbət] //Paritet.- 2008.- 22-23 may.- S. 12.
- Ömrün fəsilləri. Xalidə Quliyeva
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
- . 2018-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-02.
- President.az (2019-07-31). "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2019-07-31.
- Ayxan. Xalidə Quliyeva "Səkkizinci göy"də: Aktrisamız İranda filmə çəkilib: [Rejissoru Həsən ağa Nəcafi olan eyni adlı film haqqında] //Ekspress.- 2010.- 23 sentyabr.- S. 14.
Mənbə
- "Kinoaktyor studiyasının fəaliyyəti (1966-1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.
Xarici keçidlər
- “Tütək səsi”nin Millisi: “O kadr milis maşınlarının nəzarəti altında çəkildi” – MÜSAHİBƏ