Wikipedia
Vüsal Murtuzəliyev
Murtuzəliyev Vüsal Hasil oğlu — Azərbaycan aktyoru.
Vüsal Murtuzəliyev | |
---|---|
Murtuzəliyev Vüsal Hasil oğlu | |
Doğum adı | Vüsal Hasil oğlu Murtuzəliyev |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Həyatı
Vüsal Murtuzəliyev 23 aprel 1982-ci ildə Sumqayıtda anadan olmuşdur. Sumqayıt şəhəri 21 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişdir.
2007-ci ildə ona böyük uğur gətirən "Cavid ömrü" filmində çəkilmişdir. Bu ekran əsərində o, Ərtoğrul Cavid obrazını yaratmışdır.
Vüsal Murtuzəliyev dublyaj sahəsində xüsusi uğurları olan aktyorlardandır. Hazırda Azad Azərbaycan televiziyasında qabaqcıl dublyaj aktyoru kimi çalışmaqda davam edir.
Aktrisa Dilarə Əliyevanın qardaşıdır.
Filmoqrafiya
- Cümhuriyyət generalları (film, 2006)
- Cavid ömrü (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- Halal pullar (film, 2008)
- Cavad xan (film, 2009)
- Dolu (film, 2012)
- Sirr (teleserial, 2012)
- Miras(teleserial, 2015)
- Qaynanamız (serial 2015)
- Bütün təhdidlərdən uca (film, 2016)
- Hoqqa (film, 2017)
- Son iclas (film, 2018)
İstinadlar
- Kulis (23.01.2017). "Dilarə Əliyeva "Hoqqa"dan danışır" (azərb.). Youtube.com. İstifadə tarixi: 2017-01-24.
Mənbə
- "Cinema Debüt". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 15.