Vision TV (Azərbaycan)
Vision TV 1 may 2013-cü il — Azərbaycanda fəaliyyət göstərən internet televiziya kanalı. Yayım Azərbaycan dili və Türk dilində həyata keçirilir. Vision TV internet televizyasının rəsmi saytı həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Vision TV | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yayım ərazisi | İnternet əhatə dairəsi |
Dil | Azərbaycan dili, Türk dili və Rus dili |
Baş qərargah | Bakı, Azərbaycan |
Yaranma tarixi | 1 may 2013 |
Sahibi | Elvin Abbasov |
Rəhbərlik | Elvin Abbasov |
Şüar | Fərqli düşün, fərqli gör! |
Qardaş kanallar | Kocaeli TV |
Sayt | visiontv.az |
Haqqında
İnternet televiziyasının rəsmi saytı olan "www.visiontv.az" ölkədə ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Portal siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Portalın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, özəl şirkətləri ,siyasi partiyaları, QHT-ləri aktiv əməkdaşlıq edir.
Vision TV Azərbaycanda fəaliyyət göstərən internet televiziyasıdır. Vision TV internet televiziyası 1 may 2013-cü il tarixindən fasiləsiz olaraq fəaliyyət göstərir. Həmçinin 2019-cu il tarixindən Türkiyə Respublikasının "Kocaeli TV" adlı televiziya kanalı ilə həftəlik "Qardaş Saatı" və Könül bağı" adlı verilişlərlə ortaq yayım saatları başladıb. Şüarı : Fərqli düşün, fərqli gör!
Visiontv.az internet televiziyası 09.10.2013 tarixində keçirilən prezident seçkilərində radio və televiziya kateqoriyasında ilk sırada qeydiyyatdan keçib. MSK-dan rəsmi qeydiyyatdan keçərək namizədlərin təbliğat təşviqat işində iştirak edib.
Visiontv.az internet televiziyası 01.11.2015 tarixində Azərbaycan Respublikası Milli Məclisində seçkiqabağı təbliğat-təşviqat işlərində fəal iştirak etmişdir.
Strategiya
Vision TV – gündəlik informasiyaları obyektiv və operativ, həmçinin dövlət və millət kimliyimizi başlıca strategiya olaraq mənimsəmişdir. Bu mənada televiziyanın hadisələrə yanaşmasında üst baxış kimi öz ölkə varlığımızı ölçü almaqdadır. Buna görə də, Vision TV-nin məqsədi tamaşaçılara dünyada və ölkəmizdə gedən hadisələri tək xəbər kimi toplayıb-çatdırmaq deyil, həmçinin ölkəmizin marağında olan və birbaşa münasibət yarada bildiyi hadisələri təhlil süzgəcindən keçirib əks etdirməkdir.
İdarə heyəti
- Rəhbər: Elvin Abbasov
- Baş redaktor: Şöhrət Əliyev (Şöhrət El-Dəniz)
- Baş rejissor: Natiq Axund
- Marketinq şöbəsi: Orxan Kərimov
- Türkiyə nümayəndəliyinin rəhbəri : Cəfər Dal
- Verilişlər Departamentinin direktoru: Nicat Əlibəyli
Əsas prinsiplər
Vision TV – öz gündəmini təyin etmək və öz baxış bucağından hadisələrə yanaşmağı təməl düstur qəbul etmişdir. Bu mənada, Vision TV-nin başlıca prinsipləri aşağıdakılardır:
- Bütün xəbərlərində cəmiyyət üçün birləşdirici sosial baxışı ön planda tutmaq;
- Hüquqi göstəriciləri əsas qəbul etmək;
- Fikri müstəvidə məna qazanmış sosial-mədəni baxışları əks etdirmək;
- Siyasi gündəmi birinci gündəm olaraq qəbul etmək;
- Xalqımızın dini, mədəni, mənəvi, əxlaqi, milli dəyərlərinə sahib çıxmaq, sadəcə bu mahiyyətdəki məsələləri müəyyən fikri dəyərlər üzərindən mübahisəsini aparmaq;
- Cəmiyyəti ayaqda tutan bəşəri münasibətləri ancaq öz millətimizin dövlət, coğrafi, dil və əxlaq düsturundan çıxış edərək hadisələrə münasibət göstərməkdir.
Verilişlər
- "Xəbərlər" - Baş Redaktor "Eldəniz Elgün"
- "Geopolitika" - Müəllif və Aparıcı "Şöhrət Eldəniz"
- "Seçim" - Müəllif və Aparıcı "Şöhrət Eldəniz"
- "Mövqe" - Aparıcı "Röya Qarabağlı"
- "Neft Axar" - Müəllif və Aparıcı "İlham Şaban"
- "Vision Show" - Aparıcı "Aynur Zakirqızı"
- "Monitor" - Rahil Kərimov / Nazim Əliyev
- "Yeri gəlmişkən" - Müəllif və Aparıcı "Bəbək Göyüş"
- "Tam Səmimi" - Aparıcı "Fatimə Hacıbəyli"
- "Bu bizik" - Aparıcı "Fərqanə Gulağaqızı"
- "Kiliplər" - Aparıcı "Həmzə Məmmədli"
- "Sən kimsən" - Aparıcı "Elnurə Akifqızı"
- "Alim ol" - Müəllif və Aparıcı "Elşad Barat"
Türkiyədə çəkilən verilişlər
- "Qardaş Saatı" - Müəllif / Aparıcı "Cafər Dal"
- "Könül Bağı" - Müəllif / Aparıcı "Hasan Alp"
Əlaqə
- Veb: www.visiontv.az
- E-poçt: info@visiontv.az
- Ünvan: Nəsimi rayonu, Kövkəb Səfərəliyeva 16, Tramvay Döngəsi 4, Time Business Center. Bakı, Azərbaycan
Şəkillər
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- Mətbuat Şurasına üzv təşkilatlar
- Gənc şairənin ilk kitab təqdimatı baş tutdu
- Azerbaijan Media Database, last updated: October, 2014.
- “Visiontv.az” fəaliyyətə başladı
- Azərbaycanda yeni internet TV
- https://elvinabbasov.blogspot.com/p/srmaynin-millilsmsi.html
- Bakıda Müasir İqtisad Məktəbi layihəsinin bağlanış mərasimi keçirilib
- “Deputatlığa namizədlər, visiontv.az-a güvənin” – İnternet televiziyasından təklif
- http://www.msk.gov.az/az/elections/prezident-seckileri/09-10-2013/528/
- http://www.msk.gov.az/az/elections/milli-meclise-seckiler/parlament-01-11-15/806
- http://www.msk.gov.az/uploads/kiv_sekil/visiontvaz.jpg
- http://www.msk.gov.az/uploads/Sechki-2015/kiv/visiontv.jpg
- Visiontv.az internet televiziyanın 7 yaşı Elvin Abbasov və Şöhrət El-Dəniz
Həmçinin bax
Xarici keçidlər
- Vision TV (Azərbaycan) rəsmi saytı
- Vision TV — Facebook səhifəsi
- Vision TV — Facebook Grupu
- Vision TV — Instagram səhifəsi
- Vision TV — Twitter səhifəsi
- Vision TV kanalı — YouTube
- Vision TV — Linkedin səhifəsi
- Vision TV — Video.az Səhifəsi
- Vision TV 2013-08-28 at the Wayback Machine — MyVideo.az
- Vision TV | Canlı 2019-11-10 at the Wayback Machine