Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Valentlik lat valens gücü olan kimyəvi element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmək xassəsid

Valentlik

Valentlik
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Valentlik (lat. valens — gücü olan) — kimyəvi element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmək xassəsidir. Birləşmələrdə valentlik bir atomu digər atomla əlaqələndirən kovalent rabitələrin sayı ilə müəyyən edilir. Kimyəvi reaksiyalarda birinci dərəcədə əhəmiyyət daşıyan elektronlar valent elektronlardır.

Valentlik anlayışı ilk dəfə elmə 1852-ci ildə ingilis alimi E.Frankland tərəfindən daxil edilmişdir. Valentlik nəzəriyyəsinin isə əsasını alman alimi Fridrix Avqust Kekule qoymuşdur.

Bəzi kimyəvi elementlərin valentliyi əmələ gətirdikləri kimyəvi birləşmələrdə dəyişmir. Binar birləşmələrdə atomların valentlik vahidləri həmişə bərabərdir. Valentlik Roma rəqəmləriylə və elementin kimyəvi işarəsinin üzərində yazılır. Onlara sabit valentli elementlər deyilir. Digər elementlər isə müxtəlif kimyəvi birləşmələrdə müxtəlif valentliyə malik olur. Onlara dəyişkən valentli elementlər deyilir. Elementin ən yüksək valentliyi ədədi qiymətcə dövri sistemdə onun yerləşdiyi qrupun nömrəsinə uyğundur. Lakin Azot (N), Oksigen (O), Flüor (F) qrupun nömrəsindən aşağı valentlik (müvafiq olaraq 4, 2, 1) göstərdiyi halda, Mis (Cu), Gümüş (Ag) və Qızıl (Au) yüksək valentlik (müvafiq olaraq 2, 2, 3) göstərir. Birləşmələrin formuluna əsasən onun valentliyi indekslərin ən kiçik ortaq bölünəninin həmin indekslərə bölünməsi ilə tapılır.

Bəzi kimyəvi elementlərin valentliyi

  • Sabit valentlik
    • H, Li, Na, K, F, Ag, Cs, Rb — 1
    • O, Be, Mg, Ca, Sr, Ba, Zn, Hg — 2
    • Al,B— 3
    • C - 4
  • Dəyişən valentlik:
    • Pb, Sn, Si — 2; 4
    • S — 2; 4; 6
    • P — 3; 5
    • Cr — 2; 3; 4; 6
    • Cu — 1; 2
    • Fe, Ni, Co — 2; 3
    • N — 3; 4
    • Mn — 2; 3; 4; 6; 7
    • Cl, Br, I — 1; 3; 5; 7
    • Au — 1; 3

Oksigen CO və H3O+'da 3 valentli olur.

Məsələn, propanda C3H8 karbon atomlarının hər biri 4 valentlidir. Çünki hər bir karbon atomu 4 kovalent rabitə əmələ gətirir. Kovalent rabitə haqqındakı təsəvvürlərə əsasən valentlik ümumi elektron cütlərinin əmələ gəlməsi üsulundan asılı olmayaraq, molekulda atomları əlaqələndirən ümumi elektron cütlərinin sayı ilə müəyyən edilir. Valentliyin ədədi qiyməti kimyəvi elementlərin dövri sistemində elementin vəziyyəti ilə əlaqədardır.

Elementin ən böyük valentliyi ədədi qiymətcə dövri sistemdə onun yerləşdiyi qrupun nömrəsinə bərabərdir. Bəzi elementlər bu qanunauyğunluğa tabe olmur (məsələn, F, O, N). Bu onunla əlaqədardır ki, onalrın atomunda boş orbital olmadığından həyəcanlana bilmir. Hər hansı elementin müvafiq birləşmədə maksimum valentliyi onun atomundakı rabitələrin yaranmasında iştirak edən tək elektronların, eləcə də elektron cütünün və ya boş orbitalın, yəni ümumilikdə orbitalların sayı ilə müəyyən edilir. Ammonium ionunun (NH4+) əmələ gəlməsində azot atomunun 3 tək elektronu (2p3-dəki) və bir elektron cütü (2s2-dəki) iştirak edir.

Yəni ümumilikdə 4 orbital (2s və 2p) rabitələrin yaranmasında iştirak etdiyindən azot maksimum 4 valentli olur.

Eləcə də hidroksonium ionunun (H3O+) əmələ gəlməsində oksigen atomunun xarici elektron təbəqəsindəki 2p4 elektrondan iki tək olanı mübadilə mexanizmi ilə, 2p4-dəki cüt elektron isə donor- akseptor mexanizmi ilə kovalent rabitə əmələ gətirdiyindən oksigenin rabitələrin yaranmasında üç orbitalı iştirak edir. Ona görə də hidroksonium ionunda oksigenin valentliyi 3 olur.

Xarici keçidlər

  • Возникновение структурной химии 2014-10-06 at the Wayback Machine / Левченков С. И. Краткий очерк истории химии
  • http://nkpi.az/

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Valentlik lat valens gucu olan kimyevi element atomlarinin mueyyen sayda kovalent kimyevi rabite emele getirmek xassesidir Birlesmelerde valentlik bir atomu diger atomla elaqelendiren kovalent rabitelerin sayi ile mueyyen edilir Kimyevi reaksiyalarda birinci derecede ehemiyyet dasiyan elektronlar valent elektronlardir Valentlik anlayisi ilk defe elme 1852 ci ilde ingilis alimi E Frankland terefinden daxil edilmisdir Valentlik nezeriyyesinin ise esasini alman alimi Fridrix Avqust Kekule qoymusdur Bezi kimyevi elementlerin valentliyi emele getirdikleri kimyevi birlesmelerde deyismir Binar birlesmelerde atomlarin valentlik vahidleri hemise beraberdir Valentlik Roma reqemleriyle ve elementin kimyevi isaresinin uzerinde yazilir Onlara sabit valentli elementler deyilir Diger elementler ise muxtelif kimyevi birlesmelerde muxtelif valentliye malik olur Onlara deyisken valentli elementler deyilir Elementin en yuksek valentliyi ededi qiymetce dovri sistemde onun yerlesdiyi qrupun nomresine uygundur Lakin Azot N Oksigen O Fluor F qrupun nomresinden asagi valentlik muvafiq olaraq 4 2 1 gosterdiyi halda Mis Cu Gumus Ag ve Qizil Au yuksek valentlik muvafiq olaraq 2 2 3 gosterir Birlesmelerin formuluna esasen onun valentliyi indekslerin en kicik ortaq boluneninin hemin indekslere bolunmesi ile tapilir Bezi kimyevi elementlerin valentliyiSabit valentlik H Li Na K F Ag Cs Rb 1 O Be Mg Ca Sr Ba Zn Hg 2 Al B 3 C 4Deyisen valentlik Pb Sn Si 2 4 S 2 4 6 P 3 5 Cr 2 3 4 6 Cu 1 2 Fe Ni Co 2 3 N 3 4 Mn 2 3 4 6 7 Cl Br I 1 3 5 7 Au 1 3 Oksigen CO ve H3O da 3 valentli olur Meselen propanda C3H8 karbon atomlarinin her biri 4 valentlidir Cunki her bir karbon atomu 4 kovalent rabite emele getirir Kovalent rabite haqqindaki tesevvurlere esasen valentlik umumi elektron cutlerinin emele gelmesi usulundan asili olmayaraq molekulda atomlari elaqelendiren umumi elektron cutlerinin sayi ile mueyyen edilir Valentliyin ededi qiymeti kimyevi elementlerin dovri sisteminde elementin veziyyeti ile elaqedardir Elementin en boyuk valentliyi ededi qiymetce dovri sistemde onun yerlesdiyi qrupun nomresine beraberdir Bezi elementler bu qanunauygunluga tabe olmur meselen F O N Bu onunla elaqedardir ki onalrin atomunda bos orbital olmadigindan heyecanlana bilmir Her hansi elementin muvafiq birlesmede maksimum valentliyi onun atomundaki rabitelerin yaranmasinda istirak eden tek elektronlarin elece de elektron cutunun ve ya bos orbitalin yeni umumilikde orbitallarin sayi ile mueyyen edilir Ammonium ionunun NH4 emele gelmesinde azot atomunun 3 tek elektronu 2p3 deki ve bir elektron cutu 2s2 deki istirak edir Yeni umumilikde 4 orbital 2s ve 2p rabitelerin yaranmasinda istirak etdiyinden azot maksimum 4 valentli olur Elece de hidroksonium ionunun H3O emele gelmesinde oksigen atomunun xarici elektron tebeqesindeki 2p4 elektrondan iki tek olani mubadile mexanizmi ile 2p4 deki cut elektron ise donor akseptor mexanizmi ile kovalent rabite emele getirdiyinden oksigenin rabitelerin yaranmasinda uc orbitali istirak edir Ona gore de hidroksonium ionunda oksigenin valentliyi 3 olur Xarici kecidlerVozniknovenie strukturnoj himii 2014 10 06 at the Wayback Machine Levchenkov S I Kratkij ocherk istorii himii http nkpi az

Nəşr tarixi: İyun 15, 2024, 09:05 am
Ən çox oxunan
  • Mart 09, 2025

    M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrı

  • Aprel 28, 2025

    L’Officiel

  • Mart 09, 2025

    Ləzginka (ansambl)

  • Mart 09, 2025

    Ləzgihəngi (ansambl)

  • Yanvar 25, 2025

    Lənkəran hadisələri (1990)

Gündəlik
  • Müqəddəs Pyotr

  • İsmayıl Şəms

  • II Bahadır Şah

  • The Beach Boys

  • Brayan Vilson

  • Violeta Çamorro

  • Cənub-Şərqi Asiya

  • İnkvizisiya

  • 1963

  • Valentina Tereşkova

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı