Vəzirovlar
Vəzirovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Vəzirovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Mirzə Camal Cavanşir Qarabaği |
Qohum soylar | Mirzəcamalovlar, Şərifbəyovlar |
Mənşəyi | Qarabağ, Füzuli, Şuşa |
Təbəəliyi | Qarabağ xanlığı, Rusiya İmperiyası |
Torpaqları | Qarabağın əksər mahallarında |
Mülki fəaliyyəti | Vəzir, Naib |
Soyun yaranması
Soy öz başlanığıcını İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşirin baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağidən götürür. Ona qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar Cavanşir elinin Hacılı camaatına mənsubdurlar. Bu soyadı həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm də əmisioğullarının törəmələri daşıyırlar.
Soyun məşhur nümayəndələri
- Mirzə Camal Cavanşir Qarabaği — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası.
- Rzaqulu bəy Vəzirov — tarixçi, məmur, Mirzə Camal Cavanşir Qarabağinin oğlu.
- Fərrux bəy Vəzirov — mühəndis, xeyriyyəçi.
- II Zeynalabdin bəy Vəzirov — məmur, titulyar müşavir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü.
- Əbdürrəhim bəy Vəzirov — çar ordusunun mayoru, məmur, zərif.
- Məşədi Mahmud bəy Vəzirov — şair, II gildiya tacir.
- Əsəd bəy Vəzir — şair, həkim, Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu.
- Bəhram bəy Fədai — şair, hüquqşünas.
- Baxış bəy Səbur — şair.
- Mirzə Həmid bəy Vəzirov — hüquqşünas, barışdırıcı hakim.
- Kərim bəy Vəzirov — şair, məmur.
- Fəridə Vəzirova — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981).
- Əbdürrəhman Vəzirov — SSRİ və Azərbaycan SSR dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi.
- Süleyman Vəzirov — Azərbaycan SSR-in 1-ci Neft Sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı
- Aslan bəy Vəzirov — Azərbaycan Xalq Cümhuriyyətinin ilk tələbələrindən biri, professor.
Şəkillər
Mirzə Həmid bəy Vəzirov (1827-?) — hüquqşünas, barışdırıcı hakim
Məşədi Mahmud bəy Vəzirov (1839-1902) — şair, II gildiya tacir
Əbdürrəhim bəy Vəzirov (1840-?) — çar ordusunun mayoru, məmur, zərif
Kərim bəy Vəzirov (1843-1892) — şair, məmur
II Zeynalabdin bəy Vəzirov (1854-1933) — məmur, titulyar müşavir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü
Fərrux bəy Vəzirov (1857-1920) — mühəndis, xeyriyyəçi
Baxış bəy Səbur (1863-1931) — şair
Azad bəy Vəzirov (1869-1921) — polkovnik
Aslan bəy Vəzirov (1898-?) — Azərbaycan Demokratik Respublikasının ilk tələbələrindən, professor
Süleyman Vəzirov (1910-1973)-əməkdar neftçi
Musa Vəzirov (1908-1982) — Azərbaycanın "fəxri yol xidmətçisi", Azərbaycan SSR-nın Yol təsərrüfatı idarəsində baş mühəndis, rəhbər
Əbdürrəhman Vəzirov (1930) — sovet və Azərbaycan siyasi xadimi, diplomatı
Mənbə
- Ənvər Çingizoğlu. Hacılılar. Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004.