Vüsal Alıyev
Vüsal İlham oğlu Alıyev (4 oktyabr 1996; Şəmkir rayonu, Azərbaycan — 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşlərinin şəhidi.
Vüsal Alıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kür, Şəmkir, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Kür, Şəmkir, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016 |
Rütbə | |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
Həyatı
Vüsal Alıyev 1996-cu il oktyabrın 4-da Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. Subay idi.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Alıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan Aprel döyüşlərində savaşıb. Vüsal Alıyev aprelin 2-də Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Aprelin 9-da Şəmkir rayonunun Kür qəsəbəsində dəfn olunub.
Vüsal Alıyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.