"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi.
![]() | |
---|---|
USS Nevada | |
![]() | |
Təşkilat | |
İstehsal yeri | Kuinsi[d] |
Şərəfinə adlandırılıb | Nevada |
İştirak etdiyi döyüşlər | |
Kütləsi | 27.500 t |
Dəyəri | 5.895.000 $ |
![]() |
1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi, yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi.
İlk super-drednout
Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir. 1907–1909-cu ildə dünya okeanlarında üzən Böyük Ağ Donanmanın əsas məqsədi ABŞ-nin hərbi-dəniz konfliktini yaponların daxili dənizlərinə daşıya biləcəyini Yaponiyaya sübut etmək idi. Bu doktrinanın həyata keçirilməsi üçün yeni və daha müasir hərbi gəmilər tikilməli idi.
"Nevada"nın tikintisi ABŞ Konqresinin 4 mart 1911-ci ildə qəbul etdiyi aktla qərara alınmışdı. Müqavilə "Fore River" Gəmiqayırma şirkəti ilə bağlanmışdı və layihənin büdcəsi 5 895 000 ABŞ dolları təşkil edirdi (silah və zireh istisna olmaqla). Gəmi 36 ay boyunca tikilmişdi. Əlavə xərcləri əhatə etmək üçün 50 000 ABŞ dolları məbləğində əlavə müqavilə bağlanmışdı. Gəmi 11 iyul 1914-cü ildə suya buraxılmışdı.
Birinci Dünya Müharibəsi
Müvafiq sınaqları keçdikdən sonra "Nevada" 26 may 1916-cı ildə Nyüportda lövbər salmış Atlantik donanmasına qoşuldu. ABŞ 1917-ci ilin aprelində Birinci Dünya müharibəsinə qoşulsa da, "Nevada" Britaniyada mazut çatışmazlığı səbəbindən ABŞ-ni tərk etmir və amerikanlar ancaq kömürlə çalışan gəmiləri ("Delaver", "Florida", "Vayominq" və "Nyü-York") müttəfiqlərinə kömək üçün göndərirlər.
"Nevada" ancaq 1918-ci ilin avqustunda müttəfiqlərin donanmasına qoşulur və bu məqsədlə ABŞ-dən göndərilən sonuncu gəmi olur. On günlük yolu qət edən "Nevada" avqustun 23-də İrlandiyada yerləşən Berehaven limanına daxil oldu və müharibənin qalan aylarında "Nevada" "Yuta" və "Oklahoma" gəmiləri ilə birlikdə müttəfiq ölkələrə məxsus ticarət karvanlarını Almaniya hərbi gəmilərinin hücumlarından qoruyurdu.
1918-ci il dekabrın 13-də "Nevada"nın da içərisində yer aldığı 30-a yaxın hərbi gəmi karvanı ABŞ prezidenti Vudro Vilsonu Fransaya aparan "Corc Vaşinqton" okean laynerini müşayiət etmiş və dekabrın 14-də vətənə geri dönmüşdü.
"Nevada" sülh dövründə
İki dünya müharibəsi arasındakı dövrdə "Nevada" əsasən müxtəlif Latın Amerikası ölkələrində keçirilən tədbirlərdə iştirak edir və ABŞ-nin hərbi qüdrətini təcəssüm etdirirdi. 1927-ci-1930-cu illərdə gəminin modernizasiyası həyata keçirilmişdi.
İkinci Dünya Müharibəsi


Pörl-Harbora hücum
Pörl-Harbora hücum zamanı "Nevada"da orkestr dövlət himnini ifa edirdi. "Arizona"ya torpeda atmış torpedodaşıyıcı "Nevada"nın üzərindən uçarkən orkestri gördü və iri çaplı silahlardan atəş açdı. Musiqiçilər himni sonacan ifa etdikdən sonra qaçıb gizləndilər.
"Nevada"nın qarşısı digər gəmilər tərəfindən bağlanmadığından o səkkiz xətt gəmisindən hərəkətə gələrək manevr edə bilən yeganə gəmi idi və gəmi artilleriyası atəş açaraq müdafiə olunurdu. Yapon təyyarələrinin peyda olmasından 45 dəqiqə sonra "Nevada" limanı tərk etməyə cəhd etdi. "Nevada" farvatera daxil olduqda təcrübəli Takasiqe Equsanın rəhbərliyi altında yapon bombardmançılarının ikinci dalğası Pörl-Harbora çatdı. Yanğın və tüstünün bürüdüyü limanda olan gəmilərdən fərqli olaraq "Nevada" havadan əla görünürdü. Yaponlar xətt gəmisini farvaterdə batıraraq Pörl-Harborun "girişini" bağlamaq üçün "Nevada" ya hücum etdilər. Amerikanlar da yaponların məqsədini başa düşmüşdülər və "Nevada" ya farvaterdən kənara çəkilmək əmri verildi.. Iki torpedo və bir neçə bomba zədəsi alan gəmi saya otursa da, gəminin zenit qurğularının heyəti atəş açmaqda davam edirdilər. "Nevada"nın heyəti o gün 50 ölü və 109 yaralı versə də, onlar gəminin batırılmasının qarşısını ala bildilər.
Lakin saya oturmuş gəmi Perl-Harbordan çıxışı bağlamışdı və gəmi qaldırılanadək bu limandan istifadə qeyri-mümkün idi.
Attu döyüşü və "Overlord" əməliyyatı
12 fevral1942-ci ildə saydan çıxarılan "Nevada" Pörl-Harborda kiçik təmir edilərək daha əsaslı təmir və modernizasiya üçün Pucet-Saund hərbi-dəniz tərsanəsinə göndərildi. 1942-ci ilin oktyabrında başa çatan işlər köhnə xətt gəmisini elə dəyişdi ki, məsafədən baxanda o daha müasir "Cənubi Dakota" sinifli gəmiyə bənzəməyə başlamışdı. Modernizasiya olunmuş "Nevada" Attu döyüşündə (11 – 18 may 1943-cü il) atəş dəstəyi vermək üçün Alyaskaya göndərildi.
Həmin ilin iyun ayında "Nevada"nın modernizasiyasının davam etdirilməsi üçün xətt gəmisi Norfolk hərbi-dəniz tərsanəsinə göndərildi. Modernizasiya işləri başa çatdıqdan sonra "Nevada" bəzi digər köhnə hərbi gəmilər kimi Atlantik okeanında üzən ticarət karvanlarının mühafizəsi üçün istifadə edilməyə başladı.
1944-cü ilin aprelindən başlayaraq "Nevada" Normandiyaya desant çıxarılması üzrə "Overlord" əməliyyatında iştirak hazırlıqlarına qoşuldu.
5 iyun 1944-cü ildə saat 23.00-da "Nevada" "Kuinsi" və "Taskalusa" amerikan kreyserlərinin və "Blek Prins" britan kreyserinin müşayiəti ilə müttəfiq gəmilərinin cəmləşdiyi "Pikadilli meydanı" zonasını tərk edərək desant çıxarılacaq "Yuta" sahəsinə doğru irəlilədi. Saat 2.30-da xətt gəmisi sahildən 11 mil məsafədə mövqe tutdu.
6 – 17 iyun və 25 iyun tarixlərində "Nevada" Şerbur yarımadasına çıxarılmış müttəfiq desantına dənizdən atəş dəstəyi verirdi.
"Nevada" həm Pörl-Harbor, həm də "Overlord əməliyyatı"nda iştirak etmiş yeganə hərbi gəmi idi.
İkinci Dünya Müharibəsindən sonra

Tokyo körfəzində işğal missiyasını başa vurduqdan sonra "Nevada" Pörl-Harbora qayıtdı. Gəmi müayinə edildikdən sonra belə qərara gəlindi ki, o müharibədən sonrakı hərbi donanmanın tərkibinə daxil edilmək üçün çox köhnədir. Nəticədə, "Nevada" 1946-cı ilin iyulunda Bikini atollu yaxınlığında keçirilən nüvə sınaqlarında iştirak edəcək hədəf gəmisi təyin edildi. Keçirilən iki sınaqdan gəmi salamat çıxsa da, o zədələnmiş və böyük radiasiya dozasına məruz qalmışdı.
1946-cı ilin avqustunda Pörl-Harbora qaytarılan "Nevada" müayinə edildikdən və hərbi-dəniz donanmasından silindikdən sonra o "Ayova" və digər iki gəminin artilleriya təlimlərində iştirak etmək üçün hədəf qismində təyin edildi. 31 iyul 1948-ci ildə Havay adaları yaxınlığında üç gəmi artilleriya atəşləri ilə "Nevada"nı batıra bilmədiyindən o torpeda ilə batırıldı.
İstinadlar
- Morison, Samuel Loring; Polmar, Norman (2003). The American Battleship. Zenith Imprint, p.63
- "New York Times 19 September 1915, p. 9". 5 March 2016 tarixində . İstifadə tarixi: 1 October 2014.
- "История создания линкоров «Оклахома» и «Невада»". 2017-09-07 tarixində . İstifadə tarixi: 2014-10-01.
- Hone, T.; Friedman, N. (April 1981). "Innovation and Administration in the Navy Department: The Case of the Nevada Design". Military Affairs 45 (2): p.59
- Miller, Nathan (1997). U. S. Navy: A History. Annapolis, MD: United States Naval Institute Press, p.185
- "Яковлев Н.Н. Пёрл-Харбор, 7 декабря 1941 года. Быль и небыль". 2022-01-21 tarixində . İstifadə tarixi: 2014-10-01.
- "Победа Восходящего Солнца / Сост. и ред. Цурос П." 2020-08-13 tarixində . İstifadə tarixi: 2014-10-01.
- . 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.
- "Friedman, Norman (1985). U.S. Battleships: An Illustrated Design History. Annapolis: Naval Institute Press". 2016-03-16 tarixində . İstifadə tarixi: 2014-10-01.
- Miller, Nathan (1997). U. S. Navy: A History. Annapolis, MD: United States Naval Institute Press, p.51
- Morison, Samuel Eliot (1948). The Rising Sun in the Pacific; 1931 – April 1942. History of United States Naval Operations in World War II (series). Boston: Little, Brown and Company, p.145
- "Амброз С. Е. День «Д». 6 июня 1944 г." 2020-06-28 tarixində . İstifadə tarixi: 2014-10-01.
- Ryan, Cornelius (1959). The Longest Day; 6 June 1944 (in 671–20814–1). New York: Simon and Schuster, p.90
- . 2003-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
USS Nevada BB 36 ing USS Nevada BB 36 ABS herbi deniz donanmasinin xett gemisi ABS nin 36 ci statinin serefine adlandirilmis ikinci herbi gemi Nevada xett gemileri tipli ilk gemi USS NevadaUSS NevadaTeskilat ABS herbi donanmasiIstehsal yeri Kuinsi d Serefine adlandirilib NevadaIstirak etdiyi doyusler Birinci Dunya muharibesi Ikinci Dunya muharibesiKutlesi 27 500 tDeyeri 5 895 000 Vikianbarda elaqeli mediafayllar 1914 cu ilde suya salinmis USS Nevada BB 36 drednout texnologiyasinda ireliye atilmis addim idi ve onun dord yeni xususiyyeti ABS de ondan sonra tikilmis butun gemilerde oz eksini tapmisdi ucqat silah qullesi yanacaq kimi komur evezine mazut isletmesi uzme measefisni artiran muherrikli buxar turbinleri ve her sey yaxud hec ne zirehlenme prinsipi Bu xususiyyetler USS Nevada BB 36 in ABS HDQ nin ilk super drednoutu adlandirmaga imkan verirdi Yanacaq kimi neft mehsullarinin secilmesi cox vacib ve ugurlu qerar idi Komur neftle muqayisede uduzurdu Gemilerin neft mehsullari ile islemesi onlari komurun bunkerden sobaya dasinmasi sobalarin komurun yanma mehsullarindan temizlenmesi her uc saatdan bir cirk ve komur tozunun toplanmasi xususile de optika uzerinde komur saxtalarinda qaz yigilmasi sebebinden elave ventilyasiyaya ehtiyac yaranmasi ve sair kimi problemler den xilas edirdi Ilk super drednoutHele 1903 cu ilde qerara alinmisdi ki ABS nin Monro doktrinasi ni heyata kecirmesi ucun 11 min km hereket radiusuna malik herbi gemilerin olmasi zeruridir 1907 1909 cu ilde dunya okeanlarinda uzen Boyuk Ag Donanmanin esas meqsedi ABS nin herbi deniz konfliktini yaponlarin daxili denizlerine dasiya bileceyini Yaponiyaya subut etmek idi Bu doktrinanin heyata kecirilmesi ucun yeni ve daha muasir herbi gemiler tikilmeli idi Nevada nin tikintisi ABS Konqresinin 4 mart 1911 ci ilde qebul etdiyi aktla qerara alinmisdi Muqavile Fore River Gemiqayirma sirketi ile baglanmisdi ve layihenin budcesi 5 895 000 ABS dollari teskil edirdi silah ve zireh istisna olmaqla Gemi 36 ay boyunca tikilmisdi Elave xercleri ehate etmek ucun 50 000 ABS dollari mebleginde elave muqavile baglanmisdi Gemi 11 iyul 1914 cu ilde suya buraxilmisdi Birinci Dunya MuharibesiMuvafiq sinaqlari kecdikden sonra Nevada 26 may 1916 ci ilde Nyuportda lovber salmis Atlantik donanmasina qosuldu ABS 1917 ci ilin aprelinde Birinci Dunya muharibesine qosulsa da Nevada Britaniyada mazut catismazligi sebebinden ABS ni terk etmir ve amerikanlar ancaq komurle calisan gemileri Delaver Florida Vayominq ve Nyu York muttefiqlerine komek ucun gonderirler Nevada ancaq 1918 ci ilin avqustunda muttefiqlerin donanmasina qosulur ve bu meqsedle ABS den gonderilen sonuncu gemi olur On gunluk yolu qet eden Nevada avqustun 23 de Irlandiyada yerlesen Berehaven limanina daxil oldu ve muharibenin qalan aylarinda Nevada Yuta ve Oklahoma gemileri ile birlikde muttefiq olkelere mexsus ticaret karvanlarini Almaniya herbi gemilerinin hucumlarindan qoruyurdu 1918 ci il dekabrin 13 de Nevada nin da icerisinde yer aldigi 30 a yaxin herbi gemi karvani ABS prezidenti Vudro Vilsonu Fransaya aparan Corc Vasinqton okean laynerini musayiet etmis ve dekabrin 14 de vetene geri donmusdu Nevada sulh dovrundeIki dunya muharibesi arasindaki dovrde Nevada esasen muxtelif Latin Amerikasi olkelerinde kecirilen tedbirlerde istirak edir ve ABS nin herbi qudretini tecessum etdirirdi 1927 ci 1930 cu illerde geminin modernizasiyasi heyata kecirilmisdi Ikinci Dunya Muharibesi Nevada nin 1927 ci il modernizasiyasindan onceki profili Nevada 1942 ci ilin esasli temiri ve modernizasiyasindan sonraPorl Harbora hucum Porl Harbora hucum zamani Nevada da orkestr dovlet himnini ifa edirdi Arizona ya torpeda atmis torpedodasiyici Nevada nin uzerinden ucarken orkestri gordu ve iri capli silahlardan ates acdi Musiqiciler himni sonacan ifa etdikden sonra qacib gizlendiler Nevada nin qarsisi diger gemiler terefinden baglanmadigindan o sekkiz xett gemisinden herekete gelerek manevr ede bilen yegane gemi idi ve gemi artilleriyasi ates acaraq mudafie olunurdu Yapon teyyarelerinin peyda olmasindan 45 deqiqe sonra Nevada limani terk etmeye cehd etdi Nevada farvatera daxil olduqda tecrubeli Takasiqe Equsanin rehberliyi altinda yapon bombardmancilarinin ikinci dalgasi Porl Harbora catdi Yangin ve tustunun buruduyu limanda olan gemilerden ferqli olaraq Nevada havadan ela gorunurdu Yaponlar xett gemisini farvaterde batiraraq Porl Harborun girisini baglamaq ucun Nevada ya hucum etdiler Amerikanlar da yaponlarin meqsedini basa dusmusduler ve Nevada ya farvaterden kenara cekilmek emri verildi Iki torpedo ve bir nece bomba zedesi alan gemi saya otursa da geminin zenit qurgularinin heyeti ates acmaqda davam edirdiler Nevada nin heyeti o gun 50 olu ve 109 yarali verse de onlar geminin batirilmasinin qarsisini ala bildiler Lakin saya oturmus gemi Perl Harbordan cixisi baglamisdi ve gemi qaldirilanadek bu limandan istifade qeyri mumkun idi Attu doyusu ve Overlord emeliyyati 12 fevral1942 ci ilde saydan cixarilan Nevada Porl Harborda kicik temir edilerek daha esasli temir ve modernizasiya ucun Pucet Saund herbi deniz tersanesine gonderildi 1942 ci ilin oktyabrinda basa catan isler kohne xett gemisini ele deyisdi ki mesafeden baxanda o daha muasir Cenubi Dakota sinifli gemiye benzemeye baslamisdi Modernizasiya olunmus Nevada Attu doyusunde 11 18 may 1943 cu il ates desteyi vermek ucun Alyaskaya gonderildi Hemin ilin iyun ayinda Nevada nin modernizasiyasinin davam etdirilmesi ucun xett gemisi Norfolk herbi deniz tersanesine gonderildi Modernizasiya isleri basa catdiqdan sonra Nevada bezi diger kohne herbi gemiler kimi Atlantik okeaninda uzen ticaret karvanlarinin muhafizesi ucun istifade edilmeye basladi 1944 cu ilin aprelinden baslayaraq Nevada Normandiyaya desant cixarilmasi uzre Overlord emeliyyatinda istirak hazirliqlarina qosuldu 5 iyun 1944 cu ilde saat 23 00 da Nevada Kuinsi ve Taskalusa amerikan kreyserlerinin ve Blek Prins britan kreyserinin musayieti ile muttefiq gemilerinin cemlesdiyi Pikadilli meydani zonasini terk ederek desant cixarilacaq Yuta sahesine dogru ireliledi Saat 2 30 da xett gemisi sahilden 11 mil mesafede movqe tutdu 6 17 iyun ve 25 iyun tarixlerinde Nevada Serbur yarimadasina cixarilmis muttefiq desantina denizden ates desteyi verirdi Nevada hem Porl Harbor hem de Overlord emeliyyati nda istirak etmis yegane herbi gemi idi Ikinci Dunya Muharibesinden sonraNuve sinaqlarinin kecirilmesi ucun qirmizi narinci renge boyanmis Nevada Tokyo korfezinde isgal missiyasini basa vurduqdan sonra Nevada Porl Harbora qayitdi Gemi muayine edildikden sonra bele qerara gelindi ki o muharibeden sonraki herbi donanmanin terkibine daxil edilmek ucun cox kohnedir Neticede Nevada 1946 ci ilin iyulunda Bikini atollu yaxinliginda kecirilen nuve sinaqlarinda istirak edecek hedef gemisi teyin edildi Kecirilen iki sinaqdan gemi salamat cixsa da o zedelenmis ve boyuk radiasiya dozasina meruz qalmisdi 1946 ci ilin avqustunda Porl Harbora qaytarilan Nevada muayine edildikden ve herbi deniz donanmasindan silindikden sonra o Ayova ve diger iki geminin artilleriya telimlerinde istirak etmek ucun hedef qisminde teyin edildi 31 iyul 1948 ci ilde Havay adalari yaxinliginda uc gemi artilleriya atesleri ile Nevada ni batira bilmediyinden o torpeda ile batirildi IstinadlarMorison Samuel Loring Polmar Norman 2003 The American Battleship Zenith Imprint p 63 New York Times 19 September 1915 p 9 5 March 2016 tarixinde Istifade tarixi 1 October 2014 Istoriya sozdaniya linkorov Oklahoma i Nevada 2017 09 07 tarixinde Istifade tarixi 2014 10 01 Hone T Friedman N April 1981 Innovation and Administration in the Navy Department The Case of the Nevada Design Military Affairs 45 2 p 59 2014 10 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 01 Miller Nathan 1997 U S Navy A History Annapolis MD United States Naval Institute Press p 185 Yakovlev N N Pyorl Harbor 7 dekabrya 1941 goda Byl i nebyl 2022 01 21 tarixinde Istifade tarixi 2014 10 01 Pobeda Voshodyashego Solnca Sost i red Curos P 2020 08 13 tarixinde Istifade tarixi 2014 10 01 2014 10 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 01 Friedman Norman 1985 U S Battleships An Illustrated Design History Annapolis Naval Institute Press 2016 03 16 tarixinde Istifade tarixi 2014 10 01 Miller Nathan 1997 U S Navy A History Annapolis MD United States Naval Institute Press p 51 Morison Samuel Eliot 1948 The Rising Sun in the Pacific 1931 April 1942 History of United States Naval Operations in World War II series Boston Little Brown and Company p 145 Ambroz S E Den D 6 iyunya 1944 g 2020 06 28 tarixinde Istifade tarixi 2014 10 01 Ryan Cornelius 1959 The Longest Day 6 June 1944 in 671 20814 1 New York Simon and Schuster p 90 2003 04 16 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 01