UEFA Çempionlar Kuboku 1955/1956
Çempionlar Kuboku 1955/1956 — UEFA-nın ali futbol turniri olan Çempionlar Kubokunun ilk mövsümü. Turnirin qalibi "Real Madrid" olmuşdur. Çempion, 13 iyun 1956-cı ildə Paris şəhərindəki Park de Prens stadionunda keçirilən finalda "Reyms" klubunu məğlub etmişdir. Çempionlar Kubokunun ilk beş mövsümündə iştirakçı klubları L'Équipe futbol qəzeti tərəfindən seçilirdi; klubların Avropada prestijli və tanınmış olmaları qəzetin əsas seçim məyarı idi. İlkin seçilmiş komandalar içərisində İngiltərənin "Çelsi" klubuna ölkəsinin Futbol Assosiasiyası tərəfindən turnirdə iştirak etmək qadağası qoyulmuşdur, çünki qurum turniri yerli futbol yarışlarına maneə törədən kimi görürdü; Şotlandiya klubu "Aberdin" eyni səbəbdən iştirak edə bilməmişdir. Çelsinin yerinə turnirə Polşanın "Qvardiya Varşava" klubu qatıldı. Bundan əlavə, "Holland Sport", "Honvéd" və "AB" klubları müvafiq olaraq Niderland, Macarıstan və Danimarkanı təmsil etmək fürsətindən imtina elədilər, onların yerinə "PSV Eyndhoven", "Vörös Lobogó" və "Orhus" klubları (1997–98 mövsümünə qədər yerli liqanı udmadan və ya turnirin son qalibi olmadan Çempionlar Kubokuna vəsiqə qazanan sonuncu klublar oldular) çıxış etdilər. Bu, eyni zamanda 1957-ci ildə Qərbi Almaniyaya birləşdirilmiş Saarland təmsilçisinin iştirak etdiyi yeganə UEFA turniri idi.
UEFA Çempionlar Kuboku 1955/1956 | |
---|---|
1955/1956 Avropa Kuboku Avropa Çempionları Kuboku 1955/1956 | |
| |
Yekun nəticəsi | |
Çempion | Real Madrid FK (ilk qalibiyyəti) |
Finalçı | Reyms |
Yarış statistikası | |
Oyun sayı | 29 |
Qol sayı | 127 (oyun başına: 4.38) |
Tamaşaçı sayı | 900021 (oyun başına: 31035) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Miloş Milutinoviç (8 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
İlk tur cütlükləri təşkilatçılar tərəfindən təyin edildi və növbəti mövsümlərdən fərqli olaraq püşkatma baş tutmadı.
Klublar
Rapid Vyana | Anderlext | Orhus | Reyms |
Vörös Lobogó | Milan | PSV Eyndhoven | Qvardiya Varşava |
Sportinq | Saarbrükken | Hibernian | Real Madrid |
Yurqorden | Servett | Rot-Vayss Essen | Partizan |
Birinci raund
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Sportinq | 5–8 | Partizan | 3–3 | 2–5 |
Vörös Lobogó | 10–4 | Anderlext | 6–3 | 4–1 |
Servett | 0–7 | Real Madrid | 0–2 | 0–5 |
Rot-Vayss Essen | 1–5 | Hibernian | 0–4 | 1–1 |
Yurqorden | 4–1 | Qvardiya Varşava | 0–0 | 4–1 |
Orhus | 2–4 | Reyms | 0–2 | 2–2 |
Rapid Vyana | 6–2 | PSV Eyndhoven | 6–1 | 0–1 |
Milan | 7–5 | Saarbrükken | 3–4 | 4–1 |
1/4 final mərhələsi
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Yurqorden | 1–4 | Hibernian | 1–3 | 0–1 |
Reyms | 8–6 | Vörös Lobogó | 4–2 | 4–4 |
Real Madrid | 4–3 | Partizan | 4–0 | 0–3 |
Rapid Vyana | 3–8 | Milan | 1–1 | 2–7 |
Yarımfinal
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Reyms | 3–0 | Hibernian | 2–0 | 1–0 |
Real Madrid | 5–4 | Milan | 4–2 | 1–2 |
Final
Real Madrid | 4–3 | Reyms |
---|---|---|
Di Stefano 14' Rial 30', 79' Markitos 67' | Hesabat | Leblon 6' Templin 10' İdalqo 62' |
Bombardirlər
Yer | Ad | Klub | Qol sayı |
---|---|---|---|
1 | Miloş Milutinoviç | Partizan | 8 |
2 | Peter Palotaş | Vörös Lobogó | 6 |
Leon Qlovatski | Reyms | ||
4 | Rene Bliyar | Reyms | 5 |
Ektor Rial | Real Madrid | ||
Alfredo Di Stefano | Real Madrid | ||
7 | Mixay Lantoş | Vörös Lobogó | 4 |
Qunnar Nordal | Milan | ||
Mişel Leblon | Reyms | ||
10 | Alfred Körner | Rapid Vyana | 3 |
İppolit Van Den Boş | Anderlext | ||
Yon Eriksson | Yurqorden | ||
Eddi Törnbull | Hibernian | ||
Xuan Alberto Skyaffino | Milan | ||
Corco Dal Monte | Milan | ||
Xoseito | Real Madrid |
İstinadlar
Xarici keçidlər
- 1955/1956 mövsümü UEFA-nın saytında
- 1955/1956 mövsümünün bütün oyunları UEFA-nın saytında
- UEFA protokollarına görə Çempionlar Kuboku 1955/1956-da qol vuran bütün oyunçular