Teymurilərin Azərbaycana yürüşləri
1370-1507-ci illərdə mövcud olmuş Teymurilər dövləti Azərbaycana 1386-cı ildən başlayaraq yürüș etmişdir. Ancaq Sultan Şahruxdan başlayaraq bu yürüşlər artıq Azərbaycanı işğal etmək üçün deyil, yerli hakimlərə Teymurilər dövlətinin gücünü göstərmək üçün idi. 1469-cu ildə Uzun Həsən Teymuri Əbu Səidi məğlubiyyətə uğratdı ,və 1507-ci ildə Șeybanilər dövləti Teymurilər dövlətinin varlığına son qoydu.
Əmir Teymurun Azərbaycana yürüşləri
Əmir Teymurun 1-ci yürüşü
- 1367-cı ildə baș vermişdi.
- Tərəfdarları :I İbrahim .
- I İbrahimin Əmir Teymurla müttəfiq olmaqda məqsədi Şirvanı talan edilməkdən xilas etmək və Qızıl Ordu dövlətinə qarşı mübarizə aparmaq idi.
- Nəticə : Əlincə istisna olmaqla Azərbaycan torpaqları ələ keçirildi .
Əmir Teymurun 2-ci yürüşü
- Əleyhdarları :Cəlairilər(Əlincə),Qara Yusif,Seyid Əli Orlat,hürufilər.
- 1399-1400-cı illərdə baș vermişdir .
- Tərəfdarları :I İbrahim,Seyid Əhməd.
- I İbrahimin köməkliyi ilə Seyid Əhməd Əmir Teymurla münasibətlərini düzəldə bilmişdir.
- Əleyhdarları :Cəlairilər(Əlincə),Qara Yusif,hürufilər.
- Nəticə : Əlincə ələ keçirildi .
I İbrahimın teymuriləri məğlub etməsi
Əmir Teymurun ölümündən sonra I İbrahim Kürü keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini tutdu .Bir çox hakimlər(Şəki hakimi Seyid Əhməd,Gürcüstan hakimi,Qaramanlı Yar Əhməd,əmir Bəstam Cəyir,Ərdəbil hakimi) ona qoşuldu .Bundan qəzəblənən Teymuri Mirzə Ömər Arazı keçerək Babı kəndində düşərgə saldı .1405-ci ilin yayında Mirzə Ömər məğlub edildi .Təbrizdə teymurilərə üsyan qaldıran əhali I İbrahimi bura dəvət etdi .
Qara Yusifin teymuriləri məğlub etməsi
Qara Yusif 1406-cı ildə Şənbi-Qazan və1408-ci il Sərdrud döyüşlərində teymuriləri məğlub etdi .
Sultan Şahruxun Azərbaycana yürüşü
Sultan Şahruxun 1420-1421-ci illər yürüşü
- Tərəfdarları : I Xəlilullah,Qarabağ hakimi Yar Əhməd
- Əleyhdarları :Qaraqoyunlular
- Nəticə : Təbrizi tərk etdikdən sonra Qaraqoyunlu taxtına Qara İskəndər sahib oldu .
Sultan Şahruxun 1428-1429-ci illər yürüşü
- Tərəfdarları : I Xəlilullah
- Əleyhdarları :Qaraqoyunlular
- Nəticə :Sultan Şahrux qaraqoyunlu taxtına Qaraqoyunlu Əbu Səidi çıxartdı .
Sultan Şahruxun 1435-ci il yürüşü
- Tərəfdarları : I Xəlilullah
- Əleyhdarları :Qaraqoyunlular
- Nəticə :Sultan Şahrux qaraqoyunlu taxtına Cahanşahı çıxartdı .
Cahanşahın teymuriləri məğlub etməsi
Teymuri Əbu Səidin Azərbaycana yürüşü
- 1468-1469-cı illərdə baș vermişdir .
- Əleyhdarları :Uzun Həsən ,Şeyx Heydər,I Fərrux Yasar
- I Fərrux Yasar Şirvanşahlar dövlətinin Teymurilər ilə dostluq əlaqələrinə baxmayaraq siyasi vəziyyətin dəyişdiyini görərək Uzun Həsənə yardım etdi .
- Nəticə : Teymurilər məğlub edildi .
İstinadlar
- Uzun Həsən
- I İbrahim (şirvanşah)
- Teymurilər sülaləsinin hökmdarları
- Seyid Əhməd Orlat
Əmir Teymur kelmeleri.