Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Tayıflı | |
---|---|
41°00′18″ şm. e. 47°30′26″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Oğuz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 479 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 687 nəfər |
Tarixi
Rayon mərkəzindən 15 km cənub-şərqdə, Şirvanlı kəndinin qərbində yerləşir. Qumlaq İnzibati Ərazi Dairəsinə daxildir. "Tayıflı" sözü üç hissədən ibarətdir: tay-if-lı. "Tay"ın “Azərbaycan dilinin izahlı lüğəti”ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi. Kənd də çayın yatağına nisbətən sahilindəki ucalıqlarda salınmışdır. Sözdəki "ıf" hissəciyi "lətif", "tərif", "zərif" sözlərində olduğu kimi, sifət bildirir. "lı" isə mənsubiyyət bildirən şəkilçidir. Deməli, "Tayıflı" – "ucada, yüksəklikdə olanlar", yaxud, "o tayda, bu tayda qərar tutanlar" anlamına gəlir. Kəndin əhalisi (660 nəfər) heyvandarlıq əkinçilik, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 32 telefon, tibb məntəqəsi, ticarət köşkləri var. Təbii qaz xətti çəkilmişdir. Rayon mərkəzindən Tayıflıya avtobus marşrutu işləyir.
Toponimikası
Tayıflı oyk., sadə. Oğuz rayonunun Qumlaq i.ə.v.-də kənd. Qala çayının sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Əsl adı Tayıblıdır. "5" səsinin "uf" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 687 nəfər yaşayır.
İstinadlar
- "Azərbaycan dilinin izahlı lüğəti" IV cild, Bakı, 2006. səh. 273
- M.Seyidov, adı çəkilən əsəri, səh 292
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
- http://www.municipality.az/?year=2009&month=04&cstart=14[ölü keçid]
- Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Oğuz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |