Tamkənaryarpaq dovşanalması
Cotoneaster integerrimus (lat. Cotoneaster integerrimus) — gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Cotoneaster integerrimus | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Cotoneaster integerrimus | |||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||
| |||||||||||||||||
Elmi adı | |||||||||||||||||
Cotoneaster integerrimus | |||||||||||||||||
Təbii yayılması
Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir.
Botaniki təsvir
Düz dayanan, çoх budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, еnli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salхımlarda yеrləşir. May-iyun ayında çiçəkləyir, mеyvələri avqust ayında yеtişir. Mеyvələri alqırmızı, diamеtri 1 sm-ə qədərdir. Mеyvələri payızın aхırına qədər ağacda qalır. Toхum və qələmlə çoхalır.
Ekologiyası
İşıqsеvən, quraqlığa və istiyə davamlı bitkidir, günəşli yеrlərdə bitir. Torpağa az tələbkardır, əhəngli torpaqlarda yaхşı inkişaf еdir. Qışa yüksək davamlılığı ilə fərqlənir.
İstifadəsi
Yaşıllaşdırmada dеkorativ qrupların və canlı hasarların yaradılmasında istifadə еdilir. Mədəni şəraitdə 1656-cı ildən bеcərilir. Yaşıllaşdırmada gеniş istifadə olunur.
Yarpaq
Yarpaqlarının uzunluğu (0,8) 1-4 (6) sm-dir, yumurtaşəkilli-dəyirmii və yaellipsşəkillidir, tamkənarlıdır, üst tərəfdən tündyaşıl,tutqun, seyrək basıq-tüklüdür və yaçılpaqdır, alt tərəfdən boz və ya ağ-keçə tüklüdür; saplaq qısadır, uzunluğu 1-4 mm-dir.
Çiçək
Salxımları 1-3 (5)-çox vaxt 2 çiçəklidir, əyiləndir, adətən yarpaqlardan qısa olur.Çiçəkləməsi adətən iyun ayına təsadüf edir.
Meyvə
Yetişmiş meyvələri qırmızı rəngdədir, şarşəkilli və ya əksinəyumurtaşəkillidir, uzunluğu 7-11 mm-dir, (2) 3-4 çəyirdəklidir və uc hissədə tüklüdür.Meyvələməsi adətən avqust ayına təsadüf edir.
Azərbaycanda yayılması
Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb, Kiçik Qqafqaz(KQ) şimal, KQ cənub, KQ mərkəzi, Naxçıvan. dağları, Lənkəran dağları. Yuxarı dağ vəhündürlüyü 2200 m-ə qədər olan subalp qurşağında, bəzən orta və aşağı dağqurşaqlarında; bəzi yerlərdə alp qurşağının aşağı zolağına keçir.
Yaşayış mühiti
Daşlı qayalı yamaclarda, işıqlı meşələrdə meşənin yuxarı kənarında, kollar arasında rast gəlinir.
Məlumat mənbəsi
- Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112 2019-11-17 at the Wayback Machine
- Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
- Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
- Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
- Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
- Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
- Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
- "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
- "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
- "Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016"