Star Wars Jedi: Fallen Order
Bu məqalə istehsal prosesində olan və 2019-cu ildə buraxılması gözlənilən bir video oyun haqqındadır. Oyunun buraxılmasından sonra burada verilən məlumatlar doğru olmaya bilər və məqalənin məzmunu əhəmiyyətli dərəcədə dəyişə bilər. |
Star Wars Jedi: Fallen Order (azərb. Ulduz müharibələri ceday. Yıxılmış intizam) — "Respawn Entertainment" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan anons edilmiş video oyun. Video oyun ilk dəfə 4 may 2016-cı il tarixində anons edilmişdir. 2018-ci ildə keçirilmiş "Electronic Entertainment Expo" tədbirində açıqlanan video oyunun əsas süjeti "Ulduz müharibələri" kainatında, 66-cı əmrin qüvvəyə minməsindən az sonra, yəni "Ulduz müharibələri. Epizod III: Sithin qisası" filmindən sonra cərəyan edir. Video oyun barədə daha ətraflı məlumatlar 13 aprel 2019-cu il tarixində keçirilmiş "Star Wars Celebration" tədbirində açıqlanmışdır. Oyun 15 noyabr 2019-cu il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılacaq.
Star Wars Jedi: Fallen Order | |
---|---|
| |
Hazırlayan | Respawn Entertainment |
Yayımlayan | Electronic Arts |
Lokalizatorlar | Electronic Arts |
Seriya | Star Wars |
Anons tarixi | 4 may 2016 |
Buraxılış tarixi | 15 noyabr 2019 |
Janrlar | Döyüş-macəra |
Ssenarist | Kris Avellon |
Proqramçı | Ceyson de Heras |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows PlayStation 4 Xbox One |
Mühərriklər | Unreal Engine 4 |
Oyun rejimləri | Birnəfərli oyun |
Daşıyıcılar | DVD (PC üçün), Blu-Ray (PS4 və Xbox One üçün), rəqəmsal dağılım (Origin, PSN, Xbox Live) |
İdarəetmə | Klaviatura və siçan qeympad |
Rəsmi saytı (ing.) |
Məzmun
Qurma
Oyunun əsas süjeti "Ulduz müharibələri. Epizod III: Sithin qisası" filminin sonunca gerçəkləşmiş 66-cı əmrin qüvvəyə minməsindən sonra, Ceday ordeninin üzvlərinin təmizlənməsindən sonra baş verənləri əhatə edir. Oyunçu padavan Kal Kestis (ing. Cal Kestis; Kameron Monaqan tərəfindən canlandırılıb) – sağ qalmış son cedaylardan birini idarə edir.
Geympley
"Star Wars Jedi: Fallen Order" birnəfərli rejimdə üçüncü şəxs perspektivindən oynanılan döyüş-macəra video oyunudur.
İstehsal
Stiq Asmussen 2014-cü ildə "Respawn Entertainment" heyətinə studiyanın oyun rejissoru olaraq qoşulmuş və studiyanın ikinci istehsal komandasına rəhbərlik etməyə başlamışdır. 2018-ci ilin may ayında bu layihənin üçüncü şəxs perspektivindən oynanılan və süjeti "Ulduz müharibələri" kainatında cərəyan edən bir döyüş-macəra video oyunu olacağı açıqlanmışdır. "Mafia III" video oyununun ssenaristi Aaron Kontreras oyunun ssenari komandasına rəhbərlik edirdi. Bu komandada Kris Avellon və digər dörd ssenarist var idi. Studiya yeni personajlar və məkanlar yaratmaq üçün "Lucasfilm" ilə əməkdaşlıq etmişdir.
"Respawn Entertainment" oyunu "Unreal Engine 4" video oyun mühərriki ilə yaratmışdır.
Marketinq və buraxılış
"Electronic Arts" şirkəti oyunu 2018-ci ildə keçirilən "Electronic Entertainment Expo" tədbirində anons etmişdir. Oyunun Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün "Ulduz müharibələri: Skayuolkerin yüksəlişi" filminin premyerası ilə eyni tarixdə – 15 noyabr 2019-cu il tarixində satışa çıxarılacağı açıqlanmışdır.
İstinadlar
- ChrisAvellone (28 fevral 2019). "I can't say 100% b/c of NDAs, but the ones I can say: I just finished up work with Jedi: The Fallen Order - and beyond that, there's another big bomb dropping in a month! Er, I mean, maybe. Ahem" (Tweet) (ingilis). 2 mart 2019 tarixində . İstifadə tarixi: 13 aprel 2019.
- Ceyms, Din. "Respawn's Star Wars Game May Be Using Unreal Engine 4". attackofthefanboy.com (ingilis). Attack of the Fanboy. 8 aprel 2019 tarixində . İstifadə tarixi: 13 aprel 2019.
- "A Letter From Stg". admin.respawn.com (ingilis). Respawn Entertainment. 9 fevral 2019 tarixində . İstifadə tarixi: 13 aprel 2019.
- MakUertor, Maykl. "Respawn's Star Wars game is called Star Wars Jedi: Fallen Order". www.polygon.com (ingilis). Polygon. 23 iyun 2018 tarixində . İstifadə tarixi: 13 aprel 2019.
- "The Galaxy Wide Premiere of Star Wars Jedi: Fallen Order". www.starwarscelebration.com (ingilis). Star Wars Celebration. 9 aprel 2019 tarixində . İstifadə tarixi: 13 aprel 2019.
- Durnsbuş, Conaton (14 aprel 2019). "Star Wars Jedi: Fallen Order Release Date Announced, Gameplay, Story Details Revealed". www.ign.com (ingilis). 14 aprel 2019 tarixində . İstifadə tarixi: 14 aprel 2019. (#text_ignored)
- "EA Play 2018: Star Wars Jedi: Fallen Order Revealed and New Clone Wars Content Coming to Star Wars Battlefront II". www.starwars.com (ingilis). Lucasfilm Ltd. 9 iyun 2018. 10 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
- Makuç, Eddi (12 iyun 2014). "E3 2014: Veteran God of War Dev Joins Titanfall Studio". www.gamespot.com (ingilis). GameSpot. 31 dekabr 2018 tarixində . İstifadə tarixi: 14 aprel 2019.
- Yin-Pol, Uizli (4 may 2016). "Titanfall developer Respawn is making a third-person Star Wars game". www.eurogamer.net (ingilis). Eurogamer. 12 sentyabr 2018 tarixində . İstifadə tarixi: 14 aprel 2019.
- Rame, Cordan (13 aprel 2019). "Star Wars Jedi: Fallen Order's Story Is "Very Important" To The Game, Says Chris Avellone". www.gamespot.com (ingilis). GameSpot. 14 aprel 2019 tarixində . İstifadə tarixi: 14 aprel 2019.
- Svizen, Zek (13 aprel 2019). "Our First Look At Star Wars Jedi: Fallen Order, A Single-Player Game Starring A Jedi Survivor". kotaku.com (ingilis). Kotaku. 14 aprel 2019 tarixində . İstifadə tarixi: 14 aprel 2019.
- ChewbieFR (13 aprel 2019). "Star Wars Jedi : Fallen Order sera un jeu purement solo". Jeuxvideo.com (fransız). Webedia. 14 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.
- Şeridan, Konnor (13 aprel 2019). "Star Wars Jedi: Fallen Order release date is official and it's coming in November". www.gamesradar.com (ingilis). GamesRadar. 14 aprel 2019 tarixində . İstifadə tarixi: 14 aprel 2019.
Xarici keçidlər
Məlumat
- "Star Wars Jedi: Fallen Order"-ın rəsmi saytı
- Star Wars Jedi: Fallen Order — "Vukipediya" saytında. (ing.) (rus.)
Portal «Video oyunlar» portalı |