| Siuateteo | |
|---|---|
| Cihuātēteoh | |
| |
| Mifologiya | astek mifologiyası[d] |
Siuateteo və ya "İlahi Qadınlar" (: Cihuātēteoh, təkdə Cihuātēotl) — Astek mifologiyasında doğuş zamanı dünyasını dəyişən qadınların ruhları. Onlar Astek mədəniyyətində döyüşün doğuşa bənzədilməsi səbəbindən, döyüşdə həlak olan kişi savaşçılarının ruhlarına bərabər tutulurdular. İnanclara görə, doğuş zamanı qadın yeni doğulan uşağın ruhunu döyüşçünün düşmənini əsir aldığı kimi ələ keçirirdi. Bu ruhlar həmçinin hər gün günəşin batdığı yer olan qərblə əlaqələndirilirdi.
Mifologiya
| ]Siuateteo qərbdə yerləşən və "qadınların məkanı" mənasını verən Sihuatlampa adlı bölgədə məskunlaşırdılar. Hər gün günəşi günortadan gün batana qədər qərbə doğru yönləndirirdilər və bəzi inanclara görə, hətta günəşi yeraltı aləm boyunca daşıyaraq onun yenidən doğmasına kömək edirdilər. Onlara kişi savaşçıların ruhları da yardım edirdi və bu günəşi yönləndirmək vəzifəsi yalnız bu iki qrup üçün ayrılmış bir şərəf sayılırdı.
Aztek təqviminin beş xüsusi günü — 1 Maral (1 Deer), 1 Yağış (1 Rain), 1 Meymun (1 Monkey), 1 Ev (1 House) və 1 Qartal (1 Eagle) — Siuateteo yer üzünə enirdi. Yerə endikləri zaman, gecənin şeytanları hesab olunurdular və adətən yolayrıcılarda dolaşırdılar. İnsanlar bu ruhları razı salmaq üçün yol kənarında məbədlər tikirdilər, çünki Siuateteonun uşaqları oğurladığına, insanların ağlını qarışdıraraq onları qəzəbləndirdiyinə və kişiləri xəyanət etməyə sövq etdiyinə inanılırdı.Metropoliten Muzeyində saxlanılan bir Siuateteo heykəlinin başında "1 Ev" (Ce Calli), Britaniya Muzeyində olan digər bir heykəlin üzərində isə "1 Meymun" günü göstərən işarələr həkk olunmuşdur.
Dəfn adətləri
| ]
Astek mədəniyyətində doğuş çətin və mübarizə dolu bir döyüş kimi qəbul edilirdi. İnanca görə, uşaq tanrılar tərəfindən yer üzünə göndərilir və ana onu dünyaya gətirmək üçün bu tanrılarla mübarizə aparırdı. Ana qalib gələrdisə, o, uşağını qazanmış olurdu, lakin məğlub olardısa, ölürdü və ruhu Siuateteoya çevrilirdi.
Doğuş zamanı ölən qadınların dəfni xüsusi ayinlərlə keçirilirdi. Çünki belə qadınların cəsədi onların ruhu ayrıldıqdan sonra sehrli gücə malik hesab edilirdi. Bu səbəbdən, cəsəd silahlı adamlar — dul qalan həyat yoldaşı, dostları, mamaçalar və yaşlı qadınlar tərəfindən qorunurdu. Çünki döyüşçülərin bu cəsədi ələ keçirmək istədiklərinə inanılırdı. Xüsusilə sol orta barmaq və saçın sehrli gücə malik olduğu düşünülürdü. Aztek inancına görə, bu relikviyalar döyüşçülərin qalxanlarına yerləşdirilərsə, onları daha cəsarətli və güclü edəcək, düşmənlərinin gözlərini kor edəcəkdi.
İncəsənətdə təsvirlər
| ]
Siuateteo bədii əsərlərdə "qorxunc simalar", "sıxılmış, pəncəyə bənzər yumruqlar", "qabarıq dişlər" və "təcavüzkar duruşlar" ilə xarakterizə edilirdi. Onlar pəncəyə bənzər ayaqlarını ətəklərinin altına yığıb həm sakit, həm də hücuma hazır görünürdülər. Aztek incəsənətində doğuşdan sonrakı qadın bədəni sallanmış döşlər və qarın qırışları ilə təsvir olunurdu. Lakin Siuateteoların bədən quruluşu gərgin qarın, açıq döşlər və nəzərə çarpan gilələr ilə göstərilir. Bu isə onların ana olmaq və uşaqlarını əmizdirmək şansını qaçırdıqlarını vurğulayırdı.
Siuateteo adətən dağınıq, narıncı saçlı, ilan kəmərli ətəklər geyinmiş şəkildə təsvir olunurdu. bölgəsində tapılan fiqurlar isə başlarında kəsilmiş başlar olan əsa tutmuş və soyulmuş dərilər ilə örtülmüş vəziyyətdədirlər. Bu onların bir qadın məhsuldarlıq tanrısına sitayiş etdiyini göstərə bilər. Belindəki ilan kəməri, həm döyüş, qurban və siyasi güc, həm də doğuş və mamaçalıqla əlaqəli olan Siuateteo adlı ilan tanrıçaya istinad edə bilər. Dağınıq saç isə qaranlıq və torpaqla əlaqələndirilirdi. Çünki Sihuatlampa qaranlıq bir yer idi və Aztek inancında torpaq və torpaq tanrıçaları həm doğuşu, həm də qurban verməyi simvolizə edirdi. Bu isə Siuateteoların əsas xüsusiyyətləri ilə üst-üstə düşürdü.
Həmçinin bax
| ]İstinadlar
| ]- Matos Moctezuma, Eduardo; Solís Olguín, Felipe R., redaktorlar Aztecs. London: Royal Academy of Arts. 2002. ISBN . OCLC 50525805.
- de Orellana, Margarita; Pope, Quentin; Matos Moctezuma, Eduardo; Nagao, Debra; Balderas, Ximena Chávez; Cué, Lourdes; León-Portilla, Miguel; Uriarte, María Teresa; Quirarte, Vicente. "The Aztecs-Mexica and Death: A Rebirth of Gods and Men". Artes de México (96). 2009: 65–80. JSTOR 24317808.
- "Cihuateotl | Aztec". The Metropolitan Museum of Art. 26 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- Shelton, Anthony Alan. Ancient America : contributions to New World archaeology. Saunders, Nicholas J. Oxford: Oxbow Books. 1992. 5. ISBN . OCLC 28327040.
- Salas, Elizabeth. Soldaderas in the Mexican military: myth and history (1st). Austin: University of Texas Press. 1990. ISBN . OCLC 20723387.
- Encyclopedia of religion. Jones, Lindsay, 1954-, Eliade, Mircea, 1907-1986., Adams, Charles J. (2nd). Detroit: Macmillan Reference USA. 2005. 5905. ISBN . OCLC 56057973.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya SiuateteoCihuateteohMifologiya astek mifologiyasi d Vikianbarda elaqeli mediafayllar Siuateteo ve ya Ilahi Qadinlar Cihuateteoh tekde Cihuateotl Astek mifologiyasinda dogus zamani dunyasini deyisen qadinlarin ruhlari Onlar Astek medeniyyetinde doyusun dogusa benzedilmesi sebebinden doyusde helak olan kisi savascilarinin ruhlarina beraber tutulurdular Inanclara gore dogus zamani qadin yeni dogulan usagin ruhunu doyuscunun dusmenini esir aldigi kimi ele kecirirdi Bu ruhlar hemcinin her gun gunesin batdigi yer olan qerble elaqelendirilirdi Mifologiya span Siuateteo qerbde yerlesen ve qadinlarin mekani menasini veren Sihuatlampa adli bolgede meskunlasirdilar Her gun gunesi gunortadan gun batana qeder qerbe dogru yonlendirirdiler ve bezi inanclara gore hetta gunesi yeralti alem boyunca dasiyaraq onun yeniden dogmasina komek edirdiler Onlara kisi savascilarin ruhlari da yardim edirdi ve bu gunesi yonlendirmek vezifesi yalniz bu iki qrup ucun ayrilmis bir seref sayilirdi Aztek teqviminin bes xususi gunu 1 Maral 1 Deer 1 Yagis 1 Rain 1 Meymun 1 Monkey 1 Ev 1 House ve 1 Qartal 1 Eagle Siuateteo yer uzune enirdi Yere endikleri zaman gecenin seytanlari hesab olunurdular ve adeten yolayricilarda dolasirdilar Insanlar bu ruhlari razi salmaq ucun yol kenarinda mebedler tikirdiler cunki Siuateteonun usaqlari ogurladigina insanlarin aglini qarisdiraraq onlari qezeblendirdiyine ve kisileri xeyanet etmeye sovq etdiyine inanilirdi Metropoliten Muzeyinde saxlanilan bir Siuateteo heykelinin basinda 1 Ev Ce Calli Britaniya Muzeyinde olan diger bir heykelin uzerinde ise 1 Meymun gunu gosteren isareler hekk olunmusdur Defn adetleri span Esas xususiyyetleri qeyd edilmis Siuateteo heykeli Astek medeniyyetinde dogus cetin ve mubarize dolu bir doyus kimi qebul edilirdi Inanca gore usaq tanrilar terefinden yer uzune gonderilir ve ana onu dunyaya getirmek ucun bu tanrilarla mubarize aparirdi Ana qalib gelerdise o usagini qazanmis olurdu lakin meglub olardisa olurdu ve ruhu Siuateteoya cevrilirdi Dogus zamani olen qadinlarin defni xususi ayinlerle kecirilirdi Cunki bele qadinlarin cesedi onlarin ruhu ayrildiqdan sonra sehrli guce malik hesab edilirdi Bu sebebden cesed silahli adamlar dul qalan heyat yoldasi dostlari mamacalar ve yasli qadinlar terefinden qorunurdu Cunki doyusculerin bu cesedi ele kecirmek istediklerine inanilirdi Xususile sol orta barmaq ve sacin sehrli guce malik oldugu dusunulurdu Aztek inancina gore bu relikviyalar doyusculerin qalxanlarina yerlesdirilerse onlari daha cesaretli ve guclu edecek dusmenlerinin gozlerini kor edecekdi Incesenetde tesvirler span El Zapotal Siuateteosunu tesvir eden terrakota heykel Siuateteo bedii eserlerde qorxunc simalar sixilmis penceye benzer yumruqlar qabariq disler ve tecavuzkar duruslar ile xarakterize edilirdi Onlar penceye benzer ayaqlarini eteklerinin altina yigib hem sakit hem de hucuma hazir gorunurduler Aztek incesenetinde dogusdan sonraki qadin bedeni sallanmis dosler ve qarin qirislari ile tesvir olunurdu Lakin Siuateteolarin beden qurulusu gergin qarin aciq dosler ve nezere carpan gileler ile gosterilir Bu ise onlarin ana olmaq ve usaqlarini emizdirmek sansini qacirdiqlarini vurgulayirdi Siuateteo adeten daginiq narinci sacli ilan kemerli etekler geyinmis sekilde tesvir olunurdu bolgesinde tapilan fiqurlar ise baslarinda kesilmis baslar olan esa tutmus ve soyulmus deriler ile ortulmus veziyyetdedirler Bu onlarin bir qadin mehsuldarliq tanrisina sitayis etdiyini gostere biler Belindeki ilan kemeri hem doyus qurban ve siyasi guc hem de dogus ve mamacaliqla elaqeli olan Siuateteo adli ilan tanricaya istinad ede biler Daginiq sac ise qaranliq ve torpaqla elaqelendirilirdi Cunki Sihuatlampa qaranliq bir yer idi ve Aztek inancinda torpaq ve torpaq tanricalari hem dogusu hem de qurban vermeyi simvolize edirdi Bu ise Siuateteolarin esas xususiyyetleri ile ust uste dusurdu Hemcinin bax span La YoronaIstinadlar span Matos Moctezuma Eduardo Solis Olguin Felipe R redaktorlar Aztecs London Royal Academy of Arts 2002 ISBN 9781903973134 OCLC 50525805 de Orellana Margarita Pope Quentin Matos Moctezuma Eduardo Nagao Debra Balderas Ximena Chavez Cue Lourdes Leon Portilla Miguel Uriarte Maria Teresa Quirarte Vicente The Aztecs Mexica and Death A Rebirth of Gods and Men Artes de Mexico 96 2009 65 80 JSTOR 24317808 Cihuateotl Aztec The Metropolitan Museum of Art 26 iyul 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 26 iyul 2017 Shelton Anthony Alan Ancient America contributions to New World archaeology Saunders Nicholas J Oxford Oxbow Books 1992 5 ISBN 978 0946897483 OCLC 28327040 Salas Elizabeth Soldaderas in the Mexican military myth and history 1st Austin University of Texas Press 1990 ISBN 978 0292776302 OCLC 20723387 Encyclopedia of religion Jones Lindsay 1954 Eliade Mircea 1907 1986 Adams Charles J 2nd Detroit Macmillan Reference USA 2005 5905 ISBN 978 0028657424 OCLC 56057973 Kateqoriyalar Elifba sirasina gore mifoloji personajlarQadin mifoloji varliqlarAstek mifologiyasiDoyus ilaheleri
