Wikipedia
Sintiya Lennon
Sintiya Lennon (ing. Cynthia Lennon), doğularkən Sintiya Pauell Lennon (ing. Cynthia Powell Lennon); 10 sentyabr 1939, Lankaşir, İngiltərə — 1 aprel 2015, Malyorka, İspaniya) — musiqiçi Con Lennonun birinci arvadı. Sintiya və Con Liverpul İncəsənət Kollecində tanış olmuşdular. Onlar hələ "bitlomaniya"dan əvvəl, 1962-ci ildə evlənmişdilər. Bu evlilikdən 1963-cü ildə Culian dünyaya gəlib. 8 noyabr 1968-ildə Condan boşanıb. Conla boşandıqdan sonra üç dəfə ailə həyatı qurub.
Sintiya Lennon | |
---|---|
ing. Cynthia Lennon | |
Doğum tarixi | |
Doğum yeri | Lankaşir, İngiltərə |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Malyorka, İspaniya |
Vəfat səbəbi | Xərçəng xəstəliyi |
Vətəndaşlığı | |
Həyat yoldaşları | Con Lennon (1962–1968) Roberto Bassanini (1970–1973) Con Tvist (1976–1983) Noel Çarlz (2002–2013) |
Uşağı | Culian Lennon |
Təhsili |
|
Fəaliyyəti | incəsənət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Sintiya Lennon 75 yaşında yaşadığı Malyorkada xərçəng xəstəliyi səbəbindən vəfat edib.
İstinadlar
- "Julian Lennon - Джулиан Леннон Биография". Publika.ru. İstifadə tarixi: 15 Noyabr 2015.
- "John Lennon's first wife Cynthia dies from cancer". BBC News. 1 Aprel 2015. İstifadə tarixi: 15 Noyabr 2015.
Xarici keçidlər
- Memorial Page 2016-01-11 at the Wayback Machine
- Living with Lennon