Səbinə Babayeva
Səbinə Eldar qızı Babayeva — Azərbaycan pop müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycanlı müğənnidir. Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub.
Səbinə Babayeva | |
---|---|
Səbinə Babayeva | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1999–hal hazırda |
Janr | CazPopFolk |
sabina.eurovisiontalents.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəznində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinifinə daxil olub. Burada Səbinə xanım Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs alıb. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində uğurla təmsil etıb.
2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" serialında "Röya kimi" mahnısını ifa edıb və geniş tamaşaçı kütləsinə tanınıb. Sonrakı illər Səbinə xanım caz janrında mahnılar ifa edib və Bakı Caz Mərkəzində çalışmağa başlayib.
2013-cü ildə 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilib.
2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilib.
Avroviziya Mahnı Müsabiqəsi
Səbinə Babayeva 2010-cu ildə 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün ölkədə keçirilən Milli Seçim Turlarında iştirak edib və 5-ci həftə 8 xalla 3-cü yeri tutub.
2012-ci ildə Səbinə Babayeva yenidən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün Milli Seçim Turlarında iştirak edib, və 5-ci həftənin qalibi olub. Yarım-finalda uğurla çıxış edərək finala adlayıb.
12 fevral tarixində Heydər Əliyev Sarayında keçirilən Milli Seçimlərin finalında Səbinə Babayeva qalib olub və Azərbaycanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanıb. Səbinə xanımın ifa etdiyi "When the Music Dies" mahnısı 17 mart tarixində təqdim edilib.
Səbinə Babayeva 26 may tarixində 57-ci Avroviziya Mahnı Müsabiqəsinin finalında "When the Music Dies" mahnısını Azərbaycanın Xalq Artisti, muğam ifaçısı Alim Qasımov ilə birgə ifa edib. Müsabiqənin səs vermə mərasimində Səbinə xanım 150 xal toplayaraq, 57-ci Avroviziya Mahnı Müsabiqəsində 42 ölkədən gəlmiş iştitakçılar arasında 4-cü yeri qazana bilib.
Ailəsi
26 sentyabr 2012-ci ildə Səbinə Babayeva rejissor Cavidan Şərifov ilə ailə həyatı qurub. 3 yanvar 2016-cı ildə isə Səbinə xanımın Əli adında oğlu anadan olub.
Nailiyyətləri və mükafatları
- Xeyriyyə konsertlərində iştirakına görə UNICEF-in xüsusi diplomu ilə təltif edilib;
- “Slavyanski Bazar 9 9” Beynəlxalq Müsabiqəsinin gənc ifaçı diplomuna layiq görülüb. Belarusiya;
- Gənc İfaçıların “Qızıl şlyager 99” Beynəlxalq Müsabiqəsində 3-cü dərəcəli diplom alıb. Belarusiya;
- Musiqi institutları arasında keçirilən Gənc İfaçıların “Dalğa-99” Respublika Müsabiqəsində 1-ci dərəcəli Laureat adı qazanb. Bakı, Azərbaycan;
- Gənc İfaçıların “Qızıl Açar 2001” Respublika Müsabiqəsində 1-ci dərəcəli Laureat adına layiq görülüb. Bakı, Azərbaycan;
- İkinci Dünya Müharibəsinin sona yetməsinin 55-ci ildönümünə həsr edilən Festivalın “Vətənpərvərlik mövzusunda mahnının ən yaxşı ifası” nominasiyasında 1-ci dərəcəli Laureat adını qazanıb. Belarusiya, Belovejskaya Puşa;
- 2002-ci il – LAMA 2017-11-13 at the Wayback Machine-nın (Los Anceles Musiqi Akademiyası) vokal şöbəsinə dəvət alıb;
- 2003-2004-cü illıərdə Azərbaycan və Türkiyədə efirə getmiş 10 seriyalı “Bəyaz Həyat” azərbaycan bədii filminin “Röya kimi” adlı orijinal səs cığırını (OST) ifa edib;
- MS “Romantika” adlı gəzinti gəmisində Riqa – Stokholm – Riqa şəhərləri arasında dəniz səyahəti zamanı keçirilən “Amberstar 2009” VIII Beynəlxalq Musiqi Telefestivalının Gran-Pri mükafatçısı olub (video: 1, 2);
- Rusiyada keçirilən Gənc İfaçıların “Slavyan ulduzu 2009” Beynəlxalq Müsabıqəsinin Gran-Pri mükafatçısı adını qazanıb;
- 2010-2011 - “ÜNS” teatrının quruluşunda “Notr-Dam de Paris” müziklində solist olub. Bakı, Azərbaycan;
- 2011-ci ildən Bakı Caz mərkəzinin solisti olub;
- 2007-2012 – “Aypara” qrupunun solisti olub;
- 2011-2013 – Vaşinqtonda, Parisdə, Kannda, Vilnüsdə keçirilən “Azərbaycan Mədəniyyəti Günlərində” iştirak edib;
- 2012 – Avroviziya 2012 Mahnı Müsabiqəsində “When the Music Dies” adı mahnı ilə ıştırak edərək, yarışmada 4-cü pilləyə yüksəlib (video);
- 2012 – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İlin Səsi 2012” müsabiqəsində fəxri mükafat alıb.;
- 2015 – Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında fəxri məşəl daşıyıcısı olub, 2015-ci il Avropa Oyunlarının rəsmi bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib;
- 2017 – İslam Həmrəyliyi Oyunlarının bağlanması münasibətilə keçirilən konsertin fəxri qonağı olub.
- 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Mahnıları
İl | Mahnı |
---|---|
2003 | "Röya kimi" |
2012 | "When the Music Dies" |
"Gəl" | |
"Sevgi nəğməmiz" | |
2013 | "Eşq alovu" |
"Oceans away" | |
2014 | "Ey Azərbaycanım" |
2017 | "Can" |
2018 | "Dəli Hisslər" |
Diskoqrafiya
- Sabina Babayeva (2001) [1] [2]
- Roya kimi (OTS) - Sabina Babayeva (2003) [1] [2] [3] [4]
- Duets - Sabina Babayeva (2009) [1] [2]
- When the music dies - Sabina Babayeva (Eurovision-2012) [1] [2] [3] [4] [5] [6] [7] [8] [9]
- Retro - Sabina (2012) [1]
- Ey Azerbaycanim - Sabina Babayeva (2013) [1] [2]
- Geca - Sabina (2014) [1]
- Oceans away - Sabina Babayeva (2014) [1] [2] [3]
- Out Of Love - DJ AKG & Sabina Babayeva (2014) [1]
Həmçinin bax
Əvvəlki: Eldar Qasımov Nigar Camal "Running Scared" | Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2012 Bakı "When the Music Dies" | Sonrakı: Fərid Məmmədov "Hold Me" |
İstinadlar
- Səbinə Babayeva "Oceans away" mahnısının təqdimatını keçirib[ölü keçid]
- Bakıda “Ey Azərbaycanım” mahnısına çəkilmiş klipin təqdimatı keçirilmişdir
- Səbinə Babayevanın toyu olub
- Səbinə Babayevanın oğlu oldu
- President.Az (27.05.2018). "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2018-05-27.
- Səbinə Babayeva - Röya kimi
- Səbinə Babayeva - When the Music Dies
- Səbinə Babayeva - Gəl
- Səbinə Babayeva - Sevgi nəğməmiz
- Səbinə Babayeva - Eşq alovu
- Səbinə Babayeva - Oceans away
- Səbinə Babayeva - Ey Azərbaycanım
- Səbinə Babayeva - Can
- Səbinə Babayeva - Dəli Hisslər