Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə.
Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Qaynaqları
![image](https://www.wikimedia.az-az.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraW1lZGlhLmF6LWF6Lm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNeEwwbHpiR0Z0WDJKNVgyTnZkVzUwY25rdWNHNW5Mek0wTUhCNExVbHpiR0Z0WDJKNVgyTnZkVzUwY25rdWNHNW4ucG5n.png)
Sünnilərin ilkin və məşhur hədis qaynaqları:
- Əbd ər-Razzaqın Müsənnəfi — Əbd ər-Razzaq əs-Sən‘ani
- Əhməd bin Hənbəl Müsnədi
- Əl Hakimin Müstədrakı
- İmam Malikin Muvattası
- Səhih Ibn Hibban
- Səhih Ibn Xuzaymə — Ibn Xuzaymə
- Sünən əl-Darimi — Əl-Darimi
İstinadlar
- Britannika Ensiklopediyası, Sunnite 2010-08-09 at the Wayback Machine
- "Oxford Islamic Studies Online". 2017-12-14 tarixində . İstifadə tarixi: 2010-06-09.