Reyhan Əliyeva
Reyhan Əliyeva (tam adı:Reyhan Vəli qızı Əliyeva;d. 27 mart 1967, Bakı şəhəri) — Kimya elmləri doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının müdiri. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Əliyeva Reyhan | |
---|---|
Əliyeva Reyhan Vəli qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | Neft-Kimya Prosesləri İnstitutu |
Tanınmış yetirmələri | fəlsəfə doktorlarının sayı 4 |
Mükafatları |
Həyatı
Reyhan Vəli qızı Əliyeva 27 mart 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 176 №-li məktəbi Qızıl Medal, 1989-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə bitirmiş və təyinat üzrə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (AMEA NKPİ) ali təhsilli baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. AMEA NKPİ-da R.V.Əliyeva elmi işçi, baş elmi işçi, şöbə rəhbərinin müavini vəzifələrində çalışmışdır. 2005-ci ildən hal-hazırkı dövrə kimi AMEA NKPİ-da “Polimerləşmə katalizi” laboratoriyasının rəhbəri vəzifəsində işləyir. Akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyinin (Muzey AMEA və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olmaqla AMEA NKPİ-də fəaliyyət göstərir) direktorudur.
Elmi fəaliyyəti
Reyhan Vəli qızı Əliyeva 1999-cu ildə 2314.01 – “Neft-kimyası” ixtisası üzrə “Propilenoksidi və ikiəsaslı karbon turşularının anhidridləri əsasında reaksiyayaqabil oliqoefirlərin sintezi və tətbiqi” mövzusunda dissertasiyanı müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 2005-ci ildə dosent elmi adına layiq görülmüşdür. 2011-ci ildə 2304.01 və 2314.01 “Makromolekullar kimyası” və “Neft-kimyası” ixtisasları qovşağında “(So)poliolefinlərin sintezi üçün yeni kompleks katalitik və inisiatorlu sistemlər, alinan polimerlər əsasında nanometalkompozitlər və sulfokationitlər” mövzusunda müvəffəqiyyətlə dissertasiyanı müdafiə edərək kimya elmləri doktoru adına layiq görülmüşdür.
Əsas elmi nailiyyətləri
R.V.Əlieva hal-hazırda ekoloji cəhətdən əlverişli perspektiv həlledicilər kimi qəbul olunmuş ion mayelərinin sintezi və onların müxtəlif neftkimyəvi və polimerləşmə proseslərində səmərəli ekstragentlər, effektiv katalizator və modifikatorlar kimi sınaqdan keçirilməsi, müxtəlif yeni metalüzvü katalitik sistemlərin sintezi və onların iştirakı ilə oliqomerləşmə və polimerləşmə, efirləşmə proseslərinin aparılması, müxtəlif tərkibli poliolefinlərin modifikasiyasının əlverişli üsullarnın işlənib hazırlanması, metal-polimer nanokompozitlər sahəsində müvəffəq elmi tədqiqat işləri aparır. Onun həmrəhbərliyilə əməkdaşlar ilə birgə aşagıdakı istiqamətlər üzrə mühüm elmi və praktiki əhəmiyyətli nəticələr əldə edilmişdir:
- Poliolefinlərin sintezi üçün “calanmış ion maye” liqandlı metalüzvi katalitik sistemlərin sadə “in situ” alınma üsulu işlənib hazırlanmış, onların iştirakında müxtəlif göstəricilərə (sıxlıq, kristallik dərəcəsi, molekul-kütlə paylanması və s.) malik (so)polmerlər alınmışdır;
- Yeni sadə inisiator sistemləri iştirakında alınan calaq sopolimerlərin sulfo-törəmələri və onların nanotitan modifikatlarının iştırakında efirləşmə reaksiyalarının baş vermə mexanizmləri araşdırılmışdır;
- Tərkibində Cu-, Fe-, Al, Ni, Zn, Cr, Ti-saxlayan yüksək fiziki-mexaniki göstəricilərə və termooksidləşmə stabilliyinə malik, maqnit və elektrik xassələri ilə xarakterizə olunan polimer nanokompozitlər və faza-keçid materialları işlənib hazırlanmışdır;
- Pirolizin və katalitik krekinqin C4-fraksiyası əsasında yüksək oktanlı əlavələrin azeotrop qarışıqlardan selektiv ayrılmasına imkan verən, ekoloji və iqtisadi cəhətdən sərfəli, resirkulyasiya olunan ion maye tipli ekstragentlər alınmışdır.
Pedaqoji fəaliyyəti
Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr və magistr pilləsi üzrə diplom işlərində rəhbər - 2012-hal-hazıra kimi.
Təltif və mükafatlar
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı - 2009,
- Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Birinci dərəcəli Diplomu – 2013.
Kitablar
- Кахраманов Н.Т., Алиева Р.В. Старение и стабилизация полимеров. -Баку. "Элм". -2007. -стр. 259
- Əliyeva R.V. Hamımızın bir vətəni var - Azərbaycan. -Bakı. "Ləman Nəşriyyat Poliqrafiya" MMC. -2009. - S.240. (publisistik əsər)
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin J.G. Speitin “Neftin kimyası və texnologiyası” adlı kitabının (2006-cı il) 654 səhifədən ibarət olan 4-cü nəşrinin ingilis dilindən azərbaycan dilinə tərcüməsi və nəşri adlı layihəsində kitabın nəşrə hazırlanmasında iştirak etmişdir (2014).
Əsas elmi əsərlərinin adları
Ümumilikdə 250 elmi əsərin, 11 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.
- М.К. Мамедов, Р.В. Алиева,И.М. Кулиева, Ш.Р. Багирова. (Нано)композиты на основе циклических (мет)акрилатов и их (со)полимеров со стиролом / Gənc Alimlərin I Beynəlxalq Elmi Konfransı, Gəncə 2016, 17-18 oktyabr, səh. 377-378.
- R.V. Əliyeva, A.H. Əzizov, İ.M. Quliyeva, M.K.Məmmədov, A.D. Quliyev, Ş.R. Bağırova, Ə.R. Vəxşuri, H.R. Əzizbəyli. Metal-polimer (nano)kompozitlərin sintezi və tədqiqi / Polimer Materialları İnstitutunun Yaradılmasının 50 İllik Yubileyinə Həsr Olunmuş “Makromolekullar Kimyası, Üzvi Sintez və Kompozit Materiallar” Mövzusunda Respublika Elmi Konfransının Materialları, Sumqayıt 2016, 20-21 oktyabr, səh. 8-10.
- Ханметов А.А., Азизов А.Г., Хамиев М. Дж., Алиева Р.В. Олигомеризация этилена в присутствии комплексных каталитических систем на основе фенолятов циркония с ионно-жидкостными заместителями и исследования структурно-группового состава продукта // Müasir biologiya və kimyanın aktual problemləri elmi-praktik konfrans. -Gəncə. -2015. - S. 102-106.
- İ.M. Quliyeva, M.K. Məmmədov, Ş.R. Bağırova, R.V. Əliyeva. Tərkibində mis saxlayan polimer nanokompozit iştirakı ilə tsikloheksil(met)akrilat və sian(metil)norbornilakrilat monomerlərinin polimerləşməsi // Müasir biologiya və kimyanın aktual problemləri elmi-praktik konfrans. -Gəncə. -2015. - S. 317-320.
- Алиева Р.В., Азизов А.Г., Багирова Ш.Р., Караева Э.М., Велибекова Э.В. Регулируемая сополимеризации полистирола с (мет)акриловой кислотой, металл- содержащие (нано) композитные катализаторы на их основе / XI Международная конференция молодых ученых по нефтехимии, памяти академика В.М.Грязнова. – 2014. - Звенигород. –c 310.
- Алиева Р.В., Багирова Ш.Р., Караева Э.М., Алиева М.М. Синтез и исследование Сu, Fe, Ni, Cr- содержащих (со)полимерных нанокомпозитов / Ультрамелкозернистые и наноструктурные материалы" Открытая школа-конференция стран СНГ. Уфа. Республика Башкортостан. Россия. -2014. –c. 315.
- Ханметов А.А., Азизов А.Г., Хамиев М. Дж., Алиева Р.В., Ахмедбекова С.Ф. Олигомеризация этилена в присутствии комплексных каталитических систем на основе соединений циркония с лигандами содержащими " ионно- жидкостные" заместители // Нефтепереработка и нефтехимия. -2014. №3. - с 17 -23.
- Azizov A.H., Aliyeva R.V., Seidova Kh.H., “Oligoalkylnaphtenic (C6-C12) oils obtained in the presence of Ti-containing ionic-liquid catalysts” // Green and Suitable Chemistry. -2013. -№3. -p. 18-26.
- Azizov A.H., Aliyeva R.V., Asgerova Kh.H. “Synthesis and properties of oligoalkylnaphtenic synthetic oils in the presence of ionic-liquid catalyst” / 5th congress of ionic liquids, Algarve. Portugal. -2013. –p. 21-25.
- Amir Reza Vakhshuri, Akif Azizov, Reyhan Aliyeva, Shefeq Bagirovа Synthesis, structure, and thermophysical propertics of Fe2O3-Al2O3 and polyethylene nanocomposites // Journal of Applied Polimer Science. -V 124. – 2012. - P.5106-5112.
- Азизов А.Г, Алиева Р.В., Амануллаева Г.И., Мамедли Р.З. Некоторые особенности сульфокатионитов в реакциях этерификации и декарбоксилирования. Мир нефтепродуктов. -2012. -№ 4. - с. 18-36.
- Vakhshouri A.R., Aliyeva R.V., Azizov A.H. Prepation of HDPE with impraved processability by novel non-metallocene catalyst sistems - tezis 1th international Seminar on Polimer science and Technoloqy. – 2012. - P1.
- Vakhsouri A. R., Azizov A.G., Aliyeva R.V., Martinova G.S., Quliyev A.D. Preparation and study of thermal properties of phase change materials based on paraffin–alumina-filled polyethylene /Applied Polymer Science, article first published online 7 dekabr 2010. –V.120. -Issue 4. –p. 1907–1915. http://onlinelibrary.wiley.com/doi/10.1002/app.33268/abstract.
- Алиева Р.В. Cu-содержащие нанокомпозиты на основе привитых сополимеров полистирола с метакриловой кислотой. / Перспективные материалы. – 2011. - № 12. - с.27-31.
- Аzizоv А.H., Aliyeva R.V., Amanullayeva G.I., Aliyev B. M., Bektashi N. R. The new esterification catalysts and the nature of reactions proceeding at esterification of synthetic naphthenic acids in their presence /Applied Catalysis A: General. -2011. -v. 396 (1-2). -p. 20-33.
- Азизов А.Г., Алиева Р.В., Мартынова Г.С., Багирова Ш.Р., Калбалиева Э.С. Полимеризация этилена в присутствии новых одноцентровых неметаллоценовых титан-содержащих каталитических систем / ВМС. – 2009. -№ 2. -серия Б. – с. 2152-2159.
İstinadlar
- Neft-Kimya Prosesləri İnstitununun əməkdaşları Tallində keçirilmiş beynəlxalq kofransda iştirak ediblər[ölü keçid]
- Azərbaycanda “Alimlərin uşaqlara töhfəsi”layihəsi davam edir
- Əliyeva Reyhan Vəli qızı