Rasim Balayev
Rasim Əhməd oğlu Balayev (8 avqust 1948, Ağsu rayonu) — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1998), "Şərəf" ordeni laureatı (2018), Prezident təqaüdçüsü[1], Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi (1990–2013), dublyaj aktyoru, bədii rəhbər.
Rasim Balayev | |
---|---|
Rasim Əhməd oğlu Balayev | |
Doğum tarixi | 8 avqust 1948 (73 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Uşağı | 2 |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1970–indiyə kimi |
Təhsili | Azərbaycan Dövlət İncəsənət İnstitutu |
İstiqamət | Kino |
Mükafatları | |
IMDb | ID 0049496 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Görkəmli aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi"[2], "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır.[3] "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır.[4] Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər[5] Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 dekabr 1976[6]
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982[7]
- Azərbaycan SSR dövlət mükafatı — 1986 ("Qanlı zəmi" filmində Səlim bəy obrazını canlandırdığı üçün).
- "Şöhrət" ordeni — 7 avqust 1998[8]
- "Şərəf" ordeni — 1 avqust 2018[9]
- Cəfər Cabbarlı mükafatı — 28 oktyabr 2019[10]
Filmoqrafiya
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) - film səsləndirən: Eldar Əliyev(Rəşid Behbudov)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) - rol: Hakim
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)-filmi səsləndirən: Nazim (Fuad Poladov)
- Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162)
- Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) - film səsləndirən: Cahid (Rafiq Əliyev)
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Əbdül dayı (Yaşar Nuri)
- "Ağ-qara" gecələr (film, 2013)
- Akademik Yusif Məmmədəliyev (film, 2005)
- Akt və fakt (film, 1978)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: mühəndis Məmməd Rüstəmov
- Alovlu yollar (1977-1984, Özbəkfilm)
- Arayış (film, 1986)
- Arxadan vurulan zərbə (film, 1977) - rol: Cəbi
- Astarı üzündən baha (film, 1986)
- Aşkarsızlıq şəraitində... (film, 1986) - film səsləndirən: Məmmədov (Çingiz Şərifov)
- Avtoqraf (film, 1986)
- Azərbaycan naminə! (film, 2004)
- Babək (film, 1979) - rol: Babək əl-Xürrəmi
- Bağ mövsümü (film, 1985) - film səsləndirən: Kələntər (Hacımurad Yegizarov)
- Bağışla, gələ bilmədim (film, 2015)
- Bağlı qapılar (film, 1986)
- Bəhanə (film, 1991)
- Bakı Mən Səni Sevirəm kinoalmanaxı Bəhram Gur (film, 2015) (qısametrajlı bədii film)
- Bəhrə (film, 1984)
- Bəhri-təhvil (film, 1979)
- Bəxtəvər (film, 1984)
- Bəxtiyar Vahabzadə (film, 2003)
- Bəyaz həyat (film, 2003)
- Bəyin oğurlanması (film, 1985) - film səsləndirən: Elxan(Fizuli Hüseynov)
- Bir ailəlik bağ evi (film, 1978) - rol: Əli
- Bir ovuc torpaq (2013)
- Birisigün, gecəyarısı... (film, 1981) - rol: İsrafil bəy
- Biz deməkdən yorulduq... (film, 1991)
- Biz qayıdacağıq (film, 2007) - film səsləndirən: Müəllim (İlham Əsgərov)
- Bizim küçənin oğlanları (film, 1973) - film səsləndirən: İbrahim (Şahmar Ələkbərov)
- Böyük ömrün davamı (film, 2007)
- Brakonyer, yoxsa balıqçı? (film, 1991)
- Bumeranq (film, 1982)
- Burulğan (film, 1986) - film səsləndirən: Murad (Məmməd Məmmədov)
- Cavid ömrü (film, 2007) - rol: Hüseyn Cavid;film səsləndirən: Cavidin gəncliyi (İman Məcidov)
- Cəza (film, 1986)
- Cin mikrorayonda (film, 1985) - rol: Əli;film səsləndirən: Rüstəm (Ötkəm İsgəndərov);mahnı ifa edən
- Cümhuriyyətin 9 şəkli (film, 2018)
- Dağ novellası (film, 1979) - rol: Bəyxan
- Dağıdılmış körpülər (film, 1996) - rol: taksi sürücüsü
- Dairə (film, 1985)
- Dairə (film, 1989) - film səsləndirən: Milis rəisi (Tariyel Qasımov)
- Dama dama... (film, 1986)
- De ki, məni sevirsən! (film, 1977) - film səsləndirən: Müstəntiq (Natiq Rəsulzadə)
- Dədə Qorqud (film, 1975) - rol: Beyrək
- Dəyirman öz işindədir... (film, 1990)
- Diaqnoz (film, 1991)
- Dirsə xanın oğlu Buğacın boyu (film, 2000)
- Doğma sahillər (film, 1989) - rol: Polkovnik Həbibi
- Dolayı yollar (film, 1986)
- Dronqo (serial, 2002) - rol: Kazımov
- Etiraf (film, 1992) - rol: Qabil
- Əlamət (film, 1982) - film səsləndirən: Direktor (Tələt Rəhmanov)
- Əlavə iz (film, 1981) - rol: Nazim
- Əlavə təsir (film, 2010) - film səsləndirən: kimyaçı Həbib Rüstəmov (Məhərrəm Musayev)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Əzablı yollar (film, 1982) - film səsləndirən: Məlikməmməd (Ötkəm İsgəndərov)
- Əlvida, Şmidt! (film, 2019) - rol: Polis mayoru
- Fədakar (film, 2015) - rol: Əli Qarayev
- Fənd (film, 1978)
- Firəngiz (film, 1975) - rol: Murad
- Foto həvəskarı (film, 1985)
- Gəlinlərin qiyamı (film, 1985) (dublyaj)
- Girişmə, öldürər! (film, 1990) - rol: Kapitan Rasim
- Gözlə məni (film, 1980) - rol: Nicat
- Günaydın, mələyim! (film, 2008) - film səsləndirən: Fuad (Fuad Poladov)
- "Hacı Mail" nağılı... (film, 2005)
- Haqqın dərgahı (film, 1991) - Mətni oxuyan
- Haqlı narazılıq (film, 1988)
- Haram tikə (film, 1986)
- Heyvandarların gileyi (film, 1991)
- Həm ziyarət, həm ticarət... (film, 1995) - rol: Davud
- Xırdavat (film, 1982)
- Xoşbəxtlik qayğıları (film, 1976) - rol: Sənan
- İgidlik rəmzi (film, 1992)
- İlıq dənizdə buz parçası (film, 1983) - rol: Məmməd
- İstintaq (film, 1979)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- İşgüzar adamlar (film, 1977)
- İthaf (film, 1990) - Kadrarxası mətn
- Kimə inanaq? (film, 1990)
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) - film səsləndirən: Dədə Qorqud
- Köhnə bərə (film, 1984) - rol: Səlman;film səsləndirən: Eldar (Fəxrəddin Manafov)
- ...Könüldən iraq (film, 1982)
- Küçələrə su səpmişəm (film, 2004) - rol: Bəhmən
- Qala (film, 2008) - rol: Soltan kişi
- Qanlı zəmi (film, 1985) - rol: Səlim bəy
- Qara "Volqa" (film, 1994) - rol: Cavanşirov
- Qara gölün cəngavərləri (film, 1984) - film səsləndirən: Fəttahov (Hacımurad Yegizarov)
- Qaranlıqlar çiçəyi (teleserial, 2011) - rol: Bəhruz
- Qatır Məmməd (film, 1974) - rol: Əziz
- Qeyri-adi ov (film, 1974) - rol: Müəllim
- Qisas günü (film, 1993)
- Qoca palıdın nağılı (film, 1984) - rol: İdrisov
- Qocalar, qocalar... (film, 1982) - rol: Davud
- Qonşuya ümid olan... (film, 1990)
- Qoy dolanaq... (film, 1972)
- Qunduzdan söhbət açaq (film, 1976)
- Quq-qulu-qu (film, 1992)
- Lətifə (film, 1989) - rol: Rəhimov
- Mən mahnı qoşuram (film, 1979) - film səsləndirən: Sədr (Eldəniz Zeynalov)
- Mənim ağ şəhərim (film, 1993) - film səsləndirən: mafiya başçısı (Eldar Quliyev)
- Məsuliyyətsizlik (film, 1991)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Min birinci söz (film, 1997)
- Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
- "Mozalan"ın izi ilə (film, 1982)
- Nankorluq (film, 1982)
- Nankorluq (film, 1986)
- Narahat adam (film, 2005) - Mətni oxuyan(Azərbaycan variantı)
- Nə gözəldir bu dünya... (film, 1999) - rol: Mirzəyev
- Nəsimi (film, 1973) - rol: İmadəddin Nəsimi
- Nəticə (film, 1986) (II)
- Nəticə (film, 1986) (III)
- Nəticə (film, 1986) (IV)
- Nəticə (film, 1991)
- Nizami (film, 1982) - film səsləndirən: Nizami (Müslüm Maqomayev)
- O yox, bu yox, tələb çox (film, 1991)
- Olan yerdən umarlar (film, 1991)
- Otel otağı (film, 1998) - rol: Sədiyar
- Ovsunçu (film, 2002) - Kadrarxası mətn
- Ölsəm... bağışla (film, 1989) - Tərcüməni səsləndirən
- Ömrün İlk Saatı (1973) - rol: Azər
- Ömrün səhifələri (film, 1974) - Meyxana deyən (Rəqiblər)(titrlərdə yoxdur)
- Özgə ömür (film, 1987) - film səsləndirən: Müstəntiq (Məbud Məhərrəmov)
- Park (film, 1983) - film səsləndirən: Dost (Mikayıl Kərimov)
- Perspektivsiz tikinti (film, 1991)
- Proloq (film, 1986)
- Reyd (film, 1985)
- Rənglərdə yaşayan kino (veriliş, 2009)
- Salur Qazanın evi talandığı boy (film, 2001)
- Seminariya (film, 2002)
- Sən həmişə mənimləsən (film, 1987)
- Səni axtarırıq... (film, 2013)
- Sizdən hərəkət... (film, 1992)
- Super ağcaqanad (film, 1981)
- Suya səyahət (film, 1996) - Aparıcı
- Sübhün səfiri (film, 2012) - rol: Mirzə Fətəli Axundzadə
- Şahid qız (film, 1990) - rol: Nazir
- Şeytan göz qabağında (film, 1987) - rol: Nəzərov
- Şollerin arxivi (film, 2018) (səsləndirmə)
- Təhlükə astanaları (film, 1986)
- Təxribat (film, 1990) - rol: Həsənov
- Təxribat (film, 1991)
- Tələ (film, 1990) - rol: Ziya Qasımoviç
- Tənha narın nağılı (film, 1984) - rol: Yaqub
- Tərsinə çevrilən dünya (film, 2011) - rol: Məmməd Əliyev
- Təzə evlənənlər üçün çətir (film, 1986) (dublyaj; rol: Dmitri Kraskov)
- Toral və Zəri (film, 1979) - film səsləndirən: Toral
- Toxunma, partlayar! (film, 1982)
- Tütək səsi (film, 1975) - film səsləndirən: Nuru (Ötkəm İsgəndərov)
- Ulduzlar sönmür (film, 1971) - rol: Sultanov
- Uşaq aləmi (film, 1986)
- Üstü bəzək... (film, 1990)
- Üzeyir ömrü (film, 1981) - film səsləndirən: Üzeyir Hacıbəyov (Hüseynağa Atakişiyev)
- Varlığa nə darlıq (film, 1990)
- Ver verim (film, 1974)
- Vulkana doğru (film, 1977) - rol: Tahir
- Yağışlı havalarda (film, 1982)
- Yaxşı qurtardıq (film, 1985)
- Yaramaz (film, 1988) - rol: Nazir köməkçisi
- Yarasa (film, 1995) - rol: Ağabəy
- Yardımsız yardımçı təsərrüfatlar (film, 1991)
- Yazmaqla düzəlsəydi... (film, 1986)
- Yük (film, 1995) - film səsləndirən: Şeir deyən ziyalı
- Zirzəmi (film, 1990) - rol: Ayaz
- Ana və poçtalyon (2020)
İstinadlar
- ↑ Rasim Balayev: "O birinci kursda oxuyurdu, mən on birinci sinifdə, Bakıya gəlirdim görüşürdük…"
- ↑ . 2018-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-02.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
- ↑ Rasim Balayev istefa verib
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı
- ↑ Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı
- ↑ "R. Ə. Balayevin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). e-qanun.az. 7 avqust 1998. İstifadə tarixi: 5 fevral 2019.
- ↑ President.Az (01.08.2018). "Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2018-08-01.
- ↑ Art Kaspi (10.10.2019). (azərb.). Artkaspi.az. 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
Mənbə
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34.
- Eldəniz Quliyev, Canalı Mirzəliyev. Rasim Balayev. Bakı: 1999.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- "Nəsimidən Cavidə uzanan yol". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 12–13.
- T. Məhərrəmova. "Həyatın özü qədər real olmaq lazımdır" //Odlar yurdu.- London, 2008, dekabr.- № 002.- səh. 16.
- [https://web.archive.org/web/20180713135601/http://kulis.lent.az/news/15967 Arxivləşdirilib 2018-07-13 at the Wayback Machine Rasim Balayevin qəmi – İlham Rəhimli yazır…]
Xarici keçidlər
- Səda — Rasim Balayevin doğum günüdür (08.08.2016)