Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Raquf ibrahim oğlu Orucov 12 iyul 1972 Cinli Ağdam rayonu 4 aprel 2016 Talış kəndi Ağdərə rayonu Azərbaycan Azərbaycan S

Raquf Orucov

Raquf Orucov
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Raquf İbrahim oğlu Orucov (12 iyul 1972, Cinli, Ağdam rayonu — 4 aprel 2016, Talış kəndi, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra ilə təltif edilib.

Raquf Orucov
image
Şəxsi məlumatlar
Ləqəbi Murov qartalı
Doğum tarixi 12 iyul 1972
Doğum yeri Cinli, Ağdam, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 aprel 2016 (43 yaşında)
Vəfat yeri Talış kəndi, Ağdərə, Azərbaycan
Dəfn yeri
  • Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı image SSRİ
image Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti image Azərbaycan Ordusu
Qoşun növü image Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 1990—2016
Rütbəsi Polkovnik-leytenant
Təltifləri
2016 1998
Digər dövlətlər
image

Həyatı

Erkən illəri

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət Özbəkistanda xidmət etdikdən sonra Qarabağ müharibəsinin başlaması xəbərini almış və Sovet ordusundan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. O, Qarabağda döyüşməyə başlayarkən Ağdamda Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılmışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi.

Şəxsi həyatı

Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi.

Hərbi xidməti

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi. 2003-2005-ci illər arasında Ali Hərbi Akademiyanı bitirib. Hərbi xidməti dövründə həmişə ön cəbhədə xidmət edərək, Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.

Raquf Orucova Murovdağda həyata keçirdiyi uğurlu kəşfiyyat əməliyyatlarınına görə  “Murov Qartalı” ləqəbi verilmişdir.

Aprel döyüşləri

image
Raquf Orucovun məzarı

2016-cı ilin aprel ayının 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində  polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb və qəhrəmancasına şəhid olub. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınmış, Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə minlərlə insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri iştirak etmişdir. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər , sağında elə Aprel döyüşlərində şəhid olan dəfn edilib. Həm , həm də polkovnik-leytenant Raquf Orucovun əsgərləri olmuşdur.

Təltifləri

  • image (1995) —
  • image (1998) —
  • image (2001) —
  • image (2003) —
  • image (2008) —
  • image (2008) —
  • image (2013) —
  • image (2013) —
  • image (2016) — (ölümündən sonra)

İrsi

image
Raquf Orucovun 44 illiyinə həsr olunan banner

2016-cı ilin iyulun 12-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ"-"Dudelanj" (2:0) görüşündən əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda, həmin gün 44 yaşı tamam olan Raquf Orucovun xatirəsinə banner açıldı. Bannerdə Raquf Orucovun şəkili və "ÖLMƏZ KOMANDİR RAQUF ORUCOV" yazısı yer aldı.

Elə həmin gündə də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında 44 yaşı tamam olan Raquf Orucovun anım mərasimi baş tutdu. Anım mərasiminə şəhərin ziyalıları, habelə iki qat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Fərid Mansurov, Olimpiya Oyunlarının bürünc medalçısı Şahin İmranov, pəşəkar boks üzrə Dünya çempionu Fariz Məmmədov və digər şəxslər qatıldı. Ağdam şəhərinin sabiq meri Nizami Sadıqov və 2013-cü ildə Raquf Orucovun rəhbərliyi altında hərbi xidmətdə olan pəşəkar boksçu Fazir Məmmədov onun haqqında xatirələrini bölüşdü.

image
"Murov qartalı" kitabı

2017-ci il 13 fevralda isə Oxford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan "Murov qartalı" kitabının təqdimatı mərasimi oldu. Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Təqdimat mərasiminə Parlamentin deputatlatı Qənirə Paşayeva, Adil Əliyev və Fuad Muradov, habelə iki qat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Fərid Mansurov, pəşəkar boks üzrə Dünya çempionu Fariz Məmmədov, ombudsman Elmira Süleymanova və digər şəxslər qatıldı. Təqdimat mərasimi natiqlərin çıxışı və şagirdlərin vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri ilə başladı. Daha sonra mərasimə dəvət olunan ictimai xadimlər, deputatlar, idman ictimaiyyətinin nümayəndələri Raquf Orucov barəsində xatirələrini bölüşdü. Elşən Əliyev və Elxan Salahovun müəllifliyi və tərtibçili ilə ərsəyə gələn kitabda şəhidin həyat yoldaşı Sevinc Orucovanın yazdığı olduğca təsirli esse də yer alıb. Kitab Raquf Orucovun əsgər yoldaşları, dostları və ailə üzvlərinin xatirələri əsasında yazılıb. Təqdimat mərasiminin sonunda Raquf Orucov haqqında sənədli film nümayiş olundu. 2019-cu ildə Şərif Ağayar tərəfindən Raquf Orucovun düşmən arxasına keçərək düşmənin alay komandirinin oğlunu əsir götürməsi və bunun sayəsində əsir düşən 5 əsgərimizin xilas olmasından bəhs edən “Komandir” kitabı yazılıb. “Cüdo Klub 2012” tərəfindən Raquf Orucov adına Beynəlxalq Cüdo Turniri təsis edilib. Hər il Bakıda onun adına ənənəvi cüdo turniri keçirilir.

İstinadlar

  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 19 aprel 2016. 5 January 2021 tarixində . İstifadə tarixi: 18 may 2021.
  2. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 24 iyun 1998. 2 February 2021 tarixində . İstifadə tarixi: 18 may 2021.
  3. . www.az.azvision.az. 2016-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  4. ""Qarabağ"ın UEFA Çempionlar Liqası matçından əvvəl şəhid polkovnik-leytenant Raquf Orucov anılıb". www.musavat.com. 2020-11-21 tarixində . İstifadə tarixi: 13 iyul 2016.
  5. . www.apa.tv. 2017-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2017.
  6. "Raquf Orucov gecəsi... "Murov qartalı" kitabının təqdimat mərasimi". www.azpress.az. 2021-09-25 tarixində . İstifadə tarixi: 13 fevral 2017.
  7. "Şərif Ağayar: "Raquf Orucovdan yalan yaza bilməzdim" – Müsahibə". kulis.az. 3 aprel 2019. 2023-12-04 tarixində . İstifadə tarixi: 4 dekabr 2023.
  8. ""Raquf Orucov Kuboku" beynəlxalq cüdo turniri start götürüb". xalqqazeti.az. 16 noyabr 2023. 2023-12-04 tarixində . İstifadə tarixi: 4 dekabr 2023.

Xarici keçidlər

  • image Vikianbarda Raquf Orucov ilə əlaqəli mediafayllar var.
  • Murov qartalı

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Raquf Ibrahim oglu Orucov 12 iyul 1972 Cinli Agdam rayonu 4 aprel 2016 Talis kendi Agdere rayonu Azerbaycan Azerbaycan Silahli Quvvelerinin polkovnik leytenanti Qarabag muharibesi istirakcisi 2016 ci ilde Aprel doyusleri zamani sehid olub olumunden sonra Igidliye gore medali ile teltif edilib Raquf OrucovSexsi melumatlarLeqebi Murov qartaliDogum tarixi 12 iyul 1972Dogum yeri Cinli Agdam Azerbaycan SSR SSRIVefat tarixi 4 aprel 2016 43 yasinda Vefat yeri Talis kendi Agdere AzerbaycanDefn yeri Sumqayit Sehidler XiyabaniVetendasligi SSRI AzerbaycanMilliyyeti AzerbaycanliHerbi fealiyyetiMensubiyyeti Azerbaycan OrdusuQosun novu Xususi Teyinatli QuvvelerXidmet illeri 1990 2016Rutbesi Polkovnik leytenantTeltifleri2016 1998 Diger dovletlerHeyatiErken illeri Raquf Orucov 1972 ci il 12 iyulda Agdam rayonunun Cinli kendinde Raya ve Ibrahim Orucovlarin ailesinde anadan olub Ailenin birinci ovladi olan Raqufun ozunden basqa uc qardasi ve bir bacisi var idi 1990 ci ilde Sovet Qosunlarinda xidmet eden Raquf Orucov bir muddet Ozbekistanda xidmet etdikden sonra Qarabag muharibesinin baslamasi xeberini almis ve Sovet ordusundan ayrilaraq Azerbaycan Ordusunun siralarina qosulmus uc dord ay erzinde Ferrux dagi ve Aranzemin kendinde aparilan herbi emeliyyatlar zamani ayagindan agir qelpe yarasi almisdi O Qarabagda doyusmeye baslayarken Agdamda Allahverdi Qenberovun rehberlik etdiyi ozunumudafie batalyonuna qatilmisdi Onun anasi Raya xanim 1993 cu ilin 12 iyununda Agdam rayonunun Cinli kendini isgal edilmesi neticesinde sehid olmusdur Ele hemin ilden Raquf Orucov senedlerini Baki Ali Herbi Umumqosun Komandirleri Mektebine vermis lakin ertesi il hemin mektebe qebul ola bilmisdi Sexsi heyati Raquf Orucov 1999 cu ilde Sevinc Alizade ile aile heyati qurmusdu Aqsin ve Nihad adinda iki oglu var idi Herbi xidmetiRaquf Orucov Baki Ali Herbi Umumqosun Komandirleri Mektebinde iki il erzinde lazimi biliklere yiyelenmisdi 1996 ci ilde hemin mektebi bitiren Raquf Orucov daha sonra Baki seherinde yerlesen herbi hisselerin birine teyinat almis amma genc zabit on cebhede olmaga ustunluk vermisdi 1996 ci ilde teyinatini Murovdaga almis ve kesfiyyat boluyunun komandiri kimi fealiyyetini davam etdirmisdi 2003 2005 ci iller arasinda Ali Herbi Akademiyani bitirib Herbi xidmeti dovrunde hemise on cebhede xidmet ederek Agdam rayonunda yerlesen N sayli herbi hissenin komandiri vezifesinedek yukselib Raquf Orucova Murovdagda heyata kecirdiyi ugurlu kesfiyyat emeliyyatlarinina gore Murov Qartali leqebi verilmisdir Aprel doyusleri Raquf Orucovun mezari 2016 ci ilin aprel ayinin 4 de Agdere rayonunun Talis kendinin ermeni isgalcilarindan azad edilmesi ugrunda Xususi Teyinatli Quvvelerin terkibinde polkovnik leytenant Raquf Orucov sonuncu doyusune qatilib ve qehremancasina sehid olub Aprelin 5 i polkovnik leytenant Raquf Orucov son menzile yola salinmis Sumqayit seherinde bas tutan defn merasimine minlerle insan Mudafie Nazirliyinin ust rutbeli zabitleri istirak etmisdir Sumqayitin Sehidler Xiyabaninda defn olunan Raquf Orucovun mezarinin solunda 2014 cu il doyuslerinde sehid olan esger saginda ele Aprel doyuslerinde sehid olan defn edilib Hem hem de polkovnik leytenant Raquf Orucovun esgerleri olmusdur Teltifleri 1995 Herbi xidmetde ferqlenmeye gore III dereceli medali 1998 Herbi xidmetlere gore medali 2001 Azerbaycan Silahli Quvvelerinin 10 illiyi yubiley medali 2003 Qusursuz xidmete gore 3 cu dereceli medali 2008 Azerbaycan Silahli Quvvelerinin 90 illiyi yubiley medali 2008 Qusursuz xidmete gore 2 ci dereceli medali 2013 Azerbaycan Silahli Quvvelerinin 95 illiyi yubiley medali 2013 Qusursuz xidmete gore 1 ci dereceli medali 2016 Igidliye gore medali olumunden sonra IrsiRaquf Orucovun 44 illiyine hesr olunan banner 2016 ci ilin iyulun 12 de UEFA Cempionlar Liqasinin II tesnifat merhelesi cercivesinde bas tutan Qarabag Dudelanj 2 0 gorusunden evvel Tofiq Behramov adina Respublika Stadionunda hemin gun 44 yasi tamam olan Raquf Orucovun xatiresine banner acildi Bannerde Raquf Orucovun sekili ve OLMEZ KOMANDIR RAQUF ORUCOV yazisi yer aldi Ele hemin gunde de Sumqayit seherinin Sehidler Xiyabaninda 44 yasi tamam olan Raquf Orucovun anim merasimi bas tutdu Anim merasimine seherin ziyalilari habele iki qat Paralimpiya cempionu Ilham Zekiyev Olimpiya cempionu Ferid Mansurov Olimpiya Oyunlarinin burunc medalcisi Sahin Imranov pesekar boks uzre Dunya cempionu Fariz Memmedov ve diger sexsler qatildi Agdam seherinin sabiq meri Nizami Sadiqov ve 2013 cu ilde Raquf Orucovun rehberliyi altinda herbi xidmetde olan pesekar bokscu Fazir Memmedov onun haqqinda xatirelerini bolusdu Murov qartali kitabi 2017 ci il 13 fevralda ise Oxford Mektebinde Raquf Orucovun heyatindan behs olunan Murov qartali kitabinin teqdimati merasimi oldu Merasim Azerbaycanin dovlet himninin seslendirilmesi ile basladi Teqdimat merasimine Parlamentin deputatlati Qenire Pasayeva Adil Eliyev ve Fuad Muradov habele iki qat Paralimpiya cempionu Ilham Zekiyev Olimpiya cempionu Ferid Mansurov pesekar boks uzre Dunya cempionu Fariz Memmedov ombudsman Elmira Suleymanova ve diger sexsler qatildi Teqdimat merasimi natiqlerin cixisi ve sagirdlerin vetenperverlik movzusunda seir ve musiqi nomreleri ile basladi Daha sonra merasime devet olunan ictimai xadimler deputatlar idman ictimaiyyetinin numayendeleri Raquf Orucov baresinde xatirelerini bolusdu Elsen Eliyev ve Elxan Salahovun muellifliyi ve tertibcili ile erseye gelen kitabda sehidin heyat yoldasi Sevinc Orucovanin yazdigi oldugca tesirli esse de yer alib Kitab Raquf Orucovun esger yoldaslari dostlari ve aile uzvlerinin xatireleri esasinda yazilib Teqdimat merasiminin sonunda Raquf Orucov haqqinda senedli film numayis olundu 2019 cu ilde Serif Agayar terefinden Raquf Orucovun dusmen arxasina kecerek dusmenin alay komandirinin oglunu esir goturmesi ve bunun sayesinde esir dusen 5 esgerimizin xilas olmasindan behs eden Komandir kitabi yazilib Cudo Klub 2012 terefinden Raquf Orucov adina Beynelxalq Cudo Turniri tesis edilib Her il Bakida onun adina enenevi cudo turniri kecirilir Istinadlar Azerbaycan Respublikasi Silahli Quvvelerinin herbi qulluqcularinin teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami e qanun az 19 aprel 2016 5 January 2021 tarixinde Istifade tarixi 18 may 2021 Azerbaycan Respublikasi Mudafie Nazirliyinin herbi qulluqcularinin teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Fermani e qanun az 24 iyun 1998 2 February 2021 tarixinde Istifade tarixi 18 may 2021 www az azvision az 2016 07 20 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 13 iyul 2016 Qarabag in UEFA Cempionlar Liqasi matcindan evvel sehid polkovnik leytenant Raquf Orucov anilib www musavat com 2020 11 21 tarixinde Istifade tarixi 13 iyul 2016 www apa tv 2017 02 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 10 fevral 2017 Raquf Orucov gecesi Murov qartali kitabinin teqdimat merasimi www azpress az 2021 09 25 tarixinde Istifade tarixi 13 fevral 2017 Serif Agayar Raquf Orucovdan yalan yaza bilmezdim Musahibe kulis az 3 aprel 2019 2023 12 04 tarixinde Istifade tarixi 4 dekabr 2023 Raquf Orucov Kuboku beynelxalq cudo turniri start goturub xalqqazeti az 16 noyabr 2023 2023 12 04 tarixinde Istifade tarixi 4 dekabr 2023 Xarici kecidlerVikianbarda Raquf Orucov ile elaqeli mediafayllar var Murov qartali

Nəşr tarixi: İyun 17, 2024, 10:21 am
Ən çox oxunan
  • May 04, 2025

    Ezer Vayzman

  • Fevral 13, 2025

    Eyr Aoi

  • Mart 16, 2025

    Exidna (mifologiya)

  • Fevral 09, 2025

    Evrition (kentavr)

  • Fevral 16, 2025

    Evim sənsən

Gündəlik
  • Vikipediya

  • Unudulmuş əcdadların kölgələri

  • Yekaterinburq

  • Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)

  • Alfred Brendel

  • Kitabi-Dədə Qorqudun tarixiliyi

  • Azərbaycan (tarixi ərazi)

  • 4 iyul

  • 1946

  • İlin günlər

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı