Ramin Pourandarcani (9 iyun 1983, Təbriz – 10 noyabr 2009, Tehran) da yaralanmış və öldürülmüş etirazçılarla çalışan təbrizli həkim. Pourandarcani 9 iyun 1983-cü ildə Təbrizin şimal-qərb hissəsində orta təbəqəyə məxsus bir ailədə dünyaya gəlmişdir. O, 10 noyabr 2009-cu ildə müəmmalı bir şəraitdə 26 yaşında vəfat etmişdir. Tehranın respublika prokuroru Abbas Dövlətabadi, Raminin yüksək dozada qan təzyiqi dərmanı qatılmış bir saladdan zəhərlənərək öldüyünü demişdir. Bu məlumatlar müxalifətin onun bildiklərinə görə öldüyü qorxularının ortaya çıxmasına yol açdı. Ramin Kəhrizək polis nəzarəti mərkəzində (və ya həbsxanasında) həkim olaraq işləyirdi. Dövlət rəsmiləri əvvəllərdə onun ölümü barədə fərqli səbəblər göstərməkdə idilər. Ayrı-ayrı rəsmi şəxslər onun gah maşın qəzasında, gah intihar nəticəsində, gahda Tehrandakı polis mərkəzindəki iş yerində yatarkən ürək tutmasından öldüyünü bildirmişdilər.
Ramin Pourandarcani | |
---|---|
Doğum tarixi | 9 iyun 1983 |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 2009 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | İran İslam Respublikası |
Milliyyəti | İran azərbaycanlısı |
Dini | İslam |
İxtisası | Tibb |
Təhsili | Təbriz Universiteti |
Fəaliyyəti | həkim |
Həyatının erkən dönəmi
Ramin Pourandarcani 9 iyun 1983-cü ildə Təbriz şəhərində anadan olmuşdur. O, 11 yaşında ikən istedadlı uşaqlar üçün nəzərdə tutulmuş məktəbə qəbul olmuş, 13 yaşında milli şeir müsabiqəsinin, 15 yaşında Xarəzmi Elm MÜsabiqəsinin qalibi adını qazanmışdır. 2001-ci ildə Ərdəbildə tibb təhsili almağa başladıqdan sonra Təbriz Universitetinin tibb fakültəsində təhsilinə davam etmişdir. O, buradakı təhsilini 2008-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Bu zaman o, təhsilini Almaniyada davam etdirməyi planlamaqda idi. Ramin fars və Azərbaycan türkcəsi ilə yanaşı, fransız və ingilis dillərini də bilirdi.
Öz peşəsini sevən Ramin məzuniyyət mərasimində bu sözləri demişdi:
Biz böyük adların varisləriyik; Galen, Hippokrat, İbn Sina və müdrik Əl-Cüzcani kimi korifeylər. Bizə o dövrlərdən ağ xalat şəklində ötürülən inanılmaz dərəcədə əlamətdar müqəddəs ruhun irsini daşımaq üçün burday;q. Biz bu yolu həvəslə davam etdirəcəyimizi demək üçün buradayıq.
Ramin eyni zamanda 2006-cı ildə BMC Clinical Pharmacology jurnalında çap edilmiş "Finasteride induced depression: a prospective study" məqaləsinin müəlliflərindən biridir. Bu məqalə, prostat vəzinin xoşxassəli böyüməsini və kişi tipi keçəlliyi müalicə etmək üçün istifadə edilən finasteridin xəstələrdə depressiv simptomlara səbəb ola biləcəyi nəticəsinə gəlir. O, həmçinin Təbriz Universitetinin tibb fakültəsinin Tətbiqi Dərman Tədqiqat Mərkəzində araşdırmalar da aparmışdır.
O, könüllü şəkildə internet səhifələrində fəaliyyət göstərmiş və müxtəlif xəstəliklər barədə məsləhətlər vermişdir. Eyni zamanda fakültədə dilin inkişaf etdirilməsi komitəsinin üzvü olmuş, tibb tələbələri üçün ingilis dilini tədris etmişdir.
Universiteti bitirdikdən sonra 2008-ci ildə iki illik məcburi hərbi xidmətini yerinə yetirməyə başlamış, bir aylıq Sistan-Bəlucistan bölgəsinə göndərilmiş, daha sonra isə hərbi mükəlləfli həkim kimi xidmət etmək üçün Böyük Tehran Hüquq Mühafizə Qüvvələri Komandanlığına (FATEB) təhkim edilmişdir. Onun buradakı xidmətinə həftədə bir dəfə Khərizəkdəki məhkumları müayinə etmək də daxil idi.
Kəhrizəkdəki həkimliyi
Verilən məlumata görə 2009-cu ilin iyun ayındakı etirazlar zamanı Ramin Kəhrizəkdəki məhbusları müayinə etmək üçün 3 həftə ərzində 4 dəfə vəzifələndirilmişdir.Ramin polis mərkəzində saxlanılan və işgəncə gördüyünə inanılan bir neçə məhbusa tibbi xidmətin göstərilməsinə cavabdeh idi. Onun xəstələrindən biri olan Mohsen Ruholamini seçkilərdən sonra təşkil edilmiş etirazlarda həbs edilənlərdən biri idi və onun atası dövlət üçün işləyən alimlərdən idi. 25 yaşlı Ruholamini həbsdə ikən 2009-cu ilin iyulunda vəfat etdi. Onun ölüm haqqında sənədində ölüm səbəbi kimi başına vurulmuş çox saylı zərbələr göstərilmişdi. Yurisdiksiya dairələrinə verilmiş hesabatda Ruholamininin "fiziki şiddət, pis vəziyyətdə olmanın effektləri, çox saylı zərbələr və bədənə edilmiş ağır zədələr nəticəsində öldüyü qeyd edilmişdi".
Ramin Kəhrizək həbsxanasında qanunsuz davranışı araşdıran parlament komitəsində ifadə verib. Qısa müddət sonra bu həbsxana pis şəraitinə görə Ayətullah Xamaneyinin əmrinə əsasən qapadılmışdır. İranın hüquq dairələri tərəfindən bu həbsxanadakı qanunsuzluqları araşdırma prosesinə başladılmışdı. Avqust ayında keçmiş prezidentliyə namizəd və din adamı Mehdi Kərrubi rəsmi şəkildə İran polisini Kəhrizəkdə saxlanılan etirazçılara işgəncə etməkdə və zorlamaqda ittiham etdi. Nəticədə polis Kərrubinin ofisinə basqın edib şahidlərin adlarını, ünvanlarını və ifadələrini müsadirə etdi. Oktyabr ayında İran polisləri komandanının müavini, briqada generalı Əhməd Rza Radan elan etdi ki, Kəhrizəkdəki qanunsuzluqlara görə 10 şəxs barədə araşdırma aparılır. O, burada baş vermiş qanunsuzluğu "kiçik" hadisə kimi təsvir etmişdi.
Kəhrizək təcridxanasında baş verən qətllər və işgəncələrlə bağlı araşdırmalar zamanı Ramin istintaqı aparan komitənin qarşısına çıxıb və ifadəsində deyib:
Mohsen Roholamini güclü fiziki işgəncələrə məruz qaldıqdan və dəhşətli vəziyyətdə olandan sonra ölümündən iki gün əvvəl yanıma gətirdilər. Onun səhhətinin vəziyyəti çox kritik idi. Çox məhdud tibbi imkanlarıma baxmayaraq, onu xilas etmək üçün mən əlimdən gələni etdim. Məhz o zaman Kəhrizək səlahiyyətlilərindən mənə xəbərdarlıq etdilər ki, Kəhrizək qurbanlarının xəsarətlərinin səbəbi haqqında bir şey desəm, həyatıma son qoyacaqlar.
Bu ifadəni verdikdən sonra Ramin polis tərəfindən həbs edildi. Həbsi müddətində Ramin polis qüvvələrinin istintaq bölməsi, hərbi məhkəmə və Həkimlərin Baş Tənzimləməsi Şurası tərəfindən bir neçə dəfə dindirilib. O, girov müqabilində azad edilib, Kəhrizəkdə gördükləri barədə heç nə deməməsi ilə bağlı xəbərdarlıq edilib və daha çox həbs olunacağı və tibbi vəsiqəsini itirməklə hədələnib. Azad edilməsindən sonra da o, Kəhrizəkdə gördükləri barədə sakit qalmaması halında başına gələcəklər barədə bilinməyən şəxslər tərəfindən təhdid edilmişdir. Ölümündən qısa müddət əvvəl o, öz dostuna təhlükəsizliyi barədə qorxusunun olduğunu demişdir.
Ölümü
Ramin Pourandarcani 10 noyabr 2009-cu ildə müəmmalı bir şəkildə Tehran şəhərində vəfat etmişdir. İran rəsmiləri Raminin ailəsini yarılma prosesini həyata keçirməsinə icazə verməmişdir. Ramin Təbrizin şimalında dəfn edilmiş və onun dəfnində qeyri-adi səbiyyədə təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Həmçinin Raminin ailəsinə onun nəşini görməyə icazə verilməmişdir. Eyni zamanda İranın məhkəmə orqanları onun ölümünü araşdırmağa çəkinmişdir.
10 noyabr 2009-cu ildə Tehranın Moniri Cavid küçəsindəki FATEB Klinikasının Psixologiya otağında Raminin cəsədi tapıldıqdan sonra Tehranın 129-cu Polis Bölməsinin polis məmuru leytenant Nurian hadisə yerinə gələn ilk zabit olub. Nurian öz hesabatında bildirib:
… Psixologiya otağının qapısının açıq olduğunu və bir sıra həkimlərin, işçilərin və personalın otağın sonunda toplaşdığını gördüm və mən dərhal [cinayətin] yerini insanlardan boşaltmaq və hər şeyi olduğu kimi saxlamaq üçün hərəkətə keçdim...Ölən şəxsin növbətçi həkim, FATEB Klinikasında ümumi praktik həkim kimi hərbi xidmət keçən təbrizli 26 yaşlı Ramin Pourəndərcani olduğu müəyyən edildi. Yaşayış yeri Tehrandan kənarda olduğundan gecələr Psixologiya otağında yatırdı. Mərhum ağzından qusmuş halda çarpayıda uzanmışdı. O, sağ ayağı bükülmüş halda uzanmış vəziyyətdə idi. Dağıntı və iğtişaş əlamətləri yox idi. [Qurbanın] boyun nahiyəsində göyərmə əlamətləri və qan ləkələri görünürdü. Üstəlik, yemək masasının üstündə yarımçıq yemək, bir salat, yarım litrlik sərinləşdirici içki, “Golden Chicken” restoranının hesabı, tibbi ləvazimatlar, stetoskop və bir neçə əlcək var idi...
Cahan News xəbər saytı onun ölümün intihar kimi təqdim etdi və onun əvvəlcə həbs edildiyini, sorğu-suala çəkildiyini, daha sonra da girov qarşılığında sərbəst buraxıldığını da qeyd etdi. Xəbər saytə özünün qaynaqlarına istinad edərək yazmışdı ki, mərhum bir neçə gün əvvəl İran Milli Məclisinin bir neçə üzvü ilə görüşməyə çalışsa da, bu görüş heç vaxt baş tutmamışdır.
Rəsmi dairələrin reaksiyası
Raminin ölümündən sonra Təbrizdəki atasına zəng edən rəsmilər onun maşın qəzasına düşdüyünü, ayağının qırıldığını və huşunun özündə olmadığını bildirmişdirlər. Ata Tehrana gəldikdən sonra rəsmi şəxslər onu morqa aparmış və oğlunun ürək tutmasından öldüyünü bildirmişdirlər.
Briqada generalı Əhmədi-Müqəddəm 18 noyabr 2009-cü ildə ilan etdi ki, Ramin Pourandarcaninin ölümündə onun intihar etdiyinə işarə edən nüanslar vardır. O, mərhum növbətçi həkimin təqsirləndirilən şəxs qismində çağırıldığını və zaminə buraxıldığını, cəsədinin prokurorluğun ictimai istirahət yerində, yanında vəsiyyətnamə ilə tapıldığını, vəsiyyətnamədə ona hədə-qorxu gəlindiyi və ona 5 il həbs cəzası veriləcəyinin bildirildiyi yazılmışdır. Raminin ölümündən 21 gün sonra, yəni 1 dekabr 2009-cu ildə Hüquq Mühafizə Qüvvələrinin Cinayət Axtarış Bölməsinin və Daxili İşlər Nazirinin birinci müavininin Milli Məclisin Daxili Siyasət Komitəsi ilə birgə müşavirəsində Raminin intihar etməsi bir daha dilə gətirildi. Eyni gündə Tehranın İctimai və İnqilabi prokuroru araşdırmalar nəticəsində ölümün səbəbinin zəhərli qida olduğunu bildirdi. O, həmçinin Raminin ölümü barədə araşdırmaların davam etdirildiyini, onun ölümünün sui-qəsdmi, yoxsa intihar olduğunun araşdırıldığını da bildirdi.
Bir çox məclis üzvü əvvəl elan edilmiş çıxışları tənqid etdi. Azərbaycandan olan islahatçı millət vəkili Dr. Məsud Pezeşkian demişdi:
Dr. Pourandarcani sağlam və savadlı həkim idi və onun ölümü intihar kimi göstərilə bilməz. O, heç ürək çatışmazlığından da əziyyət çəkmirdi. Onun ölüm səbəbi barədə araşdırmalar aparılmalıdır...Heç bir problemi, xəstəliyi olmayan, Kəhrizək kimi təcridxanada olan birinin intihar etməsi bizim üçün şübhəlidir.
Ailəsi və dostları
Raminin ailəsi və dostları ən əvəvldən ölüm səbəbinə şübhə ilə yanaşdılar. Onlar həmçinin hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətindən də narazı idilər. Anası demişdi:
Mən gözəl, sağlam gənc oğlumu hərbi xidmətə göndərdim və onun ölmüş bədəni mənə geri verildi. Onun intihar etdiyini deyən hamı yalan danışır və Allahdan qorxmalıdı.
Atası demişdi:
Biz sağlam və salamat Ramini hərbi xidmətə göndərdik. Onlar bizə zəng edib dedilər ki, gəl və onun bədənini topla. Mən nə edə bilərəm ? Onlar dedilər ki, o, maşın qəzasına düşün və maşın qəzası kontekstində mənə Tehrana getməyə tapşırdılar...Bir gecə əvvəl, Raminlə telefonda 7-8 dəqiqə danışmışdıq, təxminən 8:30-da. O, çox yaxşı idi, mən arzulayıram ki, kaş telefonda qalardım və o biri sabaha qədər onunla danışardım. Amma biz hətta ölümündən sonra da Raminin üzünü görə bilmədik. Ramin və Kəhrizək tamam ayrı-ayrı şeylər idi. Əsgər idi və onu növbətçi həkim olaraq Kəhrizəyə göndərmişdilər. Ramin onların icazəsi olmadan bir addım belə ata bilməzdi. Kəhrizəkdə baş verən bütün hadisələrdən sonra Ramini Kəhrizək həkimi kimi qələmə verdilər. Ramin və belə etiketlər sadəcə bir araya gəlmir! Allah bilir ki, Raminin qızıl ürəyi var idi...Əvvəlcə onun intihar etdiyini dedilər, hətta vəsiyyətdən də danışdılar. Sonra dedilər ki, infarktdır. Sonra dedilər ki, bu, dərman zəhərlənməsidir. Amma biz bu iddiaların zərrəsinə belə inanmırıq... Mən onlara sağlam, canlı, ümidli oğlumu verdim. O, vətənə xidmətə getdi, amma meyidini görməyə belə qoymadılar.
Raminin dostlarından biri onun ailəsinə belə mərhumun nəşini görməyə icazə verilmədiyini demişdir. O, əlavə etmişdi:
...Onlar, hətta Raminin ailəsinə onun cansız bədənini belə görməyə icazə vermədilər...Bu göstərir ki, ortada gizli səbəblər var, ona görə də, onlar ailənin Raminin bədənini görməsini istəmirlər.
Cənab Pourandarcaniyə yaxın olan bu şəxs bir daha təkrar etdi ki, briqada generalı Əhmədi Moqaddamın iddia etdiyi kimi cənab Pourandarjani tərəfindən hər hansı bir vəsiyyətnamənin olması işə cavabdeh olan cinayət müstəntiqi tərəfindən təkzib edilib. Üstəlik, Əhmədi-Müqəddamın iddiasının əksinə olaraq, Ramin kommunal istirahət yerində deyil, NAJA tibb klinikasındakı kabinetində qətlə yetirilib.
Kəhrizək işində iddiaçılardan biri deyib:
Mən Ramini Hərbi Prokurorluqda gördüm. O, atası ilə İstintaq İdarəsinin 1-ci şöbəsinə, cənab Hüseyninin kabinetinə gəlmişdi. [Ramin] Kəhrizək təcridxanasında xəstələri xəstəxanaya göndərdiyini və hətta onlar üçün daha çox dərman yazdığını göstərən sənədlər olduğunu söylədi, çünki dərmanların Böyük Tehranın hüquq-mühafizə orqanlarından Kəhrizəydəki məhbuslara çatması çox vaxt apardı. Ramin bir daha qeyd etdi ki, onun günahsız olduğunu sübut edən sənədləri götürmək üçün Kəhrizəyə getməsinə icazə verməyəcəklər... Məhbuslar Kəhrizəkdə işgəncələrə məruz qalıb, yaraları infeksiyaya tutulub. Benzinin tüstüsündən gözlərimiz infeksiya olmuşdu. Ramin Pourandarcani Əmir Cavadifərin görmə qabiliyyətini itirdiyi üçün Kəhrizəkdə müayinə etmişdi. Ramin Pourandarjani məhkəmədə xatırladıb ki, Əmiri onun yanına gətirəndə onun edə biləcəyi tək şey ona təsəlli vermək olub və Əmirin vəziyyətinin pis olduğunu bilə-bilə onu xəstəxanaya göndərib...Ramin də Kəhrizəkdəki şəraiti çox acınacaqlı görüb və daima pərişan olub. Mənimlə söhbətlərində Kəhrizəkdəki şəraitdən onun da əziyyət çəkdiyini deyirdi. O bildirib ki, cənab [Polis rəisi] Radan və komandası nə vaxt Kəhrizəyə gəlsələr, ona məhbusların nəbzini almağa belə icazə vermirlər. Ramin həmin vaxt özünü təhlükəsiz hiss etmirdi. O, mənə dedi ki, cənab Kamijani (o vaxt Kəhrizək təcridxanasının rəhbəri) və general-leytenant Rəcəbzadənin (o zaman Tehran Hüquq-Mühafizə Qüvvələrinin komandanı) ofis meneceri olan cənab Nezamdust bir neçə dəfə onu hədələyərək, ona xəbərdarlıq ediblər ki, Kəhrizəyə işgəncə vermək üçün gələn səlahiyyətlilərdən hər hansı birinin adını çəksə, onunla məşğul olacaqlar. O, mənə Kəhrizəkdə məhbusları sağ olmalarına baxmayaraq, ağ torbaların içərisinə qoymalarından danışmışdı. Cənab Mortazavi Ramin Pourandarjani ilə çox sərt qarşılaşdı. Ramin cənab Mortazavinin ofisinə getmişdi, lakin Kəhrizək məhbuslarının meningitdən əziyyət çəkdiyini bildirən arayışı imzalamaqdan imtina etmişdi. Bütün bunlar məhkəmədə deyildi. Ramin Kəhrizəkdə məhbuslara işgəncə verən şəxslərin kimliyini bilirdi və o vaxt [iyun 2009] seçkilərindən sonra baş vermiş hadisələri araşdırmaq tapşırığı ilə məclis komitəsinə rəhbərlik edən cənab Dehqana deyə bilərdi. Ramin sözügedən komitənin üzvləri ilə görüşməli idi və həmin iclasda cənab Radanın, bir neçə məclis deputatının və Kəhrizək məhbuslarına işgəncə verənlərin adları çəkiləcəkdi. Ramin hətta qeyd etmişdi ki, cənab Radanın komandası nə vaxt Kəhrizəyə gəlsə, hamını, hətta cənab Kamijani belə təcridxanadan çıxaracaqlar. Hər halda, Raminin əlində Kəhrizəklə bağlı, hətta NAJA komandirlərinin rolu ilə bağlı çoxlu sənədlər var idi ki, bu da Hüquq-Mühafizə Qüvvələri üçün ağır olardı. Buna görə də Ramini məhv etdilər.
Raminin ölümündən iki il keçdikdən sonra atası bu sözləri demişdi:
Mən işi sona çatdıra bilmədim. Mən işi tərk etdim və ağrımı eşidəcək birini tapa bilmədim. Biz sevimli oğlumuzu itirdik. Özümüzü ruhdan düşmüş və ürəyimiz qırılmış hiss edirik. Ramin bizim üçün dünya idi. O, ideal insan idi və mən bunu oğlumdur deyə demirəm...
Həmçinin bax
İstinadlar
- Fletcher, 2009
- "Ramin Purandarjani: One Person's Story". Abdorrahman Boroumand Center (ingilis). 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
- Tait, Robert. "Death of doctor to Iranian prison arouses suspicion". . Guardian News and Media Limited. November 16, 2009. October 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2023.
- Cairo (AP). "Iran whistle-blower died from drug-laced salad". . The USAToday Post Company. December 3, 2009. 2010-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
- "Kahrizak doctor, 26, dies of 'heart attack'". TehranBureau. November 15, 2009. October 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2023.
- "The Mysterious Death of a Kahrizak Doctor". FRONTLINE - Tehran Bureau. 19 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2015.
- Rahimi-Ardabili, B; Pourandarjani, R; Habibollahi, P; Mualeki, A. "Finasteride induced depression: a prospective study". BMC Clinical Pharmacology. 6. 2006: 7. doi:10.1186/1472-6904-6-7. PMC 1622749. PMID 17026771.
- "AllExperts Search Results: Ramin Pourandarjani". İstifadə tarixi: 15 June 2015.[daimi ölü keçid]
- "Iranian Doctor Confirms Prison Abuse Death". . CBS Interactive Inc. September 1, 2009. November 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2023.
- Erdbrink, Thomas. "Death of prison doctor draws attention in Iran". Washington Post. November 18, 2009. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2023.
- "Ramin Purandarjani: One Person's Story". Abdorrahman Boroumand Center (ingilis). 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
Mənbə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ramin Pourandarcani 9 iyun 1983 Tebriz 10 noyabr 2009 Tehran da yaralanmis ve oldurulmus etirazcilarla calisan tebrizli hekim Pourandarcani 9 iyun 1983 cu ilde Tebrizin simal qerb hissesinde orta tebeqeye mexsus bir ailede dunyaya gelmisdir O 10 noyabr 2009 cu ilde muemmali bir seraitde 26 yasinda vefat etmisdir Tehranin respublika prokuroru Abbas Dovletabadi Raminin yuksek dozada qan tezyiqi dermani qatilmis bir saladdan zeherlenerek olduyunu demisdir Bu melumatlar muxalifetin onun bildiklerine gore olduyu qorxularinin ortaya cixmasina yol acdi Ramin Kehrizek polis nezareti merkezinde ve ya hebsxanasinda hekim olaraq isleyirdi Dovlet resmileri evvellerde onun olumu barede ferqli sebebler gostermekde idiler Ayri ayri resmi sexsler onun gah masin qezasinda gah intihar neticesinde gahda Tehrandaki polis merkezindeki is yerinde yatarken urek tutmasindan olduyunu bildirmisdiler Ramin PourandarcaniDogum tarixi 9 iyun 1983 1983 06 09 Dogum yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranVefat tarixi 10 noyabr 2009 2009 11 10 26 yasinda Vefat yeri Tehran Tehran sehristani Tehran ostani IranDefn yeri TebrizVetendasligi Iran Islam RespublikasiMilliyyeti Iran azerbaycanlisiDini IslamIxtisasi TibbTehsili Tebriz UniversitetiFealiyyeti hekimHeyatinin erken donemiRamin Pourandarcani 9 iyun 1983 cu ilde Tebriz seherinde anadan olmusdur O 11 yasinda iken istedadli usaqlar ucun nezerde tutulmus mektebe qebul olmus 13 yasinda milli seir musabiqesinin 15 yasinda Xarezmi Elm MUsabiqesinin qalibi adini qazanmisdir 2001 ci ilde Erdebilde tibb tehsili almaga basladiqdan sonra Tebriz Universitetinin tibb fakultesinde tehsiline davam etmisdir O buradaki tehsilini 2008 ci ilde ferqlenme diplomu ile bitirmisdir Bu zaman o tehsilini Almaniyada davam etdirmeyi planlamaqda idi Ramin fars ve Azerbaycan turkcesi ile yanasi fransiz ve ingilis dillerini de bilirdi Oz pesesini seven Ramin mezuniyyet merasiminde bu sozleri demisdi Biz boyuk adlarin varisleriyik Galen Hippokrat Ibn Sina ve mudrik El Cuzcani kimi korifeyler Bize o dovrlerden ag xalat seklinde oturulen inanilmaz derecede elametdar muqeddes ruhun irsini dasimaq ucun burday q Biz bu yolu hevesle davam etdireceyimizi demek ucun buradayiq Ramin eyni zamanda 2006 ci ilde BMC Clinical Pharmacology jurnalinda cap edilmis Finasteride induced depression a prospective study meqalesinin muelliflerinden biridir Bu meqale prostat vezinin xosxasseli boyumesini ve kisi tipi kecelliyi mualice etmek ucun istifade edilen finasteridin xestelerde depressiv simptomlara sebeb ola bileceyi neticesine gelir O hemcinin Tebriz Universitetinin tibb fakultesinin Tetbiqi Derman Tedqiqat Merkezinde arasdirmalar da aparmisdir O konullu sekilde internet sehifelerinde fealiyyet gostermis ve muxtelif xestelikler barede meslehetler vermisdir Eyni zamanda fakultede dilin inkisaf etdirilmesi komitesinin uzvu olmus tibb telebeleri ucun ingilis dilini tedris etmisdir Universiteti bitirdikden sonra 2008 ci ilde iki illik mecburi herbi xidmetini yerine yetirmeye baslamis bir ayliq Sistan Belucistan bolgesine gonderilmis daha sonra ise herbi mukellefli hekim kimi xidmet etmek ucun Boyuk Tehran Huquq Muhafize Quvveleri Komandanligina FATEB tehkim edilmisdir Onun buradaki xidmetine heftede bir defe Kherizekdeki mehkumlari muayine etmek de daxil idi Kehrizekdeki hekimliyiVerilen melumata gore 2009 cu ilin iyun ayindaki etirazlar zamani Ramin Kehrizekdeki mehbuslari muayine etmek ucun 3 hefte erzinde 4 defe vezifelendirilmisdir Ramin polis merkezinde saxlanilan ve isgence gorduyune inanilan bir nece mehbusa tibbi xidmetin gosterilmesine cavabdeh idi Onun xestelerinden biri olan Mohsen Ruholamini seckilerden sonra teskil edilmis etirazlarda hebs edilenlerden biri idi ve onun atasi dovlet ucun isleyen alimlerden idi 25 yasli Ruholamini hebsde iken 2009 cu ilin iyulunda vefat etdi Onun olum haqqinda senedinde olum sebebi kimi basina vurulmus cox sayli zerbeler gosterilmisdi Yurisdiksiya dairelerine verilmis hesabatda Ruholamininin fiziki siddet pis veziyyetde olmanin effektleri cox sayli zerbeler ve bedene edilmis agir zedeler neticesinde olduyu qeyd edilmisdi Ramin Kehrizek hebsxanasinda qanunsuz davranisi arasdiran parlament komitesinde ifade verib Qisa muddet sonra bu hebsxana pis seraitine gore Ayetullah Xamaneyinin emrine esasen qapadilmisdir Iranin huquq daireleri terefinden bu hebsxanadaki qanunsuzluqlari arasdirma prosesine basladilmisdi Avqust ayinda kecmis prezidentliye namized ve din adami Mehdi Kerrubi resmi sekilde Iran polisini Kehrizekde saxlanilan etirazcilara isgence etmekde ve zorlamaqda ittiham etdi Neticede polis Kerrubinin ofisine basqin edib sahidlerin adlarini unvanlarini ve ifadelerini musadire etdi Oktyabr ayinda Iran polisleri komandaninin muavini briqada generali Ehmed Rza Radan elan etdi ki Kehrizekdeki qanunsuzluqlara gore 10 sexs barede arasdirma aparilir O burada bas vermis qanunsuzlugu kicik hadise kimi tesvir etmisdi Kehrizek tecridxanasinda bas veren qetller ve isgencelerle bagli arasdirmalar zamani Ramin istintaqi aparan komitenin qarsisina cixib ve ifadesinde deyib Mohsen Roholamini guclu fiziki isgencelere meruz qaldiqdan ve dehsetli veziyyetde olandan sonra olumunden iki gun evvel yanima getirdiler Onun sehhetinin veziyyeti cox kritik idi Cox mehdud tibbi imkanlarima baxmayaraq onu xilas etmek ucun men elimden geleni etdim Mehz o zaman Kehrizek selahiyyetlilerinden mene xeberdarliq etdiler ki Kehrizek qurbanlarinin xesaretlerinin sebebi haqqinda bir sey desem heyatima son qoyacaqlar Bu ifadeni verdikden sonra Ramin polis terefinden hebs edildi Hebsi muddetinde Ramin polis quvvelerinin istintaq bolmesi herbi mehkeme ve Hekimlerin Bas Tenzimlemesi Surasi terefinden bir nece defe dindirilib O girov muqabilinde azad edilib Kehrizekde gordukleri barede hec ne dememesi ile bagli xeberdarliq edilib ve daha cox hebs olunacagi ve tibbi vesiqesini itirmekle hedelenib Azad edilmesinden sonra da o Kehrizekde gordukleri barede sakit qalmamasi halinda basina gelecekler barede bilinmeyen sexsler terefinden tehdid edilmisdir Olumunden qisa muddet evvel o oz dostuna tehlukesizliyi barede qorxusunun oldugunu demisdir OlumuRamin Pourandarcani 10 noyabr 2009 cu ilde muemmali bir sekilde Tehran seherinde vefat etmisdir Iran resmileri Raminin ailesini yarilma prosesini heyata kecirmesine icaze vermemisdir Ramin Tebrizin simalinda defn edilmis ve onun defninde qeyri adi sebiyyede tehlukesizlik tedbirleri heyata kecirilmisdir Hemcinin Raminin ailesine onun nesini gormeye icaze verilmemisdir Eyni zamanda Iranin mehkeme orqanlari onun olumunu arasdirmaga cekinmisdir 10 noyabr 2009 cu ilde Tehranin Moniri Cavid kucesindeki FATEB Klinikasinin Psixologiya otaginda Raminin cesedi tapildiqdan sonra Tehranin 129 cu Polis Bolmesinin polis memuru leytenant Nurian hadise yerine gelen ilk zabit olub Nurian oz hesabatinda bildirib Psixologiya otaginin qapisinin aciq oldugunu ve bir sira hekimlerin iscilerin ve personalin otagin sonunda toplasdigini gordum ve men derhal cinayetin yerini insanlardan bosaltmaq ve her seyi oldugu kimi saxlamaq ucun herekete kecdim Olen sexsin novbetci hekim FATEB Klinikasinda umumi praktik hekim kimi herbi xidmet kecen tebrizli 26 yasli Ramin Pourendercani oldugu mueyyen edildi Yasayis yeri Tehrandan kenarda oldugundan geceler Psixologiya otaginda yatirdi Merhum agzindan qusmus halda carpayida uzanmisdi O sag ayagi bukulmus halda uzanmis veziyyetde idi Daginti ve igtisas elametleri yox idi Qurbanin boyun nahiyesinde goyerme elametleri ve qan lekeleri gorunurdu Ustelik yemek masasinin ustunde yarimciq yemek bir salat yarim litrlik serinlesdirici icki Golden Chicken restoraninin hesabi tibbi levazimatlar stetoskop ve bir nece elcek var idi Cahan News xeber sayti onun olumun intihar kimi teqdim etdi ve onun evvelce hebs edildiyini sorgu suala cekildiyini daha sonra da girov qarsiliginda serbest buraxildigini da qeyd etdi Xeber sayte ozunun qaynaqlarina istinad ederek yazmisdi ki merhum bir nece gun evvel Iran Milli Meclisinin bir nece uzvu ile gorusmeye calissa da bu gorus hec vaxt bas tutmamisdir Resmi dairelerin reaksiyasiRaminin olumunden sonra Tebrizdeki atasina zeng eden resmiler onun masin qezasina dusduyunu ayaginin qirildigini ve husunun ozunde olmadigini bildirmisdirler Ata Tehrana geldikden sonra resmi sexsler onu morqa aparmis ve oglunun urek tutmasindan olduyunu bildirmisdirler Briqada generali Ehmedi Muqeddem 18 noyabr 2009 cu ilde ilan etdi ki Ramin Pourandarcaninin olumunde onun intihar etdiyine isare eden nuanslar vardir O merhum novbetci hekimin teqsirlendirilen sexs qisminde cagirildigini ve zamine buraxildigini cesedinin prokurorlugun ictimai istirahet yerinde yaninda vesiyyetname ile tapildigini vesiyyetnamede ona hede qorxu gelindiyi ve ona 5 il hebs cezasi verileceyinin bildirildiyi yazilmisdir Raminin olumunden 21 gun sonra yeni 1 dekabr 2009 cu ilde Huquq Muhafize Quvvelerinin Cinayet Axtaris Bolmesinin ve Daxili Isler Nazirinin birinci muavininin Milli Meclisin Daxili Siyaset Komitesi ile birge musaviresinde Raminin intihar etmesi bir daha dile getirildi Eyni gunde Tehranin Ictimai ve Inqilabi prokuroru arasdirmalar neticesinde olumun sebebinin zeherli qida oldugunu bildirdi O hemcinin Raminin olumu barede arasdirmalarin davam etdirildiyini onun olumunun sui qesdmi yoxsa intihar oldugunun arasdirildigini da bildirdi Bir cox meclis uzvu evvel elan edilmis cixislari tenqid etdi Azerbaycandan olan islahatci millet vekili Dr Mesud Pezeskian demisdi Dr Pourandarcani saglam ve savadli hekim idi ve onun olumu intihar kimi gosterile bilmez O hec urek catismazligindan da eziyyet cekmirdi Onun olum sebebi barede arasdirmalar aparilmalidir Hec bir problemi xesteliyi olmayan Kehrizek kimi tecridxanada olan birinin intihar etmesi bizim ucun subhelidir Ailesi ve dostlariRaminin ailesi ve dostlari en evevlden olum sebebine subhe ile yanasdilar Onlar hemcinin huquq muhafize orqanlarinin ve mehkemelerin fealiyyetinden de narazi idiler Anasi demisdi Men gozel saglam genc oglumu herbi xidmete gonderdim ve onun olmus bedeni mene geri verildi Onun intihar etdiyini deyen hami yalan danisir ve Allahdan qorxmalidi Atasi demisdi Biz saglam ve salamat Ramini herbi xidmete gonderdik Onlar bize zeng edib dediler ki gel ve onun bedenini topla Men ne ede bilerem Onlar dediler ki o masin qezasina dusun ve masin qezasi kontekstinde mene Tehrana getmeye tapsirdilar Bir gece evvel Raminle telefonda 7 8 deqiqe danismisdiq texminen 8 30 da O cox yaxsi idi men arzulayiram ki kas telefonda qalardim ve o biri sabaha qeder onunla danisardim Amma biz hetta olumunden sonra da Raminin uzunu gore bilmedik Ramin ve Kehrizek tamam ayri ayri seyler idi Esger idi ve onu novbetci hekim olaraq Kehrizeye gondermisdiler Ramin onlarin icazesi olmadan bir addim bele ata bilmezdi Kehrizekde bas veren butun hadiselerden sonra Ramini Kehrizek hekimi kimi qeleme verdiler Ramin ve bele etiketler sadece bir araya gelmir Allah bilir ki Raminin qizil ureyi var idi Evvelce onun intihar etdiyini dediler hetta vesiyyetden de danisdilar Sonra dediler ki infarktdir Sonra dediler ki bu derman zeherlenmesidir Amma biz bu iddialarin zerresine bele inanmiriq Men onlara saglam canli umidli oglumu verdim O vetene xidmete getdi amma meyidini gormeye bele qoymadilar Raminin dostlarindan biri onun ailesine bele merhumun nesini gormeye icaze verilmediyini demisdir O elave etmisdi Onlar hetta Raminin ailesine onun cansiz bedenini bele gormeye icaze vermediler Bu gosterir ki ortada gizli sebebler var ona gore de onlar ailenin Raminin bedenini gormesini istemirler Cenab Pourandarcaniye yaxin olan bu sexs bir daha tekrar etdi ki briqada generali Ehmedi Moqaddamin iddia etdiyi kimi cenab Pourandarjani terefinden her hansi bir vesiyyetnamenin olmasi ise cavabdeh olan cinayet mustentiqi terefinden tekzib edilib Ustelik Ehmedi Muqeddamin iddiasinin eksine olaraq Ramin kommunal istirahet yerinde deyil NAJA tibb klinikasindaki kabinetinde qetle yetirilib Kehrizek isinde iddiacilardan biri deyib Men Ramini Herbi Prokurorluqda gordum O atasi ile Istintaq Idaresinin 1 ci sobesine cenab Huseyninin kabinetine gelmisdi Ramin Kehrizek tecridxanasinda xesteleri xestexanaya gonderdiyini ve hetta onlar ucun daha cox derman yazdigini gosteren senedler oldugunu soyledi cunki dermanlarin Boyuk Tehranin huquq muhafize orqanlarindan Kehrizeydeki mehbuslara catmasi cox vaxt apardi Ramin bir daha qeyd etdi ki onun gunahsiz oldugunu subut eden senedleri goturmek ucun Kehrizeye getmesine icaze vermeyecekler Mehbuslar Kehrizekde isgencelere meruz qalib yaralari infeksiyaya tutulub Benzinin tustusunden gozlerimiz infeksiya olmusdu Ramin Pourandarcani Emir Cavadiferin gorme qabiliyyetini itirdiyi ucun Kehrizekde muayine etmisdi Ramin Pourandarjani mehkemede xatirladib ki Emiri onun yanina getirende onun ede bileceyi tek sey ona teselli vermek olub ve Emirin veziyyetinin pis oldugunu bile bile onu xestexanaya gonderib Ramin de Kehrizekdeki seraiti cox acinacaqli gorub ve daima perisan olub Menimle sohbetlerinde Kehrizekdeki seraitden onun da eziyyet cekdiyini deyirdi O bildirib ki cenab Polis reisi Radan ve komandasi ne vaxt Kehrizeye gelseler ona mehbuslarin nebzini almaga bele icaze vermirler Ramin hemin vaxt ozunu tehlukesiz hiss etmirdi O mene dedi ki cenab Kamijani o vaxt Kehrizek tecridxanasinin rehberi ve general leytenant Recebzadenin o zaman Tehran Huquq Muhafize Quvvelerinin komandani ofis meneceri olan cenab Nezamdust bir nece defe onu hedeleyerek ona xeberdarliq edibler ki Kehrizeye isgence vermek ucun gelen selahiyyetlilerden her hansi birinin adini cekse onunla mesgul olacaqlar O mene Kehrizekde mehbuslari sag olmalarina baxmayaraq ag torbalarin icerisine qoymalarindan danismisdi Cenab Mortazavi Ramin Pourandarjani ile cox sert qarsilasdi Ramin cenab Mortazavinin ofisine getmisdi lakin Kehrizek mehbuslarinin meningitden eziyyet cekdiyini bildiren arayisi imzalamaqdan imtina etmisdi Butun bunlar mehkemede deyildi Ramin Kehrizekde mehbuslara isgence veren sexslerin kimliyini bilirdi ve o vaxt iyun 2009 seckilerinden sonra bas vermis hadiseleri arasdirmaq tapsirigi ile meclis komitesine rehberlik eden cenab Dehqana deye bilerdi Ramin sozugeden komitenin uzvleri ile gorusmeli idi ve hemin iclasda cenab Radanin bir nece meclis deputatinin ve Kehrizek mehbuslarina isgence verenlerin adlari cekilecekdi Ramin hetta qeyd etmisdi ki cenab Radanin komandasi ne vaxt Kehrizeye gelse hamini hetta cenab Kamijani bele tecridxanadan cixaracaqlar Her halda Raminin elinde Kehrizekle bagli hetta NAJA komandirlerinin rolu ile bagli coxlu senedler var idi ki bu da Huquq Muhafize Quvveleri ucun agir olardi Buna gore de Ramini mehv etdiler Raminin olumunden iki il kecdikden sonra atasi bu sozleri demisdi Men isi sona catdira bilmedim Men isi terk etdim ve agrimi esidecek birini tapa bilmedim Biz sevimli oglumuzu itirdik Ozumuzu ruhdan dusmus ve ureyimiz qirilmis hiss edirik Ramin bizim ucun dunya idi O ideal insan idi ve men bunu oglumdur deye demirem Hemcinin baxIstinadlarFletcher 2009 Ramin Purandarjani One Person s Story Abdorrahman Boroumand Center ingilis 2023 03 31 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 10 14 Tait Robert Death of doctor to Iranian prison arouses suspicion Guardian News and Media Limited November 16 2009 October 22 2022 tarixinde arxivlesdirilib Istifade tarixi June 16 2023 Cairo AP Iran whistle blower died from drug laced salad The USAToday Post Company December 3 2009 2010 07 21 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 06 16 Kahrizak doctor 26 dies of heart attack TehranBureau November 15 2009 October 19 2022 tarixinde arxivlesdirilib Istifade tarixi June 16 2023 The Mysterious Death of a Kahrizak Doctor FRONTLINE Tehran Bureau 19 June 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 15 June 2015 Rahimi Ardabili B Pourandarjani R Habibollahi P Mualeki A Finasteride induced depression a prospective study BMC Clinical Pharmacology 6 2006 7 doi 10 1186 1472 6904 6 7 PMC 1622749 PMID 17026771 AllExperts Search Results Ramin Pourandarjani Istifade tarixi 15 June 2015 daimi olu kecid Iranian Doctor Confirms Prison Abuse Death CBS Interactive Inc September 1 2009 November 5 2013 tarixinde arxivlesdirilib Istifade tarixi June 16 2023 Erdbrink Thomas Death of prison doctor draws attention in Iran Washington Post November 18 2009 March 3 2016 tarixinde arxivlesdirilib Istifade tarixi June 16 2023 Ramin Purandarjani One Person s Story Abdorrahman Boroumand Center ingilis 2023 03 31 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 10 14 Menbe