Rafiq Bayramov (həkim)
Rafiq İdris oğlu Bayramov (azərb. Bayramov Rafiq İdris oğlu; d. 9 sentyabr 1976, Daşkənd kəndi, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ) — Azərbaycan alimi, həkim–ftiziator, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru. "Ağ ciyər xəstəlikləri" kafedrasının müdiri (2015-indi).
Rafiq Bayramov | |
---|---|
Bayramov Rafiq İdris oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd kəndi, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Ağ ciyər xəstəlikləri |
Elmi dərəcəsi | tibb üzrə fəlsəfə doktoru |
Elmi adı | Dosent |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Elmi rəhbəri | N.Ə.Abbasov |
Həyatı
Rafiq Bayramov 9 sentyabr 1976-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Doğulduğu kənddə orta təhsilə başlasa da Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüş, Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbində oxumuş, 1993-cü ildə isə Bakı şəhəri 12 saylı tam orta məktəbi bitirmişdir.
1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində təhsil almışdır. 2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda aspiranturada təhsilini davam etdirmiş və kiçik elmi işçi vəzifəsində çalışmışdır.
2003-cü ildə Azərbaycan Tibb Universitetinin ağ ciyər xəstəlikləri kafedrasına baş laborant, 2004-cü ildə assistent, 2013-cü ildə isə dosent vəzifəsinə təyin olunmuşdur. R.İ.Bayramov 2011-ci ildə ATU-nin I müalicə profilaktika fakültəsinin dekan müavini, 2013-cü ildən etibarən isə rektorun köməkçisi vəzifəsinə təyin olunmuşdur.
2011-ci ildə N.Ə.Abbasovun elmi rəhbərliyi ilə "Xroniki destruktiv ağ ciyər vərəmi zamanı ürəyin funksional vəziyyəti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
R.İ.Bayramov 50-dən çox elmi məqalənin müəllifidir. Azərbaycan Tibb Universitetinin "Ağ ciyər xəstəlikləri" kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktorudur.
2015-ci ildə Azərbaycan Tibb Universitetinin "Ağ ciyər xəstəlikləri" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Ailəsi
Ailəlidir, 3 övladı var.
Elmi əsərləri
- "Vərəmin aşkar olunmuş destruktiv formalarının kimyəvi terapiya və cərrahi müalicə metodlarından sonrakı dövrdə reaktivasiyanın tədqiqi", IX Beynəlxalq Avroasiya Cərrah və Qastroenteroloqların konqresi. Bakı 15-18, 2006-cı il.
- "Ağciyər vərəminin müxtəlif formalarında ağciyər rezeksiyasından sonra miokard və xarici tənəffüs funksiyasının öyrənilməsi" IX Beynəlxalq Avroasiya Cərrah və Qastroenteroloqların konqresi. Bakı 15-18, 2006-cı il.
- «Клинико-иммунологические особенности атопической бронхиальной астмы при ее сочетании с туберкулезом легких у взрослых» Дни чтения Булатова Международный конгресс. Санкт-Петербург, июнь, 2006 г.
- «Некоторые аспекты исследования туберкулиновой чувствительности у детей и подростков» XI Международный конгресс по реабилитации и иммунореабилитации. Испания 22 29.04. 2006 г.
- «Влияние широты охвата детей и подростков пробой Манту на частоту развития туберкулезного менингита у детей и подростков» Sosial-gigiyena kafedrasının sabiq müdiri prof. İosif Felin anadan olmasının 100 illik yubiley toplusu, 2006-cı il.
- "Kimyəvi terapiya və cərrahi yolla müalicədən sonra ağciyər vərəminin reaktivasiyasının bir neçə istiqamətdə öyrənilməsi" Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş toplu. 2007-ci il
- «Патологические изменения в бронхах при разных стадиях ХОБЛ» Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş toplu. 2007-ci il
- "KJB vaksinasiyasının uşaqlarda vərəm meningitinin rastgəlmə tezliyinə təsiri" İ.D.Katsın yubleyinə həsr olunmuş toplu,2008-ci il.
- "Ftiziopulmonologiyada xroniki ağciyər ürəyinin bəzi aspektləri" A.Ə.Axunbəylinin 70-illik yubileyinə həsr olunmuş elmi təcrübi konfrans 2008-ci il.
- «Особенности клинического течения легочного сердца и функ-циональное состояние миокарда у больных хроническим деструктивным туберкулезом легких». Журнал для аспирантов и докторантов, Курск 2009.
- "Важность показателей эхокардиографии в оценки функции правого желудочка сердца и легочной артерии у больных туберкулезом и неспецифическими заболеваниями" ATU-nin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı 2010, səh.224
- "Lizinoprilin xarici tənəffüs funksiyasının göstəricilərinə təsirinin ağciyər ürəyi ilə ağırlaşmış vərəmli xəstələrin kompleks müalicəsində öyrənilməsi" Vərəm və ağ ciyər xəstəlikləri üzrə III Respublika Elmi-praktiki konfransı və I milli respirator konqresi. Elmi materiallar toplusu, 3-4 may 2010-cu il, Bakı, səh.64-66
- «Ftiziopulmonoloji xəstələrdə ağ ciyər hipertenziyasının erkən diaqnostikası» II Milli Respirator Konqres (ağ ciyər xəstəlikləri və vərəm üzrə IV Respublika elmi-praktiki konfrans) 28-30 aprel 2011 il səh. 26-29.
İstinadlar
- ↑ t.ü.f.d., dos. Bayramov R.İ. 2016-03-04 at the Wayback Machine — amu.edu.az saytı
- Rəhbərlik / Rektorun köməkçisi 2016-03-04 at the Wayback Machine — amu.edu.az saytı
- R.İ.Bayramov; elmi rəh. N.Ə.Abbasov; Azərbaycan Tibb Universiteti. Bakı, 2011.[ölü keçid] — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası (elibrary.az saytı)
- Günel Aslanova, "Ağ ciyər xəstəlikləri tibbin qlobal problemlərindən biridir"[ölü keçid] — "Təbib" qəzeti, №02 (1577), 31 yanvar, 2014-cü il
Xarici keçidlər
- Virtual test imtanlarının ən böyük üstünlüyü: Tibb Universitetində İmtahanlara Nəzarət Qrupunun rəhbəri, tibb elmləri namizədi Rafiq Bayramov 2015-03-14 at the Wayback Machine — soft.tusi.biz saytı