Wikipedia
Qızıltorpaq
Qızıltorpaq — (keçmiş adı Dikbaş) Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Qızıltorpaq | |
---|---|
40°37′14″ şm. e. 45°39′45″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 510 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2131 |
Tarixi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 oktyabr 2011-ci il tarixli qərarı ilə Dikdaş kəndinin adı dəyişdirilərək Qızıltorpaq adlandırılmışdır.
Toponimikası
Dikdaş oyk. Gədəbəy r-nunun Böyük Qaramurad i.ə.v.-də kənd. Şahdağ silsiləsinin ətəyindədir. Kəndin əhalisinin Qazax r-nunun Dağ Kəsəmən kəndindən və Ağstafa r-nundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında[ölü keçid]
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629