Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Qızılburun Naxçıvan şəhərindən 18 km cənubda Təzəkənd yaxınlığında e ə II I miniliklərə aid yaşayış yeri QızılburunQızlb

Qızılburun yaşayış yeri

Qızılburun yaşayış yeri
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Qızılburun – Naxçıvan şəhərindən 18 km cənubda, Təzəkənd yaxınlığında e.ə. II – I miniliklərə aid yaşayış yeri.

Qızılburun
imageQızlburun nekropolundan aşkarlanmış Boyalı Qablar mədəniyyətinə aid saxsı qab
(Azərbaycan Tarix Muzeyi)
Ölkə image Azərbaycan
Yerləşir Təzəkənd
Tikilmə tarixi e.ə. II – I miniliklər
Üslubu
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.49
KateqoriyaYaşayış yeri, Məbəd
ƏhəmiyyətiDünya əhəmiyyətli
image
image
Qızılburun

Tədqiqi

Coğrafi cəhətdən əlverişli mövqedə, Araz çayının sol sahilində, Zəngəzur silsiləsinin Araz vadisinə enən burnunda salınmış abidə 1926 – cı ildə qeydə alınmışdır. 1969-cu ildə Qızılburun yaşayış yerində 100 m² sahədə arxeoloji tədqiqatlar aparılmışdır. Mədəni təbəqənin qalınlığı 2 m olub, kül qarışıq torpaq laylarından ibarətdir. Burada tikinti qalıqları, keramika, davar sümükləri, həmçinin gildən hazırlanmış ocaq yeri, daş məmulatı (çaxmaqdaşıdan oraq dişləri, obsidiandan ox ucluqları, sürtgəclər və s.) aşkar edilmişdir.

Əldə olunmuş çəhrayı, bəzən isə boz və qara rəngli keramika məmulatı (küpə, çaydan, vaza və sair), ornamentlərinin rəngarəng süjetli olmaları ilə diqqəti cəlb edən bir sıra polixrom boyalı qablar öz bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələrindən sayılır.

Abidədən əldə edilmiş maraqlı tapıntılardan biri də gildən hazırlanmış kişi fiqurudur. Fiqurun başında şiş papaq, əynində arxalıq vardır. Üzəri qırmızı və qara rənglərlə naxışlanmışdır.

Qızılburun nekropolu

Qızılburun yaşayış yerinin yaxınlığında yerləşən Qızılburun nekropolu Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidədir. Abidənin bir hissəsi Naxçıvan – Culfa dəmir yolu xəttinin çəkilişi zamanı dağıdılmışdır. Şərqdə dağ silsiləsi, şimalda dərin xəndək, qərbdə yaşayış məskəni və Araz çayı ilə hüdudlanan nekropol 1895 – ci ildə aşkar olunmuşdur. Açılmış qəbirlərdə qızıl əşyaların olduğunu görən Güney Azərbaycandan gəlmiş erməni keşişləri məzarlıqdakı bütün qəbirləri qarət etmişlər. Lakin sərhəd gözətçi məntəqəsinin qarətin qarşısını qismən ala bilmiş və əldə olunmuş materialların bir hissəsi toplanılaraq Moskvaya, göndərilmişdir.

1896 – cı ildə arxeoloji komissiyanın göstərişi ilə qəbiristanlıqda qazıntı işləri aparılmış, tapıntılar isə göndərilmişdir. Muzeyə göndərilmiş maddi mədəniyyət nümunələri 1909 – cu ildə tədqiq edilərək nəşr olunmuşdur.

Qızılburun nekropolunda aparılmış arxeoloji qazıntılar nəticəsində daş qutu qəbirlərində meyitlərin bükülü, bəzən isə oturdulmuş halda basdırıldığı aşkar edilmişdir. Qəbirlərdən küpə, çölmək, kasa, vaza, çaydan tipli qablar, tunc xəncərlər, ox ucluqları, toppuzlar, dəmir alət və silahlar, gözəl bədii tərtibatda hazırlanmış qızıl bəzək əşyaları (bilərziklər, asmalar, sancaqlar), əqiq və pastadan hazırlanmış muncuqlar və digər mədəniyyət nümunələri tapılmışdır.

Tunc dövrünün qırmızı rəngli qabları qara və qəhvəyi, yaxud, qara və qırmızı boyalarla çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan təsvirləri ilə bəzədilmişdir. İlk Dəmir dövrünə aid qablar qırmızı boya ilə, nisbətən enli xəttlərlə naxışlanmışdır. Qızılvəng boyalı qabları Boyalı Qablar mədəniyyətinə aiddir. Q Bu mədəniyyətin sahibləri patriarxal – icma quruluşunda yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar.

Qızılvəng boyalı qabları ilə oxşar keramika nümunələri Türkiyədə (, ), Güney Azərbaycanda (, Göytəpə, ), Ermənistanda (Təzəkənd) aşkar edilmişdir. Nekropol ərazisində həmçinin sonrakı tarixi dövrdə inşa edilmiş Qızılvəng monastırı da vardır.

Qızılvəng monastırı

image Əsas məqalə: Qızılvəng monastırı

Qızılburun nekropolu ərazisində yerləşən Qızılvəng monastırı orta əsrlərə aid xristian məbədidir. Məbəd yaxşı yonulmuş qırmızı tuf daşı və bişmiş kərpicdən inşa edilmişdir. Salamat qalmış əsas kilsə binasının daxilində on səkkiz freskla vardır. Bunlardan səkkizi böyük dördkünc sütunlar üzərində, onu isə günbəzdə çəkilmişdir.

İstinadlar

  1. Qızılburun məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 276
  2. Qızılburun Nekropolu məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 277
  3. ızılburun Nekropolu məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 277

Həmçinin bax

  • Boyalı Qablar mədəniyyəti

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Qizilburun Naxcivan seherinden 18 km cenubda Tezekend yaxinliginda e e II I miniliklere aid yasayis yeri QizilburunQizlburun nekropolundan askarlanmis Boyali Qablar medeniyyetine aid saxsi qab Azerbaycan Tarix Muzeyi Olke AzerbaycanYerlesir TezekendTikilme tarixi e e II I miniliklerUslubuAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 49KateqoriyaYasayis yeri MebedEhemiyyetiDunya ehemiyyetliQizilburunTedqiqiCografi cehetden elverisli movqede Araz cayinin sol sahilinde Zengezur silsilesinin Araz vadisine enen burnunda salinmis abide 1926 ci ilde qeyde alinmisdir 1969 cu ilde Qizilburun yasayis yerinde 100 m sahede arxeoloji tedqiqatlar aparilmisdir Medeni tebeqenin qalinligi 2 m olub kul qarisiq torpaq laylarindan ibaretdir Burada tikinti qaliqlari keramika davar sumukleri hemcinin gilden hazirlanmis ocaq yeri das memulati caxmaqdasidan oraq disleri obsidiandan ox ucluqlari surtgecler ve s askar edilmisdir Elde olunmus cehrayi bezen ise boz ve qara rengli keramika memulati kupe caydan vaza ve sair ornamentlerinin rengareng sujetli olmalari ile diqqeti celb eden bir sira polixrom boyali qablar oz bedii tertibatina gore neinki Azerbaycanin elece de qedim dunyanin en nadir incesenet numunelerinden sayilir Abideden elde edilmis maraqli tapintilardan biri de gilden hazirlanmis kisi fiqurudur Fiqurun basinda sis papaq eyninde arxaliq vardir Uzeri qirmizi ve qara renglerle naxislanmisdir Qizilburun nekropoluQizilburun yasayis yerinin yaxinliginda yerlesen Qizilburun nekropolu Tunc ve Ilk Demir dovrlerine aid arxeoloji abidedir Abidenin bir hissesi Naxcivan Culfa demir yolu xettinin cekilisi zamani dagidilmisdir Serqde dag silsilesi simalda derin xendek qerbde yasayis meskeni ve Araz cayi ile hududlanan nekropol 1895 ci ilde askar olunmusdur Acilmis qebirlerde qizil esyalarin oldugunu goren Guney Azerbaycandan gelmis ermeni kesisleri mezarliqdaki butun qebirleri qaret etmisler Lakin serhed gozetci menteqesinin qaretin qarsisini qismen ala bilmis ve elde olunmus materiallarin bir hissesi toplanilaraq Moskvaya gonderilmisdir 1896 ci ilde arxeoloji komissiyanin gosterisi ile qebiristanliqda qazinti isleri aparilmis tapintilar ise gonderilmisdir Muzeye gonderilmis maddi medeniyyet numuneleri 1909 cu ilde tedqiq edilerek nesr olunmusdur Qizilburun nekropolunda aparilmis arxeoloji qazintilar neticesinde das qutu qebirlerinde meyitlerin bukulu bezen ise oturdulmus halda basdirildigi askar edilmisdir Qebirlerden kupe colmek kasa vaza caydan tipli qablar tunc xencerler ox ucluqlari toppuzlar demir alet ve silahlar gozel bedii tertibatda hazirlanmis qizil bezek esyalari bilerzikler asmalar sancaqlar eqiq ve pastadan hazirlanmis muncuqlar ve diger medeniyyet numuneleri tapilmisdir Tunc dovrunun qirmizi rengli qablari qara ve qehveyi yaxud qara ve qirmizi boyalarla cekilmis hendesi naxislarla bezen de insan ve heyvan tesvirleri ile bezedilmisdir Ilk Demir dovrune aid qablar qirmizi boya ile nisbeten enli xettlerle naxislanmisdir Qizilveng boyali qablari Boyali Qablar medeniyyetine aiddir Q Bu medeniyyetin sahibleri patriarxal icma qurulusunda yasamis ekincilik ve maldarliqla mesgul olmuslar Qizilveng boyali qablari ile oxsar keramika numuneleri Turkiyede Guney Azerbaycanda Goytepe Ermenistanda Tezekend askar edilmisdir Nekropol erazisinde hemcinin sonraki tarixi dovrde insa edilmis Qizilveng monastiri da vardir Qizilveng monastiriEsas meqale Qizilveng monastiri Qizilburun nekropolu erazisinde yerlesen Qizilveng monastiri orta esrlere aid xristian mebedidir Mebed yaxsi yonulmus qirmizi tuf dasi ve bismis kerpicden insa edilmisdir Salamat qalmis esas kilse binasinin daxilinde on sekkiz freskla vardir Bunlardan sekkizi boyuk dordkunc sutunlar uzerinde onu ise gunbezde cekilmisdir IstinadlarQizilburun meqalesi Naxcivan Ensiklopediyasi AMEA Baki 2002 seh 276 Qizilburun Nekropolu meqalesi Naxcivan Ensiklopediyasi AMEA Baki 2002 seh 277 izilburun Nekropolu meqalesi Naxcivan Ensiklopediyasi AMEA Baki 2002 seh 277Hemcinin baxBoyali Qablar medeniyyeti

Nəşr tarixi: İyun 17, 2024, 10:09 am
Ən çox oxunan
  • Yanvar 25, 2025

    NGC 6438A

  • Fevral 08, 2025

    NGC 5214A

  • Fevral 23, 2025

    NGC 5514A

  • Yanvar 25, 2025

    NGC 4911A

  • Yanvar 27, 2025

    NGC 4807A

Gündəlik
  • Avstriya-Macarıstan quldeni

  • Əhmədabad (Qücərat)

  • Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)

  • Ayşə Seyidmuradova

  • Sekuritate

  • Anime

  • 13 iyun

  • İstanbul

  • Süleymaniyyə məscidi

  • Mussolini

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı