| Qurtubi | |
|---|---|
| ərəb. القرطبي | |
| Doğum tarixi | XII əsrin sonları yaxud XIII əsrin əvvəlləri |
| Doğum yeri | Kordova |
| Vəfat tarixi | |
| Vəfat yeri | Minyətü Bəni Həsib, Misir |
| Elm sahələri | təfsir, hədis, fiqh |
Qurtubi (ərəb. القرطبي) və ya Əbu Abdillah Məhəmməd ibn Əhməd ibn Əbi Bəkr ibn Fəhr əl-Qurtubi (1214 – 29 aprel 1273, Əl-Minya) — Görkəmli müfəssir, mühəddis və fəqih. Maliki məzhəbinə mənsub olan Qurtubi, "əl-Cəmi li-əhkamil-Quran" adlı əsəri ilə tanınır.
Bioqrafiyası
| ]Qurtubi indiki Kordovada dünyaya gəlmişdir. Doğum tarixinin XII əsrin sonları yaxud XIII əsrin əvvəlləri olduğu güman edilir. Qurtubinin atası Əhməd əkinçiliklə məşğul olurdu. Xristian ispanların 16 iyul 1230-cu ildəkı hücumu nəticəsində Əhməd həlak olur. Bundan sonra ailənin yükü Qurtubinin çiyinləri üzərinə düşür. Ailəsini dolandırmaq üçün Qurtubi, duluçular üçün torpaq daşımağa başlayır. İlk təhsilini də Kordovada alan Qurtubi, burada İbn Əbu Huccə kimi tanınan Əbu Cəfər Əhməd ibn Məhəmməd əl-Qeysi, Rəbi ibn Əbdürrəhman ibn Əhməd əl-Əşəri, Əbül-Həsən Əli ibn Qutral əl-Ənsari kimi alimlərə tələbəlik edir. Kordova 1236-cı ildə Kastilya-Leon kralı III Fernando tərəfindən işğal edildikdən sonra Qurtubi İskəndəriyyəyə köçür. O burada Əhməd ibn Ömər əl-Qurtubidən "əl-Müfhim fi şərhi Səhihi Müslim" adlı əsərinin bir qismini dinləyir. Bundan başqa Əbu Məhəmməd Əbdülvəhhab ibn Rəvac, Əbu Məhəmməd Əbdülmuti əl-Ləhmidən bəhrələnir. Şəhabəddin əl-Qarafi ilə Fəyyuma səfər edir. 1249-cu ildə Mənsurəyə gedərək, burada Əbu Əli Həsən ibn Məhəmməd əl-Bəkridən dərslər alır. Qahirədə bir müddət qalan Qurtubi, Səid adlanan ərazidəki Minyətü Bəni Həsib məntəqəsində məskunlaşır və ömrünün sonuna kimi burada yaşayır. 29 aprel 1273-cü ildə Minyətü Bəni Həsibdə vəfat edir və orada da dəfn olunur. Qəbri sonradan adına inşa olunmuş məscid-türbəyə (1971) nəql edilmişdir.
Tələbələri
| ]Elmindən bəhrələnmiş şəxslərdən aşağıdakıların adlarını çəkmək olar:
- Şəhabəddin Əhməd (oğlu),
- İbni Zübeyr,
- İsmayıl ibn Məhəmməd ibn Əbdülkərim,
- Əbu Bəkir Məhəmməd ibn Əhməd ibn Əli əl-Məymuni,
- Ziyaəddin Əhməd ibn Əbu Suud əs-Satrici.
Əsərləri
| ]Təfsir, hədis, qiraət və fiqh kimi sahələrdə çox mükəmməl təhsil aldığını əsərləri ilə nümayiş etdirən Qurtubini Zəhəbi "elm dəryası" adlandırmışdır. Qurtubi əsərlərində Əhlis-Sünnəni müdafiə etmiş, İmamiyyə, Rafiziyyə, Kərrəmiyyə kimi məzhəbləri və xüsusilə Mötəziləni tənqid etmişdir. Maliki olmasına baxmayaraq, məzhəb təəssübkeşliyinə qarşı çıxmış, təqlidi metod olaraq qəbul etmədiyini bildirmişdir. O, Quran və Sünnə ilə gedən sufilərə qarşı çıxmasa da, fikirləri cəhalət və mövhumata əsaslanan sufilərə qarşı mənfi münasibətini açıq şəkildə dilə gətirmişdir. Həmçinin o, tərəddüd etmədən dövlət adamlarını tənqid etmiş, dövrünün dövlət məmurlarının rüşvət aldığını bəyan edərək, onların qanunsuz hərəkətlər etdiklərini, mənfəət müqabilində hökm verdiklərini və Allahın dinini dəyişdirdiklərini bəyan etmişdir. Onun qələmə aldığı əsərlər bunlardır:
- əl-Cəmi li-əhkamil-Quran.
- əl-Əsna fi şərhi əsma illahil-hüsnə.
- əl-İləm bimə fi dinin-nasara minəl-fəsad vəl-əvham və izhari məhasini dinil-İslam və isbati nübüvvəti nəbiyyinə Məhəmməd əleyhis-səlatü vəs-səlam.
- əl-İləm fi mərifəti məvlidil-Mustafa əleyhis-səlatü vəs-səlam (əl-İləm bi-məvlidin-nəbiyyi əleyhis-səlam).
- Urcuzə fi əsmain-nəbiyyi səllallahu təalə əleyhi və səlləm.
- ət-Təzkirə fi əhvalil-məvtə vəl-axira.
- Qamul-hirs biz-zühdi vəl-kəna və rəddü züllis-suali bil-kəsb vəs-sinəə.
- ət-Təzkar fi əfdalil-əzkar.
- Qasidə fistilahil-hədis.
- əl-Misbəh fil-cəm beynəl-Əfəl vəs-Sihəh (yaxud Muxtəsərüs-Sihəh).
- ət-Təkrib li-Kitabit-Təmhid.
- Şərhut-Təkassi.
- Risalə fi əlkəbil-hədis.
İstinadlar
| ]- Deutsche Nationalbibliothek Record #119239426 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- varios autores Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- Qəsabi, Mahmud Zəlat. əl-Qurtubi və mənhəcühu fit-təfsir (ərəb). Qahirə. 1979. 8.
- əs-Sənusi, Miftəh Bəlam. əl-Qurtubi: Həyatühu və asəruhül-ilmiyyə və mənhəcühu fit-təfsir (ərəb). Benqazi. 1998. 85–86.
- Qəsabi, Mahmud Zəlat. əl-Qurtubi və mənhəcühu fit-təfsir (ərəb). Qahirə. 1979. 30.
- Qurtubi. əl-Cəmi, cild I (ərəb). 193.
- Qurtubi. əl-Cəmi, cild VII (ərəb). 277.
- ət-Təzkirə, cild II (ərəb). 482.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Qurtubiereb القرطبي Dogum tarixi XII esrin sonlari yaxud XIII esrin evvelleriDogum yeri KordovaVefat tarixi 29 aprel 1279Vefat yeri Minyetu Beni Hesib MisirElm saheleri tefsir hedis fiqh Qurtubi ereb القرطبي ve ya Ebu Abdillah Mehemmed ibn Ehmed ibn Ebi Bekr ibn Fehr el Qurtubi 1214 29 aprel 1273 El Minya Gorkemli mufessir muheddis ve feqih Maliki mezhebine mensub olan Qurtubi el Cemi li ehkamil Quran adli eseri ile taninir Bioqrafiyasi span Qurtubi indiki Kordovada dunyaya gelmisdir Dogum tarixinin XII esrin sonlari yaxud XIII esrin evvelleri oldugu guman edilir Qurtubinin atasi Ehmed ekincilikle mesgul olurdu Xristian ispanlarin 16 iyul 1230 cu ildeki hucumu neticesinde Ehmed helak olur Bundan sonra ailenin yuku Qurtubinin ciyinleri uzerine dusur Ailesini dolandirmaq ucun Qurtubi dulucular ucun torpaq dasimaga baslayir Ilk tehsilini de Kordovada alan Qurtubi burada Ibn Ebu Hucce kimi taninan Ebu Cefer Ehmed ibn Mehemmed el Qeysi Rebi ibn Ebdurrehman ibn Ehmed el Eseri Ebul Hesen Eli ibn Qutral el Ensari kimi alimlere telebelik edir Kordova 1236 ci ilde Kastilya Leon krali III Fernando terefinden isgal edildikden sonra Qurtubi Iskenderiyyeye kocur O burada Ehmed ibn Omer el Qurtubiden el Mufhim fi serhi Sehihi Muslim adli eserinin bir qismini dinleyir Bundan basqa Ebu Mehemmed Ebdulvehhab ibn Revac Ebu Mehemmed Ebdulmuti el Lehmiden behrelenir Sehabeddin el Qarafi ile Feyyuma sefer edir 1249 cu ilde Mensureye gederek burada Ebu Eli Hesen ibn Mehemmed el Bekriden dersler alir Qahirede bir muddet qalan Qurtubi Seid adlanan erazideki Minyetu Beni Hesib menteqesinde meskunlasir ve omrunun sonuna kimi burada yasayir 29 aprel 1273 cu ilde Minyetu Beni Hesibde vefat edir ve orada da defn olunur Qebri sonradan adina insa olunmus mescid turbeye 1971 neql edilmisdir Telebeleri span Elminden behrelenmis sexslerden asagidakilarin adlarini cekmek olar Sehabeddin Ehmed oglu Ibni Zubeyr Ismayil ibn Mehemmed ibn Ebdulkerim Ebu Bekir Mehemmed ibn Ehmed ibn Eli el Meymuni Ziyaeddin Ehmed ibn Ebu Suud es Satrici Eserleri span Tefsir hedis qiraet ve fiqh kimi sahelerde cox mukemmel tehsil aldigini eserleri ile numayis etdiren Qurtubini Zehebi elm deryasi adlandirmisdir Qurtubi eserlerinde Ehlis Sunneni mudafie etmis Imamiyye Rafiziyye Kerremiyye kimi mezhebleri ve xususile Motezileni tenqid etmisdir Maliki olmasina baxmayaraq mezheb teessubkesliyine qarsi cixmis teqlidi metod olaraq qebul etmediyini bildirmisdir O Quran ve Sunne ile geden sufilere qarsi cixmasa da fikirleri cehalet ve movhumata esaslanan sufilere qarsi menfi munasibetini aciq sekilde dile getirmisdir Hemcinin o tereddud etmeden dovlet adamlarini tenqid etmis dovrunun dovlet memurlarinin rusvet aldigini beyan ederek onlarin qanunsuz hereketler etdiklerini menfeet muqabilinde hokm verdiklerini ve Allahin dinini deyisdirdiklerini beyan etmisdir Onun qeleme aldigi eserler bunlardir el Cemi li ehkamil Quran el Esna fi serhi esma illahil husne el Ilem bime fi dinin nasara minel fesad vel evham ve izhari mehasini dinil Islam ve isbati nubuvveti nebiyyine Mehemmed eleyhis selatu ves selam el Ilem fi merifeti mevlidil Mustafa eleyhis selatu ves selam el Ilem bi mevlidin nebiyyi eleyhis selam Urcuze fi esmain nebiyyi sellallahu teale eleyhi ve sellem et Tezkire fi ehvalil mevte vel axira Qamul hirs biz zuhdi vel kena ve reddu zullis suali bil kesb ves sinee et Tezkar fi efdalil ezkar Qaside fistilahil hedis el Misbeh fil cem beynel Efel ves Siheh yaxud Muxteserus Siheh et Tekrib li Kitabit Temhid Serhut Tekassi Risale fi elkebil hedis Istinadlar span Deutsche Nationalbibliothek Record 119239426 Umumi tenzimleme nezareti GND alm 2012 2016 varios autores Diccionario biografico espanol isp Real Academia de la Historia 2011 Qesabi Mahmud Zelat el Qurtubi ve menhecuhu fit tefsir ereb Qahire 1979 8 es Senusi Mifteh Belam el Qurtubi Heyatuhu ve aseruhul ilmiyye ve menhecuhu fit tefsir ereb Benqazi 1998 85 86 Qesabi Mahmud Zelat el Qurtubi ve menhecuhu fit tefsir ereb Qahire 1979 30 Qurtubi el Cemi cild I ereb 193 Qurtubi el Cemi cild VII ereb 277 et Tezkire cild II ereb 482 Kateqoriyalar 29 aprelde vefat edenler1279 cu ilde vefat edenlerElifba sirasina gore alimler1214 cu ilde dogulanlar1273 cu ilde vefat edenlerMisirde vefat edenlerGizli kateqoriya Vikipediya Vikidatada menbeleri olan meqaleler
