Qazangöldağ
Qazangöldağ (erm. Գազանալեր) — Azərbaycanın Ordubad rayonunda Azərbaycan-Ermənistan sərhədində yerləşən zirvə.
Qazangöldağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 3829 |
Yerləşməsi | |
39°11′39″ şm. e. 45°59′16″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
|
Coğrafiyası
Hündürlüyü 3829 m olan zirvə Kiçik Qafqaz dağlarının Zəngəzur dağ silsiləsində yerləşir. Adı quruluşca mürəkkəb oronim olan dağın şərq yamaclarında-Ermənistan ərazisində eyniadlı kiçik dağ gölü olan Qazangöl, qərb yamaclarında-Ordubad rayonu ərazisində isə Göygöl gölü yerləşir (hünd. 3829,2 m). Zəngəzur silsiləsinin suayırıcısinda zirvə. Nəsirvaz kəndindən 5 km-dək şimal-şərqdə, Nəsirvaz və Saqqarsu çaylarının mənbə hissəsindədir. Orta Eosenin yaşlı sönmüş vulkan boğazına cavab verən, aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı və kəskin parçalanmış piramidaya bənzər qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxma zonalarını ayıran Şərqi Ordubad dərinlik qırılması zonasında yerləşir.
Həmçinin bax
İstinadlar
- ↑ Qazangöldağ, Azerbaïdjan
- İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002.
- "Qazangöldağ". Naxçıvan Ensiklopediyası. I (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V.Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.