Qaradağlı (Goranboy)
Qaradağlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.
Qaradağlı | |
---|---|
40°39′07″ şm. e. 46°32′48″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 342 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3040 (2009) nəfər |
Tarixi
Toponimikası
Qaradağlı kəndi Kürəkçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyindadir.
Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3040 nəfər əhali yaşayır.
Kənd sakini:MƏHƏBBƏTLİ SƏRXAN HAMLET oğlu 2005 ci ildə anadan olmuşdur və "Miskin Abdal"ın şəcərəsindəndir.
Kəndin görkəmli şəxsiyyətlərindən biri olan Məhəbbət Abbasəli oğlu Əhmədov görkəmli həkim və pedaqoq olmuşdur.
Kəndin sakini "QARABAĞ MÜHARİBƏSİ"də iştirak etmiş Əhmədov Hamlet Məhəbbət oğlu kəndin abadlaşdırılmasında yaxından iştirak etmişdir.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- "Qaradağlı (Goranboy)". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II. Bakı: "Şərq-Qərb". 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
- Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |