1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Qalaboynu kəndi Qalaboynu çayının sahilindədir. Yaşayış məntəqəsi şişqala və Dəyirman (qədim adi Salsal) adlı qalaların boynunda (keçidində) yerləşdiyinə görə belə adlanmışdır. Oykonim Qalaboyun variantında da qeydə alınmışdır.
Bu kənd hər birinin başında qala olan iki dağın arasında yerləşdiyinə görə Qalaboyun adlanır.
Əlif bulağı, Şahmar bulağı, Məryəm bulağı, Turş su, Beədəf bulaq, Qulanuçan bulaq, Atlargedən bulaq, Qaynar bulaq, Quzey bulağı, Qalanın bulağı, Quru bulaq, Sarı bulaq.
Məşhur yerlər
Aralıq yalı, Dəmirçi, Gözəlölən, Qırxınyurdu, Qırmızıqaya, Darıyeri, Böyükdüz, Çaxnaq, Binnətin təpəsi, Çeyil, Dəligədənin qəbri, Seyid Teyfənin biçənəyi, Şahpələngdüşən yurd, Yaz yurdu, Daştəpə, Uşaq qəbirstanlığı, Orta kalafalıq, Bərkdərə, Pirinboynu, Saat daş qıran yer, Zalınqəbri, Ağdaşın dərəsi, Barmaqlar, Çaxçaxlı, Allahverdinin yeri.
Binələr-Qışlaqlar
Kalafalıq binəsi, Damın yanı binə.
Qalaboynu çayı
Kəlbəcər rayonu ərazisində çay. Xaçın və Şahmar adlı kiçik çayların birlaşməsi nəticəsində yaranmışdır. Qalaboynu kəndinin adi ilə adlanmışdır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF)(az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.