Qabağıalınmazlar 2 (film, 2012)
Qabağıalınmazlar 2 (ing. The Expendables 2) — 2012-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin rejissoru Saymon Vestdir. Filmin mövzusu "Qabağıalınmazlar" qrupu ətrafında keçir. Mövzuya görə qrupun heyət üzvlərindən biri öldürüldükdən sonra "Qabağıalınmazlar" qrupu qisas almaq üçün hücuma keçir. Filmin baş rollarını məşhur aktyorlar Silvestr Stallone, Dolf Lundqren, Ceyson Stethem və digərləri canlandırır. Filmin birinci hissəsindəki aktyorların əksəriyyəti filmə yenidən dəvət olunmuşdur. Filmin çəkilişi 3 aydan çox davam etmişdir. Çəkiliş yer üçün Bolqarıstan ərazisi seçilmişdir. Bu ərazi ilə birgə çəkilişlər ABŞ-ın Nyu-Orlean və Honq Konq ərazilərində aparılmışdır. "Qabağıalınmazlar 2" filminin büdcəsi ilk hissəsindən nisbətən çoxdur.
Qabağıalınmazlar 2 | |
---|---|
ing. The Expendables 2 | |
Janr | Döyüş filmi |
Rejissor | Saymon Vest |
Prodüser | Avi Lerner Deni Lerner Kevin Kinq Templeton Les Ueldon |
Ssenari müəllifi | Silvestr Stallone Riçard Uenk |
Baş rollarda | Silvestr Stallone Dolf Lundqren Ceyson Stethem Cet Li Arnold Şvartsenegger Çak Norris Jan-Klod Van Damm |
Operator | Şeli Conson |
Bəstəkar | Brayn Tayler |
İstehsalçı | Nu Image Films Millennium Films |
İlk baxış tarixi | 13 avqust 2012 |
Filmin növü | Döyüş |
Rəng | Rəngli |
Vaxt | 103 dəqiqə |
Büdcə | $100 milyon |
Gəlir | $305.4 milyon |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 2012 |
Əvvəlki film | Qabağıalınmazlar |
Sonrakı film | Qabağıalınmazlar 3 |
IMDb | ID 1764651 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
Cənab Çörç üçün olduqca sadə bir işi götürdükdən sonra "Qabağıalınmazlar" qrupunun planları səhv gedir və dəstə üzvlərindən biri rəqib əsgər olan Jan Vilen tərəfindən öldürülür. "Qabağıalınmazlar" qrupunun yeni üzvləri Billi Timson və Meqqi Çen ölümcül bir silahı dayandırmaq, qardaşlarını öldürən Jan Vilendən intiqam almaq üçün düşmən bölgəsinə doğru yollanırlar...
Rollarda
Ad | Rol |
---|---|
Silvestr Stallone | Barni "Şizo" Ross |
Dolf Lundqren | Qunnar Jensen |
Ceyson Stethem | Li Xristmas |
Cet Li | İn Yan |
Brüs Uillis | Cənab Çörç |
Çak Norris | Uoker |
Arnold Şvartsenegger | Trenç |
Jan-Klod Van Damm | Jan Vilen (dəstə başçısı) |
Xarizma Karpenter | Leysi |
Yun Pan | Meqqi Çen |
Liam Hemsvord | Billi Timson |
Karizma Karpente | Leysi |
Amanda Ooms | Pilar |
Nikolett Noel | Sofiya |
Skot Edkins | Hektor |
Terri Krüs | Heyl Sezar |
Saundtrek
Filmin saundtrekərini ilk hissəsinə məxsus saundtreklərə bəstəkarlıq edən Brayan Tayler yazmışdır. Silvestr Stallone onu şəxsən özü dəvət etmişdir. Brayan Tayler bu filmlərdən öncə Silvestr Stallonenin "Rembo 4" filminə də bəstəkarlıq etmişdir. Brayan "Qabağıalınmazlar" seriyasının ilk hissəsi üçün 20, davamı üçün 14 kompozisiya yazmışdır. "Qabağıalınmazlar 2" filminin ilk saundtrek albomu 14 avqust 2012-ci ildə çıxmışdır..
The Expendables 2 — Original Motion Picture Soundtrack | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | The Expendables Return | 4:40 | |||||||
2. | Fists, Knives and Chains | 3:05 | |||||||
3. | Track ’Em, Find ’Em, Kill ’Em | 4:54 | |||||||
4. | Making an Entrance | 4:08 | |||||||
5. | Respect | 3:58 | |||||||
6. | Rest in Pieces | 2:55 | |||||||
7. | Preparations | 3:15 | |||||||
8. | Party Crashers | 5:19 | |||||||
9. | Rescue | 4:43 | |||||||
10. | Countdown | 4:25 | |||||||
11. | Bad Way to Live | 3:41 | |||||||
12. | Vilain | 2:42 | |||||||
13. | Dueling Blades | 4:32 | |||||||
14. | Escape | 4:28 |
İstinadlar
- "On Location: Bulgarian studio gets new image under Avi Lerner". Los Angeles Times. 2011-09-06. İstifadə tarixi: 2012-02-16.
- Qabağıalınmazlar 2
- "Box office preview: 'Expendables 2' gunning for top spot against 'Sparkle', 'Timothy Green', 'ParaNorman'". Entertainment Weekly. August 16, 2012. August 17, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 16, 2012. (#invalid_param_val)
- "On Location: Bulgarian studio gets new image under Avi Lerner". Los Angeles Times. Tribune Company. September 6, 2011. August 3, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 16, 2011. (#invalid_param_val)
- "'The Expendables 2' Plot Synopsis And Promotional Poster Revealed At Cannes". MTV. Viacom. May 11, 2011. August 3, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 5, 2011. (#invalid_param_val)
- . Moviehole. 2011-10-08. 2012-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-16.
- "Photo today from on the set of expendables II in New Orleans!". Facebook. 2012-01-11. İstifadə tarixi: 2012-02-16.
- . Expendables Premiere. 2012-01-21. 2012-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-16.
- "Frank Stallone — Hollywood Music Magazine". Hollywood Music Magazine. 2012-08-01. İstifadə tarixi: 2012-08-12.
- "The Expendables 2 (Original Motion Picture Soundtrack) by Brian Tyler". iTunes. İstifadə tarixi: 2012-08-11.
Xarici keçidlər
- Rəsmi sayt (ing.)
- "Qabağıalınmazlar 2" (ing.) Internet Movie Database saytında
- "Qabağıalınmazlar 2" (ing.) Rotten Tomatoes saytında
- "Qabağıalınmazlar 2" (ing.) Metacritic saytında