Poqradez(alb. Pogradeci) — Albaniyada şəhər və bələdiyyədir.
Poqradez | |||
---|---|---|---|
Poqradez | |||
![]() | |||
| |||
HGYO | |||
Ölkə | | ||
Başçı | İlir Xhakolli | ||
Tarixi və coğrafiyası | |||
Sahəsi | 584.77 km² | ||
Mərkəzin hündürlüyü | 700 m | ||
Saat qurşağı | | ||
Əhalisi | |||
Əhalisi | 46,07 nəfər | ||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +355 083 | ||
Poçt indeksi | 7301–7303 | ||
Digər | |||
bashkiapogradec.al | |||
![]() Poqradez | |||
![]() |
Adı
Poqradez adı slavyan mənşəlidir və "Po(d)" (altında) və "Gradec" (qala, şəhər) sözlərindən ibarətdir, yəni "qalanın altında" mənasını verir. Bu, qədim İliriyalıların yerləşdiyi ərazidəki qədim qalanın altında yerləşən müasir şəhərə işarə edir.
Orta əsrlərdə, Osmanlı hakimiyyəti dövründə İstarova və ya İstarye kimi adlanıb.
Yerləşməsi
Albaniyanın cənub-şərqində, Korça əyalətində yerləşir. Şəhər Ohri gölünün cənub-qərb sahilində, iki dağ silsiləsi arasında yerləşir. Poqradezdə turizm, kənd təsərrüfatı və balıqçılıq sahələri inkişaf etmişdir. Şəhər Tirana (139 km), Korça (40 km) və Şimali Makedoniya ilə yaxın məsafədə yerləşir. Poqradez dəmir yolu xəttinin son stansiyasıdır, lakin hazırda bu xəttin bir hissəsi istifadəsiz vəziyyətdədir
2023-cü il siyahıyaalmasına əsasən, bələdiyyənin ümumi əhalisi 46,070 nəfərdir.
Şəhərin iqlimi Aralıq dənizi və kontinental iqlimlərin təsiri altındadır. İllik orta yağıntı miqdarı təxminən 730 mm təşkil edir.
Tarixi
Poqradez ərazisində insan məskunlaşması təxminən 8,500 il əvvələ, Neolit dövrünə təsadüf edir. 2023-cü ildə Albaniya arxeoloqları və Bern Universitetinin tədqiqatçıları tərəfindən aparılan qazıntılar nəticəsində, şəhər yaxınlığındakı Lin kəndində yerləşən palafit (sütunlar üzərində inşa edilmiş) yaşayış məskəninin Avropanın ən qədim yaşayış yeri olduğu müəyyən edilmişdir. Bu yaşayış məskəni eramızdan əvvəl təxminən 5800–5900-cü illərə aiddir və Avropada kənd təsərrüfatının yayılmasında mühüm rol oynamışdır.
Eramızdan əvvəl 5-ci əsrdə bölgə İliriyalıların Desaret və Enkele tayfaları tərəfindən məskunlaşdırılmışdır. Bu dövrdə Poqradez ərazisində bir sıra qalalar və şəhərciklər, o cümlədən Enkelana, Lyhnidos və Pelion kimi yaşayış məntəqələri mövcud olmuşdur. Poqradez qalası da bu dövrdə, eramızdan əvvəl 5-ci əsrdə inşa edilmiş və daha sonra 4-cü əsrdə müdafiə divarları ilə gücləndirilmişdir.
Orta əsrlərdə bölgə Bolqar, Bizans və Serb imperiyalarının tərkibində olmuşdur.
15-ci əsrin ortalarında İsgəndərbəyin rəhbərlik etdiyi Leja Liqasına daxil edilmiş və 1468-ci ildən sonra Osmanlı İmperiyası tərəfindən işğal edilmişdir. Osmanlı dövründə şəhər "İstarova" və ya "İstarye" adları ilə tanınırdı və Manastır vilayətinin Görice sancağının mərkəzi idi. 1662-ci ildə bölgəni ziyarət edən osmanlı səyyahı Evliya Çələbi şəhəri belə təsvir etmişdir: "Poqradez qırmızı damlı evləri, dörd məhəlləsi, dörd məscidi, iki ibtidai məktəbi, altı yüz evi və yüz əlli dükanı olan şirin bir şəhərdir"
19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində Poqradez Albaniya Milli Oyanış Hərəkatında mühüm rol oynamışdır.
14 mart 1887-ci ildə burada ikinci alban dili məktəbi açılmışdır, bu da bölgənin mədəni və maarifləndirici inkişafında əhəmiyyətli bir addım olmuşdur.
Birinci Dünya müharibəsi zamanı (1914–1920) Pogradez müxtəlif orduların nəzarətinə keçmişdir. Bu dövrdə şəhər Avstriya-Macarıstan, Serbiya, Yunanıstan, Bolqarıstan və Fransa qoşunları tərəfindən işğal edilmiş və bir neçə dəfə əldən-ələ keçmişdir.
İkinci Dünya müharibəsi zamanı, 12 aprel 1939-cu ildə İtaliya ordusu Poqradezi işğal etmişdir. Yunan-İtaliya müharibəsi zamanı, 30 noyabr 1940-cı ildə Yunan qoşunları şəhəri ələ keçirmiş və 14 aprel 1941-ci ilə qədər nəzarətdə saxlamışdır. 1943-cü ildə İtaliyanın təslim olmasından sonra şəhər alban partizanları tərəfindən azad edilmişdir.
Müharibədən sonra Poqradez, xüsusilə kommunist dövründə, Albaniya hökumət rəsmilərinin və Ənvər Xocanın yay istirahət yeri olmuşdur. Bu dövrdə şəhərdə bir sıra yay iqamətgahları inşa edilmiş və ərazi ictimaiyyət üçün qapalı olmuşdur.
Bu gün Poqradez, zəngin tarixi və mədəni irsi ilə tanınan bir turizm mərkəzidir.
Görməli yerləri
Pogradez və ətraf ərazilərində 24 təbii və 36 mədəni abidə var. Əsas görməli yerlər arasında:
- Pogradec Qalası: Eramızdan əvvəl 5-ci əsrdə İliriyalılar tərəfindən inşa edilmişdir. Qala Ohri gölünün sahilində yerləşir və şəhərə panoramik baxış imkanı verir.
- Selca e Poshtme Kral Qəbiristanlığı: İliriyalıların kral məzarları burada yerləşir. Bu ərazi UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilmişdir.
- Drilon Milli Parkı: Tuşemisş kəndi yaxınlığında yerləşən bu park, təbii bulaqları və zəngin florası ilə tanınır.
Poqradez zəngin mədəni irsi ilə tanınır. Şəhər Albaniyanın tanınmış yazıçı və şairləri Lasguş Poradeci və Mitruş Kuteli, həmçinin rəssamlar Anastas Kostandini (Taso), Georgi Lako və Gentian Zeka kimi sənətkarların vətənidir.
Şəhərdə bir sıra mədəni tədbirlər keçirilir, o cümlədən:
- Kukla Teatrı Festivalı (iyun ayında)
- Göl Günü (21 iyun)
- Balkan Film və Qida Festivalı (sentyabr ayında)
- Şərab Festivalı (dekabr ayında)
İstinadlar
- Slavistische Forschungen, Volume 24, Böhlau, 1978, p. 259, .
- "Osmanli Tatarân Teşkilât'i (in Turkish)" (PDF). 24 mart 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2025.
- Osman Vilayets (in Turkish)
- "Census of Population and Housing". Institute of Statistics Albania. İstifadə tarixi: 28 aprel 2025.
- "The University of Bern officially confirms: The Lin peninsula in Pogradec in Albania is the oldest settlement in Europe!" (ingilis). 23 iyul 2023. İstifadə tarixi: 28 aprel 2025.
- "POGRADEC City guide - Pogradec Archaeology" (ingilis). İstifadə tarixi: 28 aprel 2025.
- "Pogradec, Albania".
- "Royal Tombs of Selca e Poshtme" (ingilis). İstifadə tarixi: 28 aprel 2025.
- "Pogradec, a destination rich in historical, archaeological, and natural monuments" (ingilis).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Poqradez alb Pogradeci Albaniyada seher ve belediyyedir PoqradezPoqradezGerb40 54 sm e 20 39 s u H G Y OOlke AlbaniyaBasci Ilir XhakolliTarixi ve cografiyasiSahesi 584 77 km Merkezin hundurluyu 700 mSaat qursagi UTC 01 00UTC 02 00EhalisiEhalisi 46 07 neferReqemsal identifikatorlarTelefon kodu 355 083Poct indeksi 7301 7303Digerbashkiapogradec alXeriteni goster gizle Poqradez Vikianbarda elaqeli mediafayllarAdiPoqradez adi slavyan menselidir ve Po d altinda ve Gradec qala seher sozlerinden ibaretdir yeni qalanin altinda menasini verir Bu qedim Iliriyalilarin yerlesdiyi erazideki qedim qalanin altinda yerlesen muasir sehere isare edir Orta esrlerde Osmanli hakimiyyeti dovrunde Istarova ve ya Istarye kimi adlanib YerlesmesiAlbaniyanin cenub serqinde Korca eyaletinde yerlesir Seher Ohri golunun cenub qerb sahilinde iki dag silsilesi arasinda yerlesir Poqradezde turizm kend teserrufati ve baliqciliq saheleri inkisaf etmisdir Seher Tirana 139 km Korca 40 km ve Simali Makedoniya ile yaxin mesafede yerlesir Poqradez demir yolu xettinin son stansiyasidir lakin hazirda bu xettin bir hissesi istifadesiz veziyyetdedir 2023 cu il siyahiyaalmasina esasen belediyyenin umumi ehalisi 46 070 neferdir Seherin iqlimi Araliq denizi ve kontinental iqlimlerin tesiri altindadir Illik orta yaginti miqdari texminen 730 mm teskil edir TarixiPoqradez erazisinde insan meskunlasmasi texminen 8 500 il evvele Neolit dovrune tesaduf edir 2023 cu ilde Albaniya arxeoloqlari ve Bern Universitetinin tedqiqatcilari terefinden aparilan qazintilar neticesinde seher yaxinligindaki Lin kendinde yerlesen palafit sutunlar uzerinde insa edilmis yasayis meskeninin Avropanin en qedim yasayis yeri oldugu mueyyen edilmisdir Bu yasayis meskeni eramizdan evvel texminen 5800 5900 cu illere aiddir ve Avropada kend teserrufatinin yayilmasinda muhum rol oynamisdir Eramizdan evvel 5 ci esrde bolge Iliriyalilarin Desaret ve Enkele tayfalari terefinden meskunlasdirilmisdir Bu dovrde Poqradez erazisinde bir sira qalalar ve sehercikler o cumleden Enkelana Lyhnidos ve Pelion kimi yasayis menteqeleri movcud olmusdur Poqradez qalasi da bu dovrde eramizdan evvel 5 ci esrde insa edilmis ve daha sonra 4 cu esrde mudafie divarlari ile guclendirilmisdir Orta esrlerde bolge Bolqar Bizans ve Serb imperiyalarinin terkibinde olmusdur 15 ci esrin ortalarinda Isgenderbeyin rehberlik etdiyi Leja Liqasina daxil edilmis ve 1468 ci ilden sonra Osmanli Imperiyasi terefinden isgal edilmisdir Osmanli dovrunde seher Istarova ve ya Istarye adlari ile taninirdi ve Manastir vilayetinin Gorice sancaginin merkezi idi 1662 ci ilde bolgeni ziyaret eden osmanli seyyahi Evliya Celebi seheri bele tesvir etmisdir Poqradez qirmizi damli evleri dord mehellesi dord mescidi iki ibtidai mektebi alti yuz evi ve yuz elli dukani olan sirin bir seherdir 19 cu esrin ikinci yarisi ve 20 ci esrin evvellerinde Poqradez Albaniya Milli Oyanis Herekatinda muhum rol oynamisdir 14 mart 1887 ci ilde burada ikinci alban dili mektebi acilmisdir bu da bolgenin medeni ve maariflendirici inkisafinda ehemiyyetli bir addim olmusdur Birinci Dunya muharibesi zamani 1914 1920 Pogradez muxtelif ordularin nezaretine kecmisdir Bu dovrde seher Avstriya Macaristan Serbiya Yunanistan Bolqaristan ve Fransa qosunlari terefinden isgal edilmis ve bir nece defe elden ele kecmisdir Ikinci Dunya muharibesi zamani 12 aprel 1939 cu ilde Italiya ordusu Poqradezi isgal etmisdir Yunan Italiya muharibesi zamani 30 noyabr 1940 ci ilde Yunan qosunlari seheri ele kecirmis ve 14 aprel 1941 ci ile qeder nezaretde saxlamisdir 1943 cu ilde Italiyanin teslim olmasindan sonra seher alban partizanlari terefinden azad edilmisdir Muharibeden sonra Poqradez xususile kommunist dovrunde Albaniya hokumet resmilerinin ve Enver Xocanin yay istirahet yeri olmusdur Bu dovrde seherde bir sira yay iqametgahlari insa edilmis ve erazi ictimaiyyet ucun qapali olmusdur Bu gun Poqradez zengin tarixi ve medeni irsi ile taninan bir turizm merkezidir Gormeli yerleriPogradez ve etraf erazilerinde 24 tebii ve 36 medeni abide var Esas gormeli yerler arasinda Pogradec Qalasi Eramizdan evvel 5 ci esrde Iliriyalilar terefinden insa edilmisdir Qala Ohri golunun sahilinde yerlesir ve sehere panoramik baxis imkani verir Selca e Poshtme Kral Qebiristanligi Iliriyalilarin kral mezarlari burada yerlesir Bu erazi UNESCO nun Dunya Irsi Siyahisina namized gosterilmisdir Drilon Milli Parki Tusemiss kendi yaxinliginda yerlesen bu park tebii bulaqlari ve zengin florasi ile taninir Poqradez zengin medeni irsi ile taninir Seher Albaniyanin taninmis yazici ve sairleri Lasgus Poradeci ve Mitrus Kuteli hemcinin ressamlar Anastas Kostandini Taso Georgi Lako ve Gentian Zeka kimi senetkarlarin vetenidir Seherde bir sira medeni tedbirler kecirilir o cumleden Kukla Teatri Festivali iyun ayinda Gol Gunu 21 iyun Balkan Film ve Qida Festivali sentyabr ayinda Serab Festivali dekabr ayinda IstinadlarSlavistische Forschungen Volume 24 Bohlau 1978 p 259 ISBN 3412012785 Osmanli Tataran Teskilat i in Turkish PDF 24 mart 2012 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 28 aprel 2025 Osman Vilayets in Turkish Census of Population and Housing Institute of Statistics Albania Istifade tarixi 28 aprel 2025 The University of Bern officially confirms The Lin peninsula in Pogradec in Albania is the oldest settlement in Europe ingilis 23 iyul 2023 Istifade tarixi 28 aprel 2025 POGRADEC City guide Pogradec Archaeology ingilis Istifade tarixi 28 aprel 2025 Pogradec Albania Royal Tombs of Selca e Poshtme ingilis Istifade tarixi 28 aprel 2025 Pogradec a destination rich in historical archaeological and natural monuments ingilis