Payback (2017)
Payback (2017) WWE tərəfindən təşkil edilən beşinci Payback peşəkar güləş izlə və ödə fəaliyyəti. 30 Aprel 2017 tarixində Raw brend'inə xüsusi olaraq San Jose, Kaliforniyadakı SAP Center'də edilməsi planlaşdırılır.
Fəaliyyət, biri nümayiş əvvəli olmaqla səkkiz matçdan meydana gəlmişdir. Main Event'də Braun Strowman, Roman Reigns'i məğlub etmişdir. Bray Wyatt "Qorxuların Evi" matçında Randy Orton'ı məğlub edərkən; Seth Rollins, Samoa Joe'yu məğlub edərək onun əsas heyətə keçdikdən bəri davam etdirdiyi məğlub edilməzlik seriasına son qoymuşdur. Chris Jericho, Kevin Owens'i məğlub edərək Birləşmiş Ştatlar Çempionluğunu qazanmış və bu nəticə ilə SmackDown brend'inə transfer olmuşdur. Alexa Bliss, Bayley'yi məğlub edərək Raw Qadınlar Çempionluğu kəmərini qazanmışdır. Beləliklə Raw Qadınlar Çempionluğu və SmackDown Qadınlar Çempionluğunu qazanan ilk güləşçi olmuşdur.
Arxa plan
Fəaliyyətdə olan matçlar, Raw brend'ində nəticəsi əvvəldən WWE tərəfindən təyin olunan matçlar və ssenarilərlə yaradılmaqdadır. Ssenarilər, WWE'nin həftəlik proqramları olan Monday Night Raw və yarıağırçəki güləşçilərin iştirak etdiyi 205 Live'da baş verənlərə görə formalaşır. 2017 WWE Superstar Shake-up nəticəsində Payback'də iki brend'ler arası matç baş verdi.
WrestleMania 33'də Kevin Owens, Chris Jericho'yu məğlub edərək Birləşmiş Ştatlar Çempionluğu kəmərini qazanmışdı. Növbəti gecə Raw proqramında Jericho, Payback'də kəmər üçün revanş matçına çıxacağını açıqladı. Eyni gecə Jericho və Seth Rollins ilə Owens və Samoa Joe arasında komanda matçının olacağı deyildi. Ancaq Owens və Joe'nun Jericho'ya səhnə arxasında hücum etməsindən sonra, Jericho matçda iştirak edə bilmədi. Jericho'nun yerinə matçda dönüş edən Finn Bálor iştirak etdi. Beləliklə 2016-ci ildəki SummerSlam'dan sonra ilk dəfə görünmüş oldu. Matçda Rollins və Bálor, Owens və Joe'yu məğlub etdi. Sonrakı həftə Owens, Superstar Shake-up nəticəsində Raw'a keçən Qitələrarası Çempionu Dean Ambrose ilə qarşılaşdı. Ambrose matçda qalib gəldikdən sonra Jericho gəldi və Owens'a Codebreaker etdi. Sonrakı gecə SmackDown Live'da Owens, SmackDown brend'ine keçdi. SmackDown Müdiri Daniel Bryan, əgər Jericho Payback'te Owens'i məğlub edib kəməri geri alsa Jericho'nun SmackDown'a keçəcəyini və Owens'in Raw'a qayıdacağını söylədi. İkisi sonrakı iki haftədə bir-birlərinə iynələyici sözlər söylədi.
WrestleMania 33 nümayiş əvvəli matçında Neville, Austin Aries'i məğlub edib WWE Yarıağırçəki Çempionluğu kəmərini qorumuşdu. 4 Aprel 205 Live hissəsində Aries, Ölümcül dört yönlü matçı qazanaraq kəmərə bir nömrəli namizəd olaraq Neville'a qarşı revanş matçı hüququ əldə etdi. 10 Aprel Raw hissəsində səhnə arxasında Neville ilə T.J. Perkins üz-üzə gəldi. Perkins, Neville'i kəmər üçün məğlub edə biləcəyini söyləyərkən Neville, ona Perkins'in göz ardı edildiyini və Aries kimi başqalarına bu fürsətin verildiyini söylədi. Ayrıca Perkins'ə hörmət etdiyini söylədi. Daha sonra Aries göründü və Neville'nin yalan dediyini açıqladı amma Perkins heç bir şey demədən oradan uzaqlaşdı. Daha sonra Perkins və Aries'in qarşılaşdığı matçı Perkins qazandı. Matçdan sonra Perkins, Neville'nin tərəfində olduğunu göstərərək pis adam oldu. 18 Aprel 205 Live proqramında Aries, Perkins'i məğlub etdi ancaq matçdan sonra Perkins və Neville, Aries'e hücum etdi. Ertəsi həftə Raw'da Aries və Gentleman Jack Gallagher, komanda matçında Neville və Perkins'i məğlub etdi.
WrestleMania 33'də Randy Orton, Bray Wyatt'ı məğlub edərək doqquzuncu dəfə WWE Çempionluğu kəmərinin sahibi olmuşdu. Sonrakı SmackDown Live hissəsində Wyatt, kəmər üçün Orton'a "Qorxuların Evi" matçında meydan oxudu və Orton bunu qəbul etdi. Wyatt və geri qayıdan Erick Rowan, irəliləyən saatlarda Orton və Luke Harper'a komanda matçında məğlub oldu. 10 Aprel Raw hissəsində Bálor'ın matçından sonra titan-tronda görünən Wyatt, WWE Çempionluğu üçün Orton ilə revanş matçına çıxacağını söylədi. Beləliklə "Superstar Shake-up" nəticəsində Wyatt'ın da Raw'a keçdiyi aydın oldu. Paybackdə kəmərin ortada olmadığı matçda Orton ilə qarşılaşacağı açıqlandı. Növbəti gecə SmackDown Live proqramında Orton və Rowan qarşılaşdı. Matç zamanı Wyatt, titan-tronda göründü. Sonrasında Rowan, polad nərdivanla Orton'a hücum etdi və diskvalifikasiya oldu. Wyatt, sonrakı həftələrdəki Raw və SmackDown proqramlarında titan-tronda görünərək Qorxuların Evi matçı haqqında promolar reallaşdırdı.
WrestleMania 33'də The Hardy Boyz (Jeff və Matt Hardy), WWE'ye qayıdaraq ölümcül dörd yönlü nərdivan matçına qatılmış ve Raw Komanda Çempionluğu kəmərlərini qazanmışdılar. PPV sonrası Raw'da, sabiq çempionlar Luke Gallows və Karl Anderson rövanş matçına çıxsa da kəmərləri geri ala bilmədi. Bundan əlavə Cesaro və Sheamus, Enzo Amore və Big Cass'i məğlub edərək komanda kəmərlərinə bir nömrəli namizədlər oldu. Sonraki həftə, Payback'te iki komanda arasında kəmər matçının olacağı bildirildi. Eyni gecə The Hardy Boyz, Cesaro və Sheamus ilə komanda olaraq səkkiz nəfərlik komanda matçında Gallows, Anderson və The Shining Stars'ı (Epico və Primo) məğlub etdi. 17 aprel Raw hissəsində Jeff, Cesaro'yu Təkə tək matçda məğlub etdi və iki komanda bir-birləri ilə əl görüşərək bir-birlərinə qarşı olan hörmətlərini göstərdilər. Növbəti həftə Jeff'in rinqin kənarında Sheamus'ın diqqətini dağıtmasından sonra Matt, Sheamus'ı məğlub etdi. Matçdan sonra The Hardy Boyz gönülsüzcə Cesaro və Sheamus ilə əl görüşdü.
30 yanvar Raw hissəsində əsas heyətə daxil edilən Samoa Joe, Triple H'in yanında olduğunu göstərərək Seth Rollins'ə hücum etmişdi. Joe'nun Rollins'ə hücumu, Rollins'in Noyabr 2015'dən May 2016'ya qədər davam edən zədəsinin yüksəlməsinə səbəb olmuşdu. Buna görə Rollins az qala WrestleMania 33'ü qaçıracaqdı. Lakin, tam olaraq hazır olmasa da Rollins, Triple H ile WrestleMania'da maçta çıxdı ve maçta qalib gəldi. WrestleMania sonrası Raw gecesində, Rollins geri dönüş edən Finn Balor'la komanda olaraq Joe və Kevin Owens'ı məğlub etdi. Superstar Shake-up həftəsində Rollins, Raw'da qalmaq istədiyini dedi. Raw Müdürü Kurt Angle, Rollins'in Raw'da qalacağını təsdiq etdi. Ardından Joe geldi Rollins'e hücum etdi. Ikisi arasında dava çıxdı. Daha sonra ikisinin Payback'də qarşılaşacağı açıqlandı. Payback əvvəli son Raw gecesində Rollins, Big Cass və Enzo Amore, komanda olub altı nəfərlik komanda matçında Joe, Luke Gallows və Karl Anderson'la maçta çıxacağdı. Amma Gallows və Anderson, matçdan əvvəl Enzo'ya hücum etdi. Enzo, Macta çıxa bilmədiyindən onun yerinə Finn Balor, Rollins və Cass'la birləşərək Joe, Gallows və Anderson'a qarşı qələbə qazandılar. Daha sonra Gallows ve Anderson'ın Payback'də Enzo ve Cass ile qarşılaşacağı açıqlandı.
Royal Rumble'da Braun Strowman, Universal Çempionluğu matçına qarışaraq Roman Reigns'in kəməri almasına mane olmuşdu. Daha sonra ikisi Fastlane'də qarşılaşmış və Reigns matçda qalib gəlmişdi. Növbəti gecə Raw proqramında Strowman, Reigns'in şanslı olduğunu deyərkən The Undertaker gəldi. Strowman getdikdən sonra Reigns gəldi və Undertaker ilə rəqabəti başladı. Reigns, WrestleMania 33də Undertaker'ı məğlub etdi. 10 Aprel Raw hissəsində Strowman, səhnə arxasında Reigns'e vəhşicə hücum etməsiylə ikisi arasındakı rəqabət qığılcımlandı. Strowman xərək üzərindəki Reigns'e yenə hücum etdi. Reigns təcili yardımın içindəykən də avtomobili qaldıraraq aşırtdı. Bu hücum sonrası Reigns, çiynindən zədə aldu. Ertəsi həftə Raw Müdiri Kurt Angle, Payback üçün Strowman və Reigns arasında matç nizamladı. Angle, ayrıca Strowman'ı o gecə üçün uzaqlaşdırdı. Buna baxmayaraq rəqib istəyən Strowman, səhnə arxasında problem çıxardı. Sonunda Big Show ona hücum etdi və ikisi arasında matç oldu. Matçın sonunda Strowman, Big Show'a küncdə ən üst ipdən superplex edərkən ring çökdü. Yenə də ayaqda qalan Strowman oldu. Strowman'ın səhnə arxasında əvvəlki həftə hücumuna uğrayanlardan Kalisto, ertəsi həftə Strowman'ı zibil konteyner matçında məğlub etdi. Buna əsəbiləşən Strowman, Kalisto'ya hücum etdi. Onu zibil konteynerine bağlayıb səhnədən aşağı itələdi.
WrestleMania 33'də Bayley, ölümcül dörd yönlü elemeli matçda Charlotte Flair, Sasha Banks və Nia Jax'a qarşı Raw Qadınlar Çempionluğu kəmərini qorumuşdu. 10 Aprel Raw hissəsində Sasha, Bayley'ye birə bir kəmər matçı üçün meydan oxuyacağdı. WrestleMania 33'də SmackDown Qadınlar Çempionluğu kəmərini itirən Alexa Bliss və onun ardından Mickie James Superstar Shake-up nəticəsində Raw'a gəldi. Charlotte, SmackDown'a getdi. Sonrakı həftə, Payback'te matç etmək üzrə Bayley'nin Raw Qadınlar Çempionluğu kəmərinə bir nömrəli namizədi təyin etmək üçün ölümcül dörd yönlü matçda Sasha, Mickie və Nia'yı məğlub edən Alexa kəmərə namizəd oldu. Növbəti həftə Bayley və Alexa arasında şifahi bir müzakirə yaşandı. Sonra, Sasha və Alexa bir matçda qarşı-qarşıya gəldi. Alexa rinqdən çıxaraq bilərək özünü ona qədər saydırdı. Matçdan sonra Bayley, Alexa'yı rinqə qaytarmağa çalışdı amma Alexa oradan qaçdı. Daha sonra geri dönüb arxasını dönən Bayley'ye hücum etdi.
10 Aprel Raw hissəsində The Miz və onun həyat yoldaşı Maryse, Superstar Shake-up nəticəsində Raw brend'inə keçdi. 24 Aprel Raw hissəsində, Payback nümayiş əvvəli proqramında Finn Bálor'ın Miz TVdə The Mizin qonağı olacağı açıqlandı.
No. | Nəticələr | Növ | Vaxt |
---|---|---|---|
1 | Enzo Amore və Big Cass, Luke Gallows və Karl Anderson'u məğlub etdi. | Komanda matçı | 6:35 |
2 | Chris Jericho, Kevin Owens'ı (ç) pes etdirərək məğlub etdi. | WWE Birləşmiş Ştatlar Çempionluğu üçün təkə tək matç. Jericho kəməri alaraq Smackdown'a keçti. | 17:55 |
3 | Austin Aries, Neville'ı (ç) diskalifikasiya ilə məğlub etdi. | WWE Yarıağırçəki Çempionluğu üçün təkə tək matç. | 11:20 |
4 | The Hardy Boyz (Jeff və Matt Hardy) (ç), Cesaro ve Sheamus'ı məğlub etdi. | WWE Raw Komanda Çempionluğu üçün təkə tək matç | 12:45 |
5 | Alexa Bliss, Bayley'yi (ç) məğlub etdi. | WWE Raw Qadınlar Cempionluğu üçün təkə tək matç. | 11:15 |
6 | Bray Wyatt, Randy Orton'ı məğlub etdi. | Qorxular Evi matçı. | 17:10 |
7 | Seth Rollins, Samoa Joe'yu məğlub etdi. | Təkə tək matç | 15:55 |
8 | Braun Strowman, Roman Reigns'i məğlub etdi. | Təkə tək matç | 11:50 |
Xarici keçidlər
https://tr.wikipedia.org/wiki/WWE_Network_etkinlikleri_listesi https://tr.wikipedia.org/wiki/WWE_Network_etkinlikleri_listesi
Mənbə
https://en.wikipedia.org/wiki/Payback_(2017)
Həmçinin bax
https://tr.wikipedia.org/wiki/Royal_Rumble_(2017) https://tr.wikipedia.org/wiki/Elimination_Chamber_(2017) https://tr.wikipedia.org/wiki/Fastlane_(2017) https://tr.wikipedia.org/wiki/WrestleMania_33
İstinadlar
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyaya kömək edə bilərsiniz. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. Bu məqalə sonuncu dəfə 4 il əvvəl Araz Yaquboglu tərəfindən redaktə olunub. (Yenilə) |