Bu, , çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur.(fevral 2023) |
Paata İmnadze (gürc. პაატა იმნაძე; 11 fevral 1953, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcü immunoloq, professor, tibb elmləri namizədi, Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktorunun müavini, Luqar Tədqiqat Mərkəzinin rəhbəri.
Paata İmnadze | |
---|---|
gürc. პაატა იმნაძე | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 fevral 1953 (71 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | həkim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | İmmunologiya |
Elmi dərəcəsi |
|
Bioqrafiya
Paata İmnadze 1953-cü ilin 11 fevral tarixində Tbilisidə anadan olub. 1976-cı ildə Tbilisi Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. 1979-1991-ci illərdə Tiflis Dövlət Tibb İnstitutunun Mikrobiologiya və İmmunologiya kafedrasında assistenti, 1991-1994-cü illərdə dosenti, 1989-1992-ci illərdə isə Epidemiologiya və Gigiyena Elmi Mərkəzinin direktor müavini olmuşdur. 1983-cü ildə "Yenidoğulmuş və körpələrin bağırsaq mikroflorası və immun vəziyyəti" mövzusunda dissertasiya müdafiə etmişdir. 2003-2006-cı illərdə Ümumdünya Səhiyyə Təşkilatının Tropik Xəstəlikləri Tədqiqatları üzrə Koordinasiya Şurasının üzvü idi. 2004-cü ildən bəri Ümumdünya Səhiyyə Təşkilatının Tropik Xəstəliklərinin Tədqiqatı üzrə Avropa Regionunun İmmunlaşdırma Mütəxəssisləri Komitəsinin üzvüdür.
1992-ci ildən 2010-cu ilədək Xəstəliklərə Nəzarət Milli Mərkəzinin baş direktoru vəzifəsində çalışmışdır; 2010-2013-cü illərdə Elmi Şuranın rəhbəri olmuşdur; 2013-cü ildən bəri isə baş direktorun müavini vəzifəsində çalışır. 2005-ci ildən Tbilisi Dövlət Universitetinin səhiyyə kafedrasının tam professorudur.
Paata İmnadze "Şərəf" ordeninin kavaleri (2003), Ümumdünya Səhiyyə Təşkilatının "Fəxri" medalının (2002) və İvane Cavaxişvili adına mükafatın laureatıdır (2014).
105 elmi məqalənin və mikrobiologiya üzrə iki dərsliyin müəllifidir.
Ədəbiyyat
- ვინ ვინაა თანამედროვე ქართულ სამედიცინო მეცნიერებაში. თბილისი: ქართული ბიოგრაფიული ცენტრი. 2000. 130. ISBN .
İstinadlar
- . 2020-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 07 mart, 2019.
- . Tbilisi Dövlət Universiteti. 2020-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 07 mart, 2019.
- "CURRICULUM VITAE — პაატა იმნაძე" (PDF). tsu.ge. 2020-06-14 tarixində (PDF). İstifadə tarixi: 07 mart, 2019.
Xarici keçidlər
- Paata İmnadze — Gürcüstanın bioqrafik lüğəti (gürc.)
- Paata İmnadze — Tbilisi Dövlət Üniversiteti 2020-06-14 at the Wayback Machine (gürc.)
- Paata İmnadze — Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzi 2020-06-14 at the Wayback Machine (gürc.)
- Patta İmnadze — Ümumdünya Səhiyyə Təşkilatı (ing.)