PULS və ya LYNX — İsrail Hərbi Sənayesi (IMI Systems) tərəfindən istehsal edilmiş və İsrail Silahlı Qüvvələri başda olmaqla bir çox ölkənin orduları tərəfindən istifadə edilən reaktiv yaylım atəş sistemidir. Ümumilikdə 40 reaktiv yaylım atəş raketini üstündə daşıya bilən LYNX-ın maksimum mənzili 250 km-dir. Beynəlxalq yermüəyyənetmə sistemi (GPS) ilə inteqrasiya olunmuş formada işləyən RYAS 370 mm çapa qədər olan raketləri dəstəkləyir.
PULS | |
---|---|
![]() | |
Ölkə | |
İstehsal tarixçəsi | |
İstehsalçı | IMI Systems |
![]() |
Təchizatı
“Lynx” YARS-ın standart təchizatına aşağıdakılar daxildir:
- müasir ətalətli tuşlanma sistemi (ANN)
- qabaqçıl FCS
- İNS
- Metrologiya sistemi
- İlkin müşahidə
- Hava kəşfiyyatı
- C4I (şəbəkə əməliyyatları üçün)
Üstünlükləri
“Lynx” müxtəlif artilleriya və taktiki raketlərinin buraxılması üçün nəzərdə tutulan avtonom və universal modula malik çoxməqsədli yaylım atəşli reaktiv sistemdir.
“Lynx” iqtisadi cəhətdən çox sərfəli yaylım atəşli reaktiv sistemdir, ondan 122 mm-dən 300 mm-ə qədər çapa malik müxtəlif təyinatlı “Qrad”, LAR, ACCULAR, MLRS-TCS, “Extra” daxil olmaqla 5 tip raketdən, o cümlədən bəzi qanadlı raketlərdən atəş açmaq mümkündür. Raketlərin çapına görə sistemin üzərindəki paketin konteyner sayı dəyişir. Raketlərin vəzifələrinə görə daşıdığı döyüş başlığının tərkibi dəyişə bilər. Onlar qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər.
“Lynx” şassisi yüksək dəqiqlikli, qanadlı “Delilah-GL” raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA və digər operativ taktiki raketlərin buraxılması üçün atıcı qurğu kimi də istifadə edilə bilər.
YARS-ların sursatları birdəfəlik hermetik qapalı paket-konteynerlərə fabrikdə yüklənir, onlar nəqliyyat konteyneri və atıcı qurğu kimi istifadə edilir. Atəş operator tərəfindən kabindən və ya uzaqdan həyata keçirilə bilər. Mobil “Lynx” atıcı qurğusuna kranla təchiz edilən yükləmə vasitəsi ilə xidmət göstərilir. Düşmən atəşindən yayınmaq üçün konteynerlərin maşına yüklənməsi atəş mövqeyindən kifayət qədər aralı məsafədə həyata keçirilir.
Yüksək keçicilik və hərəkətlilik imkanları avtomobilə mövqeyini qısa bir zamanda dəyişdirməsinə və batareyanın atəş altında olma riskini minimuma endirməsinə şərait yaradır. Səfər vəziyyətindən bir neçə dəqiqə sonra YARS atəş mövqeyində təkrar yerləşərək atəş açmağa hazır olur.
Ballistik hesablama və atəşi idarəetmə sistemi
“Lynx” YARS müasir ətalətli naviqasiya sistemi ilə bərabər tam müstəqil ballistik hesablama və atəşi idarəetmə funksiyalarına malikdir. YARS-ların müasir atəşi idarəetmə sistemi, hücum hədəfinə müvafiq olaraq avtomatik olaraq konteyner paketini seçməyə və lazımi parametrləri təyin etməyə imkan verir. Müasir rabitə və kompüter texnologiyası “Lynx” kompleksinə həm avtonom, həm də şəbəkə mərkəzli dövrələrin elementi kimi fəaliyyət göstərməyə imkan verir, həmçinin YARS daha böyük artilleriya bölmələrinin passiv və ya inteqrasiya olunan elementi kimi istifadə edilə bilər.
“Lynx” YARS-larının inkişaf edən atəşi idarəetmə sistemi, hücum hədəfinə müvafiq olaraq avtomatik olaraq konteyner paketini seçməyə və lazımi parametrləri təyin etməyə imkan verir. Müasir rabitə və kompüter texnologiyası “Lynx” kompleksinə həm avtonom, həm şəbəkə mərkəzli artilleriya qruplaşmasının zərbə elementi kimi, həm də daha böyük artilleriya hissələrinin passiv və ya inteqrasiya olunan elementi kimi fəaliyyət göstərməyinə imkan verir.
Bu silah sisteminin Azərbaycanın istifadəsində olan versiyaları
Azərbaycan bu silah sistemlərinin “Dolu-1”, “Leysan” və “Şimşək” adlandırılan 3 versiyasını əldə edib. Azərbaycan tərəfinin tələbi ilə raketlərin quruluşunda bəzi spesifik dəyişikliklər edildiyi barədə qeyri-rəsmi məlumatlar da mövcuddur.
Dolu-1
“Lynx” universal şassisinə 40 (2x20) ədədlik paket ilə 122 mm-lik “Qrad” raketlərindən 20-40 km məsafədə atəş açan YARS, Azərbaycanda “Dolu-1” markası altında silahlanmaya qəbul edilib.
“Dolu-1” YARS-da tətbiq edilən ən sadə raket 2.87 m uzunluğa və 66 kq kütləyə malik 122 mm-lik idarəolunmayan sursatlardır. Onun döyüş başlığı 20 kq-dır. Reaktiv sistem 2 ədəd 20 lüləlik paketinin hər birində yerləşən 20 mərmi ilə (cəmi 40 mərmi) 20- 40 km aralığında yerləşən hədəflərə zərbə endirməyə qadirdir. Raketlərin iki atıcı konteyner paketində yerləşdirilməsi əməliyyat zamanı onların yüksək istismar rahatlığını təmin edir. “Dolu-1” 10 dəqiqədən az bir müddətdə yenidən doldurulur və təkrar atəş mövqeyinə yerləşdirilir.
“Dolu-1” reaktiv sistemi Azərbaycanın Türkiyədən əldə etdiyi 122 mm-lik T-122 “Sakarya” paket-konteynerlərindən də istifadə edərək atəş aça bilir.
Leysan
IMI-nin 45 kq döyüş başlığını 45 km məsafəyə çatdıran 160 mm-lik LAR idarəolunmayan raketlərinə malik YARS Azərbaycanda “Leysan” adı ilə istismar edilir. Hər bir “Leysan” atıcı konteyner paketinin hər biri 13 ədəd (cəmi 26 ədəd) LAR raketini daşıya bilir. Yüksək dəqiqlikli, avtomatik idarə olunan raket ətalətli tuşlanma sisteminə, daxili GPS-ə, GTCS traektoriya nizamlama qurğusuna və sükan idarəetmə dəstinə malikdir. Raket müxtəlif döyüş başlıqları ilə təchiz olunaraq analoji atıcı qurğulardan buraxıla bilər.
Standart 160 mm-lik raketinin uzunluğu 3.314 metr, kütləsi isə 110 kq-dır. Sərt yanacaqlı raket mühərriki 36 kq kütləyə malikdir. 350 mm diametrə malik açılan quyruq pərləri raketin atıcı konteynerini tərk etdikdən sonra uçuşun sabitləşməsini təmin edir.
Raketin uzun və orta məsafəyə atəşini təmin etmək məqsədilə onun ön hissəsinə spoyler halqaları əlavə edilə bilər. Start zamanı ilkin fırlanma sürəti, saniyədə 12 dəfədir və bu sonradan saniyədə 20 dəfəyə qədər artır. Uzunluğu 1.279 metr, kütləsi isə 46 kq olan raket döyüş başlığı aşağı aerodinamik müqavimətə malikdir. Ehtimal olunan yayınma əmsalı 10 metrdən çox deyil.
ACCULAR
YARS-ın dəqiqliyini yaxşılaşdırmaq üçün IMI ACCULAR (Accurate LAR- dəqiq LAR) təyinatına malik 122 mm-lik yeni raket versiyasını da hazırlayıb. Yeni LAR raketlərinin artan atəş məsafəsi, dəqiqliyi və aşağı qiyməti, idarəedilən 155 mm artilleriya mərmiləri ilə ciddi rəqabət aparmağa qadirdir.
4 metr uzunluğa malik ACCULAR raketi 35 kq ağırlıqdakı döyüş başlığı və 14- 40 km atəş məsafəsinə malikdir, tuşlama sistemi isə GPS-ə əsaslanır. Rəsmi olaraq maksimum hədəfdən yayınma əmsalı 10 metrdir, lakin IMI faktiki olaraq yayınmanın 2 ilə 3 metr arasında olduğunu iddia edir. Raket İsrail ordusu və adı açıqlanmayan xarici alıcı tərəfindən silahlanmaya qəbul edilib. Bu sursatlara malik YARS şassisinin iki konteyner paketinin hər birində 11 ədəd (cəmi 22 ədəd) raket yerləşdirilir. Raketin idarə edilməsi və uçuşu korpusda yer alan kompüter tərəfindən həyata keçirilir.
Reaktiv tuşlama dəsti hədəfi dəqiq etmək üçün trayektoriyanın nizamlanmasına imkan verir. Bu raketlər hədəflərin fuqas və unitar döyüş başlıqları ilə dəqiq hədəfə alınması üçün qənaətli və effektiv bir seçim hesab edilir.
Bu YARS ailəsinin bütün raketlərinin istifadəçisi olduğu Azərbaycan Silahlı Qüvvələrinin ACCULAR raketinə də malik olması, yalnız rəsmi təsdiqi olmadığına görə ehtimal olaraq qalır.
Şimşək
Quru Qoşunlarının uzaq məsafələrə dəqiq zərbələr endirməsi ilə əlaqədar Hərbi Hava Qüvvələrindən asılılığını azaltmaq üçün İMİ 20-150 km atəş məsafəsinə malik “Extra” (Extended Range Artillery)” raketlərini hazırladı. Həmin raketlə təchiz edilən YARS Azərbaycanda “Şimşək” adı ilə silahlanmaya qəbul edilib.
“Şimşək” YARS-ın 306 mm diametrə malik raketi 120 kq döyüş başlığı daşıyır. Burun sükanları ilə idarəolunan raketin hədəfə tuşlanması ANN/GPS sisteminə əsaslanır. “Şimşək” YARS-ın iki ədəd konteyner paketinin hər birində 4 ədəd (cəmi 8 ədəd) raket yerləşir. Raketin start çəkisi 450 kq, dairəvi ehtimal olunan yayınması isə 10 metrdən azdır.
Raketin ölçüsü ABŞ Ordusu və onların müttəfiqləri tərəfindən istifadə edilən M270 YARS-da istifadə edilən M26 raketləri ilə çox oxşardır. 4 metr uzunluğa sahib EXTRA raketlərinin diametri ABŞ-ın M26 raketlərindən (227 mm-ə qarşı 300 mm) daha böyükdür.
Bu raketlər indiyə qədər istehsalçı ölkədən başqa, 2 adı rəsmən açıqlanmayan xarici müştəriyə təslim edilib, onlardan biri Azərbaycandır. Əldə olunan qəlpəli fuqas “Extra” raketlərinin sayının 500-dən az olmadığı ehtimal edilir.
Kaset tipli sursatlar
İsrailin rəsmən açıqlamadığı “Extra” raketlərinin döyüş elementlərilə təchiz edilən kaset tipli versiyaları da mövcuddur, lakin bu sursatların beynəlxalq konvensiyalarla istifadəsinin qadağan edilməsi onların istehsalını və tədarükünü məhdudlaşdırır. Əgər istehsal və ya tədarük prosesləri aktivləşdirilsə belə, bu məlumatlar daim ictimaiyyət üçün əlçatmaz olur.
Bu döyüş sursatlarının YARS və 155 mm artilleriya qurğuları üçün istifadəyə yararlı versiyalarının olduğu iddia edilir.
CDMS
Sahil zonasının və sahilyanı ərazidəki strateji obyektləri mühafizə etmək üçün IMI tərəfindən hazırlanan müasir CDMS (Coast Defense Missiles System- Sahil Mühafizə Raket Sistemi) hərtərəfli müdafiə məsələlərinin kompleks həllini təmin edir. Maraqlısı odur ki, bu yaylım atəşli reaktiv sistem də “Extra” və ACCULAR raketlərindən istifadə edir.
İstifadəçiləri
“Lynx” YARS-ın müxtəlif versiyalı sistemləri İsraildən başqa Azərbaycan, Argentina, Venesuela, Gürcüstan, Qazaxıstan, Rumıniya və Çili tərəfindən istifadə edilir.
Onların əksəriyyəti “Mercedes 3341 Actros” (6x6) yük maşınının şassisində yerləşdirilib. Qazaxıstan isə “KamAZ-63502” şassisinə əsaslanan “Lynx” YARS-ı yerli “Nizə” adı ilə silahlanmaya qəbul edib.
İstinadlar
- "Arxivlənmiş surət" (PDF). 10 yanvar 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 aprel 2020.
- "Ordumuzun silahlanmasında olan Universal Artilleriya Sistemləri - LYNX (HƏRBİ EKSPERT)". ordu.az. ordu.az. 15 mart 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
PULS ve ya LYNX Israil Herbi Senayesi IMI Systems terefinden istehsal edilmis ve Israil Silahli Quvveleri basda olmaqla bir cox olkenin ordulari terefinden istifade edilen reaktiv yaylim ates sistemidir Umumilikde 40 reaktiv yaylim ates raketini ustunde dasiya bilen LYNX in maksimum menzili 250 km dir Beynelxalq yermueyyenetme sistemi GPS ile inteqrasiya olunmus formada isleyen RYAS 370 mm capa qeder olan raketleri destekleyir PULSOlke IsrailIstehsal tarixcesiIstehsalci IMI Systems Vikianbarda elaqeli mediafayllarTechizati Lynx YARS in standart techizatina asagidakilar daxildir muasir etaletli tuslanma sistemi ANN qabaqcil FCS INS Metrologiya sistemi Ilkin musahide Hava kesfiyyati C4I sebeke emeliyyatlari ucun Ustunlukleri Lynx muxtelif artilleriya ve taktiki raketlerinin buraxilmasi ucun nezerde tutulan avtonom ve universal modula malik coxmeqsedli yaylim atesli reaktiv sistemdir Lynx iqtisadi cehetden cox serfeli yaylim atesli reaktiv sistemdir ondan 122 mm den 300 mm e qeder capa malik muxtelif teyinatli Qrad LAR ACCULAR MLRS TCS Extra daxil olmaqla 5 tip raketden o cumleden bezi qanadli raketlerden ates acmaq mumkundur Raketlerin capina gore sistemin uzerindeki paketin konteyner sayi deyisir Raketlerin vezifelerine gore dasidigi doyus basliginin terkibi deyise biler Onlar qelpeli yandirici isiqlandirici tustu fuqas ve ya tank eleyhine elementlere malik doyus basliqlari ile techiz edile biler Lynx sassisi yuksek deqiqlikli qanadli Delilah GL raketlerinin elece de 280 km maksimum ates mesafesine sahib LORA ve diger operativ taktiki raketlerin buraxilmasi ucun atici qurgu kimi de istifade edile biler YARS larin sursatlari birdefelik hermetik qapali paket konteynerlere fabrikde yuklenir onlar neqliyyat konteyneri ve atici qurgu kimi istifade edilir Ates operator terefinden kabinden ve ya uzaqdan heyata kecirile biler Mobil Lynx atici qurgusuna kranla techiz edilen yukleme vasitesi ile xidmet gosterilir Dusmen atesinden yayinmaq ucun konteynerlerin masina yuklenmesi ates movqeyinden kifayet qeder arali mesafede heyata kecirilir Yuksek kecicilik ve hereketlilik imkanlari avtomobile movqeyini qisa bir zamanda deyisdirmesine ve batareyanin ates altinda olma riskini minimuma endirmesine serait yaradir Sefer veziyyetinden bir nece deqiqe sonra YARS ates movqeyinde tekrar yerleserek ates acmaga hazir olur LYXN LAR 160Ballistik hesablama ve atesi idareetme sistemi Lynx YARS muasir etaletli naviqasiya sistemi ile beraber tam musteqil ballistik hesablama ve atesi idareetme funksiyalarina malikdir YARS larin muasir atesi idareetme sistemi hucum hedefine muvafiq olaraq avtomatik olaraq konteyner paketini secmeye ve lazimi parametrleri teyin etmeye imkan verir Muasir rabite ve komputer texnologiyasi Lynx kompleksine hem avtonom hem de sebeke merkezli dovrelerin elementi kimi fealiyyet gostermeye imkan verir hemcinin YARS daha boyuk artilleriya bolmelerinin passiv ve ya inteqrasiya olunan elementi kimi istifade edile biler Lynx YARS larinin inkisaf eden atesi idareetme sistemi hucum hedefine muvafiq olaraq avtomatik olaraq konteyner paketini secmeye ve lazimi parametrleri teyin etmeye imkan verir Muasir rabite ve komputer texnologiyasi Lynx kompleksine hem avtonom hem sebeke merkezli artilleriya qruplasmasinin zerbe elementi kimi hem de daha boyuk artilleriya hisselerinin passiv ve ya inteqrasiya olunan elementi kimi fealiyyet gostermeyine imkan verir Bu silah sisteminin Azerbaycanin istifadesinde olan versiyalariAzerbaycan bu silah sistemlerinin Dolu 1 Leysan ve Simsek adlandirilan 3 versiyasini elde edib Azerbaycan terefinin telebi ile raketlerin qurulusunda bezi spesifik deyisiklikler edildiyi barede qeyri resmi melumatlar da movcuddur Dolu 1 Lynx universal sassisine 40 2x20 ededlik paket ile 122 mm lik Qrad raketlerinden 20 40 km mesafede ates acan YARS Azerbaycanda Dolu 1 markasi altinda silahlanmaya qebul edilib Dolu 1 YARS da tetbiq edilen en sade raket 2 87 m uzunluga ve 66 kq kutleye malik 122 mm lik idareolunmayan sursatlardir Onun doyus basligi 20 kq dir Reaktiv sistem 2 eded 20 lulelik paketinin her birinde yerlesen 20 mermi ile cemi 40 mermi 20 40 km araliginda yerlesen hedeflere zerbe endirmeye qadirdir Raketlerin iki atici konteyner paketinde yerlesdirilmesi emeliyyat zamani onlarin yuksek istismar rahatligini temin edir Dolu 1 10 deqiqeden az bir muddetde yeniden doldurulur ve tekrar ates movqeyine yerlesdirilir Dolu 1 reaktiv sistemi Azerbaycanin Turkiyeden elde etdiyi 122 mm lik T 122 Sakarya paket konteynerlerinden de istifade ederek ates aca bilir Leysan IMI nin 45 kq doyus basligini 45 km mesafeye catdiran 160 mm lik LAR idareolunmayan raketlerine malik YARS Azerbaycanda Leysan adi ile istismar edilir Her bir Leysan atici konteyner paketinin her biri 13 eded cemi 26 eded LAR raketini dasiya bilir Yuksek deqiqlikli avtomatik idare olunan raket etaletli tuslanma sistemine daxili GPS e GTCS traektoriya nizamlama qurgusuna ve sukan idareetme destine malikdir Raket muxtelif doyus basliqlari ile techiz olunaraq analoji atici qurgulardan buraxila biler Standart 160 mm lik raketinin uzunlugu 3 314 metr kutlesi ise 110 kq dir Sert yanacaqli raket muherriki 36 kq kutleye malikdir 350 mm diametre malik acilan quyruq perleri raketin atici konteynerini terk etdikden sonra ucusun sabitlesmesini temin edir Raketin uzun ve orta mesafeye atesini temin etmek meqsedile onun on hissesine spoyler halqalari elave edile biler Start zamani ilkin firlanma sureti saniyede 12 defedir ve bu sonradan saniyede 20 defeye qeder artir Uzunlugu 1 279 metr kutlesi ise 46 kq olan raket doyus basligi asagi aerodinamik muqavimete malikdir Ehtimal olunan yayinma emsali 10 metrden cox deyil ACCULAR YARS in deqiqliyini yaxsilasdirmaq ucun IMI ACCULAR Accurate LAR deqiq LAR teyinatina malik 122 mm lik yeni raket versiyasini da hazirlayib Yeni LAR raketlerinin artan ates mesafesi deqiqliyi ve asagi qiymeti idareedilen 155 mm artilleriya mermileri ile ciddi reqabet aparmaga qadirdir 4 metr uzunluga malik ACCULAR raketi 35 kq agirliqdaki doyus basligi ve 14 40 km ates mesafesine malikdir tuslama sistemi ise GPS e esaslanir Resmi olaraq maksimum hedefden yayinma emsali 10 metrdir lakin IMI faktiki olaraq yayinmanin 2 ile 3 metr arasinda oldugunu iddia edir Raket Israil ordusu ve adi aciqlanmayan xarici alici terefinden silahlanmaya qebul edilib Bu sursatlara malik YARS sassisinin iki konteyner paketinin her birinde 11 eded cemi 22 eded raket yerlesdirilir Raketin idare edilmesi ve ucusu korpusda yer alan komputer terefinden heyata kecirilir Reaktiv tuslama desti hedefi deqiq etmek ucun trayektoriyanin nizamlanmasina imkan verir Bu raketler hedeflerin fuqas ve unitar doyus basliqlari ile deqiq hedefe alinmasi ucun qenaetli ve effektiv bir secim hesab edilir Bu YARS ailesinin butun raketlerinin istifadecisi oldugu Azerbaycan Silahli Quvvelerinin ACCULAR raketine de malik olmasi yalniz resmi tesdiqi olmadigina gore ehtimal olaraq qalir Simsek Quru Qosunlarinin uzaq mesafelere deqiq zerbeler endirmesi ile elaqedar Herbi Hava Quvvelerinden asililigini azaltmaq ucun IMI 20 150 km ates mesafesine malik Extra Extended Range Artillery raketlerini hazirladi Hemin raketle techiz edilen YARS Azerbaycanda Simsek adi ile silahlanmaya qebul edilib Simsek YARS in 306 mm diametre malik raketi 120 kq doyus basligi dasiyir Burun sukanlari ile idareolunan raketin hedefe tuslanmasi ANN GPS sistemine esaslanir Simsek YARS in iki eded konteyner paketinin her birinde 4 eded cemi 8 eded raket yerlesir Raketin start cekisi 450 kq dairevi ehtimal olunan yayinmasi ise 10 metrden azdir Raketin olcusu ABS Ordusu ve onlarin muttefiqleri terefinden istifade edilen M270 YARS da istifade edilen M26 raketleri ile cox oxsardir 4 metr uzunluga sahib EXTRA raketlerinin diametri ABS in M26 raketlerinden 227 mm e qarsi 300 mm daha boyukdur Bu raketler indiye qeder istehsalci olkeden basqa 2 adi resmen aciqlanmayan xarici musteriye teslim edilib onlardan biri Azerbaycandir Elde olunan qelpeli fuqas Extra raketlerinin sayinin 500 den az olmadigi ehtimal edilir Kaset tipli sursatlarIsrailin resmen aciqlamadigi Extra raketlerinin doyus elementlerile techiz edilen kaset tipli versiyalari da movcuddur lakin bu sursatlarin beynelxalq konvensiyalarla istifadesinin qadagan edilmesi onlarin istehsalini ve tedarukunu mehdudlasdirir Eger istehsal ve ya tedaruk prosesleri aktivlesdirilse bele bu melumatlar daim ictimaiyyet ucun elcatmaz olur Bu doyus sursatlarinin YARS ve 155 mm artilleriya qurgulari ucun istifadeye yararli versiyalarinin oldugu iddia edilir CDMSSahil zonasinin ve sahilyani erazideki strateji obyektleri muhafize etmek ucun IMI terefinden hazirlanan muasir CDMS Coast Defense Missiles System Sahil Muhafize Raket Sistemi herterefli mudafie meselelerinin kompleks hellini temin edir Maraqlisi odur ki bu yaylim atesli reaktiv sistem de Extra ve ACCULAR raketlerinden istifade edir Istifadecileri Lynx YARS in muxtelif versiyali sistemleri Israilden basqa Azerbaycan Argentina Venesuela Gurcustan Qazaxistan Ruminiya ve Cili terefinden istifade edilir Onlarin ekseriyyeti Mercedes 3341 Actros 6x6 yuk masininin sassisinde yerlesdirilib Qazaxistan ise KamAZ 63502 sassisine esaslanan Lynx YARS i yerli Nize adi ile silahlanmaya qebul edib Istinadlar Arxivlenmis suret PDF 10 yanvar 2020 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2 aprel 2020 Ordumuzun silahlanmasinda olan Universal Artilleriya Sistemleri LYNX HERBI EKSPERT ordu az ordu az 15 mart 2020 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 21 avqust 2024