Orxan Əliyev (əsgər, 1995)
Orxan Məhəmməd oğlu Əliyev (11 avqust 1995, Aslanbəyli, Qazax rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Orxan Əliyev | |
---|---|
Orxan Məhəmməd oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1995 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 2016 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | |
Təltifləri |
Həyatı
Orxan Əliyev 1995-ci ilin 11 avqust günündə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Orxan Əliyev 2015-ci ildə Bakı Texniki Kollecinin "Yol hərəkətinin təşkili" fakültəsini bitirib.
Hərbi xidməti
Əsgər Orxan Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 3-ü isə Orxan Əliyev doğulduğu Qazax rayonunun Aslanbəyli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əliyev uğrunda şəhid olduğu torpaqa tapşırıldı.
Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.