Olqa Senyuk
Olqa Senyuk (d. 23 yanvar 1991; Kişinyov, Moldova) — Azərbaycanı təmsil edən Moldova əsilli oxatan. Olqa Senyuk Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Olqa Senyuk | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Olqa Senyuк |
Vətəndaşlığı | Moldova |
Doğum tarixi | |
Doğum yeri | Kişinyov, Moldova |
İdman növü | Kamandan oxatma |
Həyatı
Olqa Senyuk 1991-ci il 23 yanvarda Moldovanın paytaxtı Kişinyov şəhərində anadan olub. Olqa Senyukun böyük bacısı Taras Senyuk Azərbaycanı 2015-ci ildə baş tutan I Avropa Oyunlarında təmsil edib.
Karyerası
Olqa Senyuk birinci ciddi yarışına 2015-ci ildə I Avropa Oyunlarında qatıldı. Senyuk birinci görüşdə Rumıniya təmsilçisi Simona Bancilanı 6:5 hesabı ilə məğlub etsə də, ikinci görüşdə Danimarka təmsilçisi Maya Yagerə 3:7 hesabı ilə uduzdu və mübarizəni dayandırdı.
Olqa Senyuk birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Senyuk Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında, 1/32 final mərhələsində Çin nümayəndəsi Cao Hui ilə üz-üzə gəldi. Həmin görüşdə Olqa Senyuk rəqibinə 1:7 hesabı ilə uduzdu və mübarizəni dayandırdı.