Oğuldərə
Oğuldərə – Azərbaycan Respublikasının Laçın rayonu Oğuldərə kənd inzibati ərazi dairəsində kənd.
Oğuldərə | |
---|---|
39°53′30″ şm. e. 46°18′56″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.800 m |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Oğuldərə kəndi Laçın rayonundan 75 km. şimal-qərbdə yerləşir. Kənd əhalisi azərbaycanlılar olmaqla 2000 nəfərə yaxındır. Kəndin 1 orta məktəbi, 2 kitabxanası və çox böyük heyvandarlığa yararlı otlaq sahələri vardır. Kəndin məşhur elm adamlarından ADR-in o vaxtlar maarif müdiri olmuş Müseyib Əfəndi (İlyasov), şair Ağa Laçınlı, məşhur həkimlərdən Mehti İlyasov, Manaf İlyasov və görkəmli din xadimi Qazi Molla Zulfiqar olmuşdur. Qarabağ müharibəsi zamanı kənd 3 şəhid vermişdir – İbadət Nəcəfov, Pənah Məmmədov, Xaqani Məcnunov. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edilən zaman 3 dinc sakin öldürülmüşdür.
Əhalisi
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 920 nəfər olmuşdur.
Ağa Laçınlı bu kənddə anadan olmuşdur.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Kənddəki yer adları
Kəndin ərazisində hər yerin öz adı var: Sarı yoxuş, Çalbayır dağı, Çalbayırın dərəsi, Qarağac düzü, Malqırılan, Qara güney, Topdaş, Navlı bulaq, Sarı bulaq, Həsənağa meşəsi, Araba yolu, Çalın dibi, Haça yal, Pirin boynu, Yal yurd, Sərt güney, Allahverdi Yüzbaşının yurdu, Avışın yurdu, Xırman yeri, Xırmanların dalı, Çobanboğulan göl, Qoyun gölü, Cəfərin körpüsü, Dar keçid, Ağ yol, Bənövşəlik, Cəfərölən düzü, Cəhənnəm dərəsi, Qarağacı dərəsi, Mehdili yurdu, Sərkərli dərəsi, Qızıl qaya, Çınqılın başı, Oğlan-qız bulağı, Diblər, Doludöyən, Yaz yurdu, Sarı daş, Gamışölən su, Dayçaölən su, Seyidin binəsi, Göy gav, Ağsuyun dərəsi, Ağ bulaq, Qəbirli, Dəyirmanın başı, Hörgünün içi, Bazar düzü, Çay qovuşuğu, Yelli gədik, İsələrin dərəsi, Nədirin güneyi, Ayı çiləsi, Çullu yurdu, Dəmirçi dağı, Ağ duzdaq, Atçapılan düz,Qədimin meşəsi, Çust irəddi, Aşacaq, Cijiqaçan, Əyri yol, Qatar qaya, El yolu, At bulağı, Çeyillik, Gur bulaq, Uçuğun altı, Bitli bulaq, Ağaların güneyi, Buzxana, Turş su, Qotur su, Çala-çökək, Çala biçənək, Çınqılın başı, Duz yol, Ağalı yurdu, Xuvlar ölən yal, Aralıq, Şırran, Cərgə və s.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azər Qaraçənli. Kəndimizdə yer adları[ölü keçid] (azərb.)
Xarici keçidlər
- Oğuldərə kənd ərazisinin peykdən görnüşü
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |