Nəsib İsmayılov
Nəsib İsmayılov (tam adı:Nəsib Mikayıl oğlu İsmayılov) — azərbaycanlı jurnalist, gündəlik "Bu gün" qəzetinin baş redaktoru.
Nəsib İsmayılov | |
---|---|
Nəsib Mikayıl oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Dəyhan, Laçın rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan SSR Azərbaycan |
Atası | Mikayıl |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ali |
Fəaliyyəti | Baş redaktor |
Həyatı
Nəsib İsmayılov 1 yanvar 1971-ci ildə Laçın rayonunun Dəyhan kəndində anadan olub. 1977-1987-ci illərdə Dəyhan kənd orta məktəbində təhsil alıb.
1988-1990-cı illərdə hərbi xidmətdə olub.
1991-1995-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb.
1995-1996-cı illərdə "Naxçıvan" qəzetində şöbə müdiri, 1996-1997-ci illərdə "7 gün" qəzetində reklam direktoru işləyib.
1997-ci ildə "Bu gün" qəzetini təsis edib. Həmin tarixdən gündəlik "Bu gün" qəzetinə rəhbərlik edir.
2013-cü ildən etibarən "Bugun.az" domain adı altında qəzetin elektron versiyasını hazırlayıb.
Evlidir, 3 övladı var.
Xarici keçidlər
- bugun.az saytı
İstinadlar
- Nəsib İsmayılov yenidən jurnalistikada — avropa.info saytı[ölü keçid]
- “Bugun.az” açıldı - Baş redaktor: “Redaktorlara, jurnalistlərə səslənirik” - MÜSAHİBƏ — modern.az saytı