Nəsir Əhmədli
Nəsir Əhmədli ( d. 1942 , Alakol, Tovuz rayonu) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru.
Nəsir Əhmədli | |
---|---|
Əhmədli Nəsir Abbas oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Alakol, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | jurnalistika |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | BDU Jurnalistika |
Təhsili | Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi |
Elmi rəhbəri | Famil Mehdi, Vasim Məmmədəliyev |
Mükafatları | 1) 2006 – “Media açarı” 2) 2009 – Təhsil Nazirliyinin Fəxri fərmanı 3) 2010 – "Cəsarətli qələm" 4) 2010 – Əməkdar jurnalist 5) 2011 – BDU-nun Fəxri fərmanı 6) 2012 - BDU-nun Fəxri fərmanı 7) 2012 – I dərəcəli Ali Media Mükafatı 8) 2014 - Mətbuat Şurasının diplomu 9) 2016 – Mirzə Cəlil Ali Media Mükafatı 10) 2017 – BDU-nun Fəxri fərmanı 11) 2019 - III dərəcəli "Əmək" ordeni 12) "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı |
Həyatı
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Əmək fəaliyyəti
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 12 kitabın müəllifidir. 4 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 6 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.
"Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülmüşdür.
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüdür.
Tədqiqat sahəsi
- Jurnalistin nitq mədəniyyəti
- KİV xaricə siyasi informasiya yayımı sistemində
- Beynəlxalq radio yayımı
- Televiziya jurnalistikası
- Beynəlxalq jurnalistika və s.
Kitablar
1) Səsimiz, sorağımız (Xarici publisitikada Azərbaycan mövzusu). Bakı: Azərnəşr, 1988, 135 s.
2) Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə). Bakı: "İşıq", 1990, 112 s.
3) Jurnalistin vizual nitq mədəniyyəti.Bakı: "Yeni nəsil", 2002, 120 s.
4) Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə (rusca). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2003, 220 s.
5) Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2004, s.
6) Средства массовой информации в системе внешнеполитической информации. Баку: изд-во "Bakı Universiteti", 2004, с.
7) Jurnalistin nitq mədəniyyəti. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2005.
8) Korifeylərin portretləri. Bakı: "Nurlan", 2008, 280 s.
9) Ürəkdə bəslənən sevdaya şükür (şeirlər). Bakı, MBM, 2008,176 s.
10) "Jurnalistika" ixtisası üzrə buraxılış işinin yazılması, tərtibi və müdafiəsi. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, 24 s.
11) Con Milton və onun "Areopagitika" əsəri.Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2011, 120 s.
12) Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: "Elm və təhsil", 2014, 280 s.
13) M.Y.Lermontov 200. 26 yaşlı şairdən 26 şeir / Nəsir Əhmədlinin tərcüməsində. Bakı: Mütərcim, 2014, 100 s.
14) Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik. Bakı: "Nural-nəşr", 2020, 45 s.
Xarici keçidlər
- "Parça yaxşı olmalıdır ki, dərzi yaxşı paltar tiksin" 2016-03-04 at the Wayback Machine
- [1][ölü keçid]