Əbu Abdillah Musab ibn əz-Zübeyr ibn əl-Əvvam əl-Əsədi əl-Qureyşi (ərəb. مصعب بن الزبير; VII əsr və ya 655, Məkkə – təq. 691) — İraq valisi. O, Abdullah ibn Zübeyrin qardaşı idi.
Musab ibn Zübeyr | |
---|---|
ərəb. مصعب بن الزبير | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VII əsr və ya 655 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 691 |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | hərbi lider[d], vali[d] |
Atası | Zübeyr ibn Əvvam |
Hərbi xidmət | |
Döyüşlər |
Bioqrafiyası
Mədinədə doğulub. Qureyş qəbiləsinin Əsəd ibn Əbdüluzza qoluna mənsubdur. Atası Əşareyi-Mübəşşirədən Zübeyr ibn Əvvam, anası isə Rəbab bint Üneyf əl-Kəlbiyyədir. Onun haqqındakı məlumatların böyük əksəriyyəti, böyük qardaşı Abdullah ibn Zübeyrin hicri 64 (miladi 683)-cü ildə Hicazda xilafəliyini elan etməsindən sonrakı illərə aiddir. Bu tarixdən etibarən o, ordu komandanlığı və vali vəzifələrində çalışmışdır. Fələstin üzərinə göndərildiyi ilk yürüşündə Əməvi sərkərdəsi Amr ibn Səid əl-Əşdaq qarşısında məğlub olsa da, qısa müddət sonra köməkçi dəstələrin sərkərdəsi kimi qoşulduğu Rəbəzə döyüşündə qələbə qazanılmasında mühüm rol oynamışdır.
Musab, hicri 65-ci (684–85) ildə qardaşi Ubeydə ibn Zübeyrin yerinə Mədinə valisi təyin olundu. Bu dövrdə İraqda vəziyyət olduqca mürəkkəb idi. Kufədə nəzarəti ələ keçirən Muxtar, Həzir qələbəsindən sonra şöhrətini daha da artırmışdı. Belə bir vəziyyətdə Abdullah qardaşı Musabı Bəsrə valisi təyin etdi. Bəsrəki ilk nitqində Musab, özünə "cəzzar" (ərəb. جزّار; azərb. qəssab) ləqəbini verdiyi və çox sərt bir siyasət yeridəyəsini elan etdi. Musab Əməviləri ilk hədəf təyin etsə də, sonradan kufəlilərin təşfiqi ilə Muxtarı hədəf seçdi. Muxtar üzərinə yürüş edərək əvvəl Məzarda, ardınca da Kufə yaxınlığındakı Hərurədə ağır məğlubiyyətə uğradaraq öldürdü və Kufəni ələ keçirdi. Musab, İbrahim ibn Əştərə bir sıra vədlər verərək onu öz tərəfinə çəkdi. Öz ilə Əməvilər arasında bufer yaratmaq məqsədilə də Mühəlləb ibn Əbu Sufrəni Mosul, əl-Cəzirə, İrminiyə və Azərbaycana vali təyin etdi. Bir mwdd't sonra onu xaricilərin üstünə yollayaraq yerinə İbrahim ibn Əştəri təyin etdi. Bu vaxt Abdullah, Musabı vəzifəsindən azad edərək oğlu Həmzəni vali təyin etdi. Həmzə bu işdə yarıtmamazlıq etdiyindən Musab yenidən vali təyin olundu. Vəzifəsinə qaytarılan Musab, dərhal Şam bölgəsini Əməvilərin əlindən almaq üçün hazırlıqlara başladı. Lakin eyni məqsədi İraq üçün güdən Əbdülməlik ibn Mərvan, Bəsrə və Kufə əyanları arasında Musabın yaxın adamlarından bəzilərinə məktublar göndərərək, müxtəlif vədlərlə onları öz tərəfinə çəkməyə çalışırdı. Nəhayət, hicri 72 (miladi 691)-ci ildə İraq istiqamətində qarşısındakı ən mühüm mane olan Kərqisiyanı sülh yolu ilə ələ keçirdikdən sonra Musabın üzərinə yürüş etdi. İki ordu Deyrül-casəlik adlı ərazidə, sonralar bir müddət "Xirbətü-Musab" adı ilə tanınan səhralıq ərazidə qarşılaşdı. Əbdülməlik bir tərəfdən də Musabın sərkərdələrini öz tərəfinə çəkməyə davam edirdi. İbrahim ibn Əştər, Əməvi xəlifəsindən aldığı və onun tərəfinə keçəcəyi təqdirdə İraq valiliyinin ona veriləcəyinə dair vəd verən məktubu Musaba çatdıraraq, digər sərkərdələrə də oxşar məktublar göndərildiyini bildirdi və onu xəbərdar etdi. Bütün bunlara baxmayaraq, Musab onların vəzifələrində heç bir dəyişiklik etmədi. Döyüşün ilk mərhələsində İbrahim ibn Əştər öldürüldü və bu, Musab üçün ağır zərbə oldu. Əsgərlərinin bir qismi qarşı tərəfə keçdikdə, yanında yalnız yaxın adamları və az sayda qohumu qalan Musab, Əbdülməlikin təslim olmaq üçün verdiyi əminlik təklifini rədd edərək döyüşə davam etdi. Döyüşdə öldürülən Musabın, başı kəsildi (Cəmaziyəl-əvvəl 72 / oktyabr 691; bu hadisənin hicri 71 (690)-ci ildə baş verdiyi də rəvayət edilir). Kəsilmiş başı Dəməşqə göndərildi. Cəsədi döyüş meydanında dəfn edildi və sonralar həmin yerdə türbə tikilərək ziyarətgaha çevrildi. Dəməşqə göndərilmiş başı orada dəfn olundu.
İdarəçiliyi və şəxsi keyfiyyətləri
İraq valiliyi dövründə bölgə əhalisinin razılığını qazanan Musab ibn Zübeyr, gəlirlərin artmasına nail olmuşdur. Rəvayətə görə, qardaşı Abdullah ibn Zübeyrin əmri ilə hicri 70 (miladi 689–690)-ci ildə Bəsrədə az miqdarda dirhəm zərb etdirmişdir. Mənbələrdə onun yaxşı bir xətib olduğu və dövrünün ən yaraşıqlı gənci kimi tanındığı qeyd olunur. Musab həmçinin gözəlliyi ilə tanınmış qadınlarla evliliyi ilə də məşhur idi. O, ərəblərin ən səxavətlilərindən və ən cəsurlarından biri hesab edilirdi; hətta Əbdülməlikin onu "ən qəhrəman ərəb" adlandıraraq ölümünə ağladığı rəvayət edilir. Onun ölümü ədiblər və şairlərə də təsir etmiş, Əbu Mixnəf "Məqtəlü Musab ibn Zübeyr" adlı bir əsər yazmışdır.
Hədis elmindəki yeri
Musab, atası Zübeyr ibn Əvvam, Səd ibn Əbu Vəqqas, Əbu Səid əl-Xudri və Əbu Hüreyrədən hədis rəvayət etmiş, ondan isə Həkəm ibn Uyeynə, Amr ibn Dinar əl-Cumahi və İsmayıl ibn Əbu Xalid hədis nəql etmişlər.
İstinadlar
- Identifiants et Référentiels (fr.). ABES, 2011.
- opac.vatlib.it (ing.).
- "مصعب بن الزبير". The Hadith Transmitters Encyclopedia. 25.05.2025 tarixində arxivləşdirilib.
- "Musab b. Zubeyr". TDV İslam Ansiklopedisi. Archived from the original on 2025-03-18. İstifadə tarixi: 2025-05-25.
- "مصعب بن الزبير". islamweb.net. Archived from the original on 2024-08-13. İstifadə tarixi: 2025-05-25.
- Bəlazuri. Ənsab (ərəb). V. 337.
- Buxari. Tarixi-kəbir (ərəb).
- Sezgin. Abu Mihnaf (alman). Leyden. 1971. 47.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebu Abdillah Musab ibn ez Zubeyr ibn el Evvam el Esedi el Qureysi ereb مصعب بن الزبير VII esr ve ya 655 1 Mekke teq 691 2 Iraq valisi 3 O Abdullah ibn Zubeyrin qardasi idi 4 Musab ibn Zubeyrereb مصعب بن الزبير Sexsi melumatlar Dogum tarixi VII esr ve ya 655 1 Dogum yeri Mekke Vefat tarixi teq 691 2 Vefat sebebi doyusde olum Fealiyyeti herbi lider d vali d Atasi Zubeyr ibn Evvam Herbi xidmet Doyusler Mekkenin muhasiresi Mundericat 1 Bioqrafiyasi 2 Idareciliyi ve sexsi keyfiyyetleri 3 Hedis elmindeki yeri 4 IstinadlarBioqrafiyasiredakteMedinede dogulub Qureys qebilesinin Esed ibn Ebduluzza qoluna mensubdur Atasi Esareyi Mubessireden Zubeyr ibn Evvam anasi ise Rebab bint Uneyf el Kelbiyyedir 5 Onun haqqindaki melumatlarin boyuk ekseriyyeti boyuk qardasi Abdullah ibn Zubeyrin hicri 64 miladi 683 cu ilde Hicazda xilafeliyini elan etmesinden sonraki illere aiddir Bu tarixden etibaren o ordu komandanligi ve vali vezifelerinde calismisdir Felestin uzerine gonderildiyi ilk yurusunde Emevi serkerdesi Amr ibn Seid el Esdaq qarsisinda meglub olsa da qisa muddet sonra komekci destelerin serkerdesi kimi qosuldugu Rebeze doyusunde qelebe qazanilmasinda muhum rol oynamisdir Musab hicri 65 ci 684 85 ilde qardasi Ubeyde ibn Zubeyrin yerine Medine valisi teyin olundu Bu dovrde Iraqda veziyyet olduqca murekkeb idi Kufede nezareti ele keciren Muxtar Hezir qelebesinden sonra sohretini daha da artirmisdi Bele bir veziyyetde Abdullah qardasi Musabi Besre valisi teyin etdi Besreki ilk nitqinde Musab ozune cezzar ereb جز ار azerb qessab leqebini verdiyi ve cox sert bir siyaset yerideyesini elan etdi Musab Emevileri ilk hedef teyin etse de sonradan kufelilerin tesfiqi ile Muxtari hedef secdi Muxtar uzerine yurus ederek evvel Mezarda ardinca da Kufe yaxinligindaki Herurede agir meglubiyyete ugradaraq oldurdu ve Kufeni ele kecirdi Musab Ibrahim ibn Estere bir sira vedler vererek onu oz terefine cekdi Oz ile Emeviler arasinda bufer yaratmaq meqsedile de Muhelleb ibn Ebu Sufreni Mosul el Cezire Irminiye ve Azerbaycana vali teyin etdi Bir mwdd t sonra onu xaricilerin ustune yollayaraq yerine Ibrahim ibn Esteri teyin etdi Bu vaxt Abdullah Musabi vezifesinden azad ederek oglu Hemzeni vali teyin etdi Hemze bu isde yaritmamazliq etdiyinden Musab yeniden vali teyin olundu Vezifesine qaytarilan Musab derhal Sam bolgesini Emevilerin elinden almaq ucun hazirliqlara basladi Lakin eyni meqsedi Iraq ucun guden Ebdulmelik ibn Mervan Besre ve Kufe eyanlari arasinda Musabin yaxin adamlarindan bezilerine mektublar gondererek muxtelif vedlerle onlari oz terefine cekmeye calisirdi Nehayet hicri 72 miladi 691 ci ilde Iraq istiqametinde qarsisindaki en muhum mane olan Kerqisiyani sulh yolu ile ele kecirdikden sonra Musabin uzerine yurus etdi Iki ordu Deyrul caselik adli erazide sonralar bir muddet Xirbetu Musab adi ile taninan 6 sehraliq erazide qarsilasdi Ebdulmelik bir terefden de Musabin serkerdelerini oz terefine cekmeye davam edirdi Ibrahim ibn Ester Emevi xelifesinden aldigi ve onun terefine kececeyi teqdirde Iraq valiliyinin ona verileceyine dair ved veren mektubu Musaba catdiraraq diger serkerdelere de oxsar mektublar gonderildiyini bildirdi ve onu xeberdar etdi Butun bunlara baxmayaraq Musab onlarin vezifelerinde hec bir deyisiklik etmedi Doyusun ilk merhelesinde Ibrahim ibn Ester olduruldu ve bu Musab ucun agir zerbe oldu Esgerlerinin bir qismi qarsi terefe kecdikde yaninda yalniz yaxin adamlari ve az sayda qohumu qalan Musab Ebdulmelikin teslim olmaq ucun verdiyi eminlik teklifini redd ederek doyuse davam etdi Doyusde oldurulen Musabin basi kesildi Cemaziyel evvel 72 3 oktyabr 691 bu hadisenin hicri 71 7 690 ci ilde bas verdiyi de revayet edilir Kesilmis basi Demesqe gonderildi Cesedi doyus meydaninda defn edildi ve sonralar hemin yerde turbe tikilerek ziyaretgaha cevrildi Demesqe gonderilmis basi orada defn olundu 4 Idareciliyi ve sexsi keyfiyyetleriredakteIraq valiliyi dovrunde bolge ehalisinin raziligini qazanan Musab ibn Zubeyr gelirlerin artmasina nail olmusdur Revayete gore qardasi Abdullah ibn Zubeyrin emri ile hicri 70 miladi 689 690 ci ilde Besrede az miqdarda dirhem zerb etdirmisdir Menbelerde onun yaxsi bir xetib oldugu ve dovrunun en yarasiqli genci kimi tanindigi qeyd olunur Musab hemcinin gozelliyi ile taninmis qadinlarla evliliyi ile de meshur idi O ereblerin en sexavetlilerinden ve en cesurlarindan biri hesab edilirdi hetta Ebdulmelikin onu en qehreman ereb 5 adlandiraraq olumune agladigi revayet edilir Onun olumu edibler ve sairlere de tesir etmis Ebu Mixnef Meqtelu Musab ibn Zubeyr adli bir eser yazmisdir 8 Hedis elmindeki yeriredakteMusab atasi Zubeyr ibn Evvam Sed ibn Ebu Veqqas Ebu Seid el Xudri ve Ebu Hureyreden hedis revayet etmis ondan ise Hekem ibn Uyeyne Amr ibn Dinar el Cumahi ve Ismayil ibn Ebu Xalid hedis neql etmisler 4 Istinadlarredakte 1 2 Identifiants et Referentiels fr ABES 2011 1 2 opac vatlib it ing 1 2 مصعب بن الزبير The Hadith Transmitters Encyclopedia 25 05 2025 tarixinde arxivlesdirilib 1 2 3 Musab b Zubeyr TDV Islam Ansiklopedisi Archived from the original on 2025 03 18 Istifade tarixi 2025 05 25 1 2 مصعب بن الزبير islamweb net Archived from the original on 2024 08 13 Istifade tarixi 2025 05 25 Belazuri Ensab ereb V 337 Buxari Tarixi kebir ereb Sezgin Abu Mihnaf alman Leyden 1971 47 Menbe https az wikipedia org w index php title Musab ibn Zubeyr amp oldid 8155580