Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Muid əhməd əfəndi 1577 25 aprel 1647 Osmanlı dövlət xadimi şair müdərris qazı və şeyxülislam Muid əhməd əfəndi39 Osmanlı

Muid Əhməd Əfəndi

Muid Əhməd Əfəndi
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Muid Əhməd Əfəndi (1577 – 25 aprel 1647) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam.

Muid Əhməd Əfəndi
image
39. Osmanlı şeyxülislamı
image
ƏvvəlkiƏbu Səid Mehmed Əfəndi
SonrakıƏbdürrəhim Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1577
Vəfat tarixi 25 aprel 1647

Həyatı

Doğum yeri haqqında dəqiq məlumat olmasa da, atasının adının Yusif olduğu məlumdur. Təhsil almaq üçün İstanbula gələn Əhməd Əfəndi Xınalızadə Fəhmi Mehmed Əfəndidən dərslər almış, təhsilini bitirdikdən sonra onun köməkçisi kimi xidmət göstərmişdir. Buna görə də tarixi mənbələrdə Muid (yəni köməkçi, yardımçı) Əhməd Əfəndi olaraq qeyd olunur. 1595-ci ilin fevral ayından başlayaraq müxtəlif mədrəsələrdə müdərris kimi fəaliyyət göstərdi. 1612-ci ilin dekabrında Əhməd Paşa, 1614-cü ilin iyununda Mahmud Paşa, 1618-ci ilin dekabr ayında Qəzənfər ağa, 1620-ci ilin martında Sahn-ı Səman, 1622-ci ilin iyun ayında Hasəki sultan, 1623-cü ilin mayında Yavuz Sultan Səlim, 1624-cü ilin aprelində isə Süleymaniyyə mədrəsələrində xidmət göstərmişdir.

Ardından 1626-cı ilin mart ayında Dəməşq qazısı, 1629-cu ilin oktyabr ayında Qahirə qazısı, 1633-cü ilin sentyabr ayında Ədirnə və 1635-ci ilin dekabr ayında İstanbul qazısı təyin olundu. 1637-ci ilin aprel ayında Anadolu başqazısı təyin olunan Əhməd Əfəndi IV Muradın Bağdad səfərinə qatılmaq üzrə hazırlıq görsə də, baş verən bəzi hadisələr səbəbilə bu səfərə qatıla bilmədi. Şeyxülislam Yəhya Əfəndi ilə aralarında yaranan bir məsələyə IV Murad qarışmış, ancaq Əhməd Əfəndi padşahın müsahibi Hüseyn Paşaya sərt cavab verərək geri çevirmişdir. Bunun ardından vəzifəsindən azad edilən Əhməd Əfəndi Belqrada sürgün edildi.

1640-cı ilin martında yenidən Anadolu başqazısı və 1641-ci ilin avqustunda Rumeli başqazısı təyin olundu. 1644-cü ilin may ayında təqaüdə çıxarıldı. Ancaq təqaüdə çıxdığı illərdə baş verən bir hadisə Əhməd Əfəndini şeyxülislamlığa qədər yüksəltdi. Belə ki, hansısa məclisdə Anadolu başqazısının ondan daha yuxarı başda oturmağına əsəbləşən Əhməd Əfəndi əvvəlcə sədrəzəm Sultanzadə Mehmed Paşaya 70 kisə qızıl, Silahdar Yusif Paşaya isə 30 kisə rüşvət verərək şeyxülislam olmağı istəmiş, nəhayət 16 yanvar 1646 tarixində şeyxülislamlığa gətirilmişdir. Ancaq bu vəzifədə çox qalmamış, 1 il 3 ay sonra — 25 aprel 1647-ci ildə vəfat etmişdir.

Mənbə

  1. "Arxivlənmiş surət". 2023-07-29 tarixində . İstifadə tarixi: 2017-05-14.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Muid Ehmed Efendi 1577 25 aprel 1647 Osmanli dovlet xadimi sair muderris qazi ve seyxulislam Muid Ehmed Efendi39 Osmanli seyxulislamiEvvelkiEbu Seid Mehmed EfendiSonrakiEbdurrehim EfendiSexsi melumatlarDogum tarixi 1577Vefat tarixi 25 aprel 1647HeyatiDogum yeri haqqinda deqiq melumat olmasa da atasinin adinin Yusif oldugu melumdur Tehsil almaq ucun Istanbula gelen Ehmed Efendi Xinalizade Fehmi Mehmed Efendiden dersler almis tehsilini bitirdikden sonra onun komekcisi kimi xidmet gostermisdir Buna gore de tarixi menbelerde Muid yeni komekci yardimci Ehmed Efendi olaraq qeyd olunur 1595 ci ilin fevral ayindan baslayaraq muxtelif medreselerde muderris kimi fealiyyet gosterdi 1612 ci ilin dekabrinda Ehmed Pasa 1614 cu ilin iyununda Mahmud Pasa 1618 ci ilin dekabr ayinda Qezenfer aga 1620 ci ilin martinda Sahn i Seman 1622 ci ilin iyun ayinda Haseki sultan 1623 cu ilin mayinda Yavuz Sultan Selim 1624 cu ilin aprelinde ise Suleymaniyye medreselerinde xidmet gostermisdir Ardindan 1626 ci ilin mart ayinda Demesq qazisi 1629 cu ilin oktyabr ayinda Qahire qazisi 1633 cu ilin sentyabr ayinda Edirne ve 1635 ci ilin dekabr ayinda Istanbul qazisi teyin olundu 1637 ci ilin aprel ayinda Anadolu basqazisi teyin olunan Ehmed Efendi IV Muradin Bagdad seferine qatilmaq uzre hazirliq gorse de bas veren bezi hadiseler sebebile bu sefere qatila bilmedi Seyxulislam Yehya Efendi ile aralarinda yaranan bir meseleye IV Murad qarismis ancaq Ehmed Efendi padsahin musahibi Huseyn Pasaya sert cavab vererek geri cevirmisdir Bunun ardindan vezifesinden azad edilen Ehmed Efendi Belqrada surgun edildi 1640 ci ilin martinda yeniden Anadolu basqazisi ve 1641 ci ilin avqustunda Rumeli basqazisi teyin olundu 1644 cu ilin may ayinda teqaude cixarildi Ancaq teqaude cixdigi illerde bas veren bir hadise Ehmed Efendini seyxulislamliga qeder yukseltdi Bele ki hansisa meclisde Anadolu basqazisinin ondan daha yuxari basda oturmagina eseblesen Ehmed Efendi evvelce sedrezem Sultanzade Mehmed Pasaya 70 kise qizil Silahdar Yusif Pasaya ise 30 kise rusvet vererek seyxulislam olmagi istemis nehayet 16 yanvar 1646 tarixinde seyxulislamliga getirilmisdir Ancaq bu vezifede cox qalmamis 1 il 3 ay sonra 25 aprel 1647 ci ilde vefat etmisdir Menbe Arxivlenmis suret 2023 07 29 tarixinde Istifade tarixi 2017 05 14

Nəşr tarixi: İyun 20, 2024, 15:10 pm
Ən çox oxunan
  • Aprel 30, 2025

    Scrotifera

  • Aprel 02, 2025

    Scorpiurus

  • Aprel 28, 2025

    Scilloideae

  • Aprel 22, 2025

    Schrebera

  • May 05, 2025

    Sağınbay İbragimov

Gündəlik
  • Vaşinqton şəhəri

  • Avropa

  • Cəfər Kavian

  • İran Tudə Partiyası

  • Azərbaycan Milli Hökuməti

  • Eleonora Ruzvelt

  • Avstriya

  • Bastiliya qalası

  • 1940

  • 1952

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı