Misterio
Misterio (ing. Mysterio) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında peyda olmuşdur. Misterio adını daşıyan bir neçə şəxs olmuşdur. Bunlardan ən çox tanınanı və ilk Misterio olmuş Kventin Bekdir. Misterio Hörümçək-adamın əzəli düşmənlərindən biridir.
Misterio | |
---|---|
ing. Mysterio | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
|
Yaradıcı(lar) |
|
Xüsusiyyətlər | |
Əsl adı |
|
Cinsiyyəti | kişi[d] |
Növü |
|
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
|
Partnyorları |
|
Düşmənləri | Hörümçək-adam |
Ləqəbləri |
|
Gücləri |
|
Misterio bir çox Hörümçək-adam animasiyasında və video oyununda peyda olmuşdur. 2009-cu ildə IGN Misterionu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 85-ci yerdə göstərmişdir.
Nəşrolunma tarixi
Orijinal Misterio (Kventin Bek) Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında (iyun 1964) görünmüşdür. Daha sonra məlum olmuşdur ki, komiksin 2-ci sayında yadplanetlilər əslində Misterio və onun adamları olmuşdur. Belə ki, Misgərçi onu hərbi sirləri açmaq üçün göndərmişdi.
İkinci Misterio (Daniel Berkhart) Cerri Konvey və Ross Andru tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 171-ci sayında (fevral 1975) görünmüşdür.
Üçüncü Misterio Frensis Klam Kevin Smit və Terri Dodson tərəfindən yaradılmış və ilk dəfə "Spider-Man/Black Cat: The Evil That Men Do" komiksinin 1-ci sayında (avqust 2002) görünmüşdür.
Dördüncü Misterio (Misterion) Kristofen Yost və Devid Lopes tərəfindən yaradılmış və ilk dəfə "Avenging Spider-Man" komiksinin 22-ci sayında (iyun 2013) peyda olmuşdur.
Bioqrafiya
Kventin Bek
Ən tanınmış Misterio olan Kventin Bek xüsusi adını film sənayesində yüksəklərə daşımaq arzusunda olan, Hollivudda əsas studiyaların birində işləyən xüsusi effektlər ustası və dublyordur. Lakin xüsusi effeklər sahəsindəki işi alınmır. Buna görə də aktyor olmağa qərar verir, lakin çox uğur qazana bilir. Tezliklə dərk edir ki, illüziya sənətindəki böyük bacarığı onu effektiv supercinayətkar kimi tanıda bilər.
Hörümçək-adamla ilk döyüşündə Misterio bir soyğun hadisəsini onun üzərinə yıxır, onun hörümçək hislərini qazla deaktiv edir və kimyəvi maddə ilə torunu həll edir. Lakin Hörümçək-adam soyğunun Misterio tərəfindən törədildiyini üzə çıxara bilir və Misterio həbs olunur. Həbs olunan Misterio Hörümçək-adamı karyerasını məhv etməkdə günahlandırır. Qisas almaq üçün Məşum altılığa qatılır, lakin məğlub olur.
Misterio daha sonra psixiatr Doktor Lüdviq Raynhart adlı şəxsiyyət yaradır, texnologiya və hipnozdan istifadə edərək Hörümçək-adamın ağlını itirməsinə və maskasını düşürməsinə çalışır. Lakin Hörümçək-adam Cey Cona Ceymsonun köməyi ilə xilas olur. Hörümçək-adam Misterionun maskasını düşürür. Daha sonra Misterio Sehrbazla əlbir olaraq Hollivudda bir studiyada Hörümçək-adam və Məşəl-adamı öldürməyə cəhd edir, lakin hər ikisi məğlub olur və həbs edilir. Misterio televiziyada şəhəri məhv etməklə təhdid edir və hipnoz və minilunaparkdan istifadə edərək Hörümçək-adamın 150 mm boyunda olduğunu düşünməsini təmin edir. Lakin Hörümçək-adam illüziyanı görür və Misterionu yenə məğlub edir.
Daniel Berkhart
Orijinal Misterio Kventin Bek həbsdə olduğu müddətdə Cey Cona Ceymson Bekin keçmiş partneri olmuş dublyor Daniel Berkhartı pulla tutaraq ondan Hörümçək-adama Misterionun kabusu kimi zülm etməsini istəyir. Hörümçək-adam onu məğlub edəndən sonra Berkhart başa salır ki, Bek "ölümündən" sonra bəzi alətləri ona miras qoyub və qisas almaq fikrindədir. Tezliklə Berkhart həbs olunur, lakin Hörümçək-adama qarşı hərəkətlərinə şahid tapılmır. Berkhart Ceymsondan ona vəkil tutmasını istəyir.
Berkhartın intiharından sonra Misterio adını götürmüş müəmmalı bir şəxs yenilənmiş Məşum altılığa qatılır və tez-tez onun "ölümünə" istinadlar edir. Uzun müddət yeni Misterionun kim olduğu müəmmalı qalır, lakin "Spider-Man: The Mysterio Manifesto" hekayəsində bu müəmmalı şəxsin elə Daniel Berkhart olduğu üzə çıxır.
Frensis Klam
Teleportasiya bacarığına malik olan mutant Frensis Klam böyük qardaşı Qarrison tərəfindən cinsi istismara məruz qalır və güclərindən Qarrisonun illeqal fəaliyyətləri (heroin paylayıcısı) üçün istifadə etməsinə məcbur olur. Qarrison Qara pişiyə heroin verərək onu zorlamağa cəhd edəndə Frensis qardaşını dayandırmağa qərar verir və onu öldürür.
Frensisin qardaşı Qarrisonla olan çirkin münasibətini və onun ölümündəki rolunu öyrənən Qara pişik onu məsul şəxslərə müraciət etməyə razı salır. Lakin Hörümçək-adam Frensisin Qara pişiyi onların söhbət etdikləri körpüdən atmaq istədiyini zənn edib Frensisə hücum edir. Qara pişiyin ona xəyanət etdiyini düşünən Frensis körpüdən aşağı düşür, ağır yaralanır, sol ayağını dizdən aşağı itirir.
Qisas arzusunda olan Frensis Kinqpinə müraciət edir və yenicə ölmüş Misterionun (Kventin Bek) əşyalarını satın alır. Düşünür ki, köhnə düşməninin kostyumu ilə onu məğlub edə bilər. Hörümçək-adam Frensisin əsl məsələsini öyrənəndə artıq gec olur.
Frensisin Hörümçək-adamı öldürmək planı Miss Ox tərəfindən pozulur.
Misterion
Adı məlum olmayan afroamerikalı bir şəxs Misterionun kostyumunu Roderik Kinqslidən satın alır və özünə Misterion adını götürür. Ali Hörümçək-adama (Doktor Osminoq) və Cəzalandırıcıya qarşı döyüşür. Liberti adasına dinozavr robotları ilə hücum edir, lakin Sincab qız və digər superqəhrəmanlar tərəfindən məğlub edilir.
Güclər və bacarıqlar
Orijinal Misterio Kventin Bek heç bir qeyri-insani gücə malik deyil, lakin xüsusi effektlər və illüziya ustası, usta hipnozçu və sehrbaz, həvəskar kimyaçı və robototexnikdir. Bundan əlavə əlbəyaxa döyüşdə də yaxşıdır. Misterionun kostyumunda ona kömək edən çoxlu cihaz var. Onun kaskası üzvi şüşədən hazırlanıb, buna görə də o hər kəsi görə bilsə də, heç kim onun üzünü görə bilməz. Onun kaskası həmçinin onu zəhərli qazlardan qoruyur. Misterio dumanda hərəkət etməsinə kömək edən sonar naviqatora və 3D illüziyalar yaradan holoqrafik projektora malikdir. Çəkmələri maqnit xassəli olduğundan müxtəlif səthlərdə gəzə bilir. Həvəskar kimyaçı olduğu üçün müxtəlif maddələri qarışdıraraq Hörümçək-adamın hörümçək hissini zərərləşdirən, 30 dəqiqəlik iflic yaradan, Hörümçək-adamın torunu həll edən, hallüsinasiya yaradan maddələr hazırlaya bilir. Kostyumunda bunlardan əlavə lazerlər, çiyinlərindəki göz emblemlərində isə qaz püskürdücülər, onu toxunanı vuran elektrik cərəyanı var.
Daniel Berkhartın da kostyumu Kventin Bekin kostyumu ilə eyni xüsusiyyətləri daşıyır.
Üçüncü Misterio Frensis Klam mutant olub başqalarının zehinlərini kontrol etmək, eləcə də, özünü və başqalarını teleportasiya etmək bacarığına da malikdir. Klamın Misterio kostyumu da Kventin Bekin kostyumunun bənzər xüsusiyyətlərini daşıyır. Klamın bir süni ayağı var.
Digər mediada
Televiziya
- Hörümçək-adam
- Hörümçək-adam və onun heyranedici dostları
- Hörümçək-adam
- Valehedici Hörümçək-adam
- Mükəmməl Hörümçək-adam
Film
- Brüs Kempbell Sem Rayminin "Hörümçək-adam" trilogiyasının hər 3 filmində də Kventin Bek kimi kameo etmişdir. Ləğv olunmuş dördüncü Hörümçək-adam filminin ssenaristlərindən olan Cefri Henderson 2016-cı ildə bildirmişdi ki, sonda Brüs Kempbelli Misterio kimi Hörümçək-adamın qarşısına çıxarmaq planları var idi.
- Marvel Kinematoqrafiya Kainatının "Hörümçək-adam: Evdən uzaqda" filmində Misterio rolunu Ceyk Cillenhol canlandırmışdır. Filmdə Misterio "Qisasçılar: Final" filmindəki hadisələrdən sonra paralel dünyadan gələn şəxs kimi təqdim olunmuşdur.
Video oyun
- Questprobe
- The Amazing Spider-Man
- The Amazing Spider-Man 2
- The Amazing Spider-Man vs. The Kingpin
- Spider-Man: Mysterio's Menace
- The Amazing Spider-Man
- Spider-Man: Return of the Sinister Six
- Spider-Man: The Animated Series
- The Amazing Spider-Man: Lethal Foes
- Spider-Man 2: The Sinister Six
- Spider-Man
- Spider-Man 2
- Marvel: Ultimate Alliance
- Spider-Man: Friend or Foe
- Spider-Man: Web of Shadows
- Spider-Man: Shattered Dimensions
- Marvel Super Hero Squad Online
- Lego Marvel Super Heroes
- Disney Infinity: Marvel Super Heroes
- Disney Infinity 3.0
- Marvel: Avengers Alliance 2.
- Lego Marvel Super Heroes 2.
- Marvel: Future Fight
İstinadlar
- Mysterio is number 85 2013-11-03 at the Wayback Machine IGN. Retrieved 10-05-09.
- Manning, Matthew K.; Gilbert, Laura, ed. (2012). "1960s". Spider-Man Chronicle Celebrating 50 Years of Web-Slinging. Dorling Kindersley. səh. 25. ISBN 978-0756692360.
The Amazing Spider-Man #13 saw [Stan] Lee and [Steve] Ditko return to the creation of new super villains. This issue marked the debut of Mysterio, a former special effects expert named Quentin Beck.
([[:Category:|link]])[[Category:]] - Lee, Stan (w), Ditko, Steve (p), Ditko, Steve (i). "The Menace of... Mysterio!" The Amazing Spider-Man 13 (June 1964)
- . IGN. 3 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2014.
- Roger Stern (w), Marie Severin (p), Jim Mooney (i). "Aliens And Illusions!" The Spectacular Spider-Man #51 (January 1981), Marvel Comics
- ↑ Spider-Man/Black Cat: The Evil That Men Do #6
- The Amazing Spider-Man #13
- The Amazing Spider-Man Annual #1
- The Amazing Spider-Man #24
- The Amazing Spider-Man Annual #4
- The Amazing Spider-Man #66-67
- ↑ The Amazing Spider-Man #141-142
- ↑ Spider-Man/Black Cat: The Evil That Men Do #4
- Friendly Neighborhood Spider-Man #11
- Friendly Neighborhood Spider-Man #12
- Ryan North (w), Erica Henderson (p), Erica Henderson (i), Rico Renzi and Erica Henderson (col), VC's Clayton Cowles (let), Wil Moss (ed). The Unbeatable Squirrel Girl #5 (6 May 2015), United States: Marvel Comics
- Amazing Spider-Man #13 (June 1964)
- "Storyboards". Planet Henderson.
- Lussier, Germain. "Spider-Man 4 Storyboards Reveal Iconic Villains and Huge Action That Never Was".
- Kroll, Justin (May 21, 2018). "Jake Gyllenhaal Eyed for Villain Role in 'Spider-Man: Homecoming' Sequel". Variety. İstifadə tarixi: May 21, 2018.
- Harris, Craig (2001-09-27). "Spider-Man: Mysterio's Menace". IGN. İstifadə tarixi: 2014-01-14.
- Lennon, F.J.; Kammer, Jack (1990). "The Amazing Spider-Man Game Manual". Paragon Software Corporation: 5.
- "Behind The Voice Actors - Darran Norris". Behind The Voice Actors.[ölü keçid]
- ↑ "Behind The Voice Actors - James Arnold Taylor". Behind The Voice Actors.
- "Behind The Voice Actors – Robin Atkin Downes". Behind The Voice Actors.
- "Behind The Voice Actors – Greg Baldwin". Behind The Voice Actors.
- "Behind The Voice Actors – David Kaye". Behind The Voice Actors.
- "Behind The Voice Actors – Dave Boat". Behind The Voice Actors.[ölü keçid]
- [1]
- "Spider-Man, Venom and More Added to "Disney Infinity: Marvel Super Heroes"". 10 June 2014.
- Avalanche Software. Disney Infinity 3.0. Səhnə: Closing credits, 5:39 in, Featuring the Voice Talents of.
- . 2016-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- "Characters". IGN Database. İstifadə tarixi: 28 January 2018.
Xarici keçidlər
- Misterio Marvel.com saytında.
- Spiderfan.org saytında profili.
- Spiderfan.org saytında ikinci profili.