Mirzənağılı
Mirzənağılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar inzibati ərazi dairəsində kənd.
Mirzənağılı | |
---|---|
39°24′ şm. e. 47°19′ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 252 nəfər (2009) |
Milli tərkibi | azərbaycanlı |
Dini tərkibi | İslam |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Nəqliyyat kodu | 19 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Mirzənağılı kəndi XVIII əsrin ikinci yarasında salınıb. Kənd əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan оğlu Sarıcalı-Cavanşirə, оnun vəfatından sоnra isə оğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana vergi ödəyən 10 ailə yaşayırdı. Vergi ödəməyənlər: Kasıb 3 tüstü, dul 1 tüstü. 1842-ci ilə bağlı rus qaynağında qeyd оlunur ki, kənd Cəfərqulu xana bağlıdır. Kənd əhli Çaxırlı tоrpağında qışlayır. Dövlət tərəfindən kəndin əhalisi siyahıya alınıb. Həmin siyahıda 14 tüstünün əhalisi göstərilir.
5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Yaxın tarix
1993-cü ilin oktyabr ayında ermənilər kəndi işğal edib və buradakı bütün evlər yandırılaraq dağıdılıb. 1994-cü il yanvarın 5-i Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. 2010-cu ilə qədər Mirzənağılıda 14 ailə yaşayıb. O ailələrdən ilk köçüb gələni Cabir və Tağı olmuşdur. 2-ci kəndə qayıdan Vəliyevlər ailəsi olmuşdur. Həmin vaxtda Vəliyevlər ailəsi düşmən mövqeyinə yaxın sonuncu yaşayış məskəni olmuşdur. 2009-cu ilin noyabrında dövlət xəttiylə kənddəki 75 ev bərpa edilib. Kənd sakinlərinin də yarısı artıq evlərinə qayıdıb. Kənddə evlərin bərpası ilə yanaşı infrastruktur da yenidən qurulur. Artıq qaz çəkilişi yekunlaşıb. İçməli su problemi aradan qaldırılıb. Kəndin yol problemi də aradan qaldırılıb. Hal-hazırda 2021-ci ildə kəndə 51 ailə yaşamaqdadır.
Rəvayətlər
Rəvayətə görə Mirzənağılı kəndində Mirzənağı adlı şəxs yaşayırmış. Kəntdə insanların oxuma-yazma bilmədikləri üçün yazmaq və ya hər hansısa bir yazıyı oxutdurmaq üçün bu insana üz tuturlarmış. Və sonradan kəndə onun adı verilmişdir.
Toponimikası
Mirzanağılı oyk. Füzuli rayonunun Əhmədalılar i.ə.v.-da kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini Mirzənağılı nəslinə mənsub ailələr saldığına görə həmin nəslin adı ilə adlandırılmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 252 nəfər əhali yaşayır. Hazırda 75 evdən ibarət olan kəndin əhalisi 352 nəfərdir.
Tanınmışlar
- Səməd Səmədov — Azərbaycan SSR əməkdar müəllimi, Azərbaycan SSR qabaqcıl maarif xadimi, Böyük Vətən müharibəsi veteranı.
- Qara Səmədov — Böyük Vətən müharibəsi veteranı.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
2012-ci ilin fevralın 15-də Mirzənağılı kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır. Birpilləli sistem olmaqla ümumi uzunluğu 3,5 kilometr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 70 ədəd qaz sayğacı quraşdırılıb. Kəndə təbii qazın verilməsi ilə əlaqədar həmin gün kənddə tədbir keçirilmişdir.
Elə həmin il kəndin içməli su ilə təmin olunması məqsədi ilə artezian quyusu istifadəyə verilmişdir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629