Mişkəmi
Mişkəmi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Keçmiş adı Vərsəmoba olmuşdur.
Mişkəmi | |
---|---|
38°54′ şm. e. 48°41′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 574 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4419 |
Əhalisi
Əhalisi 574 nəfərdir. Mişkəmi kəndinin əhalisi etnik talışlardır.
Toponimiyası
Əvvəlki adı Vərsəhmonoba olmuşdur. Vərsəhmənoba talış, “önü-qabağı sahmanlı yer” deməkdir. Mişkəmi fars dilində işlənən rnişk (bahalı ətir) sözündən yaranmışdır. Yaşlı nəslin fikrincə, İranda bir əttar (ətir hazırlayan) tez-tez bu yerlərə gələr, burada ətriyyat, müşkənbər satmaqla məşğul olarmış. Bu şəxs Miişkəmi adı ilə tanınaraq əhalinin hörmətini qazanır, onun pənah gətirdiyi Vərsehmanoba isə tədricən Mişkəmi adlanmağa başlamışdır. Digər bir məlumata görə Mişkəmi kəndinin adının mənası "mıj" muncuqluq sahə və "kəmi" kənarı kimi komponentlərindən ibarətdir və talış dilindən tərcümədə muncuqlu sahənin kənarı və ya böyrü mənasını verir. Mıj kəmi sözlükləri tədricən bitişik tələffüz olunmuş və müəyyən (j-ş əvəzləməsi) dəyişikliyə uğrayaraq Mışkəmi və Mişkəmi formasında işlənir. Kənd ətrafindakı, yerli sakinlər tərəfindən Mə-hi adlandırılan (sözün mənası muncuq sahəsi deməkdir) yerdə vaxtı ilə duluzçuluğun inkişaf etmiş emalatxanaları olduğunu arxeoloji qazıntılar sübut edir. Həmin ərazidən tapılmış çoxlu sayda muncuqlar bu gün də kənd sakinləri tərəfindən bəzək əşyası olaraq istifadə olunur. Kəndin bu tarixi irsi onu qonuşu kəndlərdən fərqlənən əsas xususiyyətidi. Muncuqlu sahənin kənarında salınmış kənd də adını buradan götürmüşdür.[Mənbə göstərin]
Coğrafiyası və infrastrukturu
Mişkəmi kəndi Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşən Masallı rayonunun cənub-qərb hissəsində, rayon mərkəzindən 18 km məsafədə, yerləşir. Mişkəmi kəndinin iqliminin formalaşmasında Xəzər dənizinin və Talış dağlarının böyük rolu vardır. Mişkəmi kəndi kənd ərazisindən keçən yeraltı və yerüstü sularla zəngindir. Kənddə Lənkəran ovalığına xas olan rütubətli subtropik iqlim hakimdir. Sarı torpaqlar çoxluq təşkil edir. Torpaqlar çayçılıq, faraş tərəvəzçilik üçün əlverişlidir. Kənd rekrasiya ehtiyyatlıdır. Talış dağlarının Burovar silsiləsinin şərq yamacında, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığı Azərbaycan Respublikasının cənub şərqində Talış dağları ilə Qızılağac körfəzi arasında yerləşir. Lənkəran ovalığının cənubda eni 5-6 km, şimalda isə 15-30 km-dir. Ovalıqda Astara, Lənkəran, Masallı rayonları və Qızılağac dövlət təbiət qoruğu yerləşir. İqlimi subtropikdir, illik yağıntıların miqdarı 1400—1700 mm-dir. Lənkəran ovalığında salınmış digər yaşayış məskənlərində olduğu kimi bu kənd də ilkin olaraq yerləşdiyi təpənin cənub yamacında salınmışdır. Belə ki, bu cür sığınma, evlərin qışda şimal küləyindən qorunmasını təmin edirdi. Yayda isə Lənkəran ovalığı üçün xarakterik olan cənub və şərq küləyi evlərin sərin saxlanmasını şərtləndirirdi. Kəndin Cəvdobə, Toyrobə, Hilolobə, Xonsobə,Zoydobə, Əsədobə, Ğofərobə, Şukrobə, Tojəmələ kimi məhəllələri var. Qonşu kəndləri isə Hişkədərə, Miyankü, Kübin, Tiyaqani, Tüklədir.[Mənbə göstərin]
Tarixi
Qeyd edək ki, Mişkəmi kəndi yerləşdiyi coğrafi mövqe baxımından Lənkəran ovalığında olmaqla təpəlik ərazidə yerləşir. Kəndin yerləşdiyi torpaq mümbüt olmaqla əkinçilik, maldarlıq, və balıqçılıq üçün əlverişlidir. Kəndin ərazisində beş xırda çay , və bu çaylar üzərində qurulan on üç su bəndi var. Tarixən kəndin potensiallarından geniş istifadə olunmuşdur. XX əsrdə kənd təsərrüfatında bağçılıq, çəltikçilik, çayçılıq, maldarlıq xüsusi ilə inkişaf etmişdir. Mişkəmi kəndinin yerləşdiyi ərazi, malik olduğu coğrafi üstünlükləri və maddi potensialıyla qədim zamanlardan özünü sakinli torpaqlar sırasına sala bilmişdir. Kənd ərazisində Neolit dövründən günümüzə qədər müəyyən fasilələr olmuşsa da belə (Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar həmin ərazilər tarixin müəyyən dövürlərində əsas etibarıyla su altında qalmışdır) yaşayış olmuşdur. Kəndin yerləşdiyi ərazi arxeoloji qazıntılarla zəngindir. Bu kənd Makedonialı İskəndərin Şərq yürüşünə şahidlik edərək, Sasanilər dövrünün süqutuna qədər müəyyən inkişaf dövrü keçmişdir. Bunu həmin dövürlərə aid arxeoloji qazıntılar zamanı aşkar olunmuş çoxlu sayda zərb pullar da sübut edir. Kəndin kənarında yerləşən, yerli sakinlər tərəfindən Mə-hi adlandırılan (sözün mənası muncuq sahəsi deməkdir) yerdə vaxtı ilə duluzçuluğ üzrə inkişaf etmiş emalatxanaların olduğunun bu gün də şahidi olmaq o qədər də çətin deyil. Və ən maraqlı olanı odur ki, həmin ərazidə xüsusi olaraq muncuq istehsal edən böyük emalatxananın bir vaxtlar mövcudluğu, bu yerdə bəzək əşyalarının hazırlanması və puldan istifadə, Mişkəmi kəndinə bitişik olan kəndlərin ərazilərindəki tunc dövrünə aid Qazaxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanlari həmin ərazidə və ya ona yaxın yerdə hansısa şəhər mədəniyyətindən xəbər verir. Müasir dövrümüzə həmin abidələrdən heç biri (torpağın altındakı qalıqları çıxmaq şərti ilə) qalmamışdır. Görünən odur ki, Ərəb istilasından sorakı ilk yüzilliklərə aid dövürdə bu ərazilərdə həyat zəifləmiş və İslamdan öncəki dövürə xas olan mədəniyyət qalıqları ya ərəblər tərəfindən ya da islamlaşmış yerli əhali tərəfindən məhf edilmişdir. Bildiyimiz kimi islamdan öncəki dövrlərdə memarlıqda və duluzçuluq məmulatlarının hazırlanmasında müxtəlif canlıların təsvirlərinin əks olunmasından və ya zərdüştiliyə məxsus simvollardan istifadə olunması səbəbi sonradan nəyinki Azərbaycan ərazisində o, cümədən Yaxın Şərqin bir sıra ölkələrində kütəvi dağıntılara səbəb olmuşdur. Talışların əcadadları kadusilər (Καδούσιοι) — tarixən Atropatena və Qafaqaz Albaniyası ərazisində yaşamış irandilli etnos hesab olunur. Kadusilər haqqında ilk dəfə Herodot məlumat vermişdir. Sonrakı antik müəlliflər də kadusilər haqqında məlumat verirlər və onları dağ yerlərində yaşayan və çox döyüşkən olduqlarını qeyd edirlər. Strabon kadusilərin dəniz kənarında yaşadığını yazır. O, kadusilərin ərazisinin Xəzər (Kaspi) dənizinin sahili boyu 500 stadij təxminən 190 km uzunluqda olduğunu göstərir. Azərbaycanın hər iki hissəsində baş vermiş tarixi proseslərdə fəal iştirak etmiş talışlar Azərbaycan xalqının milli mədəniyyətinin formalaşmasında müəyyən rol oynamışlar. Onlar döyüşə 35 min piyada 8 min atlı olmaqla ümumilikdə 43 min döyüşçü çıxara bilirdilər. Kadusilər Əhəmənilər tərəfdən Makedoniyalı İskəndərə qarşı e.ə. 331-ci ildə Qavqamela (Cancal) döyüşündə iştirak etmişlər. Kadusi sözünün talışca mənası belədir: "Kə"-ev, "düst"-dost, yəni ev dostu.[Mənbə göstərin]
Dili
Kənd sakinləri ünsiyyət vasitəsi olaraq ana dilləri olan talış dili ilə yanaşı azərbaycan dilindən də geniş istifadə edirlər. Talış dili (tolışə zıvon) flektiv dildir. Talış dilinin daxil olduğu Kaspi dil qrupu, Hind-İran qrupunda İran dil qrupuna daxil olan şimal-qərbi İran dili yarımqrupunun qoludur. Kaspi dil qrupuna aid olan gilan dili, mazandaran dili, simnan dilləri bu dilə ən yaxın olan dillərdən hesab olunur. Hind-Avropa mənşəli bu dil eyni dil ailəsinə daxil olan fars, zaza, dəri, bəluc, tat, kürd, osetin, tacik, puştu, pamir dilləri və s. dillərə daha yaxındır. German, kelt, latın, slavyan, baltik və s. dillər ilə uzaq qohumdur. Ölü dillər sırasında olan Avesta dili, sanskrit dili, sogd dili və latın dili də Hind-Avropa dil ailəsinə daxildir.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.