Wikipedia
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Marsan | |
---|---|
41°25′45″ şm. e. 46°45′21″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 215 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 770 (2012) nəfər |
Tarixi
Marsan kəndi Turaclı və Çüdüllü kəndləri ilə birlikdə Turaclı kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Turaclı bələdiyyəsi tərəfindən idarə edilir.
Toponimikası
Marsan oyk., mür. Qax r-nunun Turaclı i.ə.v.-də kənd. Qapıçaym sahilində, Alazan- Əyriçay çökəkliyindədir. XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Zələpaşa, Şudulu və Mar¬san) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın (“yer”, “ölkə”, “sıra dağlar” mənalarında) sözlərindən ibarət olub, “təpəlik”, “təpəli yer” mənasındadır.
Əhalisi
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azerbaycanlidan ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı.
- 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı.
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır.
Din
Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyəti
İstinadlar
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 155
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu[ölü keçid]
- Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (azərb.)