Macarıstan milli basketbol komandası
Macarıstan milli basketbol komandası - beynəlxalq basketbol yarışlarında Macarıstanı təmsil edir.
Tarixi
Macarıstan Basketbol Federasiyası — 1935-ci ildən FİBA-nın üzvüdür.. İkinci Dünya Müharibəsinədək Macarıstan yığması basketbol üzrə Avropa çempionatında iki dəfə çıxış etmişdir; 1935-ci il çempionatında macarlar basketbol üzrə kişilərdən ibarət Rumıniya yığma komandasına 24:17 hesabı ilə qalib gələrək 9-cu yeri tutmuşdur., 1939-cu ildə basketbol üzrə Avropa çempionatında isə Finlandiyanın kişilərdən ibarət yığma komandasina 43:16 hesabı ilə qalib gələrək 7-ci yeri tutmuşdur1940-cı illərin ortalarından 1960-cı illərin ortalarınadək olan dövr Macarıstanın basketbol yığması üçün ən uğurlu dövr olmuşdur. 1946-cı ildə müharibədən sonra keçirilən basketbol üzrə ilk Avropa çempionatında Macarıstan yığması III yeri tutmuşdur , 1953-cü ildə Moskvada keçirilən Avropa çempionatında isə macarlar II pilləyə yüksəlmişlər, Macarıstan yığması 1955-ci ildə evdə, Budapeştdə keçirilən turnirdə Avropa çempionu olmuşdur. "Ferens Puşkaş" stadionunda 45 min tamaşaçının iştirakı ilə keçirilən həlledici oyunda ev sahibləri SSRİ yığma komandasına 82:68 hesabı ilə qalib gəlmişlər.
Sonrakı illərdə Macarıstan yığması mükafatçılar sırasında olmasa da, 3 dəfə: 1957, 1959 və 1963-cü illərdə qitə dördüncüsü olmuşlar. Bundan sonra tənəzzül dövrünə qədəm qoyan Macarıstan yığması yalnız 1969-cu ildə basketbol üzrə Avropa çempionatında 8-ci yeri tuta bilmişdir. Macarıstan yığması Avropa çempionatında yalnız 30 il sonra fərqlənmişlər, macarlar 1999-cu ildə keçirilən çempionatda qrup mərhələsindən çıxa bilməsələr də, yekun sıralamada 14-cü yeri tutmağa müvəffəq olmuşdur.
Macarıstan yığması Olimpiya oyunlarında basketbol üzrə turnirdə yalnız dörd dəfə iştirak etmək hüququ qazanmışdır. Macarların Olimpiya oyunlarında qazandıqları ən yaxşı nəticə 1960-cı ildə Romada keçirilən yay Olimpiya oyunlarında əldə etdikləri 9-cu yerdir.
Macarıstan yığması Basketbol üzrə dünya çempionatlarında bir dəfə də olsun iştirak etməmişdir.
Uğurları
İstinadlar
- Баскетбол: Справочник, 1983, səh.29
- "European Championship 1935" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "European Championship 1939" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "European Championship 1946" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "European Championship 1953" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "European Championship 1955" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "European Championship 1955 (Final Stage)" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "Eurobasket: Global Ranking" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "European Championship 1969" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "European Championship for Men 1999" (ingilis). FIBA Europe. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "Olympic Tournament 1936" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.
- "Olympic Tournament: Global Ranking" (ingilis). Linguasport: Sport History and Statistics. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-25.