MGP (M Group Production)
Növü | prodüser mərkəzi |
Yaradılıb | 7 fevral, 2003 |
Təsisçi | Murad Dadaşov |
Sahə | media |
Məhsul | müxtəlif xarakterli layihələr |
MGP (M Group Production) — prodüser mərkəzi, 7 fevral 2003-cü ildə teleprodüser Murad Dadaşov tərəfindən yaradılıb. Azərbaycanın ən böyük və məhsuldar prodüser mərkəzlərindən biridir.
Şirkət haqqında
Ölkə teleməkanında ən uğurlu layihələr məhz MGP (M Group Production) nin adıyla bağlıdır. MGP (M Group Production) nin ilk layihəsi «Mərc şou» 2003-2005-ci illərdə Lider Televiziyasında yayımlanıb. Verilişin müəllifi və aparıcısı Murad Dadaşov olub. «Mərc şou» mərc oyunları üzərində qurulmuş layihədir. Şouda yaşından asılı olmayaraq hər bir vətəndaş iştirak edə bilərdi. Bura əsil yarış, macəra meydanı idi. Canlı musiqi, mərc, həyəcan, iradə və fiziki güc nümayişi — bunlar hamısı layihənin mərkəzində dayanırdı. «Mərc şou» həm yaradıcı, həm texniki baxımdan iri miqyaslı bir layihə idi. Burada təcrübəli, peşəkar komanda çalışırdı. Eyni zamanda şou yüksək reytinq göstəricisi, pavilyon tərtibatı, dekorasiya, texniki təchizat baxımından yerli teleməkana ilk imza atan layihə oldu.
«Maşın» realiti şousu MGP (M Group Production) nin ən yaddaqalan layihəsidir. 2005-ci ilin oktyabrında ilk efir həyəcanını yaşayan realiti şou bu günə qədər ən baxımlı veriliş statusunu saxlayıb. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (bir buraxılış) və son olaraq ANS telekanalında (bir buraxılış) yayımlanıb. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. Layihə hələ də aktualdır və davam edir. «Maşın» realiti şousunun müəllif və aparıcısı Murad Dadaşovdur.
“Maşın” realiti şousunun xronologiyası :
Adi | Qalib | Efir tarixi | Telekanal |
---|---|---|---|
Maşın 1: Birinci sürət | Malik Eyvazov | oktyabr 2005 | Lider TV |
Maşın 2 : İkinci sürət | Gülya Əliyeva | dekabr 2005 | Lider TV |
Maşın 3: Üçüncü sürət | Adil Qəhrəmanov | mart 2006 | Lider TV |
Maşın 4 : Dördüncü sürət | Rafael İsgəndərov | may 2006 | Lider TV |
Maşın 5: Payız əfsanəsi | Turan İbrahimov | oktyabr 2006 | Lider TV |
Maşın 6 : Korrida | Ülvi Cəfərov | mart 2007 | Lider TV |
Maşın 7 : 007 | Murad Arif | may 2007 | Lider TV |
Maşın 8 : Dəhşət | Könül Kərimova | yanvar-fevral 2008 | Lider TV |
Maşın 9 : Qızıl həyəcanı | Əlikram Bayramov | sentyabr 2009 | Lider TV |
Maşın 10 : Transformer | Sadıx Mustafayev | may 2010 | Lider TV |
Maşın 11: Revanş | Müşfiq Şahverdiyev | dekabr 2011 | Lider TV |
Maşın 12 : Möhtəşəm | DJ Çina | dekabr 2013 | ATV |
Maşın 13 : Daha bir nağıl | Xatirə İslam | may 2015 | ANS TV |
Maşın 14: Qarşıdurma | İslam Mehrəliyev | may-iyun 2017 | ATV |
Maşın 15: XANIMLAR VS CƏNABLAR | Talıb Tale | oktyabr 2017 | ATV |
Maşın 16: XANIMLAR VS CƏNABLAR 2 | Roza Zərgərli | may-iyun 2018 | ATV |
Maşın 17: Hind Kinosu | Xəyalə Quliyeva | dekabr 2018 | ATV |
Maşın 18: Maskarad | Suna Kasımoğlu | oktyabr 2019 | ATV |
MGP (M Group Production) nin növbəti layihəsi «Bu da bu» satirik xarakterlidir. Layihə 2011-2014-cü illərdə ANS telekanalında həftəlik yayımlanıb. Veriliş əsasən iki qəhrəman üzərində qurulub. Onlar müxtəlif obrazlar yaradaraq, ictimai həyatda baş verən hadisələri satira dili ilə təqdim ediblər. Əsas rolları tanınmış aktyorlar Müşfiq Şahverdiyev və İlkin Misgərli ifa edib.
MGP (M Group Production) televiziya sahəsində fəaliyyətindən başqa ölkənin ictimai - mədəni həyatında baş verən əlamətdar hadisələr və tədbirlərin keçirilməsində yaxından iştirak edir. 2005-cı ildə Kiyevdə keçirilən 50-ci «Eurovision» mahnı müsabiqəsində Azərbaycanın adından ilk dəfə məhz MGP (M Group Production) nin jurnalist heyəti iştirak edib.
Eyni zamanda şirkət korporativ, fərdi və reklam xarakterli tədbirlərin təşkilini həyata keçirir.
Mükafatlar
2005-ci il «İntellekt» İlin layihəsi mükafatı: «Maşın» realiti şousu — «Mədəniyyət» nominasiyası.
2005-ci il «Qrand» Müstəqil Milli İctimai Mükafatı: «Mərc şou» — «İlin ən yaxşı musiqili-əyləncəli verilişi» nominasiyası.
2006-cı il «Qrand» Müstəqil Milli İctimai Mükafatı: «Maşın» realiti şousu — «İlin ən yaxşı televiziya layihəsi» nominasiyası.