Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Loqoterapiya q yun λόγος məna səbəb varlığın mənasının axtarışına əsaslanan ekzistensial psixoterapiya növlərindən biri

Loqoterapiya

Loqoterapiya
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Loqoterapiya (q.yun. λόγος - məna, səbəb) — varlığın mənasının axtarışına əsaslanan ekzistensial psixoterapiya növlərindən biri. XX əsrin ortalarında Viktor Frankl tərəfindən işlənib hazırlanmışdır və onun işini avstriyalı psixoterapevt Elizabet Lukas davam etdirir.

Əsas anlayışlar

Franklın fikrincə, loqoterapiya üç həyati konsepsiyaya əsaslanır: azad iradə, məna iradəsi və həyatın mənası. Loqoterapiya konsepsiyası bildirir ki, insan davranışının hərəkətverici qüvvəsi xarici aləmdə mövcud olan həyatın mənasını tapmaq və reallaşdırmaq istəyidir. Franklın fikrincə, əsas insan xüsusiyyətlərindən biri məna iradəsidir ki, bu da Franklın Adlerdəki üstünlüyə meyil,natamamlıq kompleksini kompensasiya etməyə yönəlmiş özünü təsdiqetmə və Freydin həzz prinsipi ilə ziddiyyət təşkil edir. Frankl hesab edirdi ki, mənaya canatma — insanlarda fundamental motivasiya qüvvəsidir və insanların ehtiyac duyduğu kimi, gərginlikdən azad bir vəziyyət deyil, onlara layiq olan hansısa mənanın intensiv axtarışıdır. Mənaya canatma olmadıqda apatiya və darıxma hissi yaranır.

Franklın fikrincə, insanın mənaya meyli pozulduqda, ekzistensialist filosofların yazdığı ekzistensial vakuum vəziyyəti yaranır. Ekzistensial vakuum, loqoterapiyaya görə, noogen nevrozlara (məna istəyinin itirilməsi nəticəsində yaranan nevroz), klinik simptomlara səbəb ola bilər.

1950-1960-cı illərdə Frankl həyatın mənasının itməsinin geniş şəkildə yayıldığını qeyd etdi. Onun göstərdiyi statistikaya görə, bu səbəbdən depressiya, narkomaniya, alkoqolizm halları artır, aqressiya çoxalır. Aqressiyanın basdırılmış seksual instinktlərdən qaynaqlandığını hesab edən Freyddən fərqli olaraq, Frankl həyatın mənasının olmamasını aqressiyanın mühüm səbəbi hesab edirdi. Onun fikrincə, alkoqoliklər və narkomanlar həyatı heç bir mənası olmayan və ya onu itirmiş, ekzistensial vakuum, daxili boşluq, varlığın mənasızlığını yaşayan insanlardır.

Franklın nöqteyi-nəzərindən məna sırf subyektiv bir şey deyil - yəni insan onu özü icad etmir, onu ətrafındakı dünyada tapır. Frankl insanın öz həyatını mənalı edə biləcəyinin üç yolunu sadalayır:

  • aparıcı rolun yaradıcılıq və əməyə verildiyi fəaliyyətlər (məqsədsiz olmayan, cəmiyyətin həyatına töhfə fəaliyyətlər);
  • bizə incəsənət əsərlərini, təbiəti düşünməyə, sevgihisslərini yaşamağa imkan verən yaşantılar;
  • insanın başına gələn bəlada, çəkdiyi iztirablarda və sıxıntılarda məna axtarması.

Frankl vurğulayır ki, üçüncü yol - əzablarda məna tapmaq yolu - yalnız ilk ikisi mümkün olmadıqda istifadə edilməlidir. Frankl üçüncü yolu Holokost zamanı konslagerdə olarkən özü üçün kəşf etmişdi və bu yol ona dəhşətli işgəncələrə dözməyə kömək etmişdi. Frankl kitabında əzabın mənasını tapmaq üçün belə bir nümunə verir:

Bir gün yaşlı bir həkim ağır depressiyaya düşdüyü üçün mənə müraciət etdi. İki il əvvəl dünyasını dəyişən və dünyada hər şeydən çox sevdiyi həyat yoldaşının itkisinə dözə bilmirdi. Mən ona necə kömək edə bilərdim? Ona nə deməliyəm? Mən heç nə demədim, əksinə sual verdim: “Doktor, əgər birinci siz ölsəniz və arvadınız sizsiz yaşasaydı, nə olardı?” O, cavab verdi: “Oh, bu onun üçün dəhşətli olardı. O, necə əzablar çəkərdi!” Bundan sonra dedim: “Görürsüz, doktor, indi o əziyyət çəkmir. Yaşamaqla onu əzabdan xilas edən də sizsiz. Amma onu əzabdan xilas edərək bunun əvəzini öz əzab-əziyyətinizlə, onsuz yaşayıb, yas tutmaqla ödəyirsiz”. Həkim bir söz demədi, əlimi sıxdı və sakitcə kabineti tərk etdi.

Loqoterapiya metodları

Loqoanaliz

Loqoterapiyada pasientin həyatını və dəyərlərini öyrənmək üçün loqoanaliz metodu işlənib hazırlanmışdır. Viktor Franklın tələbələrindən biri olan amerikalı Ceyms Krambo (ing. James C. Crumbaugh) tərəfindən hazırlanmışdır. Metod, Krambonun dediyi kimi, pasientin həyatını ətraflı şəkildə inventarlaşdırmağa imkan verir. Loqoanaliz iki əsas texnikadan istifadə edir: şüur sahəsinin genişləndirilməsi və yaradıcı təxəyyülün stimullaşdırılması.

Paradoksal niyyət

Fobiyaların və obsessiv-kompulsiv pozuntunun müalicəsi üçün Frankl paradoksal niyyətlər metodunu təklif etmişdir. Bu texnika çərçivəsində, məsələn, müəyyən bir fobiyası olan pasientə ən çox qorxduğu şeyi arzulamaq kimi paradoksal cəhd təklif olunur. Bu, pasientin çox qorxduğu bir obyekt, hərəkət və ya situasiya ola bilər.

Derefleksiya

Bu metodun məqsədi həddən artıq olan introspeksiyaya obsessiv meyli aradan qaldırmaqdır. Bir insana diqqəti özündən ətrafdakı dünyada təcəssüm etdirə biləcəyi mənalara və dəyərlərə keçməsi tövsiyə olunur. Frankl özü derefleksiyanı belə təsvir etmişdir:

Diqqətdən yayınma yolu ilə pasient öz nevrozuna məhəl qoymur, diqqətini kənar bir şeyə yönəldir. O, diqqətini şəxsi qabiliyyətləri ilə birbaşa əlaqəli olan potensial məna və dəyərlərlə dolu həyata yönəldir.

Qeydlər

  1. Франкл, 2022
  2. Адлер, Альфред. Наука жить. Бестселлеры психологии. : Port-Royal. 1997. ISBN .
  3. Frankl, Viktor. Man's Search for Meaning. [ing.]. 2006. ISBN .
  4. "Владимир Леви, «Куда жить», с. 4". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  5. "Виктор Франкл. Парадоксальная интенция: логотерапевтическая техника. Выступление перед Американской ассоциацией развития психотерапии. — Нью-Йорк, 26 февраля 1960 г". 2014-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-07.

Həmçinin bax

  • Həyatın mənası
  • Ekzistensializm
  • İnsanın məna axtarışı

Ədəbiyyat

  • Франкл В. Теория и терапия неврозов // Человек в поисках смысла / Виктор Франкл. — М. : Прогресс, 1990. — Часть III : Основы логотерапии.
  • Виктор Франкл. Подсознательный бог. Психотерапия и религия = Viktor E. Frankl. Der unbewußte Gott. Psychotherapie und Religion. — М.: Альпина нон-фикшн, 2022. — 218 с. — ISBN 978-5-00139-517-1.
  • Романин А. Н. Основы психотерапии. — М.: КНОРУС, 2006. — 469 с.
  • Виктор Франкл. Воля к смыслу = Viktor E. Frankl. Will to Meaning: Foundations and Applications of Logotherapy. — Альпина Нон-фикшн, 2018. — 228 p. — ISBN 978-5-91671-848-5.
  • Представление о человеке в логотерапии Виктора Франкля. Краткий курс = Representation of a Human in the Logotherapy of Victor Frankl. Short course: study guide. — Русская Ассоциация Логотерапии и ЭкзАнализа (RALE, РАЛЭ), 2020. — 150 с. — ISBN 978-5-6044623-1-7.

Xarici keçidlər

  • Vyana Universiteti, V. Frankl adına Loqoterapiya İnstitutu (ing.) (alm.)
  • Viktor Frankl haqqında
  • "Viktor Franklın loqoterapiyası: psixoterapiya həyatın mənasını tapmağa necə kömək edir?"

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Loqoterapiya q yun logos mena sebeb varligin menasinin axtarisina esaslanan ekzistensial psixoterapiya novlerinden biri XX esrin ortalarinda Viktor Frankl terefinden islenib hazirlanmisdir 1 ve onun isini avstriyali psixoterapevt Elizabet Lukas davam etdirir Mundericat 1 Esas anlayislar 2 Loqoterapiya metodlari 2 1 Loqoanaliz 2 2 Paradoksal niyyet 2 3 Derefleksiya 3 Qeydler 4 Hemcinin bax 5 Edebiyyat 6 Xarici kecidlerEsas anlayislarredakteFranklin fikrince loqoterapiya uc heyati konsepsiyaya esaslanir azad irade mena iradesi ve heyatin menasi Loqoterapiya konsepsiyasi bildirir ki insan davranisinin hereketverici quvvesi xarici alemde movcud olan heyatin menasini tapmaq ve reallasdirmaq isteyidir Franklin fikrince esas insan xususiyyetlerinden biri mena iradesidir ki bu da Franklin Adlerdeki ustunluye meyil 2 natamamliq kompleksini kompensasiya etmeye yonelmis ozunu tesdiqetme ve Freydin hezz prinsipi ile ziddiyyet teskil edir Frankl hesab edirdi ki menaya canatma insanlarda fundamental motivasiya quvvesidir ve insanlarin ehtiyac duydugu kimi gerginlikden azad bir veziyyet deyil onlara layiq olan hansisa menanin intensiv axtarisidir Menaya canatma olmadiqda apatiya ve darixma hissi yaranir Franklin fikrince insanin menaya meyli pozulduqda ekzistensialist filosoflarin yazdigi ekzistensial vakuum veziyyeti yaranir Ekzistensial vakuum loqoterapiyaya gore noogen nevrozlara mena isteyinin itirilmesi neticesinde yaranan nevroz klinik simptomlara sebeb ola biler 1950 1960 ci illerde Frankl heyatin menasinin itmesinin genis sekilde yayildigini qeyd etdi Onun gosterdiyi statistikaya gore bu sebebden depressiya narkomaniya alkoqolizm hallari artir aqressiya coxalir Aqressiyanin basdirilmis seksual instinktlerden qaynaqlandigini hesab eden Freydden ferqli olaraq Frankl heyatin menasinin olmamasini aqressiyanin muhum sebebi hesab edirdi Onun fikrince alkoqolikler ve narkomanlar heyati hec bir menasi olmayan ve ya onu itirmis ekzistensial vakuum daxili bosluq varligin menasizligini yasayan insanlardir Franklin noqteyi nezerinden mena sirf subyektiv bir sey deyil yeni insan onu ozu icad etmir onu etrafindaki dunyada tapir Frankl insanin oz heyatini menali ede bileceyinin uc yolunu sadalayir 3 aparici rolun yaradiciliq ve emeye verildiyi fealiyyetler meqsedsiz olmayan cemiyyetin heyatina tohfe fealiyyetler bize incesenet eserlerini tebieti dusunmeye sevgihisslerini yasamaga imkan veren yasantilar insanin basina gelen belada cekdiyi iztirablarda ve sixintilarda mena axtarmasi Frankl vurgulayir ki ucuncu yol ezablarda mena tapmaq yolu yalniz ilk ikisi mumkun olmadiqda istifade edilmelidir Frankl ucuncu yolu Holokost zamani konslagerde olarken ozu ucun kesf etmisdi ve bu yol ona dehsetli isgencelere dozmeye komek etmisdi Frankl kitabinda ezabin menasini tapmaq ucun bele bir numune verir Bir gun yasli bir hekim agir depressiyaya dusduyu ucun mene muraciet etdi Iki il evvel dunyasini deyisen ve dunyada her seyden cox sevdiyi heyat yoldasinin itkisine doze bilmirdi Men ona nece komek ede bilerdim Ona ne demeliyem Men hec ne demedim eksine sual verdim Doktor eger birinci siz olseniz ve arvadiniz sizsiz yasasaydi ne olardi O cavab verdi Oh bu onun ucun dehsetli olardi O nece ezablar cekerdi Bundan sonra dedim Gorursuz doktor indi o eziyyet cekmir Yasamaqla onu ezabdan xilas eden de sizsiz Amma onu ezabdan xilas ederek bunun evezini oz ezab eziyyetinizle onsuz yasayib yas tutmaqla odeyirsiz Hekim bir soz demedi elimi sixdi ve sakitce kabineti terk etdi 3 Loqoterapiya metodlariredakteLoqoanalizredakte Loqoterapiyada pasientin heyatini ve deyerlerini oyrenmek ucun loqoanaliz metodu islenib hazirlanmisdir Viktor Franklin telebelerinden biri olan amerikali Ceyms Krambo ing James C Crumbaugh terefinden hazirlanmisdir Metod Krambonun dediyi kimi pasientin heyatini etrafli sekilde inventarlasdirmaga imkan verir Loqoanaliz iki esas texnikadan istifade edir suur sahesinin genislendirilmesi ve yaradici texeyyulun stimullasdirilmasi Paradoksal niyyetredakte Fobiyalarin ve obsessiv kompulsiv pozuntunun mualicesi ucun Frankl paradoksal niyyetler metodunu teklif etmisdir 4 Bu texnika cercivesinde meselen mueyyen bir fobiyasi olan pasiente en cox qorxdugu seyi arzulamaq kimi paradoksal cehd teklif olunur Bu pasientin cox qorxdugu bir obyekt hereket ve ya situasiya ola biler Derefleksiyaredakte Bu metodun meqsedi hedden artiq olan introspeksiyaya obsessiv meyli aradan qaldirmaqdir Bir insana diqqeti ozunden etrafdaki dunyada tecessum etdire bileceyi menalara ve deyerlere kecmesi tovsiye olunur Frankl ozu derefleksiyani bele tesvir etmisdir Diqqetden yayinma yolu ile pasient oz nevrozuna mehel qoymur diqqetini kenar bir seye yoneldir O diqqetini sexsi qabiliyyetleri ile birbasa elaqeli olan potensial mena ve deyerlerle dolu heyata yoneldir 5 Qeydlerredakte Frankl 2022 Adler Alfred Nauka zhit Bestsellery psihologii K Port Royal 1997 ISBN 966 7068 01 3 1 2 Frankl Viktor Man s Search for Meaning Beacon Press ing 2006 ISBN 978 0 8070 1427 1 Vladimir Levi Kuda zhit s 4 2016 03 04 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 06 28 Viktor Frankl Paradoksalnaya intenciya logoterapevticheskaya tehnika Vystuplenie pered Amerikanskoj associaciej razvitiya psihoterapii Nyu Jork 26 fevralya 1960 g 2014 03 06 tarixinde arxivlesdirilib Istifade tarixi 2013 07 07 Hemcinin baxredakteHeyatin menasi Ekzistensializm Insanin mena axtarisiEdebiyyatredakteFrankl V Teoriya i terapiya nevrozov Chelovek v poiskah smysla Viktor Frankl M Progress 1990 Chast III Osnovy logoterapii Viktor Frankl Podsoznatelnyj bog Psihoterapiya i religiya Viktor E Frankl Der unbewusste Gott Psychotherapie und Religion M Alpina non fikshn 2022 218 s ISBN 978 5 00139 517 1 Romanin A N Osnovy psihoterapii M KNORUS 2006 469 s Viktor Frankl Volya k smyslu Viktor E Frankl Will to Meaning Foundations and Applications of Logotherapy Alpina Non fikshn 2018 228 p ISBN 978 5 91671 848 5 Predstavlenie o cheloveke v logoterapii Viktora Franklya Kratkij kurs Representation of a Human in the Logotherapy of Victor Frankl Short course study guide Russkaya Associaciya Logoterapii i EkzAnaliza RALE RALE 2020 150 s ISBN 978 5 6044623 1 7 Xarici kecidlerredakteVyana Universiteti V Frankl adina Loqoterapiya Institutu ing alm Viktor Frankl haqqinda Viktor Franklin loqoterapiyasi psixoterapiya heyatin menasini tapmaga nece komek edir Menbe https az wikipedia org w index php title Loqoterapiya amp oldid 8257172

Nəşr tarixi: Avqust 12, 2025, 20:37 pm
Ən çox oxunan
  • Avqust 06, 2025

    Chthonius azerbaidzhanus

  • Avqust 06, 2025

    Chthoniidae

  • İyul 15, 2025

    Cessna 172S

  • İyul 28, 2025

    Ceyms Matisoff

  • Avqust 02, 2025

    Camalpur

Gündəlik
  • Azərbaycan dili

  • Rusiya

  • Çin Xalq Respublikası

  • Neyera (hetera)

  • Qədim Afina

  • Yekaterinburq

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • Eldar Şengelaya

  • Aleksandr Mitta

  • Zeynal Cabbarzadə

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı