fbpx
Wikipedia

Konstantin Uşinski

Konstantin Dmitriyeviç Uşinski (rus. Константи́н Дми́триевич Уши́нский, d.2 mart, 1824, Tula - ö.3 yanvar, 1871, Odessa) — Ukraynarus pedaqoqu.

Konstantin Uşinski
Doğum tarixi 19 fevral (3 mart) 1823
Doğum yeri
Vəfat tarixi 22 dekabr 1870 (3 yanvar 1871) (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xəstəliyi[d]
Dəfn yeri
  • Vydubychi Monastery[d]
Vətəndaşlığı
Elm sahəsi pedaqogika, pedaqoq
İş yeri
  • Demidov Hüquq Liseyi[d]
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d]
 Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Uşaqlıq və tələbəlik illəri

Konstantin Uşinski 1824-cü il martın 2-də çar Rusiyasının Çerniqov quberniyasında Novqorod-Seversk yaxınlığında 30-a yaxın kəndlisi və kiçik təsərrüfata malik olan Dmitri Uşinskinin ailəsində doğulub. Oğlunun doğum günü münasibətilə atası təhkimli kəndliləri azadlığa buraxıb və orduya xidmətə yollanıb. Bir neçə ildən sonra ordudan tərxis olunan atası öz kəndli təsərrüfatına qayıdıb. Konstantin Uşinskinin tələbəsi olmuş L.Mozdalevski müəlliminin həyatı və pedaqoji irsinə həsr olunmuş kitabında yazır ki, 11 yaşı tamam olanda Konstantinin anası Lyubov Stepanovna vəfat edib və o, bu gözəl və qayğıkeş insan barədə ən kövrək xatirələrini bütün sonrakı həyatı boyu qoruyub saxlayıb. Konstantin ilk təhsilini Novqorod-Seversk gimnaziyasında alıb. O, gəncliyindən dərin zəkası və iradəsi, ən müxtəlif maneələri dəf etmək qabiliyyəti ilə digər həmyaşıdlarından seçilib.

İlk təhsilini başa vuran Konstantin XIX (19-cu) əsrin 40-cı illərinin əvvəllərində Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Moskva Universiteti həmin illərdə özünün çiçəklənmə dövrünü yaşayırdı. Rusiyanın ən məşhur professorları burada çalışırdı. Konstantin Uşinskinin universitet illərində birbaşa elmi rəhbəri hüquq professoru N.Redkin olub. O, Uşinskinin müasir elmi və fəlsəfi ədəbiyyatla yaxından tanış olmasına kömək edib. O dövrün açıq dünyagörüşlü yazıçılarından Gertsen və Belinskinin Uşinskinin mütərəqqi ziyalı kimi formalaşmasında, gələcək pedaqoji və ədəbi yaradıcılığında silinməz təsirləri olub. Universitet təhsilinin son ilində - 1844-cü ildə Uşinski gündəlik yazırdı. Gündəlik onun daxili aləminin xüsusi gərginliyindən xəbər verirdi. O ümid edirdi ki, zalım Nikolay rejimi tezliklə çökməlidir. Əmin idi ki, azadlıq hökmən baş verəcək. Onun gündəliyindəki aşağıdakı sətirlər Uşinskinin gələcək pedaqoji missiyasından xəbər verirdi. 1844-cü il noyabrın 13-də K.Uşinski yazırdı: "Beyinləri səfərbər etməli! İdeyaları işıqlandırmalı... bax, budur bizim məramımız... Xüdpəsəndliyi kənara ataq, gələcək nəsillər üçün çalışaq..." Artıq universitetin son kursunda oxuyarkən Uşinski maarifçi-pedaqoq, maarifçi-demokrat kimi özünün həyat yolunu müəyyən etmişdi. O indi özünün bütün həyati vəzifələrinin icrasına başlamaq üçün bütün qüvvələrini səfərbər edir. Gənc Konstantin qarşısında duran əsas vəzifəni vətənə faydalı olmaqda görürdü. K.Uşinski özü üçün həll etmək istədiyi vəzifəni universiteti bitirdikdən sonra əldə etdi.

"İndi mübarizə meydanına gedək və zəkanın qalib gəldiyi bütün sahələrə baxaq"

Konstantin Uşinski 1845-ci ildə 21 yaşında Moskva Universitetini qızıl medalla başa vurub. Onun elmi rəhbəri professor Redkin tələbəsinə çox gözəl xasiyyətnamə vermişdi. 2 il sonra Uşinski Yaroslavl Kameral Liseyində icraçı professor vəzifəsinə təsdiq olunub. Burada siyasi iqtisad, dövlət hüququ, hüquq tarixi də daxil olmaqla dövlət təsərrüfatı idarəçiliyinə dair bir sıra fənlər tədris olunurdu. Gənc Uşinski özünün elmi və müəllimik fəaliyyətinə xüsusi coşqunluqla başlayıb. O hesab edirdi ki, elmi dar fəlsəfi fərziyyələr əsasında qurmaq olmaz. Elm böyük faktiki material əsasında qurulmalıdır. Uşinski bilirdi ki, istənilən xalqın müasir durumu tarixi inkişafın qanunauyğunluğunın məhsuludur. Lakin o, tarixdə insan cəmiyyətinin qanunlarının şüurlu insan iradəsi olmadan yalnız kortəbii baş verməsini iddia edənlərlə qəti razılaşa bilmirdi. Uşinski pedaqoji fəaliyyətinin ilk illərində cəmiyyət həyatının inkişaf qanunlarını tədqiq edirdi. Uşinskinin o illərdə atdığı cəsarətli addımlardan biri elmin nəzəri müddəalarını praktika ilə uzlaşdırmaq idi. Bu isə çox prinsipial məsələdir. Elm səmərəli olmalıdır və elmi həqiqətlər həyata keçirilməlidir. O öz tələbələrini də bu həqiqət axtarışına dəvət edirdi. "Sizin üzərinizə həyatda hamıdan daha çox elmi harmoniya və elmi həqiqəti qorumaq vəzifəsi düşür. Yalnız gənclikdən müasir tələblərin həllini gözləmək olar". Konstantin Uşinskinin gəncliyə ünvanlanmış çağırışlarından çar hökuməti çox qorxuya düşmüşdü. Liseylərdə kameral fakültələr təşkil edən çar hökuməti elmi tədqiqatçıların, elm adamlarının yetişdirilməsini deyil, yalnız icraedici məmurların hazırlığını nəzərdə tuturdu. Tələbələr isə Uşinskinin rəhbərliyi altında əsl elmi işlə məşğul olurdular. Artıq 1847-ci ildə Uşinskinin tələbələri iki mühüm elmi tədqiqat işini yerinə yetirmişdilər. Bu iş liseyin elmi şurasında qızıl medala layiq görülmüşdü. 1847-ci ildə Uşinski istefa ərizəsini liseyin şurasına təqdim edib. Uşinski öz qərarını liseyin kitabxanasında oxuduğu mühazirələr üzrə lazımi kitabların olmaması ilə izah etmişdi. O, hazırladığı elmi kitabların siyahısını təhsil ocağının rəhbərliyinə təqdim etmişdi. Lakin liseyə rəhbərlik edən qraf Stroqanov Uşinskinin siyahısındakı bir sıra kitabların təhsil müəssisəsinə gətirilməsini qadağan etmişdi. O dövrdə Qərbdə inqilabi hadisələr gözlənilirdi. Nikolay hökuməti bu hadisələri əsəbiliklə izləyərək dövlət hüququ və bir sıra mühazirə kurslarının oxunmasına şübhə ilə yanaşırdı. Tədris proqramları getdikcə daralırdı. Direktorlara oxunan mühazirələrə ciddi nəzarət etmək tapşırılmışdı. Müəllimlərdən isə mühazirələrinin müfəssəl konspektləri tələb olunurdu. Müəlilmlərin mühazirələrdə istifadə etmək istədiyi bütün ədəbiyyatlar və sitatlar göstərilməli idi. Konstantin Uşinski isə liseyin elmi şurasında bir müəllim vicdanı ilə bu qadağalara etiraz edirdi: "Canlı pedaqoji işi bu cür formallıqlarla bağlamaq olmaz". O əlavə etmişdi ki, heç bir vicdanlı müəllim bu qərarla razılaşmayacaq. Gənc professorun bu çıxışı liseydə görünməmiş cəsarət və sərbəst düşüncə təəssüratı yaratmışdı. Uşinskinin tələbələrinə yoldaşlıq münasibəti liseydə tələbə intizamının və lisey rəhbərliyinə etimadın pozulması kimi qiymətləndirildi. Liseydə təftiş aparan hökumət məmuru Uşinskiyə "böyük istedad və əla dünyagörüşə sahib professor" kimi qiymət vermişdi. Lakin o, Uşinskinin bir qədər qürurlu olmasını da qeyd edirdi. O bildimişdi ki, Uşinskinin tələbələrə böyük təsiri var. Məmur Uşinskinin gənclik illərindən professor vəzifəsinə təyin olunmasını səhv qərar adlandırmışdı: "O, əvvəlcə gimnaziyada bir neçə il işləməli, rəhbərliyin əmrlərinin icrasına ciddi əməl etməyi öyrənməli idi". Dövlət məmuru liseydə daxili intizam qaydalarının bərpası üçün professorlardan birinin işdən azad olunmasını təklif etmişdi. Sonda Uşinski və onun həmkarı Lvovskinin işdən kənarlaşdırılması barədə qərar qəbul olundu. Qəbul olunmuş daxili qaydalara müvafiq olaraq hər iki müəllim istefa ərizəsi yazmışdı. Uşinskinin elmi və müəlimlik karyerası bu cür başa çatıb.

İşsiz qalmış keçmiş lisey professoruna hər yerdə şübhə ilə yanaşırdılar

Konstantin Uşinski atasından çoxdandır ki, maddi yardım almırdı və hələ universitetdə verdiyi fərdi dərslər hesabına yaşayırdı. Lakin 1849-cu ilin qışında o, Peterburqda heç bir maddi vəsait olmadan sıxıntılarla üz-üzə qalmışdı. Ancaq tam qətiyyəti ilə onun statusuna cavab verə biləcək iş tapacağına inanırdı. Bu iş hədsiz dərəcədə çətin bir vəzifə oldu. İşsiz qalmış keçmiş lisey professoruna hər yerdə şübhə ilə yanaşırdılar. Hətta yerli qəza məktəbində də Uşinskiyə müəllim yeri tapılmadı. O, tam ümidsizliyə qapılmışdı. Lakin özünün həyat amalı olan elmi işlərini təşkil etmək üçün bütün qüvvəsini səfərbər etməyə çalışırdı. 1849-cu il dekabrın 19-da Uşinski yazırdı: "Yenidən özüm üzərimdə, öz xarakterim və qabiliyyətim üzərində sərt nəzarət... Taleyin xırda təkanı mənim bütün fərziyyələrimi, daxilimdə uzun müddətdən bəri intişar tapmış yeni bir dünyamı dağıtdı... Və əgər mən möhkəm iradə göstərməsəm, onda bu tör-töküntülər arasında məhv olacam. Özünü məşğul olmağa məcbur etməyi bacarmaq lazımdır... Doğrudanmı mən tamamilə batmışam?...Yox, bu ola bilməz... İş başına! İş başına!..". Uşinski yenidən özündə güc və iradə toplayaraq vətənə xidmət kimi qarşısına qoyduğu müqəddəs missiyanın yerinə yetirilməsinə başlayıb. 1852-ci ildə o, "Sovremennik" jurnalının idarə heyətinə qəbul olunur. 50-ci illərin əvvəllərində jurnal hələ demokratik ruhdan uzaq idi. Buna görə də jurnalın fəaliyyəti Uşinskini qane etmir. Jurnal xırda yurnalist yazıları dərc edirdi. Uşinski 3 xarici dildə sərbəst danışdığından əsasən tərcüməçiliklə məşğul olur, xarici jurnalların icmalını yazırdı. Lakin o daha müstəqil və daha məsul iş istəyirdi. İki il sonra Uşinski öz xidmətlərini "Biblioteka dlya çteniya" jurnalının redaktoru A.Starçevskiyə təklif edir. Lakin burada da iş şəraiti arzuolunan deyildi. K.Uşinski yenə də yuxusuz gecələr və çox cüzi mükafatlar verən tərcüməçi və icmalçı kimi tər tökməli oldu, baxmayaraq ki ailə qurması ilə əlaqədar onun maddi tələbatları artmışdı. 50-ci illərin ortalarında Rusiyada daxili siyasi vəziyyət kəskin dəyişdi. Krım müharibəsi bütün dünya qarşısında Nikolay rejiminin üzünü nümayiş etdirdi. I Nikolayın vəfatından sonra artmaqda olan gərginlk üzə çıxdı. Hökumət bir sıra liberal islahatlar aparmağa məcbur oldu. İctimai mühit bir qədər yaxşılaşdı. Bütün bu proseslər fonunda Uşinskinin problemləri də öz həllinə yaxınlaşırdı. Artıq onun arzu etdiyi çox ciddi yaradıcı tərbiyə işini tapmaq mümkün olmuşdu. Uşinskinin istefasından sonra işdən azad olunmuş lisey direktoru ona tövsiyə məktubu verir. Uşinski əvvəlcə valideyn himayəsindən məhrum və yetim uşaqlar üçün nəzərdə tutulmuş Qatçinsk İnstitutuna rus dili müəllimi, daha sonra isə sinif müfəttişi vəzifəsinə təyin olunur. Beləliklə də Uşinski bütün pedaqoji və tədris işinə rəhbərlik edir.

"...Bu gündən öz həyatımı yalnız pedaqoji məsələlərə həsr etməyi qərara almışam"

Qatçinsk İnstitutu xeriyyəçilik xarakterli təhsil ocaqlarından hesab olunurdu və imperatriça Mariyanın nəzarəti altında idi. Uşinski bu təhsil ocağına təyinat alanda onun 50 yaşı vardı. İnstitut bir neçə dəfə yenidən qurulmuşdu. XIX əsrin 30-cu illərinin əvvəllərində çiçəklənmə dövrünü yaşayan institut demokratik məktəb kimi diqqəti cəlb edirdi. Buraya yetim oğlan uşaqları qəbul olunur və onlar orta məktəbə daxil olmaq üçün ibtidai hazırlıqla təmin olunurdular. İnstitutda çalışan görkəmli pedaqoq E.Quqel müəssisə nəzdində Pestalotsinin elementar məktəbini xatırladan hazırlıq məktəbi yaratmışdı. Lakin 1834-cü ildə son yenidənqurmadan sonra Quqelin bütün işləri, eləcə də elementar təhsil arxa plana keçir, əsas ağırlıq mərkəzi isə orta siniflərin üzərinə düşür. Bu isə Quqelin nəzərdə tutduğu bir sıra pedaqoji yenilikləri həyata keçirməyə imkan vermir. Onu tədricən pedaqoji işdən uzaqlaşdırırlar. Lakin o, təslim olmaq istəmir, öz ideyalarının həyata keçməsində israr edir. Onu təhqir edir, ələ salır və işdən kənarlaşdırırlar. Əsəb xəstəliyi keçirən Quqel nəticədə vəfat edir. Tezliklə Quqelin ideya varisi olacaq Uşinski bu hadisə barədə yazırdı: "Yazıq-xəyalpərəst uşaqlar, məktəb və pedaqoji ideyalar arasında dolaşaraq dəlilər evində intihar edib". İnstitut rəhbərliyi Quqelin ölümünü onun pedaqoji nəzəriyyəyə kifayət qədər aludə olması ilə izah edib və onun çox qiymətli pedaqoji kitabxanasını təhlükəli ədəbiyyat kimi institutun zərzəmisinə atıb. Uşinski təhsil ocağına işləməyə gələnə qədər 15 il ərzində bu pedaqoji irs zirzəmidə qalıb. Uşinski isə dərhal Quqelin pedaqoji irsini çap etdirib. Klassik Avropa pedaqogikası Uşinskinin üzünə belə açılıb. Pedaqoji fəaliyyətinin ilk günlərindən institutda hökm sürən bürokratizm, tərbiyə məsələlərinin formal qoyuluşu və uşaqların daxili aləminə etinasız münasibət Uşinskini hiddətləndirirdi. Əsas pedaqoji funksiyalar - tərbiyə, təlim və idarəçilik mexaniki olaraq bir-biri ilə əlaqəsi olmayan müxtəlif şəxslər arasında bölünmüşdü. Bunun sayəsində də tərbiyənin ən vacib məsələləri, Uşinskinin dediyi kimi, "çox vaxt inzibatçılığa qurban verilirdi, administrasiya üçün xarici tərtibat, parlaqlıq daha vacib idi". Əsas funksiyaların bu cür mexaniki bölüşdürülməsi şəraitində təlim-tərbiyənin nəticələrinə görə heç kim məsuliyyət daşımırdı, hərə günahı digərinin üstünə atırdı. Müəllim tərbiyəçini bunda ittiham edirdi ki, şagirdlər dərs öyrənmir, tərbiyəçilər deyirdi ki, əksinə, şagirdlər kitablara diqqətlə baxırlar, günah isə müəllimdədir, o, dərsi pis izah edir. Bəzən isə hər iki tərəf birləşərək institut rəhbərliyini ciddi cəza tədbirləri görməməkdə ittiham edirdi. Uşinski yazırdı ki, bu cür məktəbdə bütün tərbiyə işi "qadağalar, xarici intizam, məhdudiyyətlərlə" ifadə olunurdu. O qeyd edirdi ki, bu cür müəssisədə uşaq həyatı hansısa formal, ehtiyatlı xarakter alır, bunun isə mənəvi tərbiyə ilə heç bir əlaqəsi yoxdur. Uşağın həyatı bütünlüklə əvvəlcədən yazılmış daimi mərasimə çevrilir. Lakin uşaqlar məktəbdə hardasa, hansısa qaranlıq küncdə öz yoldaşları ilə sakit piçıltı içində tərbiyəçidən, onun baxışlarından uzaqda yaşayır və özlərinə məxsus inkişaf edirlər. "Bu fəlakətli vəziyyəti bir neçə sözlə ifadə etmək olar: dəftərxana və iqtisadiyyat yuxarıda, administrasiya ortada, təlim ayaqlar altında, tərbiyə isə müəssisənin qapısının o tayında. O vaxta qədər ki, bu paltarı əks üzünə çevirməyəcəyik, hansısa dəyərli bir şey baş verməyəcək. İctimai tərbiyədə təlim və tərbiyə ona layiq olan yerdə, birinci planda, administrasiya ikinci yerdə, dəftərxana isə üçüncü yerdə dayanmalıdır". Aydındır ki, Uşinski onda israr edirdi ki, məktəbin mərkəzi və əsası pedaqoji heyəti olmalıdır. Müəllim yadda saxlamalıdır ki, tədris və tərbiyə işi bir-birindən ayrılmazdır. Öz növbəsində, tərbiyəçi də müəllimlik işi aparmalıdır; bunsuz o, tərbiyəvi təsirin başlıca və əsas vasitəsini itirir. Çünki təlim çox güclü tərbiyə orqanıdır. Və təhsil ocağının rəhbəri də təkcə inzibatçılıqla məşğul olmamalı, o, həm tərbiyəçi və həm də müəllimlə birlikdə olmalıdır. Uşinskinin irəli sürdüyü əsas pedaqoji tələb bilavasitə pedaqoq şəxsiyyətinin uşağa təsiri ilə bağlıdır. "Körpə tərbiyə alır, əqli və mənəvi cəhətdən birbaşa insan şəxsiyyətinin təsiri altında inkişaf edir və heç bir forma, heç bir intizam, nizamnamə və məşğələ cədvəli ilə insan şəxsiyyətinin təsirini dəyişmək mümkün deyil. Bu, gənc könüllər üçün səmərəli Günəş şüasıdır". İngilis jurnallarında dərc olunmuş məqalələrdə Amerikanın təlim-tərbiyə sistemindəki yeniliklər barədə məlumat alan pedaqoq amerikalıların xalq təhsilinə üstünlük verdiklərini görərək Rusiyada xalq təhsili, xalq məktəbləri konsepsiyasını həyata keçirməyə qərar verib. Uşinski bu barədə "Biblioteka dlya çteniya" jurnalının redaktoru Starçevskiyə ünvanladığı məktubunda yazırdı: "Mən bir neçə gecə yata bilmədim. Jurnalda çap olunmuş məqalə başımda, mənim düşüncələrimdə, fikirlərimdə dəhşətli çevriliş təsiri yaratdı. Məqalə mənim ağlımda tərbiyə və təhsilə dair bir sıra məsələlər, tamamilə yeni fikirlər oyatdı. Mən nə edəcəyimi, başıma nələrin gələcəyini bilmirəm, lakin mən bu gündən öz həyatımı yalnız pedaqoji məsələlərə həsr etməyi qərara almışam". Sonralar Starçevski bu məktubu xatırlayaraq yazırdı: "Məktub mənə elə təsir etdi ki, özüm bir anlığa hər şeyi atmaq və müəllim olmaq üçün Qatçinsk İnstitutuna daxil olmaq istədim". F.Brokqauz, İ.Efron "Ensiklopedik lüğət" kitabında yazırlar ki, xüsusi pedaqoji hazırlığı olmayan Konstantin Uşinski çox qısa vaxt ərzində pedaqoji ədəbiyyatla tanış olaraq artıq 1857-ci ildə "Jurnal dlya çteniye" dərgisində pedaqoji məqalələrlə çıxış etməyə başlayıb.

İstedadlı pedaqoq

1859-cu ildə Konstantin Uşinski yeni təyinat alıb. Onu Smolnı Qızlar İnstitutuna sinif müfəttişi təyin edirlər. O zaman təhsil qadınlar üçün zərərli hesab olunurdu. Lakin Uşinski bütün qətiyyəti ilə bu stereotipi qıra bildi. O, qadının ailədə və cəmiyyətdə rolunu yüksək qiymətləndirirdi. Uşinskinin dərsləri böyük populyarlıq qazanmağa başlayıb - institutda təhsil alan tələbələrin valideynləri və qohumları ali məktəbə gələrək bütün şəhərdə hamının çox maraqla danışdığı dərslərə qulaq asırdılar. Smolnıda çalışdığı dövrdə Uşinski ən yaxşı pedaqoji qüvvələri bir araya toplayaraq bu təhsil ocağına yeni nəfəs, yeni istiqamət gətirib. Lakin Uşinskinin bədxahları da tapılmışdı. Onun pedaqoji ideyaları hər vasitə ilə rədd olunurdu. Dövrünün ən nüfuzlu şəxslərindən dəstək alan Uşinski institutdakı fəaliyyətini dayandırmadı. Avropa təhsil sistemi ilə tanış olmaq üçün o, xaricə ezamiyyətə yollanır. Xarici səfərində artıq uşaqlar üçün pedaqoji ədəbiyyatların yazılması ilə məşğul olmağa başlayıb. K.Uşinski məktəbəqədər hazırlıq sinifləri üçün "Vətən dili", "Uşaq aləmi" kitablarının yazılması və nəşri ilə məşğul olub. Bu kitabları yazarkən K.Uşinski öz sələfləri Komenski, Lokk, Pestalotsi kimi məşhur pedaqoqların irsinə sadiq qalır. Konstantin Uşinski sonralar yazırdı ki, şagirdlər üçün "Vətən dili" kitabını yazarkən təkcə məktəbi deyil, həm də ailəni nəzərdə tutub. Bu kitablar rus xalq məktəbinə böyük təsir edir və bu günə qədər rus pedaqogikasında ən yaxşı vəsait hesab olunur. "İnsan tərbiyə predmeti kimi, pedaqoji antropologiya" kitabında Uşinski Aristoteldən başlamış XIX əsrin ortalarına qədər pedaqoji fikirlərin təhlilini verib. İsveçrədə səfərdə olan Uşinski yerli məktəblər və ali müəllimlik müəssisələrini dərindən öyrənir. "İsveçrədən məktublar" silsiləsindən 7 məktub Uşinskinin elmi-pedaqoji fəaliyyətində xüsusi yer tutur. Xaricdə yazdığı bu məktublarla K.Uşinski öz bədxahlarına göstərmişdi ki, o, sınmayıb, əvvəlki kimi səmərəli fəaliyyətini davam etdirir və öz baxışlarını müdafiə etməyə hazırdır. "İndi elə vaxt yetişib ki, Rusiyaya daha çox məktəb, yaxşı təhsil görmüş müəllimlər lazımdır",-deyə pedaqoq alim yazırdı. İbtidai məktəblər üçün novator vəsaitlər üzərində işləyən K.Uşinski 1864-cü ildə "Doğma söz" kitabını nəşr etdirir. Bu kitab Rusiya pedaqoqlarına işlək ibtidai təhsil sistemi bəxş edib. Daha sonra nəşr olunan "Əlifba" kitabı ibtidai təhsili tam əhatə edirdi. İsveçrədən qayıdan K.Uşinski Kiyevdə yaşayıb və həkimlərin tövsiyəsi ilə Krımda müalicə olunub. O, 1870-ci il dekabrın 22-də Odessada ağ ciyərin xroniki iltihabı xəstəliyindən vəfat edib. "Lomonosov bizim xalq alimi, Puşkin bizim xalq şairi, Qlinka xalq bəstəkarı, Suvorov xalq sərkərdəsi olduğu kimi, Uşinski də bizim əsl xalq müəllimidir",-deyə böyük pedaqoqun tələbələrindən L.Mozdalevski öz müəllimi barədə yazırdı.

"Öyrənməyi öyrətmək"

Konstantin Uşinski mükəmməl didaktika sistemi yaradıb. Burada təhsilin məzmununa dair prinsipial məsələlər açıqlanıb, onun uşağın yaş xüsusiyyətlərinə uyğunlaşdırılması əksini tapıb (). Psixologiya və fiziologiyanın son nailiyyətlərinə əsaslanan Uşinski uşağın əqli inkişafı xüsusiyyətlərini açıb. Təlimin psixoloji mexanizmlərinin mahiyyətini tədqiq edən pedaqoq diqqətin, yaddaşın, təxəyyülün, emosiyaların, iradənin, düşüncənin psixoloji mexanizmlərinin təhlilini verib, təlim prosesində onların nəzərə alınması və inkişaf etdirilməsi zəruriliyini əsaslandırıb. Uşinski pedaqoq qarşısında "öyrənməyi öyrətmək" və şagirdə həyatda öz yolunu tapmağa kömək etmək vəzifəsini qoyurdu. Uşinski deyirdi:

  • - Heç vaxt uşağa yerinə yetirilməsi mümkün olmayanı vəd etməyin və heç vaxt onu aldatmayın.
  • - Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə və onu inkişaf etdirə bilər, yalnız xarakterlə xarakter yaratmaq olar.
  • - Öz biliyini yalnız biliksizliyinə açıq gözlə baxmaqla genişləndirmək olar.
  • - Həyatda məqsəd insan ləyaqətinin və insan xoşbəxtliyinin əsasıdır.
  • - Əgər pedaqogika insanı bütün münasibətlərdə tərbiyələndirmək istəyirsə, onda insanı həm də bütün münasibətlərdə öyrənməlidir.
  • - Əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onda insanı xoşbəxtliyə deyil, həyatda əməyə hazırlamalıdır.
  • - Şagirdin müstəqil düşünən başı hər cür faydalı təlimin yeganə möhkəm əsasıdır.
  • - Tərbiyənin ən vacib hissəsi insan xarakterinin yaranmasıdır.

Uşinski irsi

XIX əsrin 70-ci illərindən başlayaraq çar Rusiyasında olduğu kimi, Azərbaycanda da kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi məktəblər - müəllim seminariyaları yaranmışdı. Bu seminariyalar Konstantin Uşinskinin işləyib hazırladığı "Müəllimlər seminariyasının layihəsi" əsasında fəaliyyət göstərirdi. Konstantin Uşinski pedaqoji prosesdə müəllimin rolunu yüksək qiymətləndirirdi: "Müəllim nə qədər ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür". K.Uşinski Rusiyada çox haqlı olaraq pedaqogika elminin və xalq məktəblərinin banisi hesab olunur (). Onun tərtib etdiyi "Vətən dili" və "Uşaq aləmi" dərsliklərindən Rusiyada bütöv bir nəsil faydalanıb. Demokratizm və xəlqilik Uşinskinin pedaqoji fəaliyyətində əsas istiqamətdir. Azərbaycanın maarifpərvər pedaqoqları, o cümlədən Həsən bəy Zərdabi pedaqoji fəaliyyətində K.Uşinskinin irsindən, xüsusilə onun ana dilinin tədrisinə dair qiymətli fikirlərindən bəhrələniblər. Dil haqqında Konstantin Uşinski demişdir: "Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz". Həsən bəy Zərdabi də ana dilini xalqın varlığı, yaşaması və tərəqqisi üçün qüdrətli vasitə, müstəsna təsir gücünə malik amil sayaraq deyirdi: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir".

İstinadlar

  1. Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və b. Record #119474476 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
    <a href="https://wikidata.org/wiki/Track:Q27302"></a><a href="https://wikidata.org/wiki/Track:Q304037"></a><a href="https://wikidata.org/wiki/Track:Q256507"></a><a href="https://wikidata.org/wiki/Track:Q170109"></a><a href="https://wikidata.org/wiki/Track:Q36578"></a>
  2. V.Struminski, "K.Uşinskinin didaktika sistemi və onun əsasları", Moskva, 1957
  3. "Böyük Sovet Ensiklopediyası", Moskva, 1969-1978
  4. "Həqiqət" qəzeti, 24 yanvar 1910, № 18

Həmçinin bax

Gəncə şəhərində 29 nömrəli tam orta məktəb Konstantin Uşinskinin adını daşıyır.

Xarici keçidlər

konstantin, uşinski, konstantin, dmitriyeviç, uşinski, Константи, Дми, триевич, Уши, нский, mart, 1824, tula, yanvar, 1871, odessa, ukrayna, pedaqoqu, doğum, tarixi, fevral, mart, 1823doğum, yeri, tula, tula, quberniyası, rusiya, imperiyasıvəfat, tarixi, dekab. Konstantin Dmitriyevic Usinski rus Konstanti n Dmi trievich Ushi nskij d 2 mart 1824 Tula o 3 yanvar 1871 Odessa Ukrayna ve rus pedaqoqu Konstantin UsinskiDogum tarixi 19 fevral 3 mart 1823Dogum yeri Tula Tula quberniyasi d Rusiya ImperiyasiVefat tarixi 22 dekabr 1870 3 yanvar 1871 47 yasinda Vefat yeri Odessa Odessa qezasi d Xerson quberniyasi d Rusiya Imperiyasi 1 Vefat sebebi agciyer xesteliyi d Defn yeri Vydubychi Monastery d Vetendasligi Rusiya ImperiyasiElm sahesi pedaqogika pedaqoqIs yeri Demidov Huquq Liseyi d Tehsili Moskva Dovlet Universitetinin Huquq fakultesi d Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Heyati 1 1 Usaqliq ve telebelik illeri 1 2 Istedadli pedaqoq 1 3 Oyrenmeyi oyretmek 1 4 Usinski irsi 2 Istinadlar 3 Hemcinin bax 4 Xarici kecidlerHeyati RedakteUsaqliq ve telebelik illeri Redakte Konstantin Usinski 1824 cu il martin 2 de car Rusiyasinin Cerniqov quberniyasinda Novqorod Seversk yaxinliginda 30 a yaxin kendlisi ve kicik teserrufata malik olan Dmitri Usinskinin ailesinde dogulub Oglunun dogum gunu munasibetile atasi tehkimli kendlileri azadliga buraxib ve orduya xidmete yollanib Bir nece ilden sonra ordudan terxis olunan atasi oz kendli teserrufatina qayidib Konstantin Usinskinin telebesi olmus L Mozdalevski muelliminin heyati ve pedaqoji irsine hesr olunmus kitabinda yazir ki 11 yasi tamam olanda Konstantinin anasi Lyubov Stepanovna vefat edib ve o bu gozel ve qaygikes insan barede en kovrek xatirelerini butun sonraki heyati boyu qoruyub saxlayib Konstantin ilk tehsilini Novqorod Seversk gimnaziyasinda alib O gencliyinden derin zekasi ve iradesi en muxtelif maneeleri def etmek qabiliyyeti ile diger hemyasidlarindan secilib Ilk tehsilini basa vuran Konstantin XIX 19 cu esrin 40 ci illerinin evvellerinde Moskva Universitetinin huquq fakultesine daxil olub Moskva Universiteti hemin illerde ozunun ciceklenme dovrunu yasayirdi Rusiyanin en meshur professorlari burada calisirdi Konstantin Usinskinin universitet illerinde birbasa elmi rehberi huquq professoru N Redkin olub O Usinskinin muasir elmi ve felsefi edebiyyatla yaxindan tanis olmasina komek edib O dovrun aciq dunyagoruslu yazicilarindan Gertsen ve Belinskinin Usinskinin mutereqqi ziyali kimi formalasmasinda gelecek pedaqoji ve edebi yaradiciliginda silinmez tesirleri olub Universitet tehsilinin son ilinde 1844 cu ilde Usinski gundelik yazirdi Gundelik onun daxili aleminin xususi gerginliyinden xeber verirdi O umid edirdi ki zalim Nikolay rejimi tezlikle cokmelidir Emin idi ki azadliq hokmen bas verecek Onun gundeliyindeki asagidaki setirler Usinskinin gelecek pedaqoji missiyasindan xeber verirdi 1844 cu il noyabrin 13 de K Usinski yazirdi Beyinleri seferber etmeli Ideyalari isiqlandirmali bax budur bizim meramimiz Xudpesendliyi kenara ataq gelecek nesiller ucun calisaq Artiq universitetin son kursunda oxuyarken Usinski maarifci pedaqoq maarifci demokrat kimi ozunun heyat yolunu mueyyen etmisdi O indi ozunun butun heyati vezifelerinin icrasina baslamaq ucun butun quvvelerini seferber edir Genc Konstantin qarsisinda duran esas vezifeni vetene faydali olmaqda gorurdu K Usinski ozu ucun hell etmek istediyi vezifeni universiteti bitirdikden sonra elde etdi Indi mubarize meydanina gedek ve zekanin qalib geldiyi butun sahelere baxaq Konstantin Usinski 1845 ci ilde 21 yasinda Moskva Universitetini qizil medalla basa vurub Onun elmi rehberi professor Redkin telebesine cox gozel xasiyyetname vermisdi 2 il sonra Usinski Yaroslavl Kameral Liseyinde icraci professor vezifesine tesdiq olunub Burada siyasi iqtisad dovlet huququ huquq tarixi de daxil olmaqla dovlet teserrufati idareciliyine dair bir sira fenler tedris olunurdu Genc Usinski ozunun elmi ve muellimik fealiyyetine xususi cosqunluqla baslayib O hesab edirdi ki elmi dar felsefi ferziyyeler esasinda qurmaq olmaz Elm boyuk faktiki material esasinda qurulmalidir Usinski bilirdi ki istenilen xalqin muasir durumu tarixi inkisafin qanunauygunlugunin mehsuludur Lakin o tarixde insan cemiyyetinin qanunlarinin suurlu insan iradesi olmadan yalniz kortebii bas vermesini iddia edenlerle qeti razilasa bilmirdi Usinski pedaqoji fealiyyetinin ilk illerinde cemiyyet heyatinin inkisaf qanunlarini tedqiq edirdi Usinskinin o illerde atdigi cesaretli addimlardan biri elmin nezeri muddealarini praktika ile uzlasdirmaq idi Bu ise cox prinsipial meseledir Elm semereli olmalidir ve elmi heqiqetler heyata kecirilmelidir O oz telebelerini de bu heqiqet axtarisina devet edirdi Sizin uzerinize heyatda hamidan daha cox elmi harmoniya ve elmi heqiqeti qorumaq vezifesi dusur Yalniz genclikden muasir teleblerin hellini gozlemek olar Konstantin Usinskinin gencliye unvanlanmis cagirislarindan car hokumeti cox qorxuya dusmusdu Liseylerde kameral fakulteler teskil eden car hokumeti elmi tedqiqatcilarin elm adamlarinin yetisdirilmesini deyil yalniz icraedici memurlarin hazirligini nezerde tuturdu Telebeler ise Usinskinin rehberliyi altinda esl elmi isle mesgul olurdular Artiq 1847 ci ilde Usinskinin telebeleri iki muhum elmi tedqiqat isini yerine yetirmisdiler Bu is liseyin elmi surasinda qizil medala layiq gorulmusdu 1847 ci ilde Usinski istefa erizesini liseyin surasina teqdim edib Usinski oz qerarini liseyin kitabxanasinda oxudugu muhazireler uzre lazimi kitablarin olmamasi ile izah etmisdi O hazirladigi elmi kitablarin siyahisini tehsil ocaginin rehberliyine teqdim etmisdi Lakin liseye rehberlik eden qraf Stroqanov Usinskinin siyahisindaki bir sira kitablarin tehsil muessisesine getirilmesini qadagan etmisdi O dovrde Qerbde inqilabi hadiseler gozlenilirdi Nikolay hokumeti bu hadiseleri esebilikle izleyerek dovlet huququ ve bir sira muhazire kurslarinin oxunmasina subhe ile yanasirdi Tedris proqramlari getdikce daralirdi Direktorlara oxunan muhazirelere ciddi nezaret etmek tapsirilmisdi Muellimlerden ise muhazirelerinin mufessel konspektleri teleb olunurdu Muelilmlerin muhazirelerde istifade etmek istediyi butun edebiyyatlar ve sitatlar gosterilmeli idi Konstantin Usinski ise liseyin elmi surasinda bir muellim vicdani ile bu qadagalara etiraz edirdi Canli pedaqoji isi bu cur formalliqlarla baglamaq olmaz O elave etmisdi ki hec bir vicdanli muellim bu qerarla razilasmayacaq Genc professorun bu cixisi liseyde gorunmemis cesaret ve serbest dusunce teessurati yaratmisdi Usinskinin telebelerine yoldasliq munasibeti liseyde telebe intizaminin ve lisey rehberliyine etimadin pozulmasi kimi qiymetlendirildi Liseyde teftis aparan hokumet memuru Usinskiye boyuk istedad ve ela dunyagoruse sahib professor kimi qiymet vermisdi Lakin o Usinskinin bir qeder qururlu olmasini da qeyd edirdi O bildimisdi ki Usinskinin telebelere boyuk tesiri var Memur Usinskinin genclik illerinden professor vezifesine teyin olunmasini sehv qerar adlandirmisdi O evvelce gimnaziyada bir nece il islemeli rehberliyin emrlerinin icrasina ciddi emel etmeyi oyrenmeli idi Dovlet memuru liseyde daxili intizam qaydalarinin berpasi ucun professorlardan birinin isden azad olunmasini teklif etmisdi Sonda Usinski ve onun hemkari Lvovskinin isden kenarlasdirilmasi barede qerar qebul olundu Qebul olunmus daxili qaydalara muvafiq olaraq her iki muellim istefa erizesi yazmisdi Usinskinin elmi ve muelimlik karyerasi bu cur basa catib Issiz qalmis kecmis lisey professoruna her yerde subhe ile yanasirdilarKonstantin Usinski atasindan coxdandir ki maddi yardim almirdi ve hele universitetde verdiyi ferdi dersler hesabina yasayirdi Lakin 1849 cu ilin qisinda o Peterburqda hec bir maddi vesait olmadan sixintilarla uz uze qalmisdi Ancaq tam qetiyyeti ile onun statusuna cavab vere bilecek is tapacagina inanirdi Bu is hedsiz derecede cetin bir vezife oldu Issiz qalmis kecmis lisey professoruna her yerde subhe ile yanasirdilar Hetta yerli qeza mektebinde de Usinskiye muellim yeri tapilmadi O tam umidsizliye qapilmisdi Lakin ozunun heyat amali olan elmi islerini teskil etmek ucun butun quvvesini seferber etmeye calisirdi 1849 cu il dekabrin 19 da Usinski yazirdi Yeniden ozum uzerimde oz xarakterim ve qabiliyyetim uzerinde sert nezaret Taleyin xirda tekani menim butun ferziyyelerimi daxilimde uzun muddetden beri intisar tapmis yeni bir dunyami dagitdi Ve eger men mohkem irade gostermesem onda bu tor tokuntuler arasinda mehv olacam Ozunu mesgul olmaga mecbur etmeyi bacarmaq lazimdir Dogrudanmi men tamamile batmisam Yox bu ola bilmez Is basina Is basina Usinski yeniden ozunde guc ve irade toplayaraq vetene xidmet kimi qarsisina qoydugu muqeddes missiyanin yerine yetirilmesine baslayib 1852 ci ilde o Sovremennik jurnalinin idare heyetine qebul olunur 50 ci illerin evvellerinde jurnal hele demokratik ruhdan uzaq idi Buna gore de jurnalin fealiyyeti Usinskini qane etmir Jurnal xirda yurnalist yazilari derc edirdi Usinski 3 xarici dilde serbest danisdigindan esasen tercumecilikle mesgul olur xarici jurnallarin icmalini yazirdi Lakin o daha musteqil ve daha mesul is isteyirdi Iki il sonra Usinski oz xidmetlerini Biblioteka dlya cteniya jurnalinin redaktoru A Starcevskiye teklif edir Lakin burada da is seraiti arzuolunan deyildi K Usinski yene de yuxusuz geceler ve cox cuzi mukafatlar veren tercumeci ve icmalci kimi ter tokmeli oldu baxmayaraq ki aile qurmasi ile elaqedar onun maddi telebatlari artmisdi 50 ci illerin ortalarinda Rusiyada daxili siyasi veziyyet keskin deyisdi Krim muharibesi butun dunya qarsisinda Nikolay rejiminin uzunu numayis etdirdi I Nikolayin vefatindan sonra artmaqda olan gerginlk uze cixdi Hokumet bir sira liberal islahatlar aparmaga mecbur oldu Ictimai muhit bir qeder yaxsilasdi Butun bu prosesler fonunda Usinskinin problemleri de oz helline yaxinlasirdi Artiq onun arzu etdiyi cox ciddi yaradici terbiye isini tapmaq mumkun olmusdu Usinskinin istefasindan sonra isden azad olunmus lisey direktoru ona tovsiye mektubu verir Usinski evvelce valideyn himayesinden mehrum ve yetim usaqlar ucun nezerde tutulmus Qatcinsk Institutuna rus dili muellimi daha sonra ise sinif mufettisi vezifesine teyin olunur Belelikle de Usinski butun pedaqoji ve tedris isine rehberlik edir Bu gunden oz heyatimi yalniz pedaqoji meselelere hesr etmeyi qerara almisam Qatcinsk Institutu xeriyyecilik xarakterli tehsil ocaqlarindan hesab olunurdu ve imperatrica Mariyanin nezareti altinda idi Usinski bu tehsil ocagina teyinat alanda onun 50 yasi vardi Institut bir nece defe yeniden qurulmusdu XIX esrin 30 cu illerinin evvellerinde ciceklenme dovrunu yasayan institut demokratik mekteb kimi diqqeti celb edirdi Buraya yetim oglan usaqlari qebul olunur ve onlar orta mektebe daxil olmaq ucun ibtidai hazirliqla temin olunurdular Institutda calisan gorkemli pedaqoq E Quqel muessise nezdinde Pestalotsinin elementar mektebini xatirladan hazirliq mektebi yaratmisdi Lakin 1834 cu ilde son yenidenqurmadan sonra Quqelin butun isleri elece de elementar tehsil arxa plana kecir esas agirliq merkezi ise orta siniflerin uzerine dusur Bu ise Quqelin nezerde tutdugu bir sira pedaqoji yenilikleri heyata kecirmeye imkan vermir Onu tedricen pedaqoji isden uzaqlasdirirlar Lakin o teslim olmaq istemir oz ideyalarinin heyata kecmesinde israr edir Onu tehqir edir ele salir ve isden kenarlasdirirlar Eseb xesteliyi keciren Quqel neticede vefat edir Tezlikle Quqelin ideya varisi olacaq Usinski bu hadise barede yazirdi Yaziq xeyalperest usaqlar mekteb ve pedaqoji ideyalar arasinda dolasaraq deliler evinde intihar edib Institut rehberliyi Quqelin olumunu onun pedaqoji nezeriyyeye kifayet qeder alude olmasi ile izah edib ve onun cox qiymetli pedaqoji kitabxanasini tehlukeli edebiyyat kimi institutun zerzemisine atib Usinski tehsil ocagina islemeye gelene qeder 15 il erzinde bu pedaqoji irs zirzemide qalib Usinski ise derhal Quqelin pedaqoji irsini cap etdirib Klassik Avropa pedaqogikasi Usinskinin uzune bele acilib Pedaqoji fealiyyetinin ilk gunlerinden institutda hokm suren burokratizm terbiye meselelerinin formal qoyulusu ve usaqlarin daxili alemine etinasiz munasibet Usinskini hiddetlendirirdi Esas pedaqoji funksiyalar terbiye telim ve idarecilik mexaniki olaraq bir biri ile elaqesi olmayan muxtelif sexsler arasinda bolunmusdu Bunun sayesinde de terbiyenin en vacib meseleleri Usinskinin dediyi kimi cox vaxt inzibatciliga qurban verilirdi administrasiya ucun xarici tertibat parlaqliq daha vacib idi Esas funksiyalarin bu cur mexaniki bolusdurulmesi seraitinde telim terbiyenin neticelerine gore hec kim mesuliyyet dasimirdi here gunahi digerinin ustune atirdi Muellim terbiyecini bunda ittiham edirdi ki sagirdler ders oyrenmir terbiyeciler deyirdi ki eksine sagirdler kitablara diqqetle baxirlar gunah ise muellimdedir o dersi pis izah edir Bezen ise her iki teref birleserek institut rehberliyini ciddi ceza tedbirleri gormemekde ittiham edirdi Usinski yazirdi ki bu cur mektebde butun terbiye isi qadagalar xarici intizam mehdudiyyetlerle ifade olunurdu O qeyd edirdi ki bu cur muessisede usaq heyati hansisa formal ehtiyatli xarakter alir bunun ise menevi terbiye ile hec bir elaqesi yoxdur Usagin heyati butunlukle evvelceden yazilmis daimi merasime cevrilir Lakin usaqlar mektebde hardasa hansisa qaranliq kuncde oz yoldaslari ile sakit picilti icinde terbiyeciden onun baxislarindan uzaqda yasayir ve ozlerine mexsus inkisaf edirler Bu felaketli veziyyeti bir nece sozle ifade etmek olar defterxana ve iqtisadiyyat yuxarida administrasiya ortada telim ayaqlar altinda terbiye ise muessisenin qapisinin o tayinda O vaxta qeder ki bu paltari eks uzune cevirmeyeceyik hansisa deyerli bir sey bas vermeyecek Ictimai terbiyede telim ve terbiye ona layiq olan yerde birinci planda administrasiya ikinci yerde defterxana ise ucuncu yerde dayanmalidir Aydindir ki Usinski onda israr edirdi ki mektebin merkezi ve esasi pedaqoji heyeti olmalidir Muellim yadda saxlamalidir ki tedris ve terbiye isi bir birinden ayrilmazdir Oz novbesinde terbiyeci de muellimlik isi aparmalidir bunsuz o terbiyevi tesirin baslica ve esas vasitesini itirir Cunki telim cox guclu terbiye orqanidir Ve tehsil ocaginin rehberi de tekce inzibatciliqla mesgul olmamali o hem terbiyeci ve hem de muellimle birlikde olmalidir Usinskinin ireli surduyu esas pedaqoji teleb bilavasite pedaqoq sexsiyyetinin usaga tesiri ile baglidir Korpe terbiye alir eqli ve menevi cehetden birbasa insan sexsiyyetinin tesiri altinda inkisaf edir ve hec bir forma hec bir intizam nizamname ve mesgele cedveli ile insan sexsiyyetinin tesirini deyismek mumkun deyil Bu genc konuller ucun semereli Gunes suasidir Ingilis jurnallarinda derc olunmus meqalelerde Amerikanin telim terbiye sistemindeki yenilikler barede melumat alan pedaqoq amerikalilarin xalq tehsiline ustunluk verdiklerini gorerek Rusiyada xalq tehsili xalq mektebleri konsepsiyasini heyata kecirmeye qerar verib Usinski bu barede Biblioteka dlya cteniya jurnalinin redaktoru Starcevskiye unvanladigi mektubunda yazirdi Men bir nece gece yata bilmedim Jurnalda cap olunmus meqale basimda menim dusuncelerimde fikirlerimde dehsetli cevrilis tesiri yaratdi Meqale menim aglimda terbiye ve tehsile dair bir sira meseleler tamamile yeni fikirler oyatdi Men ne edeceyimi basima nelerin geleceyini bilmirem lakin men bu gunden oz heyatimi yalniz pedaqoji meselelere hesr etmeyi qerara almisam Sonralar Starcevski bu mektubu xatirlayaraq yazirdi Mektub mene ele tesir etdi ki ozum bir anliga her seyi atmaq ve muellim olmaq ucun Qatcinsk Institutuna daxil olmaq istedim F Brokqauz I Efron Ensiklopedik luget kitabinda yazirlar ki xususi pedaqoji hazirligi olmayan Konstantin Usinski cox qisa vaxt erzinde pedaqoji edebiyyatla tanis olaraq artiq 1857 ci ilde Jurnal dlya cteniye dergisinde pedaqoji meqalelerle cixis etmeye baslayib Istedadli pedaqoq Redakte 1859 cu ilde Konstantin Usinski yeni teyinat alib Onu Smolni Qizlar Institutuna sinif mufettisi teyin edirler O zaman tehsil qadinlar ucun zererli hesab olunurdu Lakin Usinski butun qetiyyeti ile bu stereotipi qira bildi O qadinin ailede ve cemiyyetde rolunu yuksek qiymetlendirirdi Usinskinin dersleri boyuk populyarliq qazanmaga baslayib institutda tehsil alan telebelerin valideynleri ve qohumlari ali mektebe gelerek butun seherde haminin cox maraqla danisdigi derslere qulaq asirdilar Smolnida calisdigi dovrde Usinski en yaxsi pedaqoji quvveleri bir araya toplayaraq bu tehsil ocagina yeni nefes yeni istiqamet getirib Lakin Usinskinin bedxahlari da tapilmisdi Onun pedaqoji ideyalari her vasite ile redd olunurdu Dovrunun en nufuzlu sexslerinden destek alan Usinski institutdaki fealiyyetini dayandirmadi Avropa tehsil sistemi ile tanis olmaq ucun o xarice ezamiyyete yollanir Xarici seferinde artiq usaqlar ucun pedaqoji edebiyyatlarin yazilmasi ile mesgul olmaga baslayib K Usinski mektebeqeder hazirliq sinifleri ucun Veten dili Usaq alemi kitablarinin yazilmasi ve nesri ile mesgul olub Bu kitablari yazarken K Usinski oz selefleri Komenski Lokk Pestalotsi kimi meshur pedaqoqlarin irsine sadiq qalir Konstantin Usinski sonralar yazirdi ki sagirdler ucun Veten dili kitabini yazarken tekce mektebi deyil hem de aileni nezerde tutub Bu kitablar rus xalq mektebine boyuk tesir edir ve bu gune qeder rus pedaqogikasinda en yaxsi vesait hesab olunur Insan terbiye predmeti kimi pedaqoji antropologiya kitabinda Usinski Aristotelden baslamis XIX esrin ortalarina qeder pedaqoji fikirlerin tehlilini verib Isvecrede seferde olan Usinski yerli mektebler ve ali muellimlik muessiselerini derinden oyrenir Isvecreden mektublar silsilesinden 7 mektub Usinskinin elmi pedaqoji fealiyyetinde xususi yer tutur Xaricde yazdigi bu mektublarla K Usinski oz bedxahlarina gostermisdi ki o sinmayib evvelki kimi semereli fealiyyetini davam etdirir ve oz baxislarini mudafie etmeye hazirdir Indi ele vaxt yetisib ki Rusiyaya daha cox mekteb yaxsi tehsil gormus muellimler lazimdir deye pedaqoq alim yazirdi Ibtidai mektebler ucun novator vesaitler uzerinde isleyen K Usinski 1864 cu ilde Dogma soz kitabini nesr etdirir Bu kitab Rusiya pedaqoqlarina islek ibtidai tehsil sistemi bexs edib Daha sonra nesr olunan Elifba kitabi ibtidai tehsili tam ehate edirdi Isvecreden qayidan K Usinski Kiyevde yasayib ve hekimlerin tovsiyesi ile Krimda mualice olunub O 1870 ci il dekabrin 22 de Odessada ag ciyerin xroniki iltihabi xesteliyinden vefat edib Lomonosov bizim xalq alimi Puskin bizim xalq sairi Qlinka xalq bestekari Suvorov xalq serkerdesi oldugu kimi Usinski de bizim esl xalq muellimidir deye boyuk pedaqoqun telebelerinden L Mozdalevski oz muellimi barede yazirdi Oyrenmeyi oyretmek Redakte Konstantin Usinski mukemmel didaktika sistemi yaradib Burada tehsilin mezmununa dair prinsipial meseleler aciqlanib onun usagin yas xususiyyetlerine uygunlasdirilmasi eksini tapib 2 Psixologiya ve fiziologiyanin son nailiyyetlerine esaslanan Usinski usagin eqli inkisafi xususiyyetlerini acib Telimin psixoloji mexanizmlerinin mahiyyetini tedqiq eden pedaqoq diqqetin yaddasin texeyyulun emosiyalarin iradenin dusuncenin psixoloji mexanizmlerinin tehlilini verib telim prosesinde onlarin nezere alinmasi ve inkisaf etdirilmesi zeruriliyini esaslandirib Usinski pedaqoq qarsisinda oyrenmeyi oyretmek ve sagirde heyatda oz yolunu tapmaga komek etmek vezifesini qoyurdu Usinski deyirdi Hec vaxt usaga yerine yetirilmesi mumkun olmayani ved etmeyin ve hec vaxt onu aldatmayin Yalniz sexsiyyet sexsiyyeti mueyyen ede ve onu inkisaf etdire biler yalniz xarakterle xarakter yaratmaq olar Oz biliyini yalniz biliksizliyine aciq gozle baxmaqla genislendirmek olar Heyatda meqsed insan leyaqetinin ve insan xosbextliyinin esasidir Eger pedaqogika insani butun munasibetlerde terbiyelendirmek isteyirse onda insani hem de butun munasibetlerde oyrenmelidir Eger terbiye insani xosbext etmek isteyirse onda insani xosbextliye deyil heyatda emeye hazirlamalidir Sagirdin musteqil dusunen basi her cur faydali telimin yegane mohkem esasidir Terbiyenin en vacib hissesi insan xarakterinin yaranmasidir Usinski irsi Redakte XIX esrin 70 ci illerinden baslayaraq car Rusiyasinda oldugu kimi Azerbaycanda da kend mektebleri ucun muellim kadrlari hazirlayan xususi mektebler muellim seminariyalari yaranmisdi Bu seminariyalar Konstantin Usinskinin isleyib hazirladigi Muellimler seminariyasinin layihesi esasinda fealiyyet gosterirdi Konstantin Usinski pedaqoji prosesde muellimin rolunu yuksek qiymetlendirirdi Muellim ne qeder ki oxuyur oyrenir o yasayir oxumagi dayandirdiqda ondaki muellimlik olur K Usinski Rusiyada cox haqli olaraq pedaqogika elminin ve xalq mekteblerinin banisi hesab olunur 3 Onun tertib etdiyi Veten dili ve Usaq alemi dersliklerinden Rusiyada butov bir nesil faydalanib Demokratizm ve xelqilik Usinskinin pedaqoji fealiyyetinde esas istiqametdir Azerbaycanin maarifperver pedaqoqlari o cumleden Hesen bey Zerdabi pedaqoji fealiyyetinde K Usinskinin irsinden xususile onun ana dilinin tedrisine dair qiymetli fikirlerinden behrelenibler Dil haqqinda Konstantin Usinski demisdir Bir milletin xalqin varini dovletini elinden alsan o millet olmez yasayar Ancaq ana dilini elinden alsan hemin millet mehv olar ondan eser elamet qalmaz Hesen bey Zerdabi de ana dilini xalqin varligi yasamasi ve tereqqisi ucun qudretli vasite mustesna tesir gucune malik amil sayaraq deyirdi Bir milletin ki dili batdi onda o milletin ozu de batar Cunki bir milletin varligina isbati vucud etmesine sebeb onun dilidir 4 Istinadlar Redakte Almaniya Milli Kitabxanasi Berlin Dovlet Kitabxanasi Bavariya Dovlet Kitabxanasi ve b Record 119474476 Umumi tenzimleme nezareti GND 2012 2016 lt a href https wikidata org wiki Track Q27302 gt lt a gt lt a href https wikidata org wiki Track Q304037 gt lt a gt lt a href https wikidata org wiki Track Q256507 gt lt a gt lt a href https wikidata org wiki Track Q170109 gt lt a gt lt a href https wikidata org wiki Track Q36578 gt lt a gt V Struminski K Usinskinin didaktika sistemi ve onun esaslari Moskva 1957 Boyuk Sovet Ensiklopediyasi Moskva 1969 1978 Heqiqet qezeti 24 yanvar 1910 18Hemcinin bax RedakteGence seherinde 29 nomreli tam orta mekteb Konstantin Usinskinin adini dasiyir Xarici kecidler RedakteMenbe https az wikipedia org w index php title Konstantin Usinski amp oldid 6078113, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.