Wikipedia
Kərimbəyli (Füzuli)
Kərimbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. 22 oktyabr 2013-cü ildə kənd ərazisində "Qarabağ" Ailəvi İstirahət Kompleksi istifadəyə verilmişdir.
Kərimbəyli | |
---|---|
39°30′30″ şm. e. 47°25′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.405 nəfər (2009) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ1930 |
Nəqliyyat kodu | 19 |
Tarixi
Toponimikası
- Kərimbəyli oyk., sadə.
- Bərdə r-nunun Yeni Əyricə i.ə.v.-də kənd. Qarabağ düzündədir;
- Füzuli r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir;
- Salyan r-nunun Qarabağlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin oykonimin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyil;
- Sədərək r-nunun Dəmirçi i.ə.v.-də kənd. Araz çayının sahilində, Arazboyu düzənlikdədir. Yaşayış məntəqələri qazaxlı tayfa birliyinə daxil olan kərimbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kərimbəylilər Qazax mahahndan Qarabağa köçüb gəlmiş, sonralar bir sıra yaşayış məntəqələrinin əsasını qoymuşlar.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2405 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Füzulidə “Qarabağ” Ailəvi İstirahət Kompleksi istifadəyə verilib. (azərb.)
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629