Kəpəz PFK
"Kəpəz" Peşəkar Futbol Klubu — Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini təmsil edən futbol klubu. Kəpəz klubunun əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində də Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan Kəpəz 1992-ci ildən etibarən 3 dəfə Azərbaycan Premyer Liqasının və 4 dəfə Azərbaycan Kubokunun qalibi olub. "Kəpəz" Azərbaycanda və Qafqazda ən böyük azarkeş ordusuna sahib futbol klubudur. "Gəncəlilər" "Azərbaycan futbolunun "Yenilməz Armada"sı hesab edilir və ölkə futbolundakı əksər rekordların sahibidir bu klub. "Kəpəz PFK" bir növ "Gəncə" şəhərinin simvolu hesab edilir.
Kəpəz PFK | |
---|---|
Ölkə | Azərbaycan |
Ləqəb(lər) | "Dağlılar" "Yenilməz Armada" "Qərblilər" "Sarı-Göylər" |
Rəng(lər) | sarı-göy |
Yaranma tarixi | 1959 |
Stadionu | Gəncə şəhər stadionu |
Tutumu | 27,000 |
Prezidenti | Mehman Allahverdiyev |
Baş məşqçisi | Yaşar Vahabzadə |
Liqa | I Divizion |
2020/2021 | 7 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Komandanın yaranması və SSRİ dövrü
"Kəpəz"in yaranması təxminən XX əsrin 50-ci illərinin sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ikinci dəstədə Azərbaycan klublarının sayını artırmağı qərara almışdı. Gəncədə "Toxucu" futbol klubu yarandı. Komandanın müxtəlif vaxtlarda daşıdığı adlar:
• 1959-1962 “Toxucu” (Kirovabad)
• 1962-1974 “Dinamo” (Kirovabad)
• 1975-1981 “Tərəqqi” (Kirovabad)
• 1982-2004 “Kəpəz” (Gəncə)
• 2004-2011 “Gəncə”
• 2011- “Kəpəz”
1962-ci ildə Kəpəz "Neftçi"yə və Kiyev "Dinamo"suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmışdı. Kəpəzin bu uğuru onun nüfuzunu SSRİ məkanında dahada artırdı. 1965-ci ildə "Dinamo" adı altında SSRİ çempionatının birinci dəstəsinə vəsiqə qazanan Kəpəz, 3 il sonra isə SSRİ çempionatının 1-ci dəstəsində çempion olub güclülər dəstəsinə vəsiqə qazanaraq Azərbaycan futbol tarixində bir ilkə imza atmışdır. Belə ki, ölkənin futbol tarixində ilk dəfə olaraq Azərbaycan SSRİ güclülər dəstəsində iki komanda ilə təmsil olunacaqdı. Kəpəz SSRİ 1-ci dəstəsində çempion olaraq qızıl medallar qazanan yeganə Azərbaycan klubu olmuşdur. Ölkənin digər təmsilçisi Neftçi SSRİ çempionatının 1-ci dəstəsindən güclülər dəstəsinə vəsiqə qazanarkən üçüncülüklə kifayətlənərək bürünc medalları əldə edib vəsiqəni təmin etmişdir.
Müstəqillik dövrü
Azərbaycanın müstəqilliyi dövründə şəhərdə futbol yeni inkişaf dövrünə qədəm qoydu. "Kəpəz" 3 dəfə qızıl medalları qazanmaqla "Qarabağ"dan və "Neftçi"dən sonra Azərbaycan çempionu adına ən çox layiq görülən üçüncü klubdur. 1995, 1998 və 1999-cu illərdə qazanılan çempionluqlardan başqa, daha 1 dəfə gümüş, 2 dəfə də bürünc medal qazanmışdır.
"Kəpəz" 4 dəfə də ölkə kubokunun sahibi olub.Kəpəz 1997-1998-ci ildə Azərbaycan cempionu olmaqla bərabər ölkə kubokunun sahibi olub.
Kəpəz Azərbaycanın Rekordçusudur
Kəpəz Azərbaycan futbolunun "Yenilməz Armada"sı sayılır buna səbəb isə 1997-98 ci illərdə Kəpəz qarşısına çıxan bütün rəqiblərini böyük hesablarla əzib keçir və sonda həm ölkə çempionu adını qazanır həm də ölkə kubokunun sahibi olur beləliklə klub mövsüm ərzində keçirdiyi heç bir rəsmi oyunda məğlub olmayaraq Azərbaycanda bu göstəricidə rekorda sahib olur.Qeyd edek ki,hələdə Kəpəzdən başqa heç bir klub mövsüm ərzində keçirdiyi bütün oyunlarda məğlubedilməzliyini qoruya bilməyib.
Gəncə Futbolu
Gəncə futbolunun tarixi təxminən bir əsrə dayanır.Gəncə həmişə Azərbaycanın futbol mərkəzi olub.Təsadüfi deyilki Azərbaycan futbol ictimaiyyəti bu qədim şəhəri "Azərbaycan Futbolunun Məkkəsi" adlandırır.Hələ SSSR dövründəykən dünyaca məşhur,əfsanəvi məşqçi "Valeri Labanovski" Gəncəni "Kiçik Brazilya" adlandırmışdır.Beləki günümüzdə də bu şəhərin istənilən məhəlləsinə getsəniz az yaşlı uşaqların futbol oynadığının şahidi olarsınız.Gəncə futbolu ölkə futboluna hər zaman saysız hesabsız istedadlar bəxş edib.Müzəffər Qasımov, Sergey Kramarenko, Mehman Allahverdiyev, Novruz Əzimov, Maşallah Əhmədov, Vəli Qasımov, Yunis Hüseynov, Vidadi Rzayev, Xaliq Mərdanov, Faiq Cabbarov, Mahmud Qurbanov,Rövşen Əhmədov.Asif Əliyev,Fazil Pərvərov kimi adını Azərbaycan futbolu tarixinə yazdırmış məşhur futbolçular məhz "Nizami" yurdunun yetirmələridir.Adı çəkilən bu məşhur futbolçuların əksəriyyəti isə Sovet dövründə və müstəqillik illərində Azərbaycanda uşaq futbolunun inkişafında müstəsna xidmətləri olmuş Gəncə futbolunun əfsanəvi şəxsi Konstantin Abramenkonun(Ded Kostya) "Lokomotiv" uşaq futbol məktəbinin yetirmələri olmuşdur."Lokomotiv" hər zaman Kəpəzi istedadlı futbolçularla təmin etmişdir və bu uşaq futbol məktəbi Kəpəzin aşağı yaş qruplarından ibarət məktəbi hesab olunurdu.Konstantin Abramenkonun vəfatından sonrada,hər il Gəncə şəhərində uşaq futbol məktəblərinin iştirakı ilə onun xatirəsinə həsr olunmuş turnirlər keçirilir.
Stadionu
"Kəpəz" ev oyunlarını Gəncə Şəhər Stadionunda keçirir.Stadionun açılışı 1963-cü ildə olmuşdur.Klubun ev oyunlarını keçirdiyi bu stadion,27.000 azarkeş tutumu ilə Azərbaycanda bir kluba məxsus ən böyük stadiondur.Ümumilikdə isə Gəncə Şəhər Stadionu Bakı Olimpiya Stadionu və "Tofiq Bəhramov Adına Resbublika Stadionu"ndan sonra ölkənin üçüncü ən böyük futbol stadionudur.Azərbaycan futbolunda qeydə alınmış bütün azarkeş rekordlarıda,məhz bu stadiona məxsusdur.Stadionun azarkeş tutumunun 27.000 olmasına baxmayaraq SSSR çempionatları dövründə və 20-ci əsrin 90-cı illərində klubun avrokuboklardakı çıxışı zamanı 30.000 və daha artıq azarkeş saylarının qeydə alındığı xeyli sayda oyunlar olub.
"Gəncə Tuneli"
Bu stadionda komandalar meydançaya daxil olan zaman tunelden çıxırlar ki,bu cür tuneldə Azərbaycan stadionları arasında yalnız Gəncə Şəhər Stadionuna məxsusdur.Tunel uzun və dönmələrdən ibarətdir.
Uğurları
- Azərbaycan çempionatı:
- Azərbaycan Kuboku:
- SSSR Çempionatı 1-ci Divizyonu:
- SSSR Kuboku:
- 1/4 finalçısı - 1962
- Azərbaycan Birinci Divizionu:
- Çempion (1) - 2009-10
Liqa və Kuboklarda
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | Xal | Azərbaycan Kuboku |
---|---|---|---|---|---|---|---|---|---|---|
1992 | 1-ci | 5 | 36 | 23 | 8 | 5 | 98 | 29 | 54 | 1/8 final |
1993 | 1-ci | 4 | 18 | 13 | 4 | 1 | 48 | 13 | 30 | Birinci tur |
1993–94 | 1-ci | 3 | 30 | 20 | 7 | 3 | 74 | 25 | 47 | Qalib |
1994–95 | 1-ci | 1 | 24 | 19 | 4 | 1 | 71 | 19 | 42 | 1/2 final |
1995–96 | 1-ci | 3 | 20 | 9 | 5 | 6 | 34 | 21 | 32 | 1/4 final |
1996–97 | 1-ci | 5 | 30 | 18 | 4 | 8 | 59 | 26 | 58 | Qalib |
1997–98 | 1-ci | 1 | 26 | 22 | 4 | 0 | 67 | 10 | 70 | Qalib |
1998–99 | 1-ci | 1 | 36 | 26 | 5 | 5 | 94 | 24 | 83 | 1/4 final |
1999-00 | 1-ci | 2 | 22 | 14 | 2 | 6 | 46 | 24 | 44 | Qalib |
2000–01 | 1-ci | 8 | 20 | 8 | 1 | 11 | 34 | 29 | 25 | 1/4 final |
2001–02 | 1-ci | 5 | 32 | 14 | 5 | 13 | 51 | 50 | 47 | 1/2 final |
2003–04 | 1-ci | 11 | 26 | 6 | 5 | 15 | 22 | 45 | 23 | 1/8 final |
2004–05 | 1-ci | 9 | 34 | 11 | 9 | 14 | 37 | 37 | 42 | 1/8 final |
2005–06 | 1-ci | 10 | 26 | 7 | 7 | 12 | 35 | 46 | 28 | 1/8 final |
2009–10 | 2-ci | 1 | 22 | 4 | 5 | 3 | 51 | 15 | 47 | 1/8 final |
2010–11 | 1-ci | 9 | 32 | 8 | 12 | 12 | 33 | 37 | 36 | 1/8 final |
2011–12 | 1-ci | 10 | 32 | 9 | 5 | 18 | 35 | 55 | 32 | 1/8 final |
2012–13 | 1-ci | 12 | 32 | 5 | 4 | 23 | 22 | 64 | 19 | 1/8 final |
2013–14 | 2-ci | 13 | 30 | 7 | 4 | 19 | 29 | 37 | 25 | İkinci tur |
2014–15 | 2-ci | 9 | 30 | 10 | 8 | 12 | 37 | 37 | 38 | iştirak etməyib |
2015–16 | 1-ci | 1/8 final |
Avrokuboklarda
Mövsüm | Turnir | Mərhələ | Ölkə | Klub | Ev | Səfər | Ümumi nəticə | |
---|---|---|---|---|---|---|---|---|
1995/96 | UEFA Kuboku | I təsnifat mərhələsi | Avstriya | Austria Vyana | 0:4 | 1:5 | 1:9 | |
1997/98 | UEFA Kuboklar Kuboku | I təsnifat mərhələsi | Latviya | Dinaburq | 0:1 | 0:1 | 0:2 | |
1998/99 | UEFA Çempionlar Liqası | I təsnifat mərhələsi | Polşa | LKS Lodz | 1:3 | 1:4 | 2:7 | |
1999/00 | UEFA Çempionlar Liqası | I təsnifat mərhələsi | Şimali Makedoniya | Sloga Jugomagnat | 2:1 | 0:1 | 2:2(q) | |
2000/01 | UEFA Kuboku | I təsnifat mərhələsi | Türkiyə | Antalyaspor | 0:2 | 0:5 | 0:7 | |
2016/2017 | UEFA Avropa Liqası | I təsnifat mərhələsi | Moldova | Daçiya | 0:0 | 1:0 | 1:0 | |
II təsnifat mərhələsi | Avstriya | Admira Walcker | 0:2 | 0:1 | 0:3 |
Azarkeşləri
"Kəpəz" Azərbaycanda və Qafqazda ən böyük azarkeş ordusuna sahib klubdur.Azərbaycan futbolunda qeydə alınmış bütün azarkeş rekordlarıda məhz Kəpəzə məxsusdur.Kəpəzin başa çatan 2015-16 cı il Azərbaycan Premyer Liqasında ortalama azarkeş göstəricisi 15.000 olmuşdur,bu isə uzun illərdən sonra ölkə çempionatında ən yüksək göstəricidir. Gəncə azarkeşləri hər zaman Azərbaycan futbolunun ən çılğın və klubuna ən bağlı olan azarkeşləri olaraq bilinmişdir.Azarkeşlər Kəpəzi Gəncənin bir növ rəmzlərindən biri olaraq görməktədirlər və doğma şəhərlərinə qarşı olan sonsuz sevgiləri Kəpəzə qarşıda öz əksini tapır.90-cı illərdə bütövlükdə ölkədə olan tənəzzül sözsüzki ikinci böyük şəhər Gəncədəndə yan keçməmişdi və şəhərin ağır günlərində insanlar doğma komandalarının əfsanəvi çıxışları ilə təskinlik tapırdılar.Buna görə də, Kəpəz,hər zaman Gəncə şəhərinin simvolu olaraq görülüb. Kəpəz ölkənin 2-ci böyük şəhəri olan Gəncəni təmsil etsədə,demək olar ki,bütün Qərb bölgəsində və Aran bölgəsində xalqın komandası statusunu daşıyır və adı çəkilən bölgələrdə yüzminlərlə azarkeşə sahibdir.Klubun ən çılğın azarkeş qruplaşmaları kimi "Kapaz Ultras'' və "Xəmsə Fan Klubu"nu qeyd etmək olar.Ümumilikdə isə klubun rəsmi olaraq beş fan klubu fəaliyyət göstərir.
Gəncə
“Gəncə” fanklubu “Kəpəz” PFK-nın ilk fanklublarından hesab olunur. Abbas Abbasovun başçılıq etdiyi azarkeş qurumu 2004-cü ildə təşkil olunub.
Kəpəzmaniya
“Kəpəzmaniya” komandanın köklü fanklublarındandır. 2002-ci ildə yaradılıb. Rəhbəri Nadir Hüseyndir.
Kapaz Ultras
“Kapaz Ultras” fanklubu komandanın yeni yaradılan azarkeş birliyidir. Əsasən tələbə gənclərin təmsil olunduğu fanklub 2014-cü ilin avqust ayından fəaliyyətə başlayıb. “Kəpəz Ultras”a Turqan Əliyev rəhbərlik edir.
Xəmsə
“Xəmsə” Müstəqil Fanat Klubu 2009-cu ildə yaradılıb. Fanklubun İdarə Heyəti beş üzvdən ibarətdir. Adil Məmmədovun rəhbərlik etdiyi azarkeş qrupu Bakıda fəaliyyət göstərir. “Xəmsə” əsasən “Kəpəz”in paytaxtda keçirdiyi oyunlarda komandaya dəstək olur.
Kəpəz
“Kəpəz” fanklubu komandanın ilk fanklublarındandır. Azarkeş birliyi 2002-ci ildə yaradılıb. Prezidenti Elmar Əliyevdir. Fanklub özündə bütün yaş qruplarından olan azarkeşləri birləşdirir.
Silent Stroke
“Silent Stroke” fanklubu komandanın yeni yaradılan azarkeş birliyidir. Fan Klub 2016-cı ildə fəaliyyətə başlayıb. "Silent Stroke"a Əkbər Şirinov rəhbərlik edir
Tarixi Derbi (Neftçi-Kəpəz rəqabəti)
Neftçi Bakı-Kəpəz(Tarixi Derbi)
Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır.Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırki paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir.Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə,Kəpəz'in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir.Klub Gəncə şəhərini təmsil etsə də , Azərbaycanın bütün Qərb bölgəsi , Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi - Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir.Hələ Sovet dövründəykən də Kəpəz'in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi.Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSSR zamanlarına dayanır.Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki,"Kəpəzin SSSR dönəmində Neftçi qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün,ölkənin əsas komandası hesab edilərək,Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubdurki buda Kəpəzin uğurlarına əngəl olub".Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-cı il 26 iyunda SSSR kubokunun 1/8 mərhələsinə təsadüf edir.Klubların o zaman ki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1-0 hesabı ilə qərblilərin qələbəsi ilə nəticələnib.Ümumilikdə müstəqillik dövründən hal-hazıradək bu komandalar 50 dəfə üz-üzə gəliblərki bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır.Belə ki,bakılıların aktivində 23 qələbə,gəncəlilərin aktivində isə 18 qələbə var,9 oyun isə bərabərliklə sona çatıb.Top fərqinə görə Neftçi üstünlüyə malikdir 71:45.
Yarış | Oyun | "Kəpəz"in qələbəsi | Bərabərlik | "Neftçi"nin qələbəsi | "Kəpəz"in qolları | "Neftçi"nin qolları |
---|---|---|---|---|---|---|
Azərbaycan Premyer Liqası | 50 | 18 | 9 | 23 | 33 | 60 |
Azərbaycan Kuboku | 9 | 4 | 2 | 3 | 8 | 9 |
SSSR Çempionatı | 2 | 1 | 0 | 1 | 3 | 2 |
SSSR Kuboku | 1 | 1 | 0 | 0 | 1 | 0 |
Cəmi | 62 | 24 | 11 | 27 | 45 | 71 |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində
2016-cu il aprelin 2-də açıqlanan klublarının XXI əsr üçün reytinqində 1247 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 453-cü pillədə başa vurmuşdur.
UEFA-nın 21/07/2017-ci il tarixi üçün tərtib etdiyi klubların reytinq cədvəlində "Kəpəz" PFK" 3.900 xalla 278-ci pillədə qərarlaşıb.
Baş məqçiləri
- Şahmir Hüseynov (1992)
- Mübariz Zeynalov (1993)
- Mehman Allahverdiyev (1993-2003, 2011)
- Fuad İsmayılov (2003, 2004, 2006, 2009-11)
- Arzu Mirzəyev (2003)
- Şahin Diniyev (2004-05)
- Mirbağır İsayev (2011)
- Fuad İsmayılov (2011-2012)
- Mahmud Qurbanov (2012-2013)
- Vidadi Rzayev (2013-2015)
- Şahin Diniyev (2015-2018)
- Yunis Hüseynov (2018-2019)
- Yaşar Vahabzadə (2019 indiyə qədər)
İndiki heyəti
24 Noyabr 2020 tarixində yenilənib
Kəpəz
|
İstinadlar
- Gəncə futbolu və onun qızıl dövrü YAZI (LAYİHƏ)[ölü keçid]
Xarici keçidlər
- Azərbaycan futbolunun tarixi: “Kəpəz” - zirvə, yoxsa gözdağı?