Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Hi Score Girl Yaponiyada tanınan adı ilə High Score Girl a Rensuke Oşikiri tərəfindən yazılan və çəkilən manqa seriyası

Hi Score Girl

Hi Score Girl
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Hi Score Girl, Yaponiyada tanınan adı ilə High Score Girl – Rensuke Oşikiri tərəfindən yazılan və çəkilən manqa seriyası. 2010-cu ilin oktyabrından 2018-ci ilin sentyabrına qədər "Square Enix" nəşriyyatının "" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasında hadisələr 1990-cı illərdə – arkade döyüş oyunlarının populyar olduğu dövrdə baş verir. Hekayə vaxtının çoxunu oyun salonlarında keçirən altıncı sinif şagirdi olan Haruo Yaquçi və döyüş oyunlarında çox güclü olan varlı sinif yoldaşı Akira Ono arasında yaranan romantik münasibətlərdən bəhs edir.

Hi Score Girl
image
Birinci tankobon cildinin üzlüyü. Personajlar: Haruo Yaquçi (solda) və Akira Ono (sağda).
ハイスコアガール
(Hay Sukoa Qaru)
Janr romantik komediya
Manqa
Manqaka
NəşriyyatSquare Enix
Jurnal
Demoqrafiyaseynen
Nəşr tarixi25 oktyabr 2010 – 25 sentyabr 2018
Cildlər10 (cild siyahısı)
Anime serialı
Rejissor
SsenaristTatsuhiko Urahata
Bəstəkar
Studiya
LisenziyaNetflix
Kanal, ,
Yayım tarixi13 iyul 2018 – 20 dekabr 2019
Seriyalar21 + 3 OVA
Əlavə məlumat
Manqa
Hi Score Girl DASH
ManqakaRensuke Oşikiri
NəşriyyatSquare Enix
JurnalMonthly Big Gangan
Demoqrafiyaseynen
Nəşr tarixi25 dekabr 2019 – hazırda
Cildlər7 ((cild siyahısı))
image  

"" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2018-ci ildə, ikinci mövsümü 2019-cu ildə yayımlanmışdır. 2019-cu "Hi Score Girl DASH" adlı spin-off manqası serializasiya olunmağa başlamışdır.

Məzmun

1991-ci ildir. Arkade oyun salonları və 2D döyüş oyunları Yaponiyada çox populyardır. Haruo Yaquçi dərslərinə fikir verməyən, bütün gününü oyun salonlarında keçirən və döyüş oyunlarında peşəkarlaşmağı qarşısına məqsəd kimi qoyan altıncı sinif şagirdidir. Oyunlardan başqa heç bir şey fikirləşməyən Haruo öz bacarıqları ilə yerli oyun salonlarında müəyyən qədər nüfuza malikdir və oyunlardakı bacarıqları ilə öyünməyi sevir. Lakin bir gün oyunla eyni sinifdə oxuyan, məktəbdə qiymətləri əla olan, varlı bir ailədən gələn Akira Ono onu asanlıqla "Street Fighter II" oyununda məğlub edir. Haruo bu gözlənilməz məğlubiyyətdən sonra Akira Ononu əsas rəqibi kimi görməyə başlayır və onu oyunlarda üstələmək istəyir. Onlar öz aralarında rəqabət edərkən eyni zamanda aralarında romantik münasibətlər də inkişaf etməyə başlayır.

Personajlar

Haruo Yaquçi (矢口 春雄, Yaquçi Haruo)
Səsləndirən:
Oyunları həddən çox sevən məktəb şagirdi. O, xüsusilə, döyüş oyunlarını oynamağı sevir. "Street Fighter II" oynayarkən Akira Ono ilə tanış olur və ona məğlub olur. Bundan sonra onu məğlub etməli olduğu əzəli rəqibi kimi görməyə hesab edir. O, oyunları o qədər sevir ki, Ononun və Hidakanın ona qarşı bəslədiyi hislərin fərqində olmur, lakin hekayə davam etdikcə yetkinləşir.
Akira Ono (大野 晶, Ono Akira)
Səsləndirən:
Ono ailəsinin qızı. Akira varlı, populyar, dərslərini yaxşı oxuyan bir şagirddir – Haruonun tam əksidir. Ailəsi onun təhsilinə çox ciddi yanaşdığı üçün Akira oyunları qaçış vasitəsi kimi görür. Haruo ilə tanış olduqdan sonra onunla birlikdə oyunlar oynamağa başlayır və ona bağlanır.
Koharu Hidaka (日高 小春, Hidaka Koharu)
Səsləndirən:
Haruonun məktəb yoldaşlarından biri. Hidaka öz dərslərinə fikir verən, introvert bir qızdır. Əvvəlcə oyunları sevməsə də, Haruo ilə vaxt keçirməyə başladıqdan sonra oyunlara bağlanır. Onun Haruoya qarşı hisləri var və onun sevgisini qazanmaq üçün Ono ilə mübarizə aparır, lakin onların münasibətində artıq adam olduğunu bilir.

İstehsal

Rensuke Oşikirinin sözlərinə görə uşaqlıqda "Street Fighter II" oynamaq üçün oyun salonlarına gedirdi. Bu səbəbdən bu oyun manqanın hekayəsində vacib yer tutur.

Anime

Anime serialı adaptasiyası 2013-cü ilin dekabrında anons edilsə də, 2014-cü ildə müəlliflik hüquqları ilə bağlı yaşanan mübahisə səbəbilə anime ləğv olunmuşdur. Mübahisə həll olunduqdan sonra anime serialı üzərində iş yenidən başlamışdır. Əvvəlcə animenin 2D formatında hazırlanması planlaşdırılmışdı, çünki 2013-cü ildə 3D üçün texniki imkanlar zəif idi. Studiya qarşı qarşıya oturan oyunçuların pis görsənməməsi, oyun salonlarının və oyun görüntülərinin həqiqi görünməsi üçün əvvəlcə oyun salonlarının, daha sonra personajların 3D-CGI ilə çəkilməsinə qərar vermişdir. Manqa müəllifi Oşikiri animenin 3D-CGI ilə çəkiləcəyini eşidəndə təəccüblənmiş, animenin "necə görünəcəyini ağlında canlandıra bilməmiş" və adaptasiyasının pis olacağından narahat olmuşdur. Animedəki CGI səhnələrini çəkmək üçün "" studiyasına müraciət etmişdirlər, çünki onların "" animesindəki işini bəyənmişdirlər. Onlar əvvəlcə nümunə kimi tanıdıcı video hazırlamış, işləri bəyənildikdən sonra bu iş onlara tapşırılmışdır. İstehsal prosesi 2017-ci ilin payızında başlamışdır. Komanda 1990-cı illərin atmosferini və personajların emosiyalarını əks etdirməyə çalışmış, üz ifadə sistemindən istifadə etmişdir. Matsukura animedəki hər oyun salonunu fərdi xarakteristika ilə təsvir etməyə çalışmışdır.

image
"Final Fight" və "Street Fighter II" oyunları üçün musiqi bəstələmiş anime adaptasiyasının bəstəkarı olmuşdur.

Prodüser Şinya Tsuruoka bir müsahibəsində qeyd etmişdir ki, "oyunlardan real görüntülər olmadan animeni çəkmək mənasız idi". O, istehsal prosesindən öncə hər bir oyun şirkətindən icazə almaq üçün müqavilələr imzalamışdır. İstehsalçı heyət oyun salonlarının ölçüləri haqqında dəqiq məlumatlar əldə etmək üçün ölkə daxilində araşdırma aparmışdır, çünki bu haqda sənədləşdirilmiş məlumatlar tapa bilməmişdirlər. Proses zamanı oyun araşdırmaçısı Keniçi İşiquronun köməyindən yararlanmışdırlar. Animasiya prodüseri Yuci Matsukuranın sözlərinə görə anime üçün oyunların ekran görüntülərini almaq üçün müxtəlif üsulları dəfələrlə yoxlamışdırlar. Bu səbəbdən animenin formatını dəyişməli olublar. Çünki videoların həcmi standart həcmdən 2 dəfə çox idi. Animelər 24fps ilə çəkilsə də, oyun görüntülərinin yaxşı görsənməsi üçün əvvəlcə 30fps formatı yoxlanmış, sonda isə animenin 60fps ilə çəkilməsinə qərar vermişdirlər. Animedəki oyun səhnələrini çəkmək üçün "Mikado" oyun mərkəzindən olan peşəkar oyunçuların köməyindən yararlanmışdırlar. Matsukuraya görə birinci seriyada "Final Fight" oyunundakı mükəmməl xallıq oyun görüntüsünü əldə etmək ən çətin iş idi. Tsuruokanın sözlərinə görə isə "" oyunundakı bombaları oyuna əlavə etmək üçün çətinlik çəkmişdirlər. Manqa müəllifi Oşikiri də bu prosesdə iştirak etmişdir: o, "" oyununun görüntüsünü çəkmək üçün Fobos adlı personajı oynamışdır.

Oşikiri bir müsahibəsində qeyd etmişdir ki, anime adaptasiyasının birinci mövsümünü o qədər bəyənmişdir ki, animeni "40 dəfə izləmişdir". Anime adaptasiyasının istehsalı başlayanda manqa seriyasının təkcə 6 cildi çıxdığı üçün əvvəlcə bir mövsümdən ibarət olması və təkcə ilk 4 cildi adaptasiya etməsi planlaşdırılmışdı. Lakin Tsuruoka Koharunun hekayəsini yarımçıq qoymaq istəmədiyi üçün 5-ci və 6-cı cildləri də adaptasiya etmək qərarına gəlmişdir. Belə olan halda hekayə 12 seriyaya sıxışmayacağı üçün 13–15-ci seriyalar OVA kimi hazırlanmışdır. Tsuruoka manqa seriyasının 10-cu cilddən sonra bitəcəyini öyrənəndə və finalın konsepsiyasından xəbərdar olduqdan sonra ikinci mövsümü çəkmək istəmiş və bunu Matsukuraya bildirmişdir. İkinci mövsümün ssenarisi və hekayə lövhəsi birinci seriyadan başlayaraq yox, sonuncu seriyadan başlayaraq birinci seriyaya doğru ardıcıllıqla hazırlanmışdır.

Akira Ono seriya boyunca danışmayan bir personaj olduğu üçün istehsalçı heyət yeni və saf bir səsə malik seçməyə qərar vermişdir. Suzuşiro qeyd etmişdir ki, personajının heç bir replikası olmadığı üçün narahat idi və personajı sadəcə nəfəs səsləri ilə necə ifadə edə biləcəyini düşünürdü. Haruonun dialoqları çox olduğu üçün ağır dialoqların öhdəsindən gələ biləcək aktyor axtarırdılar. Əvvəlcə Haruonu səsləndirməsi üçün qadın seyyu fikirləşsələr də, oğlanların həmin yaşdakı sadəlövhlüyünü əks etdirmək üçün kişi seyyu axtarmağa qərar vermişdirlər. Dinləmələr zamanı Oşikiri aktyorların səsinə görə Haruonun üzünü çəkməyə və Haruo üçün ən uyğun səsi tapmağa çalışırdı. O, səsini eşidəndə onun Haruo üçün ən uyğun səs aktyoru olduğunu düşünmüşdür. Koharu üçün isə təbii səsə malik bir aktrisa axtardıqları üçün seçmişdirlər.

Media

Manqa

Manqa seriyası Rensuke Oşikiri tərəfindən yazılmış və illüstrasiya olunmuşdur. 25 oktyabr 2010-cu ildən 25 sentyabr 2018-ci ilə qədər "Square Enix" nəşriyyatının "" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 10 tankobon cildi buraxılmışdır. Birinci cild 25 fevral 2012-ci ildə, sonuncu cildi 25 mart 2019-cu ildə buraxılmışdır. 6 iyun 2013-cü ildə manqanın 4-cü cildi ilə birlikdə rəsmi fanat kitabı nəşr olunmuşdur. 25 aprel 2019-cu ildə rəsmi fanat kitabı "Kajimest Continue" buraxılmış və fanat kitabına 24 səhifəlik bonus manqa daxil edilmişdir. 24 oktyabr 2020-ci ildə "Monthly Big Gangan" jurnalında manqa üçün xüsusi van-şot fəsil nəşr olunmuşdur.

Müəllif hüquqları ilə bağlı məsələyə görə 2014-cü ilin avqustundan 2016-cı ilin iyuluna qədər manqa seriyasının serializasiyasında fasilə yaranmışdır. Məsələnin həllindən sonra 25 iyul 2016-cı ildə manqanın serializasiyası davam etmişdir. 2014-cü ildə manqanın ilk beş cildi satışdan yığışdırılsa da, 2016-cı ildə "Hi Score Girl Continue" adı altında yeni üzlüklərlə yenidən buraxılmışdır. Bu buraxılışa 16 səhifəlik van-şot manqa da daxildir.

Rensuke Oşikiri tərəfindən yazılan və illüstrasiya olunan "Hi Score Girl DASH" adlı spin-off manqası 25 dekabr 2019-cu ildə "Monthly Big Gangan" jurnalında serializasiya olunmağa başlamışdır. Manqa seriyasında hadisələr 2007-ci ildə baş verir və əsas personajı məktəbdə müəllim kimi işləyən Koharu Hidakadır. Manqanın birinci tankobon cildi 25 mart 2021-ci ildə buraxılmışdır.

Anime

image
Anime serialının loqosu.

25 dekabr 2023-cw ildə "Monthly Big Gangan" jurnalının 1-ci buraxılışında manqa seriyasının anime serialı adaptasiyası anons edilmişdir. "" və "SMDE" studiyaları tərəfindən çəkilən anime serialının rejissoru , ssenaristi Tatsuhiko Uehara, personaj dizayneri Mitsuru Kuvabata, bəstəkarı . Birinci mövsüm 13 iyuldan 28 sentyabr 2018-ci ilə qədər və digər kanallar vasitəsilə yayımlanmışdır. Açılış mahnısı "" qrupu tərəfindən ifa olunan "New Stranger" mahnısı, bağlanış mahnısı tərəfindən ifa olunan "Hōkago Distraction" mahnısıdır. Anime 24 dekabr 2018-ci ildə "Netflix" tərəfindən yayımlanmışdır.

28 sentyabr 2018-ci ildə animenin birinci mövsümünün davam seriyaları kimi nəzərdə tutulmuş 3 OVA seriyasının buraxılacağı açıqlanmışdır. OVA seriyaları "Hi Score Girl: Extra Stage" adı ilə 20 mart 2019-cu ildə buraxılmışdır. OVA buraxılışına Oşikiri tərəfindən hazırlanmış 8 səhifəlik xüsusi manqa fəsili daxil edilmişdir. OVA seriyaları 4 oktyabrdan 18 oktyabr 2019-cu ilə qədər televiziya vasitəsilə yayımlanmışdır.

Doqquz seriyadan ibarət olan ikinci mövsüm 21 mart 2019-cu ildə anons edilmişdir. İkinci mövsüm 25 oktyabrdan 20 dekabr 2019-cu ilə qədər yayımlanmışdır. İkinci mövsümün açılış mahnısı "sora tob sakana" qrupu tərəfindən ifa olunan "Flash" mahnısı, bağlanış mahnısı Etsuko Yakuşimaru tərəfindən ifa olunan "Unknown World Map" mahnısıdır. İkinci mövsüm 9 aprel 2020-ci ildə "Netflix" tərəfindən yayımlanmışdır.

Radio verilişi

"Hi Score Girl Doujo" adlı radio verilişi 18 dekabr 2018-ci ildə yayımlanmağa başlamışdır. Sonuncu – 8-ci seriya 4 oktyabr 2019-cu ildə buraxılmışdır. Verilişin aparıcısı anime serialında Haruonu səsləndirən Kohey Amasakidir.

Qəbul

Manqa seriyası 2012-ci ildə "" jurnalı tərəfindən təqdim olunan Bros. Komiks Mükafatının qalibi olmuşdur.

Qeydlər

  1. yaponca: ハイスコアガール, Hepbörn: Hay Sukoa Qaru, hərf. "Yüksək xallı qız"
  2. hərf. "Yeni yad"
  3. yaponca: 放課後ディストラクション, Hepbörn: Hokaqo Disutorakuşon, hərf. "Məktəbdən sonra diqqətin dağılması"
  4. yaponca: アンノウン・ワールドマップ, Hepbörn: Announ Vodo Mappu, hərf. "Bilinməyən dünya xəritəsi"
  5. yaponca: ハイスコアガール道場, Hepbörn: Hay Sukoa Qaru Doco, hərf. "Yüksək xallı qız docosu"
  6. Ümumilikdə 9 seriyadır. İlk seriya 0-cı seriya kimi yayımlanmışdır.

İstinadlar

  1. "Creator Rensuke Oshikiri Says He's Working on a 'New' Hi Score Girl Project". Anime News Network (ingiliscə). 4 oktyabr 2019. İstifadə tarixi: 13 iyun 2025.
  2. "押切蓮介「ハイスコアガール」アニメ化決定!5巻は本日発売". Comic Natalie (yaponca). 25 dekabr 2013. İstifadə tarixi: 13 iyun 2025.
  3. "アニメ「ハイスコアガール」、イベントで押切蓮介「紆余曲折ありすぎた(笑)」". Comic Natalie (yaponca). 26 iyul 2018. İstifadə tarixi: 13 iyun 2025.
  4. "Interview: J.C. Staff Producer Yuji Matsukura". Anime News Network (ingiliscə). 29 avqust 2018. İstifadə tarixi: 13 iyun 2025.
  5. "いよいよTVアニメ2期がスタート! 原作・押切蓮介&プロデューサーが語る、「『ハイスコアガール』に託したもの」(後編)". (yaponca). 25 oktyabr 2019. İstifadə tarixi: 13 iyun 2025.
  6. "「そうだ アニメ,見よう」第60回は押切蓮介氏原作の「ハイスコアガール」。松倉プロデューサーが語る,制作の裏側とは". 4gamer.net (yaponca). 2 avqust 2018. İstifadə tarixi: 13 iyun 2025.
  7. "書籍『アニメCGの現場 2019』発売記念! TVアニメ『ハイスコアガール』CG制作の舞台裏に迫る". CG World (yaponca). 28 dekabr 2018. İstifadə tarixi: 13 iyun 2025.
  8. "「ハイスコアガール」第2期は原作最終回まで!天崎滉平が鈴代紗弓の苦労を実感". Comic Natalie (yaponca). 21 mart 2019. İstifadə tarixi: 13 iyun 2025.
  9. "いよいよTVアニメ2期スタート! 原作・押切蓮介&プロデューサーが語る、「『ハイスコアガール』に託したもの」(前編)". (yaponca). 24 oktyabr 2019. İstifadə tarixi: 13 iyun 2025.
  10. "「ハイスコアガール」上映会、天崎滉平の思い出のハードは「ドリームキャスト". Comic Natalie (yaponca). 17 avqust 2018. İstifadə tarixi: 13 iyun 2025.
  11. "Hi Score Girl Manga Ends on September 25". Anime News Network (ingiliscə). 24 avqust 2018. İstifadə tarixi: 14 iyun 2025.
  12. "押切蓮介、地獄のミサワ、長田悠幸らゲーマーがストIIで対決". Comic Natalie (yaponca). 21 fevral 2012. İstifadə tarixi: 14 iyun 2025.
  13. "「ハイスコアガール」最終10巻発売、ハルオと大野の物語はエンディングへ". Comic Natalie (yaponca). 25 mart 2019. İstifadə tarixi: 14 iyun 2025.
  14. "ハイスコアガールをあきまん、西村キヌ、剛田チーズが執筆". Comic Natalie (yaponca). 14 iyun 2013. İstifadə tarixi: 14 iyun 2025.
  15. "Hi Score Girl Manga Gets Special 1-Shot in October". Anime News Network (ingiliscə). 30 sentyabr 2020. İstifadə tarixi: 14 iyun 2025.
  16. "Rensuke Oshikiri's Hi Score Girl Manga Resumes in July". Anime News Network (ingiliscə). 23 may 2016. İstifadə tarixi: 14 iyun 2025.
  17. "「ハイスコアガール」新刊&リニューアル版の表紙公開、ミニ色紙など特典も". Comic Natalie (yaponca). 25 iyun 2016. İstifadə tarixi: 14 iyun 2025.
  18. "新連載「ハイスコアガールDASH」次号BGで開幕!予告には中学教師となった小春の姿". Comic Natalie (yaponca). 25 noyabr 2019. İstifadə tarixi: 14 iyun 2025.
  19. "「ハイスコアガール DASH」28歳になった小春が主人公の続編1巻、PVも公開". Comic Natalie (yaponca). 25 mart 2021. İstifadə tarixi: 14 iyun 2025.
  20. "「ハイスコアガール」ハルオと大野が交流するロングPV、押切蓮介登壇イベントも". Comic Natalie (yaponca). 7 iyul 2018. İstifadə tarixi: 19 iyun 2025.
  21. "Hi Score Girl Anime's TV Ad Previews Opening Theme Song". Anime News Network (ingiliscə). 15 iyun 2018. İstifadə tarixi: 19 iyun 2025.
  22. "Netflix to Stream Hi Score Girl Anime in December". Anime News Network (ingiliscə). 11 avqust 2018. İstifadə tarixi: 19 iyun 2025.
  23. "「ハイスコアガール」TVアニメの続き描く全3話、OVA発売&Netflixで配信決定". Comic Natalie (yaponca). 29 sentyabr 2018. İstifadə tarixi: 19 iyun 2025.
  24. "「ハイスコアガール」OVAに新キャスト、春雄役・天崎滉平のWebラジオもスタート". Comic Natalie (yaponca). 18 dekabr 2018. İstifadə tarixi: 19 iyun 2025.
  25. "押切蓮介が「ハイスコアガール」新作の構想明かす「まったく毛色の違うものに」". Comic Natalie (yaponca). 3 oktyabr 2019. İstifadə tarixi: 19 iyun 2025.
  26. "「ハイスコアガール」TVアニメ第2期制作決定!10月放送開始". Comic Natalie (yaponca). 21 mart 2019. İstifadə tarixi: 19 iyun 2025.
  27. "Etsuko Yakushimaru Performs Hi Score Girl II Anime's Ending Theme Song". Anime News Network (yaponca). 9 sentyabr 2019. İstifadə tarixi: 19 iyun 2025.
  28. "Netflix Adds Hi Score Girl II Anime Outside Japan, China on April 9". Anime News Network (ingiliscə). 13 sentyabr 2020. İstifadə tarixi: 19 iyun 2025.
  29. "ハイスコアガール道場(ラジオ)". "Hi Score Girl" animesinin rəsmi saytı (yaponca). İstifadə tarixi: 20 iyun 2025.
  30. "押切蓮介「ハイスコアガール」が今年のブロスマンガ大賞に". Comic Natalie (yaponca). 21 noyabr 2012. İstifadə tarixi: 20 iyun 2025.

Xarici keçidlər

  • magazine.jp.square-enix.com/biggangan/introduction/highscoregirl/ — "Monthly Big Gangan"da manqanın rəsmi saytı  (yap.)
  • hi-score-girl.com — Animenin rəsmi saytı  (yap.)

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Hi Score Girl Yaponiyada taninan adi ile High Score Girl a Rensuke Osikiri terefinden yazilan ve cekilen manqa seriyasi 2010 cu ilin oktyabrindan 2018 ci ilin sentyabrina qeder Square Enix nesriyyatinin Monthly Big Gangan jurnalinda serializasiya olunmusdur Manqa seriyasinda hadiseler 1990 ci illerde arkade doyus oyunlarinin populyar oldugu dovrde bas verir Hekaye vaxtinin coxunu oyun salonlarinda keciren altinci sinif sagirdi olan Haruo Yaquci ve doyus oyunlarinda cox guclu olan varli sinif yoldasi Akira Ono arasinda yaranan romantik munasibetlerden behs edir Hi Score GirlBirinci tankobon cildinin uzluyu Personajlar Haruo Yaquci solda ve Akira Ono sagda ハイスコアガール Hay Sukoa Qaru Janrromantik komediya ManqaManqakaRensuke OsikiriNesriyyatSquare EnixJurnalMonthly Big GanganDemoqrafiyaseynenNesr tarixi25 oktyabr 2010 25 sentyabr 2018Cildler10 cild siyahisi Anime serialiRejissorYosiki YamakavaSsenaristTatsuhiko UrahataBestekarYoko SimomuraStudiyaJ C StaffLisenziyaNetflixKanalTokyo MX MBS BS11Yayim nbsp tarixi13 iyul 2018 20 dekabr 2019Seriyalar21 3 OVA seriya siyahisi Elave melumat ManqaHi Score Girl DASHManqakaRensuke OsikiriNesriyyatSquare EnixJurnalMonthly Big GanganDemoqrafiyaseynenNesr tarixi25 dekabr 2019 hazirdaCildler7 cild siyahisi nbsp nbsp Anime ve manqa portali J C Staff studiyasi terefinden cekilen anime seriali adaptasiyasinin birinci movsumu 2018 ci ilde ikinci movsumu 2019 cu ilde yayimlanmisdir 2019 cu Hi Score Girl DASH adli spin off manqasi serializasiya olunmaga baslamisdir Mundericat 1 Mezmun 2 Personajlar 3 Istehsal 3 1 Anime 4 Media 4 1 Manqa 4 2 Anime 4 3 Radio verilisi 5 Qebul 6 Qeydler 7 Istinadlar 8 Xarici kecidlerMezmunredakte1991 ci ildir Arkade oyun salonlari ve 2D doyus oyunlari Yaponiyada cox populyardir Haruo Yaquci derslerine fikir vermeyen butun gununu oyun salonlarinda keciren ve doyus oyunlarinda pesekarlasmagi qarsisina meqsed kimi qoyan altinci sinif sagirdidir Oyunlardan basqa hec bir sey fikirlesmeyen Haruo oz bacariqlari ile yerli oyun salonlarinda mueyyen qeder nufuza malikdir ve oyunlardaki bacariqlari ile oyunmeyi sevir Lakin bir gun oyunla eyni sinifde oxuyan mektebde qiymetleri ela olan varli bir aileden gelen Akira Ono onu asanliqla Street Fighter II oyununda meglub edir Haruo bu gozlenilmez meglubiyyetden sonra Akira Ononu esas reqibi kimi gormeye baslayir ve onu oyunlarda ustelemek isteyir Onlar oz aralarinda reqabet ederken eyni zamanda aralarinda romantik munasibetler de inkisaf etmeye baslayir PersonajlarredakteHaruo Yaquci 矢口 春雄 Yaquci Haruo Seslendiren Kohey Amasaki Oyunlari hedden cox seven mekteb sagirdi O xususile doyus oyunlarini oynamagi sevir Street Fighter II oynayarken Akira Ono ile tanis olur ve ona meglub olur Bundan sonra onu meglub etmeli oldugu ezeli reqibi kimi gormeye hesab edir O oyunlari o qeder sevir ki Ononun ve Hidakanin ona qarsi beslediyi hislerin ferqinde olmur lakin hekaye davam etdikce yetkinlesir Akira Ono 大野 晶 Ono Akira Seslendiren Sayumi Suzusiro Ono ailesinin qizi Akira varli populyar derslerini yaxsi oxuyan bir sagirddir Haruonun tam eksidir Ailesi onun tehsiline cox ciddi yanasdigi ucun Akira oyunlari qacis vasitesi kimi gorur Haruo ile tanis olduqdan sonra onunla birlikde oyunlar oynamaga baslayir ve ona baglanir Koharu Hidaka 日高 小春 Hidaka Koharu Seslendiren Yuuki Hirose Haruonun mekteb yoldaslarindan biri Hidaka oz derslerine fikir veren introvert bir qizdir Evvelce oyunlari sevmese de Haruo ile vaxt kecirmeye basladiqdan sonra oyunlara baglanir Onun Haruoya qarsi hisleri var ve onun sevgisini qazanmaq ucun Ono ile mubarize aparir lakin onlarin munasibetinde artiq adam oldugunu bilir IstehsalredakteRensuke Osikirinin sozlerine gore usaqliqda Street Fighter II oynamaq ucun oyun salonlarina gedirdi Bu sebebden bu oyun manqanin hekayesinde vacib yer tutur 1 Animeredakte Anime seriali adaptasiyasi 2013 cu ilin dekabrinda anons edilse de 2 2014 cu ilde muelliflik huquqlari ile bagli yasanan mubahise sebebile anime legv olunmusdur 3 Mubahise hell olunduqdan sonra anime seriali uzerinde is yeniden baslamisdir Evvelce animenin 2D formatinda hazirlanmasi planlasdirilmisdi cunki 2013 cu ilde 3D ucun texniki imkanlar zeif idi 4 Studiya qarsi qarsiya oturan oyuncularin pis gorsenmemesi 5 oyun salonlarinin ve oyun goruntulerinin heqiqi gorunmesi ucun evvelce oyun salonlarinin daha sonra personajlarin 3D CGI ile cekilmesine qerar vermisdir 6 Manqa muellifi Osikiri animenin 3D CGI ile cekileceyini esidende teeccublenmis animenin nece goruneceyini aglinda canlandira bilmemis ve adaptasiyasinin pis olacagindan narahat olmusdur 5 Animedeki CGI sehnelerini cekmek ucun SMDE studiyasina muraciet etmisdirler cunki onlarin Danchi Tomoo animesindeki isini beyenmisdirler Onlar evvelce numune kimi tanidici video hazirlamis isleri beyenildikden sonra bu is onlara tapsirilmisdir Istehsal prosesi 2017 ci ilin payizinda baslamisdir Komanda 1990 ci illerin atmosferini ve personajlarin emosiyalarini eks etdirmeye calismis Fukuvaray uz ifade sisteminden istifade etmisdir Matsukura animedeki her oyun salonunu ferdi xarakteristika ile tesvir etmeye calismisdir 7 nbsp Final Fight ve Street Fighter II oyunlari ucun musiqi bestelemis Yoko Simomura anime adaptasiyasinin bestekari olmusdur Produser Sinya Tsuruoka bir musahibesinde qeyd etmisdir ki oyunlardan real goruntuler olmadan animeni cekmek menasiz idi O istehsal prosesinden once her bir oyun sirketinden icaze almaq ucun muqavileler imzalamisdir Istehsalci heyet oyun salonlarinin olculeri haqqinda deqiq melumatlar elde etmek ucun olke daxilinde arasdirma aparmisdir cunki bu haqda senedlesdirilmis melumatlar tapa bilmemisdirler 3 Proses zamani oyun arasdirmacisi Kenici Isiquronun komeyinden yararlanmisdirlar 6 Animasiya produseri Yuci Matsukuranin sozlerine gore anime ucun oyunlarin ekran goruntulerini almaq ucun muxtelif usullari defelerle yoxlamisdirlar Bu sebebden animenin formatini deyismeli olublar Cunki videolarin hecmi standart hecmden 2 defe cox idi 3 Animeler 24fps ile cekilse de oyun goruntulerinin yaxsi gorsenmesi ucun evvelce 30fps formati yoxlanmis sonda ise animenin 60fps ile cekilmesine qerar vermisdirler 6 Animedeki oyun sehnelerini cekmek ucun Mikado oyun merkezinden olan pesekar oyuncularin komeyinden yararlanmisdirlar Matsukuraya gore birinci seriyada Final Fight oyunundaki mukemmel xalliq oyun goruntusunu elde etmek en cetin is idi 3 Tsuruokanin sozlerine gore ise Tokimeki Memorial oyunundaki bombalari oyuna elave etmek ucun cetinlik cekmisdirler 8 Manqa muellifi Osikiri de bu prosesde istirak etmisdir o Vampire Hunter oyununun goruntusunu cekmek ucun Fobos adli personaji oynamisdir 9 Osikiri bir musahibesinde qeyd etmisdir ki anime adaptasiyasinin birinci movsumunu o qeder beyenmisdir ki animeni 40 defe izlemisdir 3 Anime adaptasiyasinin istehsali baslayanda manqa seriyasinin tekce 6 cildi cixdigi ucun evvelce bir movsumden ibaret olmasi ve tekce ilk 4 cildi adaptasiya etmesi planlasdirilmisdi Lakin Tsuruoka Koharunun hekayesini yarimciq qoymaq istemediyi ucun 5 ci ve 6 ci cildleri de adaptasiya etmek qerarina gelmisdir Bele olan halda hekaye 12 seriyaya sixismayacagi ucun 13 15 ci seriyalar OVA kimi hazirlanmisdir 5 Tsuruoka manqa seriyasinin 10 cu cildden sonra biteceyini oyrenende ve finalin konsepsiyasindan xeberdar olduqdan sonra ikinci movsumu cekmek istemis ve bunu Matsukuraya bildirmisdir 9 Ikinci movsumun ssenarisi ve hekaye lovhesi birinci seriyadan baslayaraq yox sonuncu seriyadan baslayaraq birinci seriyaya dogru ardicilliqla hazirlanmisdir 1 Akira Ono seriya boyunca danismayan bir personaj oldugu ucun istehsalci heyet yeni ve saf bir sese malik Sayumi Suzusironu secmeye qerar vermisdir Suzusiro qeyd etmisdir ki personajinin hec bir replikasi olmadigi ucun narahat idi ve personaji sadece nefes sesleri ile nece ifade ede bileceyini dusunurdu 10 Haruonun dialoqlari cox oldugu ucun agir dialoqlarin ohdesinden gele bilecek aktyor axtarirdilar Evvelce Haruonu seslendirmesi ucun qadin seyyu fikirlesseler de oglanlarin hemin yasdaki sadelovhluyunu eks etdirmek ucun kisi seyyu axtarmaga qerar vermisdirler Dinlemeler zamani Osikiri aktyorlarin sesine gore Haruonun uzunu cekmeye ve Haruo ucun en uygun sesi tapmaga calisirdi O Kohey Amasakinin sesini esidende onun Haruo ucun en uygun ses aktyoru oldugunu dusunmusdur Koharu ucun ise tebii sese malik bir aktrisa axtardiqlari ucun Yuuki Hiroseni secmisdirler 9 MediaredakteManqaredakte Hemcinin bax Hi Score Girl fesillerinin siyahisi Manqa seriyasi Rensuke Osikiri terefinden yazilmis ve illustrasiya olunmusdur 25 oktyabr 2010 cu ilden 25 sentyabr 2018 ci ile qeder Square Enix nesriyyatinin Monthly Big Gangan jurnalinda serializasiya olunmusdur 11 Manqa seriyasinin 10 tankobon cildi buraxilmisdir Birinci cild 25 fevral 2012 ci ilde 12 sonuncu cildi 25 mart 2019 cu ilde buraxilmisdir 13 6 iyun 2013 cu ilde manqanin 4 cu cildi ile birlikde resmi fanat kitabi nesr olunmusdur 14 25 aprel 2019 cu ilde resmi fanat kitabi Kajimest Continue buraxilmis ve fanat kitabina 24 sehifelik bonus manqa daxil edilmisdir 13 24 oktyabr 2020 ci ilde Monthly Big Gangan jurnalinda manqa ucun xususi van sot fesil nesr olunmusdur 15 Muellif huquqlari ile bagli meseleye gore 2014 cu ilin avqustundan 2016 ci ilin iyuluna qeder manqa seriyasinin serializasiyasinda fasile yaranmisdir Meselenin hellinden sonra 25 iyul 2016 ci ilde manqanin serializasiyasi davam etmisdir 16 2014 cu ilde manqanin ilk bes cildi satisdan yigisdirilsa da 2016 ci ilde Hi Score Girl Continue adi altinda yeni uzluklerle yeniden buraxilmisdir 11 Bu buraxilisa 16 sehifelik van sot manqa da daxildir 17 Rensuke Osikiri terefinden yazilan ve illustrasiya olunan Hi Score Girl DASH adli spin off manqasi 25 dekabr 2019 cu ilde Monthly Big Gangan jurnalinda serializasiya olunmaga baslamisdir Manqa seriyasinda hadiseler 2007 ci ilde bas verir ve esas personaji mektebde muellim kimi isleyen Koharu Hidakadir 18 Manqanin birinci tankobon cildi 25 mart 2021 ci ilde buraxilmisdir 19 Animeredakte nbsp Anime serialinin loqosu Hemcinin bax Hi Score Girl seriyalarinin siyahisi 25 dekabr 2023 cw ilde Monthly Big Gangan jurnalinin 1 ci buraxilisinda manqa seriyasinin anime seriali adaptasiyasi anons edilmisdir 2 J C Staff ve SMDE studiyalari terefinden cekilen anime serialinin rejissoru Yosiki Yamakava ssenaristi Tatsuhiko Uehara personaj dizayneri Mitsuru Kuvabata bestekari Yoko Simomuradir Birinci movsum 13 iyuldan 28 sentyabr 2018 ci ile qeder Tokyo MX ve diger kanallar vasitesile yayimlanmisdir 20 Acilis mahnisi sora tob sakana qrupu terefinden ifa olunan New Stranger b mahnisi baglanis mahnisi Etsuko Yakusimaru terefinden ifa olunan Hōkago Distraction c mahnisidir 21 Anime 24 dekabr 2018 ci ilde Netflix terefinden yayimlanmisdir 22 28 sentyabr 2018 ci ilde animenin birinci movsumunun davam seriyalari kimi nezerde tutulmus 3 OVA seriyasinin buraxilacagi aciqlanmisdir 23 OVA seriyalari Hi Score Girl Extra Stage adi ile 20 mart 2019 cu ilde buraxilmisdir OVA buraxilisina Osikiri terefinden hazirlanmis 8 sehifelik xususi manqa fesili daxil edilmisdir 24 OVA seriyalari 4 oktyabrdan 18 oktyabr 2019 cu ile qeder televiziya vasitesile yayimlanmisdir 25 Doqquz seriyadan ibaret olan ikinci movsum 21 mart 2019 cu ilde anons edilmisdir 26 Ikinci movsum 25 oktyabrdan 20 dekabr 2019 cu ile qeder yayimlanmisdir 25 Ikinci movsumun acilis mahnisi sora tob sakana qrupu terefinden ifa olunan Flash mahnisi baglanis mahnisi Etsuko Yakusimaru terefinden ifa olunan Unknown World Map d mahnisidir 27 Ikinci movsum 9 aprel 2020 ci ilde Netflix terefinden yayimlanmisdir 28 Radio verilisiredakte Hi Score Girl Doujo e adli radio verilisi 18 dekabr 2018 ci ilde yayimlanmaga baslamisdir Sonuncu 8 ci seriya f 4 oktyabr 2019 cu ilde buraxilmisdir 29 Verilisin aparicisi anime serialinda Haruonu seslendiren Kohey Amasakidir 23 QebulredakteManqa seriyasi 2012 ci ilde TV Bros jurnali terefinden teqdim olunan Bros Komiks Mukafatinin qalibi olmusdur 30 Qeydlerredakte yaponca ハイスコアガール Hepborn Hay Sukoa Qaru herf Yuksek xalli qiz herf Yeni yad yaponca 放課後ディストラクション Hepborn Hokaqo Disutorakuson herf Mektebden sonra diqqetin dagilmasi yaponca アンノウン ワールドマップ Hepborn Announ Vodo Mappu herf Bilinmeyen dunya xeritesi yaponca ハイスコアガール道場 Hepborn Hay Sukoa Qaru Doco herf Yuksek xalli qiz docosu Umumilikde 9 seriyadir Ilk seriya 0 ci seriya kimi yayimlanmisdir Istinadlarredakte 1 2 Creator Rensuke Oshikiri Says He s Working on a New Hi Score Girl Project Anime News Network ingilisce 4 oktyabr 2019 Istifade tarixi 13 iyun 2025 1 2 押切蓮介 ハイスコアガール アニメ化決定 5巻は本日発売 Comic Natalie yaponca 25 dekabr 2013 Istifade tarixi 13 iyun 2025 1 2 3 4 5 アニメ ハイスコアガール イベントで押切蓮介 紆余曲折ありすぎた 笑 Comic Natalie yaponca 26 iyul 2018 Istifade tarixi 13 iyun 2025 Interview J C Staff Producer Yuji Matsukura Anime News Network ingilisce 29 avqust 2018 Istifade tarixi 13 iyun 2025 1 2 3 いよいよTVアニメ2期がスタート 原作 押切蓮介 プロデューサーが語る ハイスコアガール に託したもの 後編 Da Vinci yaponca 25 oktyabr 2019 Istifade tarixi 13 iyun 2025 1 2 3 そうだ アニメ 見よう 第60回は押切蓮介氏原作の ハイスコアガール 松倉プロデューサーが語る 制作の裏側とは 4gamer net yaponca 2 avqust 2018 Istifade tarixi 13 iyun 2025 書籍 アニメCGの現場 2019 発売記念 TVアニメ ハイスコアガール CG制作の舞台裏に迫る CG World yaponca 28 dekabr 2018 Istifade tarixi 13 iyun 2025 ハイスコアガール 第2期は原作最終回まで 天崎滉平が鈴代紗弓の苦労を実感 Comic Natalie yaponca 21 mart 2019 Istifade tarixi 13 iyun 2025 1 2 3 いよいよTVアニメ2期スタート 原作 押切蓮介 プロデューサーが語る ハイスコアガール に託したもの 前編 Da Vinci yaponca 24 oktyabr 2019 Istifade tarixi 13 iyun 2025 ハイスコアガール 上映会 天崎滉平の思い出のハードは ドリームキャスト Comic Natalie yaponca 17 avqust 2018 Istifade tarixi 13 iyun 2025 1 2 Hi Score Girl Manga Ends on September 25 Anime News Network ingilisce 24 avqust 2018 Istifade tarixi 14 iyun 2025 押切蓮介 地獄のミサワ 長田悠幸らゲーマーがストIIで対決 Comic Natalie yaponca 21 fevral 2012 Istifade tarixi 14 iyun 2025 1 2 ハイスコアガール 最終10巻発売 ハルオと大野の物語はエンディングへ Comic Natalie yaponca 25 mart 2019 Istifade tarixi 14 iyun 2025 ハイスコアガールをあきまん 西村キヌ 剛田チーズが執筆 Comic Natalie yaponca 14 iyun 2013 Istifade tarixi 14 iyun 2025 Hi Score Girl Manga Gets Special 1 Shot in October Anime News Network ingilisce 30 sentyabr 2020 Istifade tarixi 14 iyun 2025 Rensuke Oshikiri s Hi Score Girl Manga Resumes in July Anime News Network ingilisce 23 may 2016 Istifade tarixi 14 iyun 2025 ハイスコアガール 新刊 リニューアル版の表紙公開 ミニ色紙など特典も Comic Natalie yaponca 25 iyun 2016 Istifade tarixi 14 iyun 2025 新連載 ハイスコアガールDASH 次号BGで開幕 予告には中学教師となった小春の姿 Comic Natalie yaponca 25 noyabr 2019 Istifade tarixi 14 iyun 2025 ハイスコアガール DASH 28歳になった小春が主人公の続編1巻 PVも公開 Comic Natalie yaponca 25 mart 2021 Istifade tarixi 14 iyun 2025 ハイスコアガール ハルオと大野が交流するロングPV 押切蓮介登壇イベントも Comic Natalie yaponca 7 iyul 2018 Istifade tarixi 19 iyun 2025 Hi Score Girl Anime s TV Ad Previews Opening Theme Song Anime News Network ingilisce 15 iyun 2018 Istifade tarixi 19 iyun 2025 Netflix to Stream Hi Score Girl Anime in December Anime News Network ingilisce 11 avqust 2018 Istifade tarixi 19 iyun 2025 1 2 ハイスコアガール TVアニメの続き描く全3話 OVA発売 Netflixで配信決定 Comic Natalie yaponca 29 sentyabr 2018 Istifade tarixi 19 iyun 2025 ハイスコアガール OVAに新キャスト 春雄役 天崎滉平のWebラジオもスタート Comic Natalie yaponca 18 dekabr 2018 Istifade tarixi 19 iyun 2025 1 2 押切蓮介が ハイスコアガール 新作の構想明かす まったく毛色の違うものに Comic Natalie yaponca 3 oktyabr 2019 Istifade tarixi 19 iyun 2025 ハイスコアガール TVアニメ第2期制作決定 10月放送開始 Comic Natalie yaponca 21 mart 2019 Istifade tarixi 19 iyun 2025 Etsuko Yakushimaru Performs Hi Score Girl II Anime s Ending Theme Song Anime News Network yaponca 9 sentyabr 2019 Istifade tarixi 19 iyun 2025 Netflix Adds Hi Score Girl II Anime Outside Japan China on April 9 Anime News Network ingilisce 13 sentyabr 2020 Istifade tarixi 19 iyun 2025 ハイスコアガール道場 ラジオ Hi Score Girl animesinin resmi sayti yaponca Istifade tarixi 20 iyun 2025 押切蓮介 ハイスコアガール が今年のブロスマンガ大賞に Comic Natalie yaponca 21 noyabr 2012 Istifade tarixi 20 iyun 2025 Xarici kecidlerredaktemagazine jp square enix com biggangan introduction highscoregirl Monthly Big Gangan da manqanin resmi sayti nbsp yap hi score girl com Animenin resmi sayti nbsp yap Menbe https az wikipedia org w index php title Hi Score Girl amp oldid 8213808

Nəşr tarixi: İyul 02, 2025, 03:20 am
Ən çox oxunan
  • Mart 09, 2025

    Maya qlifləri

  • Aprel 22, 2025

    Maulen Aşimbayev

  • Mart 14, 2025

    Matüridilik

  • Aprel 08, 2025

    Matra (şirkət)

  • İyul 01, 2025

    Matsuşima

Gündəlik
  • Fransa krallığı

  • Müdrik Yaroslav

  • Takahiro Şiraişi

  • Violeta Çamorro

  • Edvard Yoris

  • Azərbaycan (tarixi ərazi)

  • Böyük Litva knyazlığı

  • Surinam

  • Quldarlıq

  • Çin

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı